Musabəyov sözü azərbaycan dilində

Musabəyov

Yazılış

  • Musabəyov • 99.7533%
  • MUSABƏYOV • 0.2467%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fərid Musabəyov
Fərid Zülfüqar oğlu Musabəyov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1970–1976). == Həyatı == Fərid Zülfüqar oğlu Musabəyov 1926-cı ildə qulluqçu ailəsində anadan olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.1949-cu ildən Bakı şəhərindəki tikinti-quraşdırma trestində usta, karxana rəisi, baş mühəndis olmuş, 1957–1960-cı illərdə hesablama mərkəzi tikintisinin direktoru, Azərbaycan SSR Elmlər Akademiyası əsaslı tikinti şöbəsinin rəisi, Bakı Baş Tikinti İdarəsi 9 nömrəli tikinti idarəsinin rəisi vəzifələrində işləmişdir. 1961-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tikinti və şəhər təsərrüfatı şöbəsi müdirinin müavini, 1962-ci ildən isə həmin şöbənin müdiri olmuşdur. 1970-ci ilin fevral ayında Azərbaycan SSR tikinti materialları sənayesi naziri təyin edilmiş və bu vəzifədə 1976-cı ilin iyun ayınadək işləmişdir.Fərid Musabəyov 1964-cü ildən Azərbaycan KP MK üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (6–8-ci çağırış) seçilmişdir.
Qəzənfər Musabəyov
Qəzənfər Mahmud oğlu Musabəyov (14 (26) iyul 1888, Pirəbədil, Quba qəzası – 9 fevral 1938, Moskva) — SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimi. Repressiya qurbanı. == Həyatı == 1911-ci ildə Bakı gimnaziyasını,1919-cu ildə Kiyev Universitetinin tibb fakültəsini bitirib. Qəzənfər Musabəyov dövründə kommunizmin qələbə çalacağına inanan şəxslərdən olubdur. 1929–1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışmışdır, lakin bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş, bu şəxs məhz həmin rejim tərəfindən xalq düşməni elan edilmişdir. Q. Musabəyova qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş. Qəzənfər Musabəyov barəsində həqiqətlər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Burada onun üç cilddən ibarət istintaq materialları saxlanılır. Bəzi məqamları aşağıdakı kimidir.
Rasim Musabəyov
Rasim Nəsrəddin oğlu Musabəyov (1 yanvar 1951, Bakı) — politoloq, millət vəkili. == Həyatı == Rasim Musabəyov 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) avtomatlaşdırma fakültəsinə daxil olmuşdur. 1982–1985 illərdə Moskvada aspiranturada oxumuş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1985–1989-cu illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Moskvada Gənclər İnstitutunun (indiki Sosial-humanitar Akademiyasının) millətlərarası münasibətlər şöbəsinin müdiri olmuşdur. 1994–1999-cu illərdə Bakı Politologiya İnstitutunda dosent vəzifəsində işləmişdir. Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Almaniya, Rusiya, Türkiyə, Çin, Gürcüstan, Ermənistanda və s. çap olunmuş 150-dən çox kitab, kitabça və elmi məqalələrin müəllifidir. "Əmək rəşadətinə görə" medal ilə (1972) təltif olunmuşdur.
Talqat Musabəyov
Talqat Amangəldi oğlu Musabəyov (qaz. Талғат Амангелдіұлы Мұсабаев; 7 yanvar 1951, Qarğalı[d], Almatı vilayəti) — 2-ci Qazaxıstan kosmonavtı və dünyanın 309-cu kosmonavtı, texnika elmləri doktoru (2008), aviasiya general-leytenantıdır (2007). Qazaxıstan Respublikası İnvestisiya və İnkişaf Nazirliyinin Aerokosmik Komitəsinin sədridir. == Həyatı == 1951 – 7 yanvarda Almatı vilayətinin Jambıl rayonunun Kargalı kəndində anadan olub. 1974 — Riga Mülki Aviasiya Mühəndisləri İnstitutunu bitirib, mühəndis. 1974 – 1 aprel — Keçmiş aviaşirkətdə başqa bir mühəndis. 1975–84 — hava yollarında siyasi və təhsil fəaliyyətlərində. 1984 — Almatı Hava Klubunu bitirib. 1986 — pilot hazırlığını bitirmiş və mülki aviasiya pilotu sertifikatı almışdır. 1987–1990 Mülki aviasiya bir pilot, təyyarə komandiri olaraq çalışdı.
Vahid Musabəyov
Vahid Musabəyov (1 avqust 1864, Qutqaşın – 13 may 1943) — əmək qəhrəmanı. == Həyatı == 1864-cü il avqust ayının 1-də Qutqaşendə kəndli ailəsində doğulmuşdur. 1885–1889-cu illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil almışdır. Burada o, rus və Azərbaycan ədəbiyyatının məşhur nümayəndələri, ilk növbədə, Fonvizin, U. Şekspir, N. M. Karamzin, A. S. Puşkin, M. Y. Lermontov, N. V. Qoqol, M. F. Axundov, İ. S. Turgenev, L. N. Tolstoy və digər tanınmış yazıçı və şairlərin əsərləri ilə yaxından tanış olur ki, onlar V. Musabəyovun pedaqoji baxışlarının formalaşmasına güclü təsir göstərir. Bu sətirlərin müəllifinin şəxsi arxivində saxlanılan qeydiyyat kitabçasında ədəbiyyat, tarix və pedaqoji elmlərlə bağlı çoxsaylı əsərlərin adları vardır ki, o, onları oxumuş və müəyyən qeydlər etmişdir. Sənədləri vərəqlədikcə Vahid Musabəyovun seminariyanın son dərəcə istedadlı və səliqəli şagirdlərindən olması göz önündə canlanır. Musabəyovun seminariyada oxuduğu zaman çəkdiyi xəritələr və digər əl işləri böyük maraq doğurur. Bunlar Rusiyanın, Qafqazın, İspaniyanın, Portuqaliyanın, İtalyanın, Norveçin, İsveçin, Danimarkanın, Amerikanın coğrafi xəritələridir. Xəritələrdə seminariya müəlliminin qeydləri vardır. Xəritələr o qədər yaxşı tərtib edilibdir ki, ilk baxışda onun seminarist tərəfindən çəkildiyi təəccüb doğurur.
Yusif Musabəyov
Yusif Süleyman bəy oğlu Musabəyov (10 aprel 1910, Tiflis – 8 may 1970, Yaroslavl) — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, 1966-cı ildə Parisdəki Beynəlxalq Elmi-Tarixi və Fəlsəfə Akademiyasının müxbir üzvü. == Həyatı == Yusif Süleyman bəy oğlu Musabəyov 10 aprel 1910-cu ildə Tiflis şəhərində anadan olub. Əslən Qəbələ bölgəsindəndir. O, Yaroslavl Texnologiya İnstitutunun üzvi kimya kafedrasının yaradılmasına və inkişafında iştirak etmişdir. Musabəyov Beynəlxalq Təbiətşünaslıq və Fəlsəfə Tarixi Akademiyasının (Paris, Fransa) müxbir üzvü, üzvi kimya kafedrasının əvəzsiz rəhbəri, Yaroslavl Texniki Universitetinin texnologiya fakültəsinin dekanı, kimya elmləri doktoru və professor olmuşdur.Yusif Musabəyov 8 may 1970-ci ildə Yaroslavlda vəfat edib. Həmin şəhərdə onun şərəfinə xatirə lövhəsi ucaldılmışdır.
İbrahim Musabəyov
İbrahim bəy Musabəyov (1880, Qutqaşın – 14 sentyabr 1942) — azərbaycanlı maarifçi, yazıçı və pedaqoq. == Həyatı == İbrahimbəy Musabəyov Qutqaşendə (indiki Qəbələ şəhərində) anadan olmuşdur. İlk təhsilini doğma Qutqaşendə alan İ.Musabəyov 1898-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olur, 1902-ci ildə oranı bitirir və Şəki şəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayır. 1911-ci ildə Bakıya gələn gənc pedaqoq birinci rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün həmin ilin oktyabr ayının 6-da müəllimlər komissiyası qarşısında imtahan verir və o vaxtdan müəllimlik fəaliyyətini Bakıda davam etdirir. O vaxt Qafur Rəşad Mirzəzadənin redaktorluğu ilə çıxan "Məktəb" jurnalında XX əsrin demokratik əqidəli müəllimləri və yazıçıları şeir, hekayə və məqalələrlə tez-tez çıxış edirdilər. Nəriman Nərimanov, Süleyman Sani Axundov, Şəfiqə Əfəndizadə, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev, Əli Fəhmi, Əlicabbar Orucəliyev və başqaları "Məktəb" jurnalının əsas müəllifləri idilər. 1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyov özünün didaktik, təlim və tərbiyəyə dair hekayələrini "Məktəb" jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi. Onun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş "Neft və milyonlar səltənətində" povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur. "Neft və milyonlar səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir.
Qəzənfər bəy Musabəyov
Qəzənfər Mahmud oğlu Musabəyov (14 (26) iyul 1888, Pirəbədil, Quba qəzası – 9 fevral 1938, Moskva) — SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimi. Repressiya qurbanı. == Həyatı == 1911-ci ildə Bakı gimnaziyasını,1919-cu ildə Kiyev Universitetinin tibb fakültəsini bitirib. Qəzənfər Musabəyov dövründə kommunizmin qələbə çalacağına inanan şəxslərdən olubdur. 1929–1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışmışdır, lakin bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş, bu şəxs məhz həmin rejim tərəfindən xalq düşməni elan edilmişdir. Q. Musabəyova qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş. Qəzənfər Musabəyov barəsində həqiqətlər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Burada onun üç cilddən ibarət istintaq materialları saxlanılır. Bəzi məqamları aşağıdakı kimidir.
İbrahim bəy Musabəyov
İbrahim bəy Musabəyov (1880, Qutqaşın – 14 sentyabr 1942) — azərbaycanlı maarifçi, yazıçı və pedaqoq. == Həyatı == İbrahimbəy Musabəyov Qutqaşendə (indiki Qəbələ şəhərində) anadan olmuşdur. İlk təhsilini doğma Qutqaşendə alan İ.Musabəyov 1898-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olur, 1902-ci ildə oranı bitirir və Şəki şəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayır. 1911-ci ildə Bakıya gələn gənc pedaqoq birinci rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün həmin ilin oktyabr ayının 6-da müəllimlər komissiyası qarşısında imtahan verir və o vaxtdan müəllimlik fəaliyyətini Bakıda davam etdirir. O vaxt Qafur Rəşad Mirzəzadənin redaktorluğu ilə çıxan "Məktəb" jurnalında XX əsrin demokratik əqidəli müəllimləri və yazıçıları şeir, hekayə və məqalələrlə tez-tez çıxış edirdilər. Nəriman Nərimanov, Süleyman Sani Axundov, Şəfiqə Əfəndizadə, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev, Əli Fəhmi, Əlicabbar Orucəliyev və başqaları "Məktəb" jurnalının əsas müəllifləri idilər. 1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyov özünün didaktik, təlim və tərbiyəyə dair hekayələrini "Məktəb" jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi. Onun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş "Neft və milyonlar səltənətində" povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur. "Neft və milyonlar səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir.
Umnisə Musabəyova
Umnisə Süleyman qızı Musabəyova (9 oktyabr 1902 – 15 noyabr 1974) — Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru (1936), professor (1943), Azərbaycan SSR EA-nın üzvü (1962), Azərbaycan SSR Əməkdar Elm Xadimi (1957). == Həyatı == Ümnisə Musabəyova 9 oktyabr 1902-ci ildə Qutqaşendə (Qəbələ) rayonunda hüquqşünas ailəsində anadan olmuşdur.Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) fondlarında mühafi zə olunan, vaxtaşırı ekspozisiya və sərgilərində nümayiş etdirilən 26 adda materialları—fotoşəkillər, sənədlər, kitablar və şəxsi əşyaları kəmiyyətcə çox olmasa da, elmi dəyəri etibarı ilə Ü.Musabəyovanın görkəmli alim, ictimai xadim və gözəl pedaqoq kimi çoxcəhətli fəaliyyətini işıqlandırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Materialları Ü.Musabəyovanın yeganə övladı vaxtilə Muzeyin Yeni Tarix şöbəsinin əməkdaşı olmuş, tarix elmləri doktoru Dilarə İbrahim qızı Musabəyova 1960-cı ilin yanvarında Muzeyə hədiyyə etmişdir. == Yaradıcılığı == Orta təhsilini Bakıda böyük xeyriyyəçi H.Z.Tağıyevin maliyyə dəstəyi ilə 1901-ci ilin oktyabrında açılmış Aleksandra rus-müsəlman qız məktəbində (müsəlman şərqində ilk dünyəvi qız məktəbi) aldıqdan sonra 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. IV kursda oxuyarkən həm də Mikrobiologiya və gigiena institutunda laboratoriyada işləyir. Burada onun elmi-tədqiqat işinə marağı özünü büruzə verir. 1926-cı ildə ali təhsilini başa vurmuş Ümnisə Musabəyova bacarıqlı gənc mütəxəssis kimi Universitetin göz xəstəlikləri kafedrasında saxlanılır, əvvəl ordinator, 1930-cu ildən assistent işləyir. Ali təhsildəki uğurları gənc həkimdə göz xəstəliklərinin müxtəlif problemlərini öyrənmək, bu sahədə elmə yeni əlavələr etmək həvəsini artırır. Bu məqsədlə gündüzlər vaxtını Mərkəzi göz klinikasında, məşğələ otaqlarında, gecələr yazı masası arxasında keçirir. Tezliklə Ümnisə xanımın göz xəstəliklərinin mühüm problemlərindən bəhs edən sanballı məqalələri mətbuat səhifələrinə yol açır, xarici ölkələrin tibb jurnallarında onun dəyərli elmi mülahizələri maraq doğurur, fövqəladə istedadı alimlərin diqqətini cəlb edir.
Xalq Komissarı Qəzənfər Musabəyovun Nitqi (1931)
== Məzmun == Kinosüjet xalq komissarları sovetinin sədri Qəzənfər Musabəyovun kütləvi yığıncaqlardan birində çıxışını əks etdirir. == Filmin heyəti == === Filmdə iştirak edən === Qəzənfər Musabəyov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.
Xalq komissarı Qəzənfər Musabəyovun nitqi (film, 1931)
== Məzmun == Kinosüjet xalq komissarları sovetinin sədri Qəzənfər Musabəyovun kütləvi yığıncaqlardan birində çıxışını əks etdirir. == Filmin heyəti == === Filmdə iştirak edən === Qəzənfər Musabəyov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.65 dəfə / 1 mln.
2003 ••• 1.18
2005 ••• 1.35
2006 0.23
2007 0.42
2008 •• 0.49
2009 •••••••••••• 5.12
2010 ••••••••••••••• 6.72
2011 •••••••••••••••••••• 9.09
2012 ••••••••••• 4.56
2013 •••••••••• 4.23
2014 •••••• 2.57
2015 •••••••• 3.23
2016 •••••••• 3.47
2017 •••••• 2.28
2018 ••••• 1.95
2019 •••• 1.67
2020 ••••• 1.99

Oxşar sözlər

#musabəyov nədir? #musabəyov sözünün mənası #musabəyov nə deməkdir? #musabəyov sözünün izahı #musabəyov sözünün yazılışı #musabəyov necə yazılır? #musabəyov sözünün düzgün yazılışı #musabəyov leksik mənası #musabəyov sözünün sinonimi #musabəyov sözünün yaxın mənalı sözlər #musabəyov sözünün əks mənası #musabəyov sözünün etimologiyası #musabəyov sözünün orfoqrafiyası #musabəyov rusca #musabəyov inglisça #musabəyov fransızca #musabəyov sözünün istifadəsi #sözlük