Musk sözü azərbaycan dilində

Musk

Yazılış

  • Musk • 97.6471%
  • musk • 2.3529%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elon Musk
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — Cənubi Afrika Respublikasında doğulmuş ABŞ sahibkar, mühəndis, investor və milyarderi. Mask SpaceX şirkətinin təsisçisi, informasiya texnologiyalarından cavabdeh rəhbəri və baş icraçı direktoru, Tesla-nın ilkin investoru, baş icraçı direktoru və məhsul dizayneri, The Boring Company-nin təsisçisi və Neuralink və OpenAI şirkətlərinin həmtəsisçisidir. 2022-ci ilin mart ayında xalis sərvəti 270 milyard ABŞ dolları olan Mask həm "Bloomberg milyarderlər siyahısı"na həm də "Forbes" jurnalının milyarderlər siyahısına görə dünyanın ən varlı adamıdır.Mask kanadalı ana və cənubi afrikalı atanın ailəsində dünyaya gəlib CAR-ın Pretoriya şəhərində böyümüşdür. Hərbi xidmətə çağırılmamaq üçün 17 yaşında Kanadaya köçməzdən əvvəl qısa müddət Pretoriya Universitetində təhsil almışdır. O, Kuens Universitetinə qəbul oldu və iki il sonra Pensilvaniya Universitetində təhsilini davam etdirib iqtisadiyyat və fizika ixtisası üzrə bakalavr dərəcəsi aldı. Təhsilini Stenford Universitetində davam etdirmək üçün 1995-ci ildə Kaliforniyaya köçdü, amma burada qardaşı Kimballa birlikdə veb-proqram təminatı şirkəti Zip2-ni quraraq biznes karyerasına başladı. Bu startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara satın alındı. Elə həmin il Mask Confinity ilə birləşərək 2000-ci ildə indiki PayPal olan onlayn bank X.com-u təsis etdi. Şirkət 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollara satın alındı.
Admiral Muskve
Admiral Dalindlela Muskve (21 avqust 1998) — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur. == Klub karyerası == Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır.Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.2017-ci ilin noyabr ayında Muskve Zimbabve milli futbol komandası ilə Lesoto millisinə qarşı oyunda debüt etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və millisi 1-0 hesabı ilə məğlub olmuşdur.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Muskan (film, 2004)
Muskan (ingiliscə: Smile) — Rohit-Manişin rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik-triller filmidir. Əsas rollarda Aftab Şivdasani və Qreysi Sinqh rol almışdır. == Süjet xətti == Cəsarətli, gülərüz və çılğın modelyer olan Sameer Oberoi (Aftab Shivdasani) həyatda ona lazım ola bilən hər şeyə malikdir: müvəffəqiyyətli karyera; etibarlı və təhlükəsiz gələcək; rahat və zəngin həyat tərzi; onunla evlənməyə ümid edən gözəl qız olan Jahnvi (Neha); bir adam xoşbəxt olmaq üçün daha nə istəyə bilər ki? Amma Sameerin beynində xəyal etdiyi qızın obrazı var və o, tezliklə onu tapacağına ümid edir. Onun bu axtarışı daha yaxşı model axtarışındakı maneələrlə qarşılaşır; bir sıra yanlış telefon zəngləri, onu tanımadığı gənc bir xanımla birləşdirir. Samirin qrupu başqa bir yerə səyahət etmək qərarına gəlir və yolda onların maşını xarab olduğuna görə onlar Muskaan adlı gənc xanımın – “yanlış nömrə”nin də içində olduğu eyni avtobusda təsadüfən səyahət etməyə məcbur olurlar və bu səyahət zamanı Samir və Muskaan arasında yolda bir sıra anlaşılmazlıqlar baş verir. Samir Muskanı bəyənir və onu özünün axtardığı yeni modeli kimi təyin etmək qərarına gəlir və qız onun bu qərarı ilə razılaşır. Sonra Canvi (Jahnvi) qrupun bir üzvü tərəfindən mədəsindən vəhşicəsinə bıçaqlanaraq öldürülür və beləliklə də onların dünyası alt-üst olur və polisin əlindəki yeganə ipucu qızın qatilinin adının “S” hərfi ilə başlamasıdır və nəyin bahasına olursa olsun qatili əldə etməyə qərarlı olan müfəttiş Vikram Rajputun gözündə Samir qızın qətlində əsas şübhəliyə çevrilir. Qatilin axtarışı zamanı Muskaan (Gracy Singh) və Sameer bir-birlərinə aşiq olurlar. Onlar polis bölməsinə getməyə hazırlaşarkən Muskaan Canvinin atasına mesaj qoyduğu kasetlə gəlir.
Muskoqlar
Muskoqlar — Şimali Amerikanın hindi tayfaları (krikilər, çoktolar, seminollar, mobillər və b.) qrupu. 1826-1837-ci illərdə muskoqlar güclə Missisipi çayından qərbə (indiki Oklahoma ştatına) rezervasiyalara köçürüldülür. Müasir muskoqlar (təqribən 50 min) metisləşmişlər; dindarları xristiandır. Əsasən, kənd təsərrüfatında çalışırlar, bir hissəsi sənətkar, muzdur və fəhlədir; ziyalıları da var.
Muskovit
Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Növ müxtəliflikləri == fuksit (6 %-dək Cr2O3), ellaherit (10 %-dək BaO), ferrimuskovit (13 %-dək Fe2O3), litiumlu (3-4 % Li2O) və manqanlı (2-3 % MnO) muskovitlər; serisit – incəpulcuqlu əmələgəlmələr və b. == Xassələri == Xromofor-elementlərin konsentrasiyasından asılı olaraq müxtəlif rənglərdə olur: rəngsiz (nazik lövhəciklər), müxtəlif çalarlı boz, sarımtıl, yaşılımtıl, zümrüdü - yaşıl (fuksit), bənövşəyi (manqanlı muskovit), qırmızımtıl - qəhvəyi (ferrimuskovit), bəzən ağ (serisit) və b.; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi, pulcuqlu kütlələrdə – ipək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 2-3; vərəqləri əyilgən və elastikdir; Ayrılma – {001} üzrə tam mükəmməl, {110} və {010} üzrə mükəmməl; Sınıqlar – asanlıqla nazik vərəqlərə ayrılır; Morfologiya – kristallar: lövhəli, niziklövhəli, qısasütunvarı, nadir hallarda – iynəvari; İkiləşmə: tez-tez mika qanunu, nadir hallarda xlorit qanunu üzrə; Mineral aqreqatları: vərəqli-dənəvər, pulcuqlu, sıx gizlikristallik; Başqa xassələr – yaxşı elektroizolyasion materialdır. == Mənşəyi və yayılması == Bəzi intruziv süxurlarda süxur əmələgətirən mineral kimi iştirak edir və kaliumlu çöl şpatlarının metasomatik əvəzlənməsi hesabına əmələ gəlir. Qranit peqmatitlərinin muskoviti üçün çox iri, sahəsi bəzən 5-7 m2-ə çatan kristallar səciyyəvidir. Muskovitin incəpulcuqlu növ müxtəlifliyi – serisit hidrotermal filiz yataqlarının adi mineralı olub, ətraf süxurların plagioklazlarının hidrotermal dəyişilmə məhsulu kimi geniş yayılmışdır. Muskovit həmçinin qreyzenlərdə, aşınma qabıqlarında, metamorfizmin bütün pillələrinin metamorfik əmələgəlmələrində və çökmə süxurlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, ortoklaz, almandin, stavrolit, disten, turmalin və b. Mineralın tapıldığı yerlər: Benqal və Mədrəs rayonları (Hindistan); Nyu-Hempşir və Şimali Karolina (ABŞ); Ontario vilayəti (Kanada); Mam rayonu, Kola yarımadası (Rusiya) və b. Azərbaycanda muskovit, xüsusilə serisit, intruziv süxurlardan əlavə, metasomatitlərdə (listvenitlərdə, törəmə kvarsitlərdə, filizətrafı-dəyişilmiş qumlu-gilli süxurlarda), kolçedan, mis-molibden, qızıl filizi yataqlarında (Çıraqdərə-Toğanalı və Tutqun filiz sahələrində, Gədəbəy, Bittibulaq, Nəsirvaz, Ağdərə, Paraqaçay, Filizçay, Katsdaq yataqlarında, Qovurmadərə təzahüründə və b.) tez-tez müşahidə olunur.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2016 ••• 0.69
2020 •••••••••••••••••••• 5.83

"musk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#musk nədir? #musk sözünün mənası #musk nə deməkdir? #musk sözünün izahı #musk sözünün yazılışı #musk necə yazılır? #musk sözünün düzgün yazılışı #musk leksik mənası #musk sözünün sinonimi #musk sözünün yaxın mənalı sözlər #musk sözünün əks mənası #musk sözünün etimologiyası #musk sözünün orfoqrafiyası #musk rusca #musk inglisça #musk fransızca #musk sözünün istifadəsi #sözlük