muskovit sözü azərbaycan dilində

muskovit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • muskovit • 71.4286%
  • Muskovit • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Muskovit
Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Etimologiyası == Muskovit adı Muscovy Glass (Moskva şüşəsi) sözündən götürülmüşdür. Orta əsrlərdə və Çar Rusiyasında pəncərə şüşələrinə ucuz alternativ kimi istifadə edilmişdir. Muskovit adı ilk dəfə 1568-ci ildə İngiltərənin Rusiyadakı səfiri Gerorge Turberville tərəfindən Kraliça I Yelizavetaya yazılmış olan məktublarda xatırlanmışdır. XVI əsrdə İngiltərədə geniş şəkildə tanınmış və istifadə edilmişdir. Onun rusca yazılışı “мусковит”, tələffüzü isə “muskovit” formasındadır. == Növ müxtəliflikləri == fuksit (6 %-dək Cr2O3), ellaherit (10 %-dək BaO), ferrimuskovit (13 %-dək Fe2O3), litiumlu (3-4 % Li2O) və manqanlı (2-3 % MnO) muskovitlər; serisit – incəpulcuqlu əmələgəlmələr və b. == Xassələri == Xromofor-elementlərin konsentrasiyasından asılı olaraq müxtəlif rənglərdə olur: rəngsiz (nazik lövhəciklər), müxtəlif çalarlı boz, sarımtıl, yaşılımtıl, zümrüdü - yaşıl (fuksit), bənövşəyi (manqanlı muskovit), qırmızımtıl - qəhvəyi (ferrimuskovit), bəzən ağ (serisit) və b.; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi, pulcuqlu kütlələrdə – ipək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 2-3; vərəqləri əyilgən və elastikdir; Ayrılma – {001} üzrə tam mükəmməl, {110} və {010} üzrə mükəmməl; Sınıqlar – asanlıqla nazik vərəqlərə ayrılır; Morfologiya – kristallar: lövhəli, niziklövhəli, qısasütunvarı, nadir hallarda – iynəvari; İkiləşmə: tez-tez mika qanunu, nadir hallarda xlorit qanunu üzrə; Mineral aqreqatları: vərəqli-dənəvər, pulcuqlu, sıx gizlikristallik; Başqa xassələr – yaxşı elektroizolyasion materialdır. == Mənşəyi və yayılması == Bəzi intruziv süxurlarda süxur əmələgətirən mineral kimi iştirak edir və kaliumlu çöl şpatlarının metasomatik əvəzlənməsi hesabına əmələ gəlir. Qranit peqmatitlərinin muskoviti üçün çox iri, sahəsi bəzən 5-7 m2-ə çatan kristallar səciyyəvidir.

muskovit sözünün etimologiyası

  • 1 ing. muscovite; Rusiyanın köhnə adı Moskoviya (Muscovy) sözündən; bu mineralın böyük vərəqələrinin “Moskva şüşəsi” adı ilə Rusiyadan Qərbə daşınması ilə əlaqədardı

    Azərbaycan dilinin etimologiya lüğəti / muskovit

Oxşar sözlər

#muskovit nədir? #muskovit sözünün mənası #muskovit nə deməkdir? #muskovit sözünün izahı #muskovit sözünün yazılışı #muskovit necə yazılır? #muskovit sözünün düzgün yazılışı #muskovit leksik mənası #muskovit sözünün sinonimi #muskovit sözünün yaxın mənalı sözlər #muskovit sözünün əks mənası #muskovit sözünün etimologiyası #muskovit sözünün orfoqrafiyası #muskovit rusca #muskovit inglisça #muskovit fransızca #muskovit sözünün istifadəsi #sözlük