Şah Sultan (III Mustafanın qızı)
Şah Sultan (20 aprel 1761, Topqapı sarayı, İstanbul – 11 mart 1803, İstanbul) — 26. Osmanlı sultanı III Mustafanın qızı.
== Həyatı ==
20 aprel 1761-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Mustafa, anası isə onun ikinci qadınəfəndisi Mihrişah Sultandır. Adından da göründüyü kimi Sultan Mustafanın Mihrişah adlı 2 xanımı vardı. Bunlardan baş qadınəfəndi olan Mihirşah Sultan Sultan Səlimin anası olub, validə sultanlığa qədər yüksəlmişdir. 1805-ci ildə vəfat etmiş və Əyyubsultanda öz adına inşa etdirdiyi türbəyə (Mihrişah Validə Sultan türbəsi) dəfn edilmişdir. Şah Sultan isə bunlardan ikinci qadınəfəndi olanın qızıdır. Bu səbəblə Sultan Səlimin ögey bacısı hesab olunur.
Şah Sultan hələ 3 yaşında ikən 24 aprel 1764-cü ildə atası tərəfindən sədrəzəm Bahir Mustafa Paşa ilə nişanlandırıldı.