Mustafayev sözü azərbaycan dilində

Mustafayev

Yazılış

  • Mustafayev • 99.5325%
  • MUSTAFAYEV • 0.4296%
  • mustafayev • 0.0295%
  • MUstafayev • 0.0084%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mustafayev
Mustafayev – Azərbaycanda istifadə olunan soyad. Bəkir Mustafayev (1898—1978) — Sovet İttifaqı Qəhrəmanı. Çingiz Mustafayev (1960—1992) — Azərbaycanlı jurnalist. Çingiz Mustafayev (müğənni) (d. 1991) — Azərbaycanlı müğənni. Feyruz Mustafayev (1933—2018) — dövlət xadimi. Xıdır Mustafayev (1905—1975) — Sovet İttifaqı Qəhrəmanı. İbrahim Mustafayev — dövlət xadimi. İmam Mustafayev (1910—1997) — Azərbaycanlı alim, ictimai-siyasi xadimi. Mustafa Mustafayev Mustafa Mustafayev (filoloq) (1926—2011) — Azərbaycanlı alim Mustafa Mustafayev (mühəndis) (1895—1972) — mühəndis.
Hümbət Mustafayev
Hümbət Mustafayev (1914, Zəyəm Cırdaxan) — Azərbaycan Kommunist Partiyası Salyan Rayon, Şamxor Rayon və Ağdam Rayon komitələrinin birinci katibi. == Həyatı == Hümbət Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan kəndində anadan olmuşdur. Qazaxda pedaqoji kursu, 1948-ci ildə Azərbaycan Pedqoji İntitutunu, habelə Ali Partiya Məktəbini bitirmişdi. 1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə sonra Ağdam RPK nın birinci katibi vəzifəsində seçilir. Ağdam RPK-nın 1952-ci ilin dekabrın 26-da keçirilən plenumunda Hümbət Mustafayev rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir. 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yol verdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdir.
Hümmət Mustafayev

Həsənağa Mustafayev
Həsənağa (Həsən) Hacıağa oğlu Mustafayev (1 avqust 1896, Bakı – 22 aprel 1971, Bakı) — Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Azərbaycan səhnəqrafiyasının ali təhsil almış ilk peşəkar rəssamlarından olan Həsənağa Mustafayev 1 avqust 1896-cı ildə Bakıda anadan olub. O, yeddinci sinifdən sonra 1922–1925-ci illərdə Bakı Rəssamlıq Məktəbində, 1926–1931-ci illərdə isə Moskva Ali Bədii-Texniki Emalatxanasında təhsil almışdır. 1933–1937-ci illərdə Moskvada SSRİ Böyük Teatrında rəssam işləmiş, 1937-ci ilin sonlarında Bakıya qayıtmışdır. Burada o əvvəlcə Azərbaycan Dövlət Opera və Balet Teatrında, sonra isə Gənc Tamaşaçılar Teatrında mürəkkəb quruluşlu tamaşalara bədii quruluş vermişdir. Həsənağa Mustafayev Azərbaycan təsviri sənətində ilk dəfə olaraq ofort ("Mənzərə", "Arabaçı"), ksiloqrafiya ("Üzüm yığımı"), linoqravüra ("Xalçatoxuyanlar", "Zorxana") texnikalarını tətbiq etmişdir. Onun adı bəzi afişa və proqramlarda sadəcə "Həsən" kimi qeyd olunub. Həsənağa Mustafayev 22 aprel 1971-ci ildə Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 dekabr 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 == Rəssamı olduğu tamaşalar == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rəssamı olduğu tamaşalar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii tərtibatını işlədiyi operettalar Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrında rəssamı olduğu tamaşalar == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо.
Kərəm Mustafayev
Kərəm Nəriman oğlu Mustafayev (1 iyul 1962, Noraşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024). == Həyatı == Kərəm Nəriman oğlu Mustafayev 1 iyul 1962-ci ildə hazırkı Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Evlidir. 3 övladı var. 1983–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında taqım, bölük və tabor komandiri kimi xidmət edib. 1991–1998-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələri sıralarında tabor komandiri, əlahiddə gücləndirilmiş motoatıcı briqada komandirinin müavini — briqadanın qərargah rəisi, əlahiddə gücləndirilmiş motoatıcı briqada Komandiri və 705-ci əlahiddə gücləndirilmiş motoatıcı diviziyanın komandiri vəzifələrində xidmət edib. 1992–1994-cü illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 dekabr 1998-ci ildə Beşinci Ordu Korpusunun komandiri vəzifəsinə təyin olunub. 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin olunub.
Mahir Mustafayev
Mehdi Mustafayev
Mehdi Həsən oğlu Mustafayev (15 sentyabr 1914, Tatlı, Qazax qəzası – 5 oktyabr 1979, Bakı) — Azərbaycanda meşə mühafizəsi işinin təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Mehdi Həsən oğlu Mustafayev 1914-cü il sentyabr ayının 15-də Qazax (indiki Ağstafa) rayonunun Tatlı kəndində II Həsən ağanın ailəsində dünyaya gəlmişdir. Mehdi müəllimin tərcümeyi-halına nəzər salanda məlum olur ki, onun ulu babası Həsən bəy, babası isə Kərbəlayı Mustafa ağa olmuşdur. Valideynlərini erkən itirdiyindən hələ gənc yaşlarından zəhmətə qatlaşmalı olur. O, Tatlı kənd orta məktəbinin birinci pilləsini bitirdikdən sonra 1929-cu ildə Gəncə şəhərinə gəlmiş və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdində hazırlıq kursunda təhsil alır. 1931-ci ildə yenicə Bakıdan Gəncəyə köçürülmüş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitkiçilik fakültəsinin üzümçülük-şərabçılıq şöbəsinə qəbul olunur. Universitetin arxivində saxlanılan şəxsi işində Mehdi Mustafayevə məxsus diplomun surəti və institut direktorunun tədris hissəsi üzrə müavini İmran Kaşıyevin imzaladığı 20 fevral 1936-cı il tarixli 508 nömrəli arayışda göstərilir ki, Mustafayev Mehdi Həsən oğlu 1935-ci il noyabrın 21-də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük və şərabçılıq şöbəsini tam bitirmiş, "Vakuum aparatlarında üzüm şirəsinin qatılaşdırılması" mövzusunda diplom işini müdafiə etmiş, Dövlət Kvalifikasiya Komissiyasının qərarına əsasən AKTİ-nin 9 dekabr 1935-ci il tarixli 265 nömrəli əmrilə ona aqronom-üzümçü-şərabçı ixtisası verilmişdir. Mehdi Mustafayev institutu bitirdikdən sonra 1936–1942-ci illərdə gənc mütəxəssis kimi Şamaxı rayonunun torpaq şöbəsində aqronom, şöbə müdiri vəzifələrində çalışır. Sonralar Samux rayonundakı (keçmiş Səfərəliyev) 2 nömrəli sovxoza direktor təyin olunur. Böyük Vətən müharibəsi başlananda Mehdi müəllim dövlət tərəfindən İrana göndərilir.
Merik Mustafayev
Mikayıl Mustafayev
Mirzə Mustafayev
Mirzə Mustafayev (22 iyun 1908, Bakı – 15 mart 1979) — azərbaycanlı operator, rejissor və ssenarist. == Fəaliyyəti == Mirzə Mustafayev 1931-ci ildən kinoda fəaliyyət göstərmiş və 70-dən çox filmin hazırlanmasında iştirak etmişdir. Kinoda operator (40-dan çox film), ikinci operator, operator assistenti, quraşdırılmış səhnələrin operatoru (20-yə yaxın film), rejissor (30-a yaxın film), ssenari müəllifi, aktyor və montajçı kimi çalışmışdır. 1941–1945 müharibəsinin ilk günlərindən başlayaraq kinematoqrafçılarımızın bir hissəsi arxa cəbhədə gecə-gündüz öz işini davam etdirirdisə, digər hissəsi ön cəbhədə çəkilişlər aparırdı. Onlardan biri də Mirzə Mustafayev idi. O ön cəbhədə çəkilişlər aparmış, düşmənlə vuruşmuş, dəfələrlə ölümlə üz-üzə dayanmışdır. Bu cəbhəçi kinematoqrafçının silahı kinokamera idi. == Filmoqrafiya == Operator kimi Direktiv bant (film, 1932) (qısametrajlı bədii film) 26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933) (qısametrajlı sənədli film) Pambıq (film, 1933) (qısametrajlı sənədli film) Pambıq yığımı Staxanovçuları (film, 1937)(I) (qısametrajlı sənədli film) Pambıq yığımı Staxanovçuları (film, 1937)(II) (qısametrajlı sənədli film) Ümumxalq təntənəsi (film, 1938) (qısametrajlı sənədli film) Hava hücumundan müdafiə (film, 1940) (qısametrajlı sənədli film) Yeni həyat vadisi (film, 1940) (qısametrajlı sənədli film) Bir May Bakısı (film, 1941) (qısametrajlı sənədli film) Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941) (qısametrajlı sənədli film) Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! (film, 1942) (qısametrajlı sənədli film) İran haqqında oçerk (film, 1942) (qısametrajlı sənədli film) Qayğı (film, 1943) (qısametrajlı sənədli film) Vətən uğrunda (film, 1943) (qısametrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film) Xalq şairi (film, 1947) (qısametrajlı sənədli film) Qocaman Həmkarlar İttifaqı (film, 1947) (qısametrajlı sənədli film) Xəzər nefti (film, 1948) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film) Sovet gənclərinin andı (film, 1948) (qısametrajlı sənədli film) 25 il Leninsiz (film, 1949) (qısametrajlı sənədli film) Bakıda Stalinin olduğu yerlər (film, 1949) (qısametrajlı sənədli film) Böyük sərkərdə (film, 1949) (qısametrajlı sənədli film) Böyük yol (film, 1949) (qısametrajlı sənədli film) Hədiyyə xalçası (film, 1949) (qısametrajlı sənədli film) Lenin yolu ilə (film, 1949) (qısametrajlı sənədli film) Neft ustaları (film, 1955) (qısametrajlı sənədli film) "Kazbek" qutusu (film, 1958) (qısametrajlı bədii film) Yeni il gecəsində (film, 1958) (qısametrajlı bədii film) Bir qalanın sirri (film, 1959) (tammetrajlı bədii film) Neft və qaz quyularında yanğının söndürülməsi (film, 1960) (qısametrajlı sənədli film) Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda (film, 1961) (qısametrajlı sənədli film) Bahar rəqsləri (film, 1962) (qısametrajlı sənədli film) Neft sənayesində ştanqsız nasoslar (film, 1962) (qısametrajlı sənədli film) Böyük bostan (film, 1965) (qısametrajlı sənədli film) Yüksək pambıq-xammal yetişdirilməsi (film, 1965) (qısametrajlı sənədli film) Sənsiz (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycan incəsənəti (film, 1970) (qısametrajlı sənədli film) Mənim Xəzərim (film, 1970) (qısametrajlı sənədli film) Neftçi Qurban (film, 1970) (qısametrajlı sənədli film) Azərbaycan kino sənəti (film, 1971) (qısametrajlı sənədli film) İkinci operator kimi Dostlar (film, 1934) (qısametrajlı bədii film) Mavi dənizin sahilində (film, 1935) (tammetrajlı bədii film) Bakılılar (film, 1938) (tammetrajlı bədii film) O olmasın, bu olsun (film, 1956) (tammetrajlı bədii film) Operator assistenti kimi İsmət (film, 1934) (tammetrajlı bədii film) Quraşdırılmış səhnələrin operatoru Mavi dənizin sahilində (film, 1935) (tammetrajlı bədii film) Bir qalanın sirri (film, 1959) (tammetrajlı bədii film) Leyli və Məcnun (film, 1961) (tammetrajlı bədii film) Böyük dayaq (film, 1962) (tammetrajlı bədii film) Əhməd haradadır? (film, 1963) (tammetrajlı bədii film) Yenilməz batalyon (film, 1965) (tammetrajlı bədii film) İstintaq davam edir (film, 1966) (tammetrajlı bədii film) Liftçi qız (film, 1966) (qısametrajlı bədii film) İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) Torpaq.
Musa Mustafayev
Mustafa Mustafayev
Mustafa Mustafayev (mühəndis)
Məhərrəm Mustafayev
Məhərrəm Qacar oğlu Mustafayev — tibb elmləri doktoru, professor. == Ümumi məlumatlar == Məhərrəm Qacar oğlu Mustafayev Şəki rayonunda anadan olmuşdur. Təvəllüdü: 1906 Təhsil (məktəbin adı və ixtisası): Azərbaycan Dövlət Universiteti (indiki BDU)- pedaqoji fakültəsi, Azərbaycan Dövlət Tibb Universiteti- fiziologiya fakültəsi == Əsas elmi nailiyyətləri == 1926-cı ildə seminariyanı bitirən Məhərrəm Mustafayev ibtidai məktəbdə dərs vermək hüququ qazanır, ilk müəllimlik fəaliyyətinə kənddə başlayır. Lakin həmin ilə (1926) xalq təhsili komissarlığının qərarı ilə təhsilini davam etdirmək üçün ali məktəbə göndərilir. Beləliklə, Məhərrəm Mustafayev Azərbaycan Dövlət Universiyetinin pedaqoji fakültəsinə daxil olur. Pedaqoji texnikumun nəzdindəki nümunəvi məktəbdə də müəllimliyini davam etdirir. Bu nümunəvi məktəbin əsasında 1927-ci ildə Bakı 48 №-li orta məktəb yaranmış və Məhərrəm Mustafayev onun birinci direktoru işləmişdir. 1930-cu ildə aspiranturaya daxil olur, insan və heyvan fiziologiyası kafedrasında çalışır. 1933-cü ildə ADTİ-na daxil olur, 1938-ci ildə bitirir. 1932–1942-ci illərdə oxuya-oxuya tibb texnikumunda biologiya, fiziologiya və anatomiyadan dərs demişdir.
Məmməd Mustafayev
Məmməd Mustafayev — Azərbaycan Respublikasının Əməkdar Rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü (1978). == Həyatı == Məmməd Mustafayev 1948-ci ildə Bakı səhərində anadan olmuşdur. 1968-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra rəssam təhsilini Azərbaycan Politexnik İnstitutundə davam etdirmişdir (1969-1974). 1974-1980 illərdə isə Kiyev İncəsənət Institutunda təhsil almışdır. Rəssam 1968-ci ildən başlayaraq ümumittifaq, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. 1978-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. Sənətçinin heykəllərində güclü, lakin zərif duyğu hissləri yaratmaq üçün istifadə etdiyi müxtəlif materiallarda, onun memarlıq bacarığı əks olunur. 2001-ci ildə o, Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür. 2024-cü ildə Bakıda "Gizli və aşkar" adlı sərgisi keçirilib.
Nazim Mustafayev
Nazim Mustafayev (tam adı: Nazim Pirməmməd oğlu Mustafayev; 9 aprel 1941, Nuxa)— kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, kimya üzrə elmlər doktoru. == Həyatı == Nazim Mustafayev 1941-ci il aprelin 9-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) kimya fakültəsinə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada təhsilini davam etdirmək üçün saxlanılmış, lakin elmi-tədqiqat işini Universitetin ezam olunmuş aspirantı kimi akademik Ə. M. Quliyevin rəhbərliyi ilə əvvəl Neft-Kimya Prosessləri, sonra isə Aşqarlar Kimyası İnstitutunda yerinə yetirmişdir. 1968-ci ildə "Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd- və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusu üzrə kimya üzrə fəlsəfə doktoru, 1991-ci ildə isə "Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyrilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları" mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə professor elmi adını almışdır. 1966-cı ildə Aşqarlar Kimyası İnstitutunun "Transmissiya yağları üçün aşqarlar" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilən N. Mustafayev ardıcıl olaraq böyük mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən bu günə qədər laboratoriya müdiri kimi elmi fəaliyyətini davam etdirir. O, eyni zamanda 1988–1998-ci illərdə İnstitutun struktur bölməsi olan "Aşqar kompozisiyaları" şöbəsinə ictimai əsaslarla rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Professor Nazim Mustafayevin ellmi fəaliyyətinin əsas istiqaməti element-üzvi birləşmələrin, xüsusən kükürdlü, fosforlu və xlorlu üzvi maddələrin sintezi, sürtkü yağlarına aşqar kimi tədqiqi və müasir texnikanın tələblərini ödəyən sürtkü kompozisiyalarının yaradılmasıdır.
Nurlan Mustafayev
Qara Mustafayev
Qara Teyfur oğlu Mustafayev (25 dekabr 1931 – 8 oktyabr 2018) — məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri. == Həyatı == 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954–1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958–1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960–2018-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində çalışmışdır. Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiridir. Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və "Şöhrət Ordeni"nə layiq görülmüşdür. 3 övladı, 7 nəvəsi var idi. Qara Mustafayev 2018-ci il, 8 oktyabrda vəfat etmişdir.
Qasım Mustafayev
Qasım Mustafayev (22 dekabr 1928 – 6 aprel 1989) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Mustafayev Qasım Əli oğlu Qərbi Azərbaycanın Ağbaba mahalının Güllübulaq kəndində dünyaya gəlmişdi. Qasım Mustafayevin çoxillik pedaqoji fəaliyyəti vardı. Onun müəllimlik fəaliyyəti Azərbaycan Dövlət Püdaqoji Universiteti və Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. 1965-ci ildə dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı. 1972-ci ildə Xankəndində Pedaqoji İnstitutut yaradılan kimi orada dərs deməklə bərabər, riyazi analiz kafedrasının müdiri işləyirdi. O, yeganə alim idi ki, riyazi analizdən üç dildə (Azərbaycan, rus və erməni) mühazirələr oxuyurdu. Elmi fəaliyyəti geniş idi. O, bununla bərabər "orta məktəblərdə riyaziyyat" televiziya-tədris proqramının uzun müddət aparıcısı olmuşdu. Qasım Mustafayev altı ilə yaxın Naxçıvan Dövlət Universitetinin prorektoru, 1984–1987-ci illərdə rektor əvəzi işləmişdir.
Qədim Mustafayev
Qədim İbrahimxəlil oğlu Mustafayev - Qazax rayonu Partiya Komitəsinin birinci katibi. Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. == Haqqında == Azərbaycan Dövlət Universitetini bitirmişdir. 20 əsrin əvvəllərində Azərbaycanda islam ideologiyasına dair tədqiqatın müəllifidir. ADU-nun “Elmi ateizmin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri olmuşdur. 1961-63 illərdə Gədəbəy və Qazax rayonlarında partiya komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Rafael Mustafayev
Rafael Mustafayev (1955, Bakı – 14 noyabr 2010) — Azərbaycan jurnalisti. 2004-cü ildən Rusiyanın "Reqnum" informasiya agentliyinin əməkdaşı. == Həyatı == Rafael Fuad oğlu Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Bir sıra yerli informasiya agentlikləri ilə yanaşı, Rusiyanın "Kommersant", "Novıye izvesiya" qəzetləri ilə də əməkdaşlıq edib. Tanınmış jurnalist Rafael Mustafayev noyabrın 14-də Bakıda, yol qəzası nəticəsində həlak olub. Rafael Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin böyük qardaşı idi.
Ramiz Mustafayev
Ramiz Hacı oğlu Mustafayev (16 oktyabr 1926, Türkmənabad – 10 aprel 2008, Bakı) — Azərbaycan bəstəkarı, professor (2001), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" ordeni laureatı (2001). == Həyatı == Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb.
Rasim Mustafayev
Refat Mustafayev
Refat Şemsedin oğlu Mustafayev(1911, Mramorne[d], Simferopol rayonu[d] – 1984, Əndican) — II Dünya müharibəsi illərində Krımın yeraltı partizan hərəkatında regional partiya katibi və batalyon komissarı olaraq vəzifə yerinə yetirən krım tatarı əsilli kommunisti idi. == Həyatı == Refat Mustafayev 1911-ci ildə Tavrida vilayətinin Biyuk-Yanka kəndində anadan olub. İlk təhsilini də Biyuk-Yanka kəndində almışdır. 1984-cü ildə sürgündə olduğu Özbəkistan SSR-nin Əndican şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına qoşulduqdan sonra partiya xətti ilə hərəkət etdi, 1940-cı ildə BKP (b) Krım regional komitəsinin katiblərindən biri oldu. İkinci Dünya müharibəsi başlayandan sonra Qırmızı Ordu sıralarına siyasi işçi kimi çağırıldı. Batalyon komissarı rütbəsinə layiq görüldü. 1942–1943-cü illərin qışında Krımın partizan hərəkatında kritik bir vəziyyət yarandı. 1942-ci ildə A.V.Mokrousovun başçılıq etdiyi bir sıra liderlər hava ilə materikə təxliyə edildi, 1941-ci ilin payızının ilk layihəsinin bir çox tərəfdarı öldü. Krım dağlarında partizan hərəkatı başından çıxarıldı, Krım regional komitəsi isə Krasnodarda, sonra Soçidə, partizan hərəkatının cənub qərargahı olduğu kimi.
Rizvan Mustafayev
Rizvan Abış oğlu Mustafayev (1957, Kirovka, Ağstafa rayonu) — Dövlət Gömrük Komitəsinin işlər idarəsinin rəisi, Gömrük Xidməti polkovniki. == Həyatı == 1957-ci ildə Ağstafa rayonu Kirovka kəndində ziyalı ailəsində anadan olub. Qazax rayonu Köhnəqışlaq kənd 8-illik və Tatlı kənd orta məktəbini bitirərək ali təhsil almaq və işləmək üçün 1974-cü ildə Bakı şəhərinə gəlmişdir. Ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunda, Ali Komsomol Məktəbində, Marksizm-Leninizm Universitetində, Rusiya Federasiyasının Volqaətrafı Sosial-Siyasi İnstitutunda, Bakı Sosial-Siyasi İdarəetmə və Politologiya İnstitutunda almışdır. Əmək fəaliyyətinə 1974-cü ildən Sənaye-Tikinti Nazirliyi sistemində fəhlə, çilingər kimi başlamış, 1976–78-ci illərdə hərbi xidmətdə olmuş, 1979–81-ci illərdə Avtomobil Yolları və Tikintisi Nazirliyi sistemində mühəndis, böyük mühəndis vəzifələrində işləmiş, 1981–90-cı illərdə Komsomol və Partiya orqanlarında-Bakı Metropolitenində Komsomol Komitə katibi, Nəsimi rayon Komsomol Komitəsinin təşkilat şöbəsində təlimatçı, şöbə rəisi, II katib və rayon Partiya Komitəsinin təşkilat şöbəsində fəaliyyət göstərmiş, 1992–97-ci illərdə Azəravtoyol Dövlət Şirkətində aparıcı mühəndis vəzifəsində çalışmışdır. 1997-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Komitə sədri yanında İnspeksiya şöbəsində baş inspektor, ümumi şöbənin rəisi, Daxili Təhlükəsizlik İdarəsinin (İnspeksiya İdarəsi) rəisi vəzifəsində xidmət etmiş, 2009-cu ildən DGK-nın İşlər İdarəsinin rəisi vəzifəsində xidmət göstərir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. == Ailəsi == Ailəlidir, üç övladı var.
Rövşən Mustafayev
Rövşən Müstafayev (Mustafayev Rövşən Faiq oğlu; 5 oktyabr 1960, Bakı – 20 fevral 2009, İstanbul) — Azərbaycanın görkəmli elm xadimi, AMEA İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, siyasi elmlər doktoru, professor (1960-2009). Aytən Mustafayevanın həyat yoldaşıdır. == Həyatı == Rövşən Mustafayev 1960-cı il oktyabr ayının 5-də Bakıda, ziyalı ailəsində anadan olmuşdur. Bakıdakı 134 saylı məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, ali təhsili bitirdikdən sonra, 1982-ci ildə əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə Dəvəçi rayonunun Siyəzən qəsəbəsində orta məktəb müəllimi, 1985-1990-cı illərə kimi isə "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" qəzetlərində, "Gənclik" jurnalında jurnalist fəaliyyətinə başlamışdır. Eyni zamanda, elmi yaradıcılıqla məşğul olmuş, Şərq fəlsəfəsi və poeziyası üzrə araşdırmalar aparmış, Mirzə Şəfi Vazehin yaradıcılığına dair dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Həmin il onun "Yazıçı" nəşriyyatı tərəfindən şairin indiyədək məlum olmayan şeirlərinin tərcüməsindən ibarət kitabı işıq üzü görmüşdür. == Elmi və yaradıcılıq fəaliyyətləri == Rövşən Mustafayev 1985-1990-cı illərdə "Molodyoj Azerbaydjana", "Bakiskiy raboçi" qəzetlərinin redaksiyalarında, "Gənclik" jurnalında müxbir və sonralar şöbə müdiri vəzifələrində işləmiş, başlıca olaraq, elm, mədəniyyət, təhsil mövzularında öz aktuallığı ilə seçilən təhlili materiallarla çıxış etmiş, eyni zamanda Azərbaycan televiziyasında "Dalğa" proqramının yaradıcılarından və ilk aparıcılarından biri olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunu təsis etmiş, müstəqil Azərbaycan Respublikasında hüquqi islahatlara dair sistemli tədqiqat işlərinə başlamış, həmin institutun elmi nəşri olan "Dirçəliş-XXI əsr" jurnalının baş redaktoru olmuşdur. Təsis olunduğu gündən etibarən həmin institutun direktoru vəzifəsində çalışmışdır.
Kseniya Mustafayeva
Kseniya Mustafayeva — 8 iyun 1995-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olmuşdur. Belarus əsilli Fransalı bədii gimnastdır. Fransanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. 2013 Aralıq dənizi Oyunlarının bürünc medalçısıdır. == Həyatı == Kseniya Mustafayeva 8 iyun 1995-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olmuşdur. == Karyerası == Kseniya Mustafayeva karyerasının ən böyük uğurunu 2013-cü ildə Mərsində qazandı. O 2013 Aralıq dənizi Oyunlarında bürünc medal qazandı. Kseniya Mustafayeva Türkiyənin Mərsin şəhərində keçirilən 2013 Aralıq dənizi Oyunlarında çoxnövçülükdə 3-cü yeri tutdu. Kseniya Mustafayeva 2015-ci ildə Belarusu 2015 Avropa Oyunlarında təmsil etdi.
Laləzar Mustafayeva
Laləzar Mustafayeva (30 sentyabr 1962, Qullar, Balakən rayonu) — Azərbaycan aktrisası, qiraət ustası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. (2024) == Həyatı == Ali təhsilini 1990-cı ildə başa vuran L.Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. Aktrisa işlədiyi illər ərzində o, İçgen xatun ("Özümüzü kəsən qılınc"), Məlahət ("Rəqabət", B.Vahabzadə), Ameliya ("Dişi canavar", F.Q.Lorka), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə), Qumru müəllimə ("Ana intiqamı", V. Babanlı), Abbi Patnem ("Qarağaclar altında ehtiraslar", Y.O Nil), Məhin banu ("Fərhad və Şirin", S.Vurğun), Ziba xanım ("Lənkəran xanının vəziri", M.F.Axundov), Hüquqə xanım ("Bu dünyanın adamları", Hidayət), Kərbəlayi Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə) kimi obrazlar yaratmışdır. Aktrisa "Güllələnmə təxirə salınır" (Laləzar), "Gənc qadının əri" (Xalidə), "Uzun gecə" (Qadın), "Qəzəlxan" (Birinci arvad), "Qara volqa" (Pəncəli), "Divar" (Nazlı), "Ağ atlı oğlan" (Şəhla) bədii filmlərinə çəkilib. "Pəncərə" filmində Qumral roluna çəkilən Vüsalə Nəbiyevanın anasıdır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar artisti — 1998 Azərbaycan Respublikasının xalq artisti — 2002 Cəfər Cabbarlı mükafatı — 2010 Prezident mükafatı — 9 may 2012, 30 aprel 2014, 6 may 2015, 6 may 2016, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020, 7 may 2021, 10 may 2022, 6 may 2023 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 29 oktyabr 2019 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2024 == Filmoqrafiya == Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: Şəhla Balaş və Mədinə (film, 2003) Biz qayıdacağıq (film, 2007) Boradigah (film, 2002) Dan ulduzu, tale ulduzu (film, 2001) Divar (film, 1991) Əhməd Bakıxanov (film, 2003) Gənc qadının kişisi (film, 1988) Girdiman (film, 2003) Güllələnmə təxirə salınır!... (film, 2002) Qara "Volqa" (film, 1994) Qəzəlxan (film, 1991) Lahıc (film, 2004) Ləyaqət hücrəsi (film, 2011) Mariya (film, 2004) Naftalan (film, 2003) Naxçıvan muzeyləri (film, 2003) Pəncərə (film, 1991) Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film) Səni axtarırıq... (film, 2013) Uzaq yaşıl ada (film, 2004) Yeraltı şəhərin izi ilə (film, 2004) == İstinadlar == == Mənbə == Rafiq Hacıyev. "O bahardan gələn... Könül" //Odlar yurdu.- 1992,- 2 oktyabr.- № 28.- səh.
Mirzə Kəlbəli Mustafayev
Mustafa Mustafayev (I)
Mustafayev Mustafa Hacı Rəhim oğlu (17 oktyabr 1895, Qazax rayonu – 1972) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı real məktəbini bitirmişdir (1914). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Fransaya göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında Mustafayevin təhsilini uğurla davam etdirməsi, Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında isə təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Tələbəlik illərində M.Mustafayev dünya şöhrətli "Reno" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçmiĢdir. Tuluza İnstitutunda təhsilini başa vurduqdan sonra ona "Reno" şirkətində mühəndis yerini tutmaq təklif edilmişdi. Fransada ailə həyatı quran Mustafayev 1927-ci ildə ildə Azərbaycana qayıtmış, sənayeləşmə illərində mühəndis-energetik kimi 15 il bir sıra elektrik stansiyalarını və Bakı tramvay xəttinin tikintisində çalışmışdır. İkinci dünya müharibəsi başlayanda fransız həyat yoldaşı Səmərqənd şəhərinə (Özbəkistan), Mustafayev özü isə Şimali Qazaxıstana sürgün edilmişdir (1942). O, 1943-cü ilin noyabrında azad edilərək, Səmərqəndə gəlmiş, 1961-ci ilədək burada ixtisası üzrə işləmişdir. Bakıya qayıtdıqdan sonra Bakı Dövlət Universitetində və Sənaye İnstitutunda riyaziyyat və fransız dili fənlərindən dərs demişdir.
Mustafa Mustafayev (II)
Mustafa Mir Qasım oğlu Mustafayev — filologiya elmləri namizədi, professor == Həyatı == Mustafa Mustafayev (Mir Mustafa Mir Qasım oğlu Mir Mustafayev - Talışlı) 18 noyabr 1926-ci ildə Lənkəran qəzasının Mahmudavar (indi Masallı rayonuna daxildir) qəsəbəsində anadan olmuşdur. O, XVIII əsrdə Talış xanlığının əsasını qoyan general-mayor Mir Mustafa xan Talışlının törəmələrindəndir. Sovet hakimiyyətinin ilk illərində inzibati tədbirlərlə əlaqədar ailəsi ilə Şirvana köçürülmüşdür. Mustafa Mustafayev ibtidai və orta təhsilini Şamaxı şəhərində almışdır. 1944-cü ildə hərbi səfərbərliyə alınmış, 1946-cı ildə Hərbi xidmətdən tərxis olunmuşdur. 1946-1947-ci illərdə Bakıda neft (Kirovneft, indiki Binəqədi) mədənlərində fəhlə və çilingər işləmişdir. 1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "dil-ədəbiyyat" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mustafa Mustafayev Lənkərana beş il təyinat almış, rayonun Mamusta və Kərgəlan kəndlərində dil-ədəbiyyat müəllimi və dərs hissə müdiri işləmişdir. 1958-ci ildən Bakıya köçmüş, Xəzər gəmiçiliyi idarəsində təhsil işləri üzrə müdir vəzifəsində çalışmışdır. 1961-ci ilin yanvarın 1-də "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” ixtisası üzrə V.İ.Lenin adına ADPİ-nin əyani aspiranturasına qəbul olunmuşdur.
Mustafa Mustafayev (alim)

Mustafa Mustafayev (filoloq)

Mustafa Mustafayev (professor)

Müşfiq Mustafayev (leytenant)
Məhərrəm Mustafayev (alim)
Məhərrəm Qacar oğlu Mustafayev — tibb elmləri doktoru, professor. == Ümumi məlumatlar == Məhərrəm Qacar oğlu Mustafayev Şəki rayonunda anadan olmuşdur. Təvəllüdü: 1906 Təhsil (məktəbin adı və ixtisası): Azərbaycan Dövlət Universiteti (indiki BDU)- pedaqoji fakültəsi, Azərbaycan Dövlət Tibb Universiteti- fiziologiya fakültəsi == Əsas elmi nailiyyətləri == 1926-cı ildə seminariyanı bitirən Məhərrəm Mustafayev ibtidai məktəbdə dərs vermək hüququ qazanır, ilk müəllimlik fəaliyyətinə kənddə başlayır. Lakin həmin ilə (1926) xalq təhsili komissarlığının qərarı ilə təhsilini davam etdirmək üçün ali məktəbə göndərilir. Beləliklə, Məhərrəm Mustafayev Azərbaycan Dövlət Universiyetinin pedaqoji fakültəsinə daxil olur. Pedaqoji texnikumun nəzdindəki nümunəvi məktəbdə də müəllimliyini davam etdirir. Bu nümunəvi məktəbin əsasında 1927-ci ildə Bakı 48 №-li orta məktəb yaranmış və Məhərrəm Mustafayev onun birinci direktoru işləmişdir. 1930-cu ildə aspiranturaya daxil olur, insan və heyvan fiziologiyası kafedrasında çalışır. 1933-cü ildə ADTİ-na daxil olur, 1938-ci ildə bitirir. 1932–1942-ci illərdə oxuya-oxuya tibb texnikumunda biologiya, fiziologiya və anatomiyadan dərs demişdir.

Oxşar sözlər

#mustafayev nədir? #mustafayev sözünün mənası #mustafayev nə deməkdir? #mustafayev sözünün izahı #mustafayev sözünün yazılışı #mustafayev necə yazılır? #mustafayev sözünün düzgün yazılışı #mustafayev leksik mənası #mustafayev sözünün sinonimi #mustafayev sözünün yaxın mənalı sözlər #mustafayev sözünün əks mənası #mustafayev sözünün etimologiyası #mustafayev sözünün orfoqrafiyası #mustafayev rusca #mustafayev inglisça #mustafayev fransızca #mustafayev sözünün istifadəsi #sözlük