Muxtarov sözü azərbaycan dilində

Muxtarov

Yazılış

  • Muxtarov • 99.2530%
  • MUXTAROV • 0.6791%
  • muxtarov • 0.0679%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla Muxtarov
Abdulla İbrahim oğlu Muxtarov (24 dekabr 1918, Saxur, Dağıstan MSSR – 17 may 2013)— Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == 24 dekabr 1918-ci ildə Dağıstan Muxtar Respublikasının Rutul rayonunun Saxur kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Milliyətcə saxurdur. Bakı Dövlət Universitetinin professoru, Evli idi. İki övladı var. 17 may, 2013-cü ildə vəfat edib. == Təltif və mükafatlar == "Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı" — 1969; "Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar. Şərəfli əməyə görə" medalı — 1970; "1974-cü il sosialist yarışının qalibi" — 1974; "Azərbaycan SSR xalq təhsili əlaçısı" medalı — 1975 "Şərəf nişanı" ordeni — 1978; "SSRİ-nin təhsil əlaçısı" medalı — 1980; "Əmək veteranı" medalı — 1981; Azərbaycanın Əməkdar Elm Xadimi — 1992; Azərbaycan Respublikasının "Şöhrət" ordeni — 1998; BDU-nun "Xatirə" medalı — 1998 == Kitabları == Statistik fizika (1961) Kvant mexanikası (1999) == Elmi əsərləri == Xarici ölkələrdə 50-yə yaxn elmi əsəri çap edilmişdir.
Elman Muxtarov
Elman Muxtarov (12 dekabr 1994, Goranboy) — Azərbaycanı təmsil edən güləşçi. == Karyerası == Elman Muxtarov 2009-cu ildə Serbiyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bir il sonra, 2010-cu ildə Elman Muxtarov Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Elman Muxtarov qrup mərhələsinin birinci görüşdə Belarus nümayəndəsi Andrey Pihazu ilə üz-üzə gəldi. Həmin görüşdə Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (3:0, 3:0). Növbəti görüşdə isə onun rəqibi Kuba nümayəndəsi Yohan Rodriqez Banqela oldu. Bu görüşdə də Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (2:0, 5:1). Bununla da Elman Muxtarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Nurbəy Haqqulov oldu. Final görüşündə də qalib gələn tərəf Elman Muxtarov oldu — 2:0 (3:0, 4:0).
Fəxrəddin Muxtarov
Fəxrəddin Muxtarov — Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament üzvü, 2010-2015-ci illərdə Dnepropetrovski, hazırda isə Poltava Radasının deputatı. == Həyatı == Fəxrəddin Muxtarov 1965-ci ildə Amasiya rayonun anadan olmuşdur. 1988-ildə Dağlıq Qarabağ münaqişəsindən sonra, ailəsi ilə birlikdə Ermənistanın Amasiya rayonundan Ukraynaya köçməli olur. Ali təhsilini Dnepropetrovsk Aqrar Universitetində almışdır. === Ailəsi === Ailəlidir, üç oğlu və bir qızı var. Oğlu Ələddin Muxtarov Azərbaycan Dillər Universitetində təhsil alır, qızı isə Ukrayna Universitetinin idarəetmə fakültəsini bitirib. == Əmək fəaliyyəti == Ukraynaya gəldiyi ilk vaxtlardan kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Torpaqların hamısını icarəyə götürürdü. Təsərrüffatında işlətdiyi texnikanın hamısı özünün idi. Əsasən xammal istehsalı ilə məşğul olurdu.
Hüseyn Muxtarov
Hüseyn Muxtarov (11 iyul 1914, Məşhəd – 1980) — Türkmənistan dramaturqu. == Həyatı == Hüseyn Muxtarov 11 iyul 1914-cü ildə Qacarlar dövlətinin Xorasan əyalətinin Məşhəd şəhərində anadan olub. 1953-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1954–1966-cı illərdə Türkmənistan SSR Kinematoqraflar ittifaqının sədri olub. Hüseyn Muxtarov 1980-ci ildə vəfat edib.
Murtuz Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. == Erkən illəri == Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. == Əmək fəaliyyəti == Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı. Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur.
Murtuza Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. == Erkən illəri == Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. == Əmək fəaliyyəti == Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı. Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur.
Muxtarov Məscidi
Murtuza Muxtarov məscidi (Bakı) — Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir. Muxtarov məscidi (Vladiqafqaz) — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid.
Nüsrət Muxtarov
Nüsrət Muxtarov (1925-?)—rejissor. == Həyatı == On üç yaşlı Nüsrətin həyat və sənət kitabına bu unudulmaz hadisə 1938-ci ildə yazıldı. Çox keçmədən Nüsrətin xeyirxahı və sənət müəllimi Ağası Zeynalov Zaqatala teatrına dəyişildi. Onu Şuşa teatrında Əzizağa Məmmədov əvəz elədi. Nüsrətin ifasını ilk günlərdən bəyənən təzə rejissor da bu gənc aktyora öz dəyərli məsləhətlərini verdi, onu səhnəyə daha da ruhlandırdı. Nüsrət Əzizağa müəllimin rejissorluğu ilə yeni-yeni obrazlar qalereyası yaratdı. "Aşıq Qərib"də Aşıq Vəli və Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm və Sofi, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun"da Qoçu Əsgər, "Vaqif"də Əli bəy və sair rolları oynadı, qəhrəmanlarını tamaşaçılarına sevdirə bildi. Nüsrət Muxtarov 1939-cu ildə Üzeyir bəy Hacıbəyovun nəzər-diqqətini cəlb etmişdi. Böyük Bəstəkar yazırdı: "Olimpiadada əsas yeri Sovet hakimiyyəti dövründə yetişmiş, qədim melodiyaların ifasına yenilik gətirən gənclər tuturdu. Şuşalı məktəbli Nüsrət Muxtarov və 10 yaşlı pioner Ənvər Nəzərov xoşbəxt sovet uşaqlarının həyatına həsr etdikləri və böyük ruh yüksəkliyi ilə oxuduqları şerlərində sovet xalqının ən yaxşı oğullarının yaradıcılığı üçün ilham verən arzunu—Kremldə partiya və hökumət rəhbərləri ilə görüşmək arzusunu ifadə edirdilə".
Nəsib Muxtarov
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. == Həyatı == Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəkillər: 1, 2, 3.
Rasim Muxtarov
Rasim Muxtarov (azərb. Muxtarov Rasim Mustafa oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1958-ci il iyulun 10-da anadan olmuşdur. Məişət kondisionerləri zavodunda çilingər işləmişdir. İki ciyərparası qaldı. İlahə və Kəmalə. Qanlı yanvar gecəsindən 1 ay. 5 gün sonra, fevralın 25-dən 26-na keçən gecə baş vermiş bu hadisəni eşidəndə bir daha əmin olursan ki, qanlı günlər davam edir. Hadisə həmin gecə Tağızadə ilə Pişəvəri küçələrinin kəsişdiyi yerdə olub.
Sərxan Muxtarov
Taleh Muxtarov
Taleh Həşim oğlu Muxtarov (1 dekabr 1985; Kəlbəcər rayonu, Azərbaycan SSR — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Muxtarov 1985-ci il dekabrın 1-də Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Taleh Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Muxtarov oktyabrın 18-da Ağdərə istiqamətində şəhid olub. Goranboy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Muxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Yusif Muxtarov
Yusif Mehdi oğlu Muxtarov — aktyor və teatr xadimi. == Həyatı == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona Əməkdar artist fəxri adı verilib. 1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olmuşdur. Yusif Mehdi oğlu Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan Nazim Hikmətin «Qəribə adam», M.Y. Lermontovun «İki qardaş», Səməd Vurğunun «Vaqif», Sabit Rəhmanın «Xoşbəxtlər», Nazim Hikmətin «Bayramın ilk günü», Mar Bayciyevin «Duel», Çingiz Aytmatovun «Qırmızı yaylıqlı qovağım mənim», İlyas Əfəndiyevin «On iki manatlıq lüstr», «Söyüdlü arx», televiziya tamaşalarında və Azərbaycan kinostudiyasında çəkilən «Baladadaşın ilk məhəbbəti», «Gecə qatarında qətl» filmlərində yaddaqalan obrazlar yaratmışdır. Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə mindən artıq film səsləndirilib.
İlqar Muxtarov
Muxtarov İlqar Yusif oğlu (29 sentyabr 1969, Bakı) — Diplomat, hüquqşünas, Azərbaycan Respublikasının Meksika Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri (2009—2016). Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == İlqar Yusif oğlu Muxtarov 1969-ci ildə sentyabr ayının 29-da Bakıda anadan olub. O, əvvəlcə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili və tarixi üzrə təhsil alıb. Daha sonra təhsilini Beynəlxlaq hüquq ixtisası üzrə davam etdirib. 1996—1998-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb. 1998—2005-ci illərdə Azərbaycanın Amerikadakı səfirliyində işləyib. 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində çalışıb. 2006-cı ilin iyun ayından Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olub. 2007-ci ildən Azərbaycanın Amerikadakı səfirliyinin siyasi məsələlər şöbəsində çalışıb.
Əhməd Muxtarov
Əhməd Kərəm oğlu Muxtarov (5 fevral 1951, Malbinəsi, Yevlax rayonu) — Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı. == Həyatı == Ə. Muxtarov 05 fevral 1951-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olub. 1967-ci ildə Yevlax rayonunun Malbinəsi kənd orta məktəbini bitirmişdir. 1968-ci ilin yanvar ayından 1968-ci ilin sentyabr ayına kimi Yevlax Neftbazasında operator işləmişdir. 1968-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş və 1972-ci ildə həmin institutun uçot-iqtisad fakültəsini bitirmişdir. 1972-ci ilin sentyabr ayından 1972-ci ilin noyabr ayına kimi Yevlax şəhər Qarışıq Mallar Ticarəti İdarəsinin Şəhər ictimai iaşə idarəsində mühasib vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayına kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. == Siyasi-İctimai fəaliyyəti == 1974-cü ildə Yevlax şəhər Qarışıq Mallar Ticarəti İdarəsinin Şəhər ictimai iaşə idarəsində mühasib, 1974–1980-ci illərdə Yevlax birləşmiş Mülkü hava dəstəsində pullu komsomol komitəsinin katibi, Yevlax şəhər komsomol komitəsində Komsomool Təşkilatları şöbəsinin müdiri, Yevlax şəhər Komsomol Komitəsinin katibi və ikinci katibi vəzifələrində işləmişdir. 1980–1981-ci illərdə Yevlax rayonunun Xaldan mal-qara kökəltmə sovxozunda azad partiya komitəsinin katibi vəzifəsində işləmişdir. 1981–1983-cü illərdə Bakı Partiya məktəbində əyani təhsil almışdır.
Ələsgər Muxtarov
Ələsgər Faiq oğlu Muxtarov — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. == Hərbi xidməti == Mayor Ələsgər Muxtarov Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Ələsgər Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Murtuza Muxtarov məscidi
Murtuza Muxtarov məscidi (Bakı) — Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir. Muxtarov məscidi (Vladiqafqaz) — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid.
Muxtarov məscidi (Vladiqafqaz)
Muxtarov məscidi (rus. Мечеть Мухтарова, oset. Мухтаровы мæзджыт) və ya sadəcə Sünni məscidi (rus. Суннитская мечеть) — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid. == İnşa tarixi == 1900–1908-ci illərdə tanınmış Bakı milyonçusu Murtuza Muxtarov məscidin tikilməsinə maliyyə köməkliyi edir. "Priazovskiy kray" qəzetinin məlumatına görə 80 min rubla başa gələn məscidin 50 min rublunu məhz Bakı neft milyonçusu Murtuza ağa Muxtarov vermişdir. Bu səbədən məbədə Muxtarov məscidi adı verilmişdir. Məscidin layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur. Məscidin tikintisi 14 oktyabr 1908-ci il tarixində tamamlanmışdır. == Memarlıq üslubu == Məscidin tikintisində layihə müəllifi İosif Ploşko qotik üslubundan istifadə etmişdir.
Nəsib Muxtarov (arxeoloq)
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. == Həyatı == Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəkillər: 1, 2, 3.
Murtuza Muxtarov məscidi (Bakı)
Murtuza Muxtarov məscidi — Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir. == İnşa tarixi == Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir.. Belə ki, məscidin memarı Zivər bəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası isə Mirzə Məlik Abbasquludur.
Nəbi Muxtarov
Nəbi Muxtarov (1948) — Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Nəbi Muxtarov 1948-ci ildə doğulub. 1966-cı ildə Martuni rayonundakı beynəlmiləl orta məktəbi bitirib. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub, institutu bitirdikdən sonra müəllim kimi fəaliyyətinə başlayıb. 1968-ci ildə Füzuli rayon komsomol komitəsində məktəbli gənclər şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1969-cu ildə Füzuli rayon komsomol komitəsinin ikinci katibi, 1971-ci ildə isə birinci katibi vəzifəsində çalışıb. Rayon partiya komitəsinin büro üzvü seçilən Nəbi Muxtarov 1974–1975-ci illərdə hərbi xidmətdə olur. Hərbidən qayıtdıqdan sonra, 1976-cı ildə rayon həmkarlar ittifaqları şurasının sədri, 1977-ci ildə Füzuli rayon ХDS İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində çalışıb. О, 1978-ci ilin sentyabr ayında Bakı Ali Partiya Məktəbinə təhsil almağa göndərilib. Elə həmin vaxtlar о, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini də bitirib.
Fatma Muxtarova
Fatma Səttar qızı Muxtarova (14 (26) mart 1893, Urmiya – 19 oktyabr 1972, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1940). Gürcüstan SSR əməkdar artisti (1936). == Həyatı == Fatma Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçmüşdür. Atası Abbas Rzayev o, 3 yaşında olarkən vəfat etdiyindən anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurmuşdur. 1910-cu ildə yeni ailə Saratovda məskunlaşdı. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyur pul qazanırdı. Onu Saratovda "Katya Muxtarova" və ya "Şarmankaçı Katya" olaraq tanıyırdılar. Fatma qazandığı pulların hamısını evə verirdi. O, pul yığmağa başlayır və 1 il ərzində dövr üçün heç də az olmayan məbləğ — 1000 rubl toplaya bilir.
Gülbəniz Muxtarova
Gülbəniz Muxtarova (tam adı: Gülbəniz Siyavuş qızı Muxtarova) (22 sentyabr 1974, Mingəçevir) — AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyası” laboratoriyasının müdiri, texnika üzrə elmlər doktoru, dosent. == Ümumi məlumatlar == Gülbəniz Siyavuş qızı Muxtarova 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1991-ci ildə Mingəçevir şəhər 7 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1992-1997-ci illərdə Türkiyə Respublikası Ankara şəhərində Qazi Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini bitirmiş, 1998-1999-cu illərdə Akademik Y.Məmmədəliyev adına NKPİ-də «Katalitik krekinq və piroliz» laboratoriyasında kimyaçı vəzifəsində işləmişdir. 1999-2001-ci illərdə Qazi Universitetinin Kimya Fakültəsinin magistr pilləsini bitirmiş və eyni zamanda 1999-2001-ci illərdə Ankara şəhərində Özəl Bilgi kollecində kimya müəlliməsi işləmişdir. G.S.Muxtarova 2003-cü ildə Y.Məmmədəliyev adına NKPİ-də kimyaçı vəzifəsində işə başlamış, 2004-cü ildə kiçik elmi işçi, 2005-ci ildə elmi işçi, 2010-cu ildə böyük elmi işçi vəzifəsini icra edən, 2012-ci ildə böyük elmi işçi, 2012-ci ilin iyul ayında aparıcı elmi işçi vəzifəsini icra edən, 2013-2017-ci illərdə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2018-ci ildən “Neftlərin tədqiqi və yağların alınma texnologiyası” laboratoriyasının müdiri vəzifəsinə təyin edilmişdir. G.S.Muxtarova 2010-cu ildə «Ağır neft qalıqlarının müxtəlif qazların atmosferində suspenzləşmiş katalizator əlavələrinin iştirakı ilə termokatalitik krekinqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 2011-ci ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2014-cü ildə dosent elmi adını almışdır. G.S.Muxtarova 2012-ci ildə NKPİ-də keçirilmiş “Gənc alimlərin ən yaxşı elmi-tədqiqat işləri” nominasiyası üzrə müsabiqədə 1-ci yerə layiq görülmüş və mükafatlandırılmışdır. 2017-ci ildə «Təbii alümosilikatlar və onların (Ni, Co) metallarla modifikasiyalarından alınmış katalizatorların iştirakı ilə qudronun hidrokrekinqi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2019-cu ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. == Əsas elmi nailiyyətləri == Neftin emalını dərinləşdirmək məqsədilə ilk dəfə olaraq Bakı neftlərindən alınan ağır neft qalıqlarının – mazutun suspenzləşdirilmiş yüksəkdispersli müxtəlif katalizatorların iştirakı ilə CO2 və N2 mühitində termokatalitik, H2 mühitində hidrokrekinq prosesləri işlənib hazırlanmış və beləliklə də ağır neft xammallarından – mazutdan yüksək çıxımla açıq rəngli (benzin və dizel fraksiyaları) neft məhsulları alınmış, mazutun hidrokrekinqdən alınmış benzin fraksiyasından yüksək keyfiyyətli benzin almaq məqsədilə riforminq prosesi aparılmış, mazutun Ni, Mo tərkibli müxtəlif duzların iştirakı ilə hidrokrekinqi, polimer tullantılarını ağır neft qalıqları ilə birgə (vakuum qazoylu, mazut) emala cəlb etməklə yüksək ekoloji təmiz motor yanacaqlarının alınması üçün onların effektiv emal texnologiyası və səmərəli utilizasiya üsulu işlənib hazırlanmışdır.
Muxtarovun mədaxil evi
Muxtarovun mədaxil evi — Bakıda Rəşid Behbudov küçəsində, 1910-cu ildə Bakı neft maqnatı və milyonçusu Murtuza Muxtarov tərəfindən tikilmiş mədaxil evi. İtaliyanın İntibah memarlığı üslubunda, memar İosif Ploşko tərəfindən işlənmiş bir binadsır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, ölkənin yerli əhəmiyyətli tarixi və mədəniyyət memarlıq abidəsidir. == Arxitektura == Murtuz Muxtarov Xəzər küçələrinin (indi Rəşid Behbudov) və Nijne-Priyutskaya (indi Süleyman Rəhimov) küçələrinin kəsişməsində bir torpaq sahəsinə sahib idi. O, bu bölmədə iki mərtəbəli bir evin tikintisini Ploşkoya əmanət etdi. Birinci mərtəbədə zirzəmilər və ofisləri olan dükanlar, ikinci mərtəbədə — bütün şəraiti olan mənzillər var idi. Mənzillərin otaqları iki sıra təşkil edilir. Hər bir mənzildə də balkon var idi — şüşəbənd. Əsas giriş böyük bir portal tərəfindən hazırlanmışdır. Fasad memarlığında İtaliyanın İntibah dövrünün forması istifadə edilmişdir.
Nübar Muxtarova
Nübar Muxtar qızı Muxtarova (30 avqust 1948) — Azərbaycan pedaqoqu, pedaqoji elmlər doktoru (1996), professor (1997). "Tərəqqi" medalı ilə təltif olunmuşdur (2009). == Həyatı == Nübar Muxtarova 30 avqust 1948-ci ildə Litva SSR-in Şaulyay şəhərində anadan olmuşdur. Sonra Şamaxı rayonuna köçmüşlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. 10 elmi-praktik konfransın, o cümlədən, 4 beynəlxalq elmi-praktik konfransın təşkilatçısı və rəhbəri olmuşdur. Rusiya, Türkiyə, Çin, Malayziyada keçirilən beynəlxalq konfranslarda çıxış etmişdir. BDU-nun Böyük Elmi Şurasının qərarı ilə nəşr olunan "Pedaqoji aləm" adlı jurnalın təsisçisi və baş redaktorudur (1999-cu ildən). Bakı şəhər YAP Səbail rayon Qadınlar Məclisinin sədridir.
Təranə Muxtarova
Muxtarova Təranə Sərdar qızı — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982). == Həyatı == Təranə Muxtarova 1955-ci il sentyabrın 25-də Ağcabədi rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1977-ci ildə təyinatla göndərildiyi "Şuşa" qəzetində müxbir kimi başlamışdır. Qarabağ hadisələri başlanarkən ilk etiraz səsini ucaldan jurnalistlərdən olmuşdur (1991). "Respublika" qəzetində müxbir vəzifəsində çalışmışdır (1996). Həsən bəy Zərdabi adına mükafatın ilk laureatlarından biridir (1989). Xan qızı Natəvan adına mükafata layiq görülmüşdür (1996). == Əsərləri == 1.Şuşa harayı. Bakı: Azərnəşr, 1996, 203 səh.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.48 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 23.98
2003 ••••• 5.12
2004 •••• 4.04
2005 ••••••• 7.42
2006 •••••• 6.76
2007 •••••••••• 11.84
2008 •••••••••••• 13.40
2009 ••••••••••• 12.96
2010 ••••••••••••• 15.07
2011 •••••••••••••• 16.64
2012 ••••••••••• 12.82
2013 ••••••• 7.88
2014 ••••••• 8.07
2015 ••••••••••••• 14.46
2016 ••••••••••• 13.19
2017 ••• 3.58
2018 ••••• 5.84
2019 ••••••• 8.35
2020 ••• 3.58

Oxşar sözlər

#muxtarov nədir? #muxtarov sözünün mənası #muxtarov nə deməkdir? #muxtarov sözünün izahı #muxtarov sözünün yazılışı #muxtarov necə yazılır? #muxtarov sözünün düzgün yazılışı #muxtarov leksik mənası #muxtarov sözünün sinonimi #muxtarov sözünün yaxın mənalı sözlər #muxtarov sözünün əks mənası #muxtarov sözünün etimologiyası #muxtarov sözünün orfoqrafiyası #muxtarov rusca #muxtarov inglisça #muxtarov fransızca #muxtarov sözünün istifadəsi #sözlük