muzeyin sözü azərbaycan dilində

muzeyin

Yazılış

  • muzeyin • 66.2950%
  • Muzeyin • 33.6847%
  • MUZEYİN • 0.0203%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Gömrük Tarixi Muzeyinin filialı
Gömrük Tarixi Muzeyinin filialı — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeyi. Bakı şəhərində yerləşir. == Tarixi == Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin "Azərterminalkompleks" Birliyinin nəzdində fəaliyyət göstərən bölməsi 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatından keçdikdən sonra fond və daimi ekspozisiyadan ibarət muzey filialı kimi formalaşmışdır. Birliyinin inzibati binasında yerləşən filialın müasir avadanlıqlarla təchiz olunmuş fond və daimi ekspozisiyası müasir müzeyşünaslıq tələblərinə müvafiq olaraq qurulmuşdur. == Kolleksiyası == Filialın toplusu bir neçə bölmədən ibarətdir: onun bir qismini müasir rəssamların Azərbaycan gömrüyünün keçmişini, milli gömrük xidmətinin vüsətli inkişafını, müxtəlif tarixi mərhələlərdə fəaliyyətini və müasir gününü – gömrük əməkdaşlarının gərgin əməyini vəsf edən rəngkarlıq nümunələri təşkil edir. Kolleksiyada, həmçinin narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan gömrükçülərin fəaliyyətini və ümumiyyətlə narkomaniyanın mahiyyətini açıqlayan sənət əsərləri: heykəltəraşlıq və rəsm əsərləri, plakatlar, karikaturalar toplanmışdır. Fondlarda sənətin növləri üzrə bölgü aparılmış və saxlancda kolleksiyanı təşkil edən əsərlər müvafiq olaraq yerləşdirilmişdir. Növündən, təyinatından asılı olmayaraq kolleksiyalarda toplanmış hər bir əşyanın muzeylərdə zədəsiz mühafizəsi, komplektləşdirilməsi, elmi tədqiqat obyekti kimi öyrənilməsi, tədqiqi və təbliği muzey işinin tərkib hissəsidir. Muzeyin fond və daimi ekspozisiyası müvafiq olaraq kompleks mühafizə üçün nəzərdə tutulmuş otaq və avadanlıqlarla, ən müasir təhlükəsizlik sistemləri ilə təmin edilmişdir. Muzey filialının kolleksiyası inventarizasiyadan keçmiş, sənədləşdirmə, qeydiyyat və kompüterləşdirmə, beynəlxalq standartlara cavab verən kataloqlaşdırma işi görülmüşdür.
Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu
Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu 100 000-dən çох sikkənin sахlаnıldığı, tədqiq və təbliğ оlunduğu vаhid numizmаtik mərkəzdir. Fond 1920-ci ildə Аzərbаycаn SSR Dövlət Muzeyinin tərkibində yаrаdılmışdır. Yаrаdıldığı ilk illərdə 103 sikkədən ibаrət kiçik kоlleksiyаyа mаlik idi. Fondun kolleksiyasının əsаs hissəsini Аzərbаycаn Respublikаsı ərаzisində kəsilmiş və tаpılmış sikkələr təşkil edir. Bu sikkələr sırаsındа IX-XVIII əsrlər Аzərbаycаnın feоdаl dövlətləri – Şirvаnşаhlar, Sаcilər, Sаlаrilər, Şəddаdilər, Аzərbаycаn аtаbəyləri, Qаrаqоyunlu, Аğqоyunlu, Səfəvilərə, хаnlıqlаrа məхsus sikkələr хüsusi önəm dаşıyır. Fоnddа həmçinin аntik və Şərq sikkələrindən ibаrət kоlleksiyаlаr, qədim Yunаnıstаn şəhərlərinin, Rоmа, Bizаns imperiyalarının, ellinist dövlətlərinin (Selevkiyа, Pаrfiyа, Bаktriyа), Sаsаnilər, Ərəb Хilаfəti, Səlcuqlаr, Elxanilər, Cuçilər, Оsmаnlılаr, Əfşarlar, Baburilər və s. dövründə zərb оlunmuş və Аzərbаycаn ərаzisində tаpılаn sikkələr sахlаnılır. Fоnddа həmçinin Qərbi Аvrоpа, Rusiyа, Hindistаn, Çin və s. ölkələrdə kəsilmiş sikkə kоlleksiyаlаrı mövcuddur.
Azərbaycan Xalça Muzeyinin Şuşa filialı
Şuşa Xalça Muzeyi (və ya Azərbaycan Xalça Muzeyinin Şuşa filialı) — Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır. Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilmişdi. Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu. == Muzeyin tarixi == Filial beş il, 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdir. Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.
Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyası
Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyası (rus. Российская гимназия при Государственном Русском музее) — Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən orta ümumtəhsil müəssisəsi. Burada şagirdlər həm orta, həm də tam orta təhsil alırlar. Gimnaziya 1989-cu ildən Dövlət Rus muzeyinin nəzdindədir.
Gömrük Tarixi Muzeyinin filialı
Gömrük Tarixi Muzeyinin filialı — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeyi. Bakı şəhərində yerləşir. == Tarixi == Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin "Azərterminalkompleks" Birliyinin nəzdində fəaliyyət göstərən bölməsi 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatından keçdikdən sonra fond və daimi ekspozisiyadan ibarət muzey filialı kimi formalaşmışdır. Birliyinin inzibati binasında yerləşən filialın müasir avadanlıqlarla təchiz olunmuş fond və daimi ekspozisiyası müasir müzeyşünaslıq tələblərinə müvafiq olaraq qurulmuşdur. == Kolleksiyası == Filialın toplusu bir neçə bölmədən ibarətdir: onun bir qismini müasir rəssamların Azərbaycan gömrüyünün keçmişini, milli gömrük xidmətinin vüsətli inkişafını, müxtəlif tarixi mərhələlərdə fəaliyyətini və müasir gününü – gömrük əməkdaşlarının gərgin əməyini vəsf edən rəngkarlıq nümunələri təşkil edir. Kolleksiyada, həmçinin narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan gömrükçülərin fəaliyyətini və ümumiyyətlə narkomaniyanın mahiyyətini açıqlayan sənət əsərləri: heykəltəraşlıq və rəsm əsərləri, plakatlar, karikaturalar toplanmışdır. Fondlarda sənətin növləri üzrə bölgü aparılmış və saxlancda kolleksiyanı təşkil edən əsərlər müvafiq olaraq yerləşdirilmişdir. Növündən, təyinatından asılı olmayaraq kolleksiyalarda toplanmış hər bir əşyanın muzeylərdə zədəsiz mühafizəsi, komplektləşdirilməsi, elmi tədqiqat obyekti kimi öyrənilməsi, tədqiqi və təbliği muzey işinin tərkib hissəsidir. Muzeyin fond və daimi ekspozisiyası müvafiq olaraq kompleks mühafizə üçün nəzərdə tutulmuş otaq və avadanlıqlarla, ən müasir təhlükəsizlik sistemləri ilə təmin edilmişdir. Muzey filialının kolleksiyası inventarizasiyadan keçmiş, sənədləşdirmə, qeydiyyat və kompüterləşdirmə, beynəlxalq standartlara cavab verən kataloqlaşdırma işi görülmüşdür.
Milli Azərbayan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondu
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondu — Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərimizə məxsus materialların toplanması, qorunması, tədqiqi və təbliği ilə məşğul olan muzey fondu . Vətən Müharibəsi Fondu 2021-ci ilin yanvar ayında Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə yaradılmışdır. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotoların toplanması, qorunması, tədqiqi və təbliğidir Fonda Azərbaycan Respublikasının güc strukturlarının Vətən Müharibəsində istifadə etdikləri geyim və ideoloji vəsaitlər də daxil edilmişdir. Hazırda 100 — dən artıq inventarı olan Vətən Müharibəsi Fondu yeni materialları qəbul etməkdədir. Fondda Azərbaycanın Milli Qəhrəmanları general—mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və Çingiz Qurbanova məxsus əşyalar və fotolar mühafizə olunur. Vətən Müharibəsi fondunda mühafizə olunan materiallar arasında Azərbaycan ordusunun torpaqlarımızın azad edilməsi zamanı erməni hərbçilərindən hərbi qənimət kimi götürdükləri nümunələr də yer alır. Vətən Müharibəsi fondunun əsas fəaliyyəti I vı II Qarabağ müharibəsinə aid tədqiqatçılara fond materialları ilə kömək etmək, elmi-publisistik məqalələr , kataloqlar, kitablar və broşürlar tərtib etməkdir. Fondun digər fəaliyyəti Vətən müharibəsinə aid sərgilərin təşkilndə iştirak etməkdir.
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu — Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika Elmi Fond Şöbəsinin tərkibində numizmatik materialların toplanması, qorunması, sistemləşdirilməsi, tədqiqi və təbliği məqsədilə fəaliyyət göstərən vahid numizmatik mərkəz 1920-ci ildə Yevgeni Aleksandroviç Paxomovun (1880–1965) gərgin əməyi sayəsində Azərbaycan Tarixi Muzeyinin "Arxeologiya, tarix və etnoqrafiya"şöbəsinin tərkibində yaradılan Numizmatika kabineti (az sonra Numizmatika fondu) çox keçmədən Tarix Muzeyinin ən zəngin fonduna çevrilmişdir. Yaradıldığı ilk illərdə cəmi 103, 1928-ci il məlumatına görə 4734–1939-cu ilə görə 1 6728 sikkədən ibarət kolleksiyaya malik olan bu fond indi respublikada 100 000-dək sikkənin saxlanıldığı, tədqiq və təbliğ olunduğu vahid numizmatik mərkəzdir. Fond sikkələrinin əsas hissəsini Azərbaycan Respublikası ərazisində tapılmışvə zərb edilmiş sikkələr təşkil edir. Bunların sırasında Azərbaycanın feodaldövlətləri – Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Azərbaycanatabəyləri, Qaraqoyunlular, Ağqoyunlular , Səfəvilər və Azərbaycan xanlıqlarınaməxsus sikkələr xüsusi önəm daşıyır. Fondda həmçinin antik və Şərq sikkələrindən ibarət kolleksiyalar, qədimYunanıstan şəhərlərinin, Roma, Bizans imperiyalarının, ellinist dövlətlərin (Selevkiya, Parfiya, Baktriya), Sasanilər, Ərəb Xilafəti, Səlcuqlar, Elxanilər, Cuçilər, Osmanlılar, Əfşarlar, Qacarlar, Baburilər və b. dövründə zərb olunmuş və Azərbaycan ərazisində tapılan, eləcə də, demək olar ki, bütün dünya ölkələrini(Qərbi Avropa, Rusiya, Hindistan, Çin və b.) təmsil edən kolleksiyalar mövcuddur. Azərbaycan numizmatikasının bir elm kimi təşəkkülü və sonrakı uğurları Numizmatika fondunun təsisçisi və Yevgeni Paxomovun fəaliyyəti ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilmiş, qeydə alınmış, sayı artırılmış, tədqiq və nəşr olunmuşdur. Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, "Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri", "Gürcüstan sikkələri","Azərbaycan sikkələri " əsərləri Y. Paxomov qələminin məhsuludur. 1968-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə muzeydə "Numizmatika və epiqrafika " şöbəsi yaradılmış və Y. Paxomovun davamçısı Əli Məhəmməd oğlu Rəcəbli şöbənin və numizmatika fondunun müdiri təyinedilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondu
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondu — Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərimizə məxsus materialların toplanması, qorunması, tədqiqi və təbliği ilə məşğul olan muzey fondu . Vətən Müharibəsi Fondu 2021-ci ilin yanvar ayında Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə yaradılmışdır. Fondun yaradılmasında məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotoların toplanması, qorunması, tədqiqi və təbliğidir Fonda Azərbaycan Respublikasının güc strukturlarının Vətən Müharibəsində istifadə etdikləri geyim və ideoloji vəsaitlər də daxil edilmişdir. Hazırda 100 — dən artıq inventarı olan Vətən Müharibəsi Fondu yeni materialları qəbul etməkdədir. Fondda Azərbaycanın Milli Qəhrəmanları general—mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və Çingiz Qurbanova məxsus əşyalar və fotolar mühafizə olunur. Vətən Müharibəsi fondunda mühafizə olunan materiallar arasında Azərbaycan ordusunun torpaqlarımızın azad edilməsi zamanı erməni hərbçilərindən hərbi qənimət kimi götürdükləri nümunələr də yer alır. Vətən Müharibəsi fondunun əsas fəaliyyəti I vı II Qarabağ müharibəsinə aid tədqiqatçılara fond materialları ilə kömək etmək, elmi-publisistik məqalələr , kataloqlar, kitablar və broşürlar tərtib etməkdir. Fondun digər fəaliyyəti Vətən müharibəsinə aid sərgilərin təşkilndə iştirak etməkdir.
Mərkəzi Hərbi Hava Qüvvələri Muzeyindəki təyyarələrin siyahısı
Aşağıda, Moskvadakı, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri Muzeyində olan təyyarələrin siyahısı göstərilmişdir .
Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq
Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq — 1993-cü ilin iyulunda Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq hadisəsi. Bu zaman ümumilikdə 304 əşya oğurlanıb. Oğurlanmış əşyalara 274 sənət əsəri və 30 orta əsr miniatürü daxildir. Onlardan ən qiymətlisi təxminən 10 milyon dollar dəyərində olan Albrext Dürerin Qadın Hamamı əsəri idi. Digər oğurlanmış sənət əsərlərinə Rembrandt, Antonio Van Deyk, Nikola Pussen, Yakob van Röysdal və Jan-Fransua Mille və başqaları tərəfindən hazırlanmış əsərlər daxil idi. Əsərlər qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılıb, və sonradan oradan tapılıb. 2001-ci ildə on iki sənət əsəri əvvəlki nümayiş yerlərinə, Almaniyadakı Bremen muzeyinə, qalanları isə Azərbaycana qaytarıldı. == Zəmin == Almaniyaya qaytarılan sənət əsərləri 1820-1860-cı illər arasında Bremen muzeyi tərəfindən satın alınmışdı. 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı sənət əsərləri Karnzou qalasına saxlanmaq üçün köçürülmüş 1520 xəzinə arasında idi. İrəliləyən sovet qoşunları qalanı ələ keçirdikdən sonra rəsmlər yoxa çıxdı.

"muzeyin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#muzeyin nədir? #muzeyin sözünün mənası #muzeyin nə deməkdir? #muzeyin sözünün izahı #muzeyin sözünün yazılışı #muzeyin necə yazılır? #muzeyin sözünün düzgün yazılışı #muzeyin leksik mənası #muzeyin sözünün sinonimi #muzeyin sözünün yaxın mənalı sözlər #muzeyin sözünün əks mənası #muzeyin sözünün etimologiyası #muzeyin sözünün orfoqrafiyası #muzeyin rusca #muzeyin inglisça #muzeyin fransızca #muzeyin sözünün istifadəsi #sözlük