muştuluq sözü azərbaycan dilində

muştuluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • muştuluq • 82.0000%
  • Muştuluq • 16.0000%
  • MUŞTULUQ • 2.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.34
2017 •••••••••• 0.16

muştuluq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Xeyir xəbər, şad xəbər, xoş xəbər, sevindirici söz; müjdə. Bəndalının səsi həyətdə böyük nicat xəbəri, bir muştuluq kimi səsləndi. Mir Cəlal. □ Muştuluğa getmək – xeyir xəbər aparmaq, şad xəbər vermək üçün getmək. [Xanmurad:] Muştuluğa gedirəm. İ.Əfəndiyev. 2. Xeyir (şad) xəbər gətirənə verilən şey, bəxşiş. …Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar. C.Məmmədquluzadə. Bilirsən ki, anandan muştuluq alım deyə; Mən özüm gedəcəyəm birbaş sizin şenliyə. Ə.Cəmil. [Dərzi:] Padşah, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim. Çəmənzəminli. ◊ Muştuluğun borc olsun! – verilən xəbəri istehza ilə qarşıladıqda işlədilən ifadə.

    Azərbaycan dilinin izahlı lüğəti / muştuluq

muştuluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

muştuluq sözünün rus dilinə tərcüməsi

  • 1 1. благовесть, добрая радостная весть; 2. награда за радостную, добрую весть, магарыч;

    Azərbaycanca-rusca lüğət / muştuluq
  • 2 сущ. муштулуг: 1. добрая, радостная весть. Muştuluq gətirmək принести добрую весть 2. награда за добрую, радостную весть. Muştuluq almaq получить награду за добрую весть, muştuluq vermək наградить, одарить кого-л. за добрую весть

    Azərbaycanca-rusca lüğət / muştuluq

muştuluq sözünün inglis dilinə tərcüməsi

muştuluq sözünün fransız dilinə tərcüməsi

muştuluq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. муштулух (1. хийир хабар, шад хабар, хуш хабар, хвеши жедай гаф; 2. хийир (шад) хабар гайи касдиз гудай пай, бахшиш, мевенжи).

    Azərbaycanca-ləzgicə lüğəti / muştuluq

muştuluq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

xeyir xəbər, sevindirici və xoş söz; müjdə; şad xəbər gətirənə verilən hədiyyə, bəxşiş.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"muştuluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#muştuluq nədir? #muştuluq sözünün mənası #muştuluq nə deməkdir? #muştuluq sözünün izahı #muştuluq sözünün yazılışı #muştuluq necə yazılır? #muştuluq sözünün düzgün yazılışı #muştuluq leksik mənası #muştuluq sözünün sinonimi #muştuluq sözünün yaxın mənalı sözlər #muştuluq sözünün əks mənası #muştuluq sözünün etimologiyası #muştuluq sözünün orfoqrafiyası #muştuluq rusca #muştuluq inglisça #muştuluq fransızca #muştuluq sözünün istifadəsi #sözlük