Myanma sözü azərbaycan dilində

Myanma

Yazılış

  • Myanma • 99.6510%
  • myanma • 0.3490%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Myanma
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
Myanma Bayrağı
Myanma İttifaqı Respublikasının rəsmi dövlət bayrağı. Myanma bayrağı şaqulu istiqamətdə bərabər ölçüdə sarı, yaşıl, qırmızı rənglər və bayrağın ortasında ağ beşkünclü ulduz olaraq 2010-cu ildə qəbul edilmişdir. Üç rəng həmrəylik, sülh və əmin-amanlıq, cəsarət və qətiyyəti bildirir.
Myanma coğrafiyası
Myanma qərbdə Hindistan(1463 km) və Banqladeşlə(193 km), şimal-şərqdə Çinlə(2185 km) , şərqdə Laosla(235 km) və cənub-şərqdə Tailandla(1800 km) həmsərhəddir. Cənubdan və cənub-qərbdən onun sahillərini Benqal körfəzinin, Moutama körfəzinin(Martaban) həmçinin Andaman dənizinin suları yuyur. Daxil olan adalarla birlikdə ölkənin sahəsi 678 min km² təşkil edir. Sahil xəttinin uzunluğu isə 1930 km bərabərdir. == Relyefi == Myanma ərazisində olan yüksək dağların çox hissəsi keçilməz silsilələrdən ibarətdir. Nal formasında ölkənin, qərb, şimal və şərq sərhədləri boyu yüksələn dağlar şimalda maksimum yüksəkliyə malikdir. Ölkənin qərb hissəsində, Himalay dağlarından şimalda cənuba doğru Rakhayn Yoma (Arakan) və Baqo Yoma dağ silsilələri uzanır. Şərqdə isə Şan dağları formalaşmışdır. Dağlar ölkə ərazisinin böyük qismini əhatə edir. Dağ silsilələri və Şan yaylası məhsuldar Mərkəzi düzənlikləri iki hissəyə bölür.
Myanma təqvimi
Myanma təqvimi (မြန်မာသက္ကရာဇ်) və ya Ənənəvi Myanma təqvimi — Myanmada istifadə edilən ənənəvi bir günəş təqvimidir. Myanma təqvimi Myanma xaricində Kambocada, Laosda da istifadə edilir.
Şan (Myanma)
Şan və ya Şan əyaləti — Myanmada yerləşən əyalət. Şan əyaləti şimaldan Çin, şərqdən Laos, cənubdan Tayland və qərbdən Myanmanın 5 inzibati ərazi ilə sərhəddir.
İnva (Myanma)
Ava və ya İnva (birm. အင်းဝမြို့, birmanca tələffüz: [ʔɪ́ɰ̃wa̰ mjo̰] və ya [ʔəwa̰ mjo̰]) — Myanmanın şimalında, İravadi çayı üzərində şəhər. 1364–1783-cü illərdə və 1822–1837-ci illərdə Ava dövlətinin paytaxtı olmuşdur. Qədim buddist mədəniyyətinin mərkəzidir. == Coğrafiya == Ava indiki dövrdə kiçik bir şəhərdir. Mandalay yaxınlığında, Yuxarı Birmada yerləşir. == İstinadlar == == Xarici keçidlər == Innwa — a short story by Theippan Maung Wa 1931 inc.
Azərbaycan–Myanma münasibətləri
Azərbaycan–Myanma münasibətləri — Azərbaycan Respublikası ilə Myanma İttifaqı Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1999-cu ilin avqust ayının 3-də qurulmuşdur.
Gürcüstan–Myanma münasibətləri
Gürcüstan–Myanma münasibətləri — Gürcüstan Respublikası və Myanma arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Əlaqələr == Gürcüstan və Myanma arasında diplomatik münasibətlər 16 avqust 1999-cu ildə qurulmuşdur. 2003-cü il Gürcüstan Qızılgül inqilabından bəri, xüsusilə Myanmanın Rusiya ilə sıx əlaqələri səbəbindən dövlətlər arasındakı əlaqələr gərgin olaraq qalır. Gürcüstan Prezidenti Mixail Saakaşvili tez-tez Myanmanı Gürcüstanın fərqlənməyə çalışdığı avtoritar rejimin nümunəsi kimi göstərib. 2005-ci ildə ABŞ Prezidenti Corc Uoker Buş Tiflisə səfəri zamanı Amerikanın bu Cənub-Şərqi Asiya ölkəsində demokratik islahatlar aparmaq və totalitar hakimiyyətə son qoymaq cəhdlərini dəstəklədiyini bildirdi. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə illik müraciətində Prezident Saakaşvili beynəlxalq ictimaiyyəti Myanmada demokratiya tərəfdarı olan etirazları dəstəkləməyə çağırdı: “Bu gün bu böyük salonda Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərindən birini təsdiqləmək fürsətimiz var: hər kəsin azad və ləyaqətli bir həyat sürmə hüququ; Burma xalqı üçün azadlıq axtarmağa cəsarət edən yüz minlərlə rahibə və adi vətəndaşa dəstəyimizi ifadə edərək. Biz onlarla möhkəm dayanmalıyıq. Gerçəkdən geriyə baxacağımızı və birma rahiblərinin bu “Zəfəran inqilabını” planetimizdə qaçınılmaz azadlıq yürüşündə bir addım kimi xatırlayacağımızı ümid edirəm.” 2012-ci ildə Gürcüstan parlamenti tərəfindən "siyasi məhbus" kimi tanınan məhbusların sərbəst buraxılmasına dair bir qanun layihəsinə veto qoyaraq Prezident Saakaşvili, Gürcüstanın demokratik inkişafı ilə Myanmarın avtoritar rejimi arasında kəskin bir ziddiyyət yaratdı. Gürcüstanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan Myanma bununla belə Rusiya-Gürcüstan münaqişəsində davamlı olaraq Rusiya tərəfini tutmuşdur.
Hindistan–Myanma münasibətləri
Hindistan–Myanma münasibətləri — Hindistan ilə Myanma arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında ilk dipolomatik əlaqələr 1948-ci ildə qurulmuşdur. 1993-cü ildən isə iki ölkə arasında münasibətlər normallaşmağa başlamışdır. Buna səbəb isə narkotiklərin qanunsuz dövriyyəsi, demokratiyanın boğulması və hərbi xuntanın ali hakimiyyəti nəticəsində yaranan gərginliyin aradan qalxması olmuşdur. Myanma Hindistanın Mizoran, Manipur, Naqalend və Arunaçal-Pradeş ştatlarından cənubda yerləşir. Ərazi baxımından Hindistanən Cənub-Şərqi Asiya bazarına aşılan yeganə quru yoludur. İki ölkə arasəında dövlət sərhəddinin uzunluğu 1463 km təşkil edir. == Tarixi == Hindistan Myanma ilə qədim tarixi əlaqələrə sahibdir. Hər iki ölkə Britaniya Hindistanının bir parçası olmuşdur. Hər iki ölkə BRitaniya imperiyasının bir parçası olsa da ancaq 1937-coi iuldə Britaniya Hindistanından ayrılmışdır.
Myanma Birliyi Respublikası
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
Myanma İttifaqı Respublikası

Çin–Myanma münasibətləri
Çin–Myanma münasibətləri — Çin Xalq Respublikası ilə Myanma arasındakı mövcud ikitərəfli əlaqələr. Çin Myanma ilə münasibətlərə xüsusi diqqət yetirir. Rəsmi Pekinin Hind okeanına çıxışını təmin edən Myanma ilə münasibətlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Myanma Çinin enerji daşınmasında gərgin Malakka boğazına alternativ nəqliyyat yolu ilə də təmin edilməsinə şərait yaradır. Ona görə də Çin bu ölkə ilə münasibətlərin möhkəmləndirilməsində daim maraqlıdır. Myanmada baş verən daxili ictimai-siyasi proseslər, hakimiyyəti hərbçilərin ələ alması bu ölkənin Qərb dövlətləri tərəfindən təcrid olunmasına, 1997-ci ildən isə ona qarşı sanksiyaların tətbiqinə səbəb olmuşdur. Lakin əvəzində elə həmin il Myanma ASEAN-a üzv qəbul olunmuşdur. Yaranmış şərait Çin üçün olduqca əlverişli idi. Nəticədə ÇXR Myanmanın əsas müttəfiqinə çevrildi. Rəsmi Pekin Myanma-Qərb münasibətlərinin soyuqlaşmasından öz maraqlarını reallaşdırmaq naminə bacarıqla istifadə etdi.
Ənənəvi Myanma təqvimi
Myanma təqvimi (မြန်မာသက္ကရာဇ်) və ya Ənənəvi Myanma təqvimi — Myanmada istifadə edilən ənənəvi bir günəş təqvimidir. Myanma təqvimi Myanma xaricində Kambocada, Laosda da istifadə edilir.
Ava (şəhər, Myanma)
Ava və ya İnva (birm. အင်းဝမြို့, birmanca tələffüz: [ʔɪ́ɰ̃wa̰ mjo̰] və ya [ʔəwa̰ mjo̰]) — Myanmanın şimalında, İravadi çayı üzərində şəhər. 1364–1783-cü illərdə və 1822–1837-ci illərdə Ava dövlətinin paytaxtı olmuşdur. Qədim buddist mədəniyyətinin mərkəzidir. == Coğrafiya == Ava indiki dövrdə kiçik bir şəhərdir. Mandalay yaxınlığında, Yuxarı Birmada yerləşir. == İstinadlar == == Xarici keçidlər == Innwa — a short story by Theippan Maung Wa 1931 inc.
Myanma Xarici İşlər Nazirliyi
Myanma Xarici İşlər Nazirliyi (birm. နိုင်ငံခြားရေးဝန်ကြီးဌာန) — ölkənin beynəlxalq əlaqələrini nəzarət edir. Nazirliyin 44 ölkədə səfirlikləri və konsulluqları fəaliyyət göstərir. == Tarixi == II Dünya müharibəsi zamanı Britaniya hökuməti Hindistana köçdü. 1942-ci ildən Xarici İşlər, Müdafiə Nazirliyi tərəfindən xidmət göstərir. II Dünya Müharibəsindən sonra Müdafiə və Xarici Əlaqələr Departamenti qubernatorun məsləhətçisi tərəfindən qurulmuş və birbaşa xidmət etmişdir. Daha sonra Aun San və Britaniya hökumətinin rəhbərliyi ilə Myanma nümayəndələri Myanmanın xarici işlərini görməyə başladılar. 1946-cı ildə icra şurası nəzdində və həmin şuranın sədr müavini general Aun San tərəfindən icra edildi. Xarici İşlər Nazirliyi 17 mart 1947-ci ildə Aun San tərəfindən yaradılmışdır. 4 may 1948-ci ildə Nazirlik adını dəyişdi və Xarici Büro adlandırdı.
Xarici İşlər Nazirliyi (Myanma)

Myanmada neft və təbii qaz sənayesi
Myanmada neft və təbii qaz sənayesi — Myanmada XIX əsrin əvvəllərində başlayaraq inkişaf edən və Myanma İttifaqı Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan iki sahə. Asiyanın ən mühüm neft və təbii qaz istehsalçısı olan Myanmada ilk xam neft ixracatı 1853-cü ildə başlamışdır. On illərlə davam edən izolyasiya, ölkəyə qoyulmuş sanksiyalar, texniki tutumluq azlığı, hökumətin qeyri-şəffaf daxili siyasəti və qeyri-kafi investisiya ölkənin uğurlu bir karbohidrogen sektoru yaratmaq səylərinə mane olmuşdur. Son dövrlərdə başlamış və yavaşca davam etməkdə olan siyasi islahatlar beynəlxalq cəmiyyətin Myanmaya qoyduqları sanksiyaları azaltmaqlarıyla nəticələnmişdir. == Tarix == Birmadakı erkən Britaniya tədqiqatçıları 1795-ci ildə Yenandjaun qəsəbəsində böyük bir neft mənbəyi tapmışdılar. Ərazidə yüzlərlə neft quyusu var idi və bunların hamısı 24 yerli ailənin əlində idi. Britaniya Birması ilk xam neft barrelini 1853-cü ildə ixrac etmişdir. Baş qərargahı London şəhərində olan Burmah Oil Company (BOC) 1871-ci ildə təsis edilmişdir və fəaliyyətin 1887-ci ildə Yenandjaun yatağında, 1902-ci ildə isə Çau yatağında başlamışdır. BOC bu sahədə 1901-ci ildə qədər monopoliya saxlamışdır. 1901-ci ildə American Standard Oil Company Birmada fəaliyyətə başlamışdır.
Myanmanın dövlət quruluşu
Myanmanın dövlət quruluşu - 2008-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan müstəqillik günü (1948) 4 yanvarda qeyd olunur. Ölkənin yeni Konstitusiyası 10 may 2008-ci ildən qüvvədədir. == İnzibati ərazi bölgüsü == Myanma rayonlara bölünən 7 inzibati vilayətdən (Mandalay, Pequ, İravadi, Maque, Sikayn, Tanintayi və Yanqon) və 7 ştatdan (Rakxayn, Çin, Kaçin, Şan, Kaya, Karen və Mon) ibarətdir. == Dövlət başçısı == Ölkədə milli birliyin və müstəqilliyin rəmzi, hüquqi dövlətin, ərazi bütövlüyünün və milli təhlükəsizliyin təminatçısı, dövlət və hökumət başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı olan Prezident ölkə Parlamenti tərəfindən seçilir. Dövlətin idarə edilməsində Prezidentə müxtəlif sahələr üzrə geniş səlahiyyətlərə malik olan iki vitse-prezident köməklik edir. 45 yaşına çatmış və ən azı son 20 ilini ölkə ərazisində yaşamış şəxs Prezident seçkilərində namizədliyini irəli sürə bilər. 30 mart 2011-ci ildən etibarən Myanma Birliyi Respublikasının hazırkı, sayca 1-ci Prezidenti, Həmrəylik və İnkişaf Partiyasının sədri Teyn Seyndir. == Qanunverici hakimiyyət == İttifaq Məclisi: Milli Assambleyadan (Yuxarı Palata, 224 yer, sədri 31 yanvar 2011-ci ildən K.A.Myintdir) və Nümayəndələr Palatasından (Aşağı Palata, 440 yer, spikeri 31 yanvar 2011-ci ildən T.Ş.Manndır) ibarət iki palatalı Parlamentdir.
Myanmar
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.06 dəfə / 1 mln.
2003 ••• 0.79
2004 •• 0.34
2005 ••••• 1.35
2006 ••••• 1.35
2007 •• 0.42
2008 ••••••••••• 2.92
2009 •••••••• 2.08
2010 ••••• 1.27
2011 ••••••••• 2.32
2012 •••••••••• 2.67
2013 ••••••••••• 2.92
2014 ••••••• 1.72
2015 ••• 0.85
2016 •••••••• 2.26
2017 •••••••••••••••••••• 5.69
2018 •••••••• 2.25
2019 •••••• 1.53
2020 ••••••• 1.86

Oxşar sözlər

#myanma nədir? #myanma sözünün mənası #myanma nə deməkdir? #myanma sözünün izahı #myanma sözünün yazılışı #myanma necə yazılır? #myanma sözünün düzgün yazılışı #myanma leksik mənası #myanma sözünün sinonimi #myanma sözünün yaxın mənalı sözlər #myanma sözünün əks mənası #myanma sözünün etimologiyası #myanma sözünün orfoqrafiyası #myanma rusca #myanma inglisça #myanma fransızca #myanma sözünün istifadəsi #sözlük