* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Möhkəm etmək, davamlı hala salmaq; bərkitmək. Düyünü möhkəmlətmək. Vinti burub möhkəmlətmək. – [Kamran:] Qırılan zəncirləri bir də möhkəmlətmək olmaz. H.Nəzərli. 2. Müdafiə qüvvəsini artırmaq; alınmaz, keçilməz, möhkəm hala gətirmək; bərkitmək. Müdafiəni möhkəmlətmək. Səngərləri möhkəmlətmək. 3. məc. Cismən və ruhən bərkitmək, sağlamlaşdırmaq, qüvvətləndirmək. Vaxtında yemək və istirahət etmək bədəni möhkəmlədən şərtlərdən biridir. 4. məc. Möhkəm etmək, sarsılmaz hala gətirmək; ciddiləşdirmək. İntizamı möhkəmlətmək. – [Rüstəm kişi] briqada və manqaları möhkəmlətdi, uçot işlərini qaydaya saldı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / möhkəmlətmək1 MÖHKƏMLƏTMƏK – BOŞALTMAQ Körpə ağacların dibini boşaltmaq yox, möhkəmlətmək lazımdır ki, külək onları kökündən çıxartmasın. MÖHKƏMLƏTMƏK – SARSITMAQ Bu çarpışma onun iradəsini möhkəmlətdi (Mir Cəlal); Bu fikir qıza rahatlıq vermir, onun bütün iradəsini sarsıdırdı (C.Əmirov). MÖHKƏMLƏTMƏK – ZƏİFLƏTMƏK Öz mövqeyini möhkəmlətdi (M.Hüseyn); Bu bir ayda fikir məni xeyli zəiflətdi, rəngim ağardı (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / möhkəmlətmək2 глаг. nəyi 1. крепить: 1) прочно прикреплять, прикрепить, соединять, соединить. Vinti möhkəmlətmək крепить винт 2) прочно привязывать, привязать, закреплять, закрепить. Düyünü möhkəmlətmək крепить узел 3) перен. делать, сделать прочным, укреплять, укрепить. Müdafiəni möhkəmlətmək укрепить оборону 2. укреплять, укрепить: 1) делать, сделать более крепким, более прочным. Sipəri möhkəmlətmək укреплять бруствер 2) делать, сделать более прочным, надёжным 3) делать, сделать более здоровым, оздоровить. Səhhəti möhkəmlətmək укреплять здоровье 3. понуд. заставить кого крепить, укрепить что
Azərbaycanca-rusca lüğət / möhkəmlətmək1 гл. 1. мягькем авун, кӀеви авун, давамлу авун; кӀевирун, мягькемарун; 2. пер. кӀеви авун, мягькем авун, мягькемарун.
Azərbaycanca-ləzgicə lüğəti / möhkəmlətmək