Mirzə Əbdülvahab xan Mötəmədəddövlə
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی 1761, İsfahan – 1828) — İranın xarici işlər vəziri, şair, xəttat.
== Həyatı ==
Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu.
Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı.
Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü.
Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.