* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. və sif. Dini mövhumata qapılmış (adam), mövhumata inanan (adam). [Yaşlı kişi:] …O zaman məni əhatə edən mühit mövhumatçı olduğu kimi, mövhumatçı bir ailənin də tərbiyə edib yetişdirdiyi bir gənc idim. S.Hüseyn. …Dürdanə xanım xoştəbiətli, sadəürəkli, nazik, bir qədər mövhumatçı bir adamdı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / mövhumatçı1 MÖVHUMATÇI (mövhumata inanan) Gün vardı ki, bu səhnədə mövhumatçı ədiblər; Şöhrətsiz adamlar, o müsavatçı ədiblər; Eylərdi tamaşaçılara pisliyi təbliğ, iblisliyi təbliğ (S.Rüstəm); FANATİK Mina xanım dinpərəst fanatiklər kimi öz fəlsəfəsinə, öz qaydasına sadiq olduğundan, həyatda başqa fəlsəfələri, başqa qaydaları görmürdü, görmək istəmirdi (M.İbrahimov); MÖVHUMATPƏRƏST [Xosrov:] Onlar olduqca mütəəssib, Ənənəpərəst, mövhumatpərəst bir xalqdır (A.Şaiq); XURAFATÇI.
Azərbaycan dilinin sinonimlər lüğəti / mövhumatçı