Premyer Liqada mövsümün oyunçusu
Premyer Liqada mövsümün oyunçusu (ing. Premier League Player of the Season) — hər il İngiltərə Premyer Liqasında ən baxımlı oyunu ilə fərqlənən futbolçuya futbol federasiyası tərəfindən təqdim edilən illik futbol mükafatı. Mükafatın sahibi liqanın sponsoru (hal-hazırda Barkleys) "futbolun idarəetmə orqanları, media və azarkeşlər" üzvlərindən ibarət qurum tərəfindən seçilir və may ayının ikinci və ya üçüncü həftələrində elan edilir. Sponsorluq məqsədləri ilə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq ilin oyunçusu kimi, 2001-dən 2004-cü ilədək Barkleykard ilin oyunçusu və 2015-ci ildən etibarən isə Barkleys mövsümün oyunçusu kimi adlandırılır.
İngiltərə Premyer Liqasının əsası 1992-ci ildə qoyulmuşdur, nə vaxt ki, birinci divizyonun klubları İngiltərə Futbol Liqasını tərk edərək yeni öz yayım və sponsorluq müqavilələrini müzakirə edən müstəqil liqanın əsası qoyuldu. Yenicə formalaşmış liqanın açılış mövsümündə sponsoru yox idi ta ki Karlinq növbəti mövsümdən başlayacaq, 4 ili əhatə edən və 12 milyon funt sterlinq dəyərində olan anlaşmanı imzaladı. Həmin mövsüm isə Karlinq futbolçular üçün fərdi olaraq Premyer Liqa Qızıl Butsu kimi yeni mükafatlar təsis etməyə başladı. Amma Premyer Liqada ayın futbolçusu və Premyer Liqada mövsümün oyunçusu mükafatları sahibinə yalnız 1994–95 mövsümündən etibarən təqdim edilməyə başlandı. İngiltərə Premyer Liqasında mövsümün oyunçusu mükafatının ilk qalibi isə Blekbörn Roversin hücumçusu Alan Şirer olmuşdur ki, həmçinin o, həmin mövsümdə Premyer Liqa çempionu olmuş və üstəlik mövsümün qızıl butsunu əldə etmişdir.
Tyerri Anri, Kriştiano Ronaldo və Nemanya Vidiç hər biri mükafatı 2 dəfə qazanmaqla adlarını mükafatı bir dəfədən artıq qazanan oyunçular siyahısına əlavə etməyi bacarmışdırlar ki, Kriştiano Ronaldo mükafatı ardıcıl olaraq 2 dəfə (2007 və 2008) qazanmaqla xüsusi fərqlənmişdir.