müalicəsi sözü azərbaycan dilində

müalicəsi

Yazılış

  • müalicəsi • 98.7772%
  • Müalicəsi • 1.1824%
  • MÜALİCƏSİ • 0.0404%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Günəş müalicəsi
Günəş müalicəsi-Heiloterapiya == Günəş müalicəsi == Günəşin şüa enerjisinin müalicə profilaktika məqsədilə işlədilməsi: işıq müalicəsinin bir növü. Orqanizmə infraqırmızı və ultrabənövşəyi günəş şüaları təsir göstərir. Günəş müalicəsi zamanı (günəş vannası) gündən qaralma əmələ gəlir ki, bu da orqanizmdə mübadilə prosesini, immuniteti fəallaşdırır, qan yaranmasını, toxumanın qidalanmasını, ümumi vəziyyəti, yuxunu yaxşılaşdırır, orqanizmi möhkəmlədir. Vərəmin aktiv formasına, ürək çatışmazlığına tutulanlara günəş müalicəsindən istifadə etmək olmaz. == Günəş ləkələri == Günəş səthində müşahidə edilən tutqun ləkələr. Diametri 10 min km-ə çatır. Parlaqlığı normal Günəş diskindəkindən 10 dəfəyədək zəifdir, temperaturu fotosferinkindən 1500° — 2000° kiçikdir.
Hava müalicəsi
Aeroterapiya (q.yun. ἀέριος – "hava" + θεραπεία – "müalicə") və ya hava müalicəsi — açıq havada müalicə. Aeroterapiya orqanizmi oksigenlə təmin edir və xarici mühit temperaturunun təsirinə müqavimətini artırır. Aeroterapiya günəş şüaları ilə müalicə və talassoterapiya (dənizdə çimməklə müalicə) ilə birlikdə iqlim müalicəsinin bir hissəsidir. Təbii şəraitdə oksigenlə zənginləşmiş, tərkibində dəniz suyu elementlərinin faydalı ion qarışığı, yaxud bitkilərin həyat fəaliyyəti məhsulları olan havada aeroterapiya xüsusilə faydalıdır. Havada olma müddəti hava şəraitinə, sağlamlıq vəziyyətinə görə müəyyən edilir və gün ərzində 1–2 saatdan, tədricən, 12–24 saata qədər uzadılır. Aeroterapiya su proseduraları ilə birlikdə yaxşı nəticə verir. Aeroterapiya istilik mübadiləsini və termotənzimləməni qaydaya salır, qanın oksigenlə təchizini yaxşılaşdırır, iş qabiliyyətini yüksəldir, orqanizmi möhkəmlədir. Kəskin iltihab və ya temperaturla keçən xəstəliklərdə aeroterapiya zərərdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Griffin, W. A. The Open-Air Treatment of Tuberculosis : [англ.] // Boston Medical and Surgical Journal.
Su müalicəsi
Su müalicəsi – sudan müalicə və profilaktika məqsədi ilə istifadə edilməsi. Hələ İbn-Sina orqanizmi möhkəmləndirmək və bir sıra xəstəliklərin qarşısını almaq üçün Su müalicəsinin böyük əhəmiyyətini göstərmişdir. Su yüksək istilik tutumu, istilik keçiriciliyi, konveksiya və müxtəlif qazları, duzları həll etmək qabiliyyətinə malikdir. Su müalicəsi zamanı dəridə yerləşən sinir ucları qıcıqlanır. Azərbaycan Respublikasında bir sıra balneoloji müəssisələr (İstisu, Turşsu, Qalaaltı, Suraxanı, Şıxburnu və s.) fəaliyyət göstərir.
İqlim müalicəsi
İqlim müalicəsi və ya klimatoterapiya — müalicə və profilaktika məqsədi ilə iqlim amillərindən istifadə. Xarici iqlim şəraiti və yerli iqlimin xüsusiyyətləri tibbi klimatologiyada və patoloji fiziologiyada istifadə olunur. Klimatoterapiyada relyefin yeri, hündürlük, havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü, küləyin istiqaməti, buludluluq, günəş radiasiyasının sıxlığı, landşaft xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Klimatoterapiya həm xəstə üçün adi iqlim şəraitində (ölkə kurortlarında, istirahət evlərində, yerli klinikalarda), həm də xüsusi iqlim klinikalarında həyata keçirilə bilər. Dağ iqlimi tənəffüs və damar sistemlərinə güclü təsir göstərir, maddələr mübadiləsini stimullaşdırır. Səhra iqlimi vərəm xəstəliyini müalicə etmək üçün istifadə edilə bilər, yarımsəhra iqlimi isə böyrək xəstəliklərinə faydalı təsir göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 33.53 dəfə / 1 mln.
2002 •• 13.70
2003 ••••• 30.71
2004 ••• 19.54
2005 •••• 21.59
2006 ••••• 30.86
2007 ••• 15.65
2008 ••• 17.30
2009 •••• 28.16
2010 ••• 19.79
2011 •••• 25.39
2012 •••• 23.32
2013 •••• 27.28
2014 ••••• 35.35
2015 •••• 25.86
2016 •••••• 36.79
2017 •••• 22.60
2018 ••• 20.38
2019 •••••• 37.55
2020 •••••••••••••••••••• 142.02

"müalicəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müalicəsi nədir? #müalicəsi sözünün mənası #müalicəsi nə deməkdir? #müalicəsi sözünün izahı #müalicəsi sözünün yazılışı #müalicəsi necə yazılır? #müalicəsi sözünün düzgün yazılışı #müalicəsi leksik mənası #müalicəsi sözünün sinonimi #müalicəsi sözünün yaxın mənalı sözlər #müalicəsi sözünün əks mənası #müalicəsi sözünün etimologiyası #müalicəsi sözünün orfoqrafiyası #müalicəsi rusca #müalicəsi inglisça #müalicəsi fransızca #müalicəsi sözünün istifadəsi #sözlük