mübarizəyə sözü azərbaycan dilində

mübarizəyə

Yazılış

  • mübarizəyə • 89.1147%
  • Mübarizəyə • 10.8853%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Koronavirusla Mübarizəyə Dəstək Fondu
Koronavirusla Mübarizəyə Dəstək Fondu — Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmışdır. Bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilmişdir. == Haqqında == Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında 2020-ci il martın 19-da fərman imzalamışdır.Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edib. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi,sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək. === Fondun vəsaitindən koronavirusla mübarizə üçün istifadə istiqamətləri === Tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə; Tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə; Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına; Nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə; Tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; Tibb sahəsində mütəxəssislərin hazırlanmasına; Təbliğat və maarifləndirmə işlərinə; Koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə. == Fəaliyyəti == === İanələr === İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Ardınca Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.Dövlət başçısının ardınca Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianə edənlərin sayı artıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 49.99 dəfə / 1 mln.
2002 ••• 23.98
2003 ••••• 42.12
2004 •••••• 48.51
2005 ••••••• 56.68
2006 •••••• 49.10
2007 ••••• 42.50
2008 •••••• 44.58
2009 •••••• 47.36
2010 •••••• 43.39
2011 •••••• 44.87
2012 •••••• 47.67
2013 ••••• 38.51
2014 •••• 30.20
2015 ••••• 39.13
2016 ••••• 36.96
2017 •••• 29.10
2018 •••• 28.77
2019 ••••• 40.61
2020 •••••••••••••••••••• 173.32

Oxşar sözlər

#mübarizəyə nədir? #mübarizəyə sözünün mənası #mübarizəyə nə deməkdir? #mübarizəyə sözünün izahı #mübarizəyə sözünün yazılışı #mübarizəyə necə yazılır? #mübarizəyə sözünün düzgün yazılışı #mübarizəyə leksik mənası #mübarizəyə sözünün sinonimi #mübarizəyə sözünün yaxın mənalı sözlər #mübarizəyə sözünün əks mənası #mübarizəyə sözünün etimologiyası #mübarizəyə sözünün orfoqrafiyası #mübarizəyə rusca #mübarizəyə inglisça #mübarizəyə fransızca #mübarizəyə sözünün istifadəsi #sözlük