* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Təbrik etmə, gözaydınlığı vermə; təbrik, gözaydınlığı. Pəri xanım və qarabaş, Əhmədin əynində nişan paltarını görəndə sevindiklərindən özlərini itirib, mübarəkbadlığı da yadlarından çıxartdılar. (Nağıl). Sizin toyunuzun mübarəkbadlığı da doğma övladımızın xeyir işi kimi bizə xoşdur. Mir Cəlal. □ Mübarəkbadlıq etmək – təbrik etmək, gözaydınlığı vermək. Afərin səsi asimana bülənd oldu, hamı mübarəkbadlıq elədi. “Abbas və Gülgəz”. Hələ məclis açılmamış vəkillər bir-birilə görüşür, mübarəkbadlıq edir. M.İbrahimov. Mübarəkbadlıq vermək – bax mübarəkbadlıq etmək. …Hamısı bu gün dilbir olublar ki, mənə mübarəkbadlıq versinlər ki, bu gün mənim düdüyüm səs çıxardıb. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / mübarəkbadlıq2 устар. сущ. поздравление; mübarəkbadlıq vermək (etmək) поздравлять, поздравить
Azərbaycanca-rusca lüğət / mübarəkbadlıq1 сущ. мубарак авун, барка (тебрик) авун; mübarəkbadlıq etmək (vermək) кил. mübarəkbadlıq.
Azərbaycanca-ləzgicə lüğəti / mübarəkbadlıq