müdafiəçiləri sözü azərbaycan dilində

müdafiəçiləri

Yazılış

  • müdafiəçiləri • 97.2460%
  • Müdafiəçiləri • 2.6316%
  • MÜDAFİƏÇİLƏRİ • 0.1224%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. == Tərif == İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Vətən Müdafiəçiləri Abidəsi
Otan korqauşılar abidəsi (qaz. «Отан қорғаушылар» монументі) ― Qazaxıstanın paytaxt şəhəri Astanada yerləşən memorial. Abidə "Tauelsizdik" prospektinə yaxın "Vətən qoruyucuları" meydanında qoyulub. Abidə ilk öncə Böyük Vətən müharibəsi (II Dünya Müharibəsi) dövründə Sovet ordusu sıralarına xidmətə göndərilən qazaxların və Qazaxıstan Silahlı Qüvvələri veteranların xatirəsini anır. "Otan korqauşılar" adı qazax dilindən "vətən qoruyucuları" kimi tərcümə olunur. Aleksandr Lukaşenko, Mun Çje İn, Angela Merkel, Sadır Japarov və Qasım-Comərd Tokayev kimi yüksək vəzifəli şəxslər müxtəlif vaxtlarda abidəni ziyarət etmiş və önünə çələnglər qoymuşdular. Hər il 9 may tarixində təşkil olunan Qələbə Günü paradı adətən memorial yaxınlığında keçirilir. Abidənin açılışı 2001-ci ildə "Qələbə Günü" bayramına təsadüf etdi. Abidənin təməli 10 iyun 1998-ci ildə o vaxtki Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur. Abidə qranit bünövrəsi üzərində ucalır, oraya həmçinin tunc stela da yerləşdirilib.
Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl
Qələbə meydanında Leninqradın müdafiəçilərinə abidə (rus. Монумент героическим защитникам Ленинграда) — 1941–1943-cü illərdə Leninqradın blokadası zamanı Leninqradı müdafiə etmiş Qızıl Ordu hərbçilərinin şərəfinə ucaldılmış monumental heykəltaraşlıq kompleksi. Leninqradın qəhrəman müdafiəçiləri şərəfinə abidənin ucaldılması ideyası hələ Böyük Vətən Müharibəsi illərində meydana gəlmişdi, lakin abidənin inşasına yalnız otuz il sonra, şəhərin düşmən qüvvələrin blokadasından tamamilə təmizlənməsindən sonra başlanmışdır. Abidənin inşa ediləcəyi yer 1960-cı illərdə seçilmiş, kompleksin Sredniy Roqatki meydanında ucaldılması qərarlaşdırılmış, 1962-ci ildə meydan Qələbə meydanı adlandırılmışdır. Abidə üçün yer təsadüfən seçilməmişdi. Müharibənin ilk günlərindən Moskva prospekti cəbhə yolu olmuş və bu prospektlə xalq qüvvələri, texnika və hərbi birləşmələr hərəkət etmişlər. Məhz bu ərazinin yaxınlığından müdafiə xətti keçirdi. Sredniy Roqatki meydanının özündə xəndəklər qazılmış, tank əlehinə qurğular yerləşdirilmişdi. 1945-ci ildə Böyük Vətən Müharibəsinin başa çatmasından sonra müharibədən qayıdan qvardiya döyüşçülərini qarşılamaq üçün məhz burada müvəqqəti triumfal arka inşa edilmişdi. Kompleks əhalinin verdiyi bəxşişlər hesabına inşa edilmişdi.
Böyük Vətən Müharibəsi illərində Sovet Arktikasının Müdafiəçilərinə abidə
Böyük Vətən Müharibəsi illərində Sovet Arktikasının Müdafiəçilərinə abidə ("Alyoşa") — Murmansk şəhərinin Leninski rayonundakı xatirə kompleksi. Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs obyektidir. == Tarixi == 1966-cı ildə RSFSR Nazirləri abidənin hazırlanması haqqında sərəncamı qəbul etdi. Abidənin quraşdırılması üçün əvvəlcə Beş Künc Meydanı və ya Lenin prospektinin sonundakı təpə nəzərdə tutulurdu, lakin sonda Zeleni Mısın üzərindəki təpə seçildi, şəhər və Kola körfəzindən 173 metr hündürlükdə ucaldıldı. Abidənin əsası 1969-cu il oktyabrın 10-da qoyulmuş, tikintisinə 1974-cü ilin mayında başlanılmışdır. Kompleksin layihəsi memar İ. A. Pokrovski və heykəltaraş İ. D. Brodski tərəfindən hazırlanmışdır. SSRİ Bədii Fondunun Moskva Heykəltəraşlıq və İstehsalat Zavodu (hazırlıq işi), Soyuzvzryvprom idarəsi (təməl çuxurunun yaradılması) və Murmanskmorstroy tresti tərəfindən ucaldılmışdır. == Abidənin tərkibi == Çiynində avtomat olan bir əsgərin monolit fiqurudur. Abidənin postamentinin hündürlüyü 7 metr, heykəlin hündürlüyü 35,5 metrdir. Bütün abidənin hündürlüyü 42 metr, içi boş heykəlin çəkisi 5376 tondur.

Oxşar sözlər

#müdafiəçiləri nədir? #müdafiəçiləri sözünün mənası #müdafiəçiləri nə deməkdir? #müdafiəçiləri sözünün izahı #müdafiəçiləri sözünün yazılışı #müdafiəçiləri necə yazılır? #müdafiəçiləri sözünün düzgün yazılışı #müdafiəçiləri leksik mənası #müdafiəçiləri sözünün sinonimi #müdafiəçiləri sözünün yaxın mənalı sözlər #müdafiəçiləri sözünün əks mənası #müdafiəçiləri sözünün etimologiyası #müdafiəçiləri sözünün orfoqrafiyası #müdafiəçiləri rusca #müdafiəçiləri inglisça #müdafiəçiləri fransızca #müdafiəçiləri sözünün istifadəsi #sözlük