* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Bir idarəni, müəssisəni idarə edən adam, idarə başçısı; direktor. Klub müdiri. – Qeyz ilə durmuş ortalıqda müdir; İmtahan yazısın edir təqdir. A.Səhhət. Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdirinin yanına getdi. Ə.Haqverdiyev. Nərgiz özü isə kənd kitabxanasının müdiri olduğundan işə bir saatdan sonra gedəcəkdi. M.Hüseyn. // Bir idarənin, müəssisənin və s. müəyyən sahəsinə, hissəsinə rəhbərlik edən adam. Təsərrüfat hissə müdiri. Şöbə müdiri.
Azərbaycan dilinin izahlı lüğəti / müdir2 сущ. 1. заведующий (тот, кто заведует, управляет чем-л.). Kafedra müdiri заведующий кафедрой, şöbə müdiri заведующий отделом, tədris hissə müdiri заведующий учебной частью (завуч), təsərrüfat hissə müdiri заведующий хозяйственной частью (завхоз), təhsil şöbəsinin müdiri заведующий отделом образования 2. разг. директор (тот, кто руководит предприятием, учреждением или учебным заведением). Məktəb müdiri директор школы, baza müdiri директор базы 3. управляющий (тот, кто управляет, руководит каким-л. учреждением, организацией и т.д.). Trest müdiri управляющий трестом, birliyin müdiri управляющий объединением; işlər müdiri управляющий делами
Azərbaycanca-rusca lüğət / müdir1 i. manager; chief, head; administrator; dəftərxana ~i headclerk; amer. executive; işlər ~i business-manager; mağaza ~i manager; tədris-hissə ~i director of studies; məktəb ~i head-master; amer. principal; təsərrüfat ~i assistant manager
Azərbaycanca-ingiliscə lüğət / müdir1 is. chef m, directeur m ; şöbə ~i chef de service, chef de section ; kafedra ~i chef de la chaire ; tədris hissə ~i directeur des études (ali məktəblərdə) ; censeur m (orta məktəblərdə)
Azərbaycanca-fransızca lüğət / müdir1 [ər.] сущ. муьдуьр, директор (са карханадин, идарадин кьилел алай кас, чӀехиди).
Azərbaycanca-ləzgicə lüğəti / müdir