* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Özü zəhmət çəkməyib başqalarının hesabına yaşayan adam; tüfeyli, parazit. [Fərhad:] Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər. Ə.Haqverdiyev. // Sif. mənasında. [Cəlaləddin:] Kənar edin hökumət başında oturan müftəxor vəzirləri, çağırın millət nümayəndələrini. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / müftəxor2 f. havayı yeyən, işləməyib yeyən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / müftəxor1 Farscadır, müftə (əsli: moft) və xor (yeyən) sözlərindən əmələ gəlib.“Pulsuz, zəhmətsiz yeyən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / müftəxor2 MÜFTƏXOR [Şəndə:] Mən ona Veysələ təsir eləməsəm, müftəxor olub qalar (B.Bayramov); HARAMXOR Mustafa bəy: Hamınız haramxorsunuz, hamınız oğrusunuz! (Ə.Haqverdiyev); HAVAYIYEYƏN Bu gün o da evdədir, adam azmış kimi yanınca da özü kimi beş-altı havayıyeyən gətirib (M.İbrahimov); MÜFTƏYEYƏN Niyaz bəy: ..indiki mədəniyyətli və mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən əfzəldir (N.Nərimanov); PARAZİT (məc.) Əli belli, kətmənli obaların, ellərin; Qanım gizli-aşkar soran parazitləri (X.Rza); TÜFEYLİ (məc.) İlahi, könlünü şad et qəribi-bivətənin; Tüfeyli eyləmə mərdi gədayə qürbətdə (Ə.Vahid).
Azərbaycan dilinin sinonimlər lüğəti / müftəxor1 MÜFTƏXOR – ZƏHMƏTKEŞ Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər (Ə.Haqverdiyev); Biz deyirik: “Hamı millətlərin zəhmətkeşləri qardaşdırlar” (H.Nəzərli).
Azərbaycan dilinin antonimlər lüğəti / müftəxor1 sif. écornifleu//r m, -se f, parasite m ; pique-assiette m, f invar
Azərbaycanca-fransızca lüğət / müftəxor1 [fars.] сущ. муьфтехур (вичи кӀвалах тийиз масадан гьисабдай дуланмиш жезвай кас); паразит.
Azərbaycanca-ləzgicə lüğəti / müftəxor