mühacirət sözü azərbaycan dilində

mühacirət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mühacirət • 92.6160%
  • Mühacirət • 7.3840%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mühacirət
Köçmə və ya emiqrasiya (lat. emigro — "köçürəm") — iqtisadi, siyasi, şəxsi şərtlər səbəbindən bir ölkədən digərinə köçmə.
Mühacirət hökuməti
Mühacirət hökuməti — bir ölkə üzərində hakimiyyətdə olsa belə, həmin ölkə üzərində hakimiyyəti tanınmayan, qeyri-rəsmi və qeyri-qanuni hesab edilən hökumətlərə verilən ümumi ad. == Tərif == Mühacirət hökuməti adətən qovulduğu ölkədə əslində hakimiyyət başında olmur. Həmçinin onların həmin ölkə üzərində faktiki olaraq heç bir nəzarəti də mövcud olmur. Bir sıra hallarda fəaliyyətdə olduqları ölkələrdə belə qanuni hesab edilmirlər. Bundan əlavə, sürgün hökumətlərinin yaradılmasının əsas səbəbi o ölkənin başqa bir ölkə tərəfindən işğal edilməsi və ya həmin ölkədə diktaturaya, zülmə əsaslanan və ya anti-demokratik olan bir rejimin hakimiyyətdə olmasıdır. Tarix boyu bir çox sürgün hökumətləri bütün dünyada fəaliyyət göstərmişdirlər. == Mühacirət hökumətinin fəaliyyətləri == Fəaliyyət göstərdiyi ölkədə müxalif olduğu rejimin əleyhinə təbliğat aparmaq. Beynəlxalq müqavilələr və əlaqələr yaratmaqla legitimlik əldə etmək. Ölkəsində siyasi və ya silahlı nəzarəti ələ keçirmək üçün fəaliyyət göstərmək == İstinadlar == == Əlavə ədəbiyyat siyahısı == Vít, Smetana; Kathleen, Geaney, redaktorlar Exile in London: The Experience of Czechoslovakia and the Other Occupied Nations, 1939–1945 (ingilis). Charles University in Prague, Karolinum Press.
Azərbaycan mühacirət mətbuatı
Azərbaycan mühacirət mətbuatı — Azərbaycan mətbuatının mühüm qollarından biri. == Azərbaycan mühacirət mətbuatı == Tarixin müəyyən inkişaf mərhələsində ictimai-siyasi həyatın, insanlar və dövlətlər arasındakı münasibətlərin, hərbi ideoloji münaqişələrin məhsulu kimi ortaya çıxan mühacirət ümumbəşəri bir problemdir. Mühacirət (latınca "emiqro" — köçürəm, çıxıram) — daimi və ya müvəqqəti yaşamaq üçün digər ölkəyə könüllü və ya məcburi köçmə, hər hansı bir ölkədə yaşayan mühacirlərin toplusudur. Mühacirətin tarixi uzaq keçmişdən başlamışdır. Qədim imperiyaların, sonralar isə Sasanilərin, Ərəb xilafətinin və digər dövlətlərin Azərbaycanda işğalçı siyasəti mühacirətə səbəb olmuşdur. Lakin müasir anlamda mühacirət Azərbaycan tоrpaqlarının Rusiya və Iran arasında bölüşdürülməsilə (1813-cü il Gürcüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi) bağlı olmuşdur. Çar Rusiyasının müstəmləkəçilik siyasəti, еrmənilərin azərbaycanlılara qarşı soyqırımları Şimali Azərbaycandan, hakim dairələrin sosial-siyasi zülmündən narazılıq isə Cənubi Azərbaycandan əhalinin zaman-zaman mühacirətinə səbəb olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan mühacirət, Azərbaycanın mühacirət tarixində yeni bir səhifə açmışdı. Cümhuriyyətin rəhbərlərinin böyük bir hissəsi, yeni qurulmuş sovet hakimiyyətinin ideya düşmənləri, keçmiş sahibkarların əksəriyyəti ölkəni tərk edərək, mühacirətə getmişdi. Ilk dəfə olaraq, Azərbaycan mühacirəti siyasi cəhətdən təşkilatlanmış, ədəbi-bədii məktəb, dövri mətbuat yaratmışdı.
Azərbaycan mühacirət ədəbiyyatı
Azərbaycan mühacirət ədəbiyyatı Şimali Azərbaycanın mühacirət ədəbiyyatı - Azərbaycanın söz sənətinin mühüm qollarından biri. Azərbaycanın mühacirət ədəbiyyatı qədim tarixə malikdir. == Tarixi == Böyük filoloq alim Xətib Təbrizi (1030-1109) indiki İraqa mühacirət etmiş, ömrünün sonunadək Bağdadda yaşayıb-yaratmışdır. XII yüzilin görkəmli Azərbaycan filosofu, şairi və nasiri Şihabəddin Sührəverdi (1154-92) bir çox qürbət elləri gəzib dolaşmış, ömrünün son illərini Hələbdə yaşamışdır. İmadəddin Nəsiminin (1369-1417) də faciəli ömrü Hələbdə bitmişdir. XVI yüzildə Azərbaycan şairlərindən Şahi, Süruri, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Qasımi, Gülşəni, Bidari, Sahibi, Pənahi, Xəlifə, Xəzani (Əsiri), Bəsiri və başqaları Osmanlı imperatorluğunun müxtəlif bölgələrinə köç etmişlər. XVII yüzil şairlərindən Məsihi (1575-1655), Saib Təbrizi (1601-79), İbrahim Ordubadi bir müddət Hindistanda yaşayıb-yaratmışlar. Əslən Qarabağdan olan XIX əsrin məşhur təriqət şairi Seyid Nigari (1795-1886) həyat və yaradıcılığının mühüm bir dövrünü Anadoluda keçirmişdir. Sonrakı dövrün sənətkarları içərisində də mühacirətdə yaşayanlar az olmamışdır. Lakin Azərbaycan mühacirət ədəbiyyatı məfhumu XX yüzilin siyasi mühacirətinin doğurduğu və formalaşdırdığı ədəbi-estetik anlayışı ifadə edir.

mühacirət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Siyasi, iqtisadi və ya dini səbəbdən məcburi və ya könüllü olaraq öz vətənini tərk edib başqa ölkəyə köçmə. □ Mühacirət etmək – öz vətənini tərk edərək başqa ölkəyə köçmək. Doktor hələ çar zamanı Rusiyadan Təbrizə və oradan da Tehrana mühacirət etmiş azadfikirli bir həkim idi. M.İbrahimov. 2. Mühacirət nəticəsində xaricdə yaşama. Paralar isə elə boldur ki, onunla bütün mühacirətdə olan yoldaşları təmin edə bilərik. M.S.Ordubadi. 3. top. Mühacirlər.

    Azərbaycan dilinin izahlı lüğəti / mühacirət

mühacirət sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. 1. эмиграция: 1) вынужденное или добровольное переселение из своего отечества в другую страну по экономическим, политическим или иным причинам 2) пребывание за пределами отечества вследствие такого переселения 3) собир. эмигранты 2. иммиграция (переселение в какую-л. страну на постоянное жительство – об иностранцах) II прил. 1. эмиграционный. Mühacirət hərəkatı эмиграционное движение 2. иммиграционный. Mühacirət qanunu иммиграционный закон; mühacirət etmək (eləmək): 1. эмигрировать (совершать, совершить эмиграцию в какую-л, страну) 2. иммигрировать (переселяться, переселиться в какую-л. страну на жительство – об иностранцах); mühacirətdə olmaq находиться в эмиграции

    Azərbaycanca-rusca lüğət / mühacirət

mühacirət sözünün inglis dilinə tərcüməsi

mühacirət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. émigration f ; immigration f ; migration f ; beynəlxalq ~ migration internationale ; ~ etmək 1) émigrer vi ; 2) immigrer vi ; Avropaya ~ etmək immigrer en Europe

    Azərbaycanca-fransızca lüğət / mühacirət

mühacirət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. эмиграция (бязи себебриз килигна, жуван хушуналди ва я мажбури яз жуван ватандай маса уьлкведиз куьч хьана фин); 2. куьч хьунин (авунин) нетижада къецепатан уьлкведа яшамиш хьунухь; 3. гьа тегьерда куьч хьанвай ксар, эмигрантар.

    Azərbaycanca-ləzgicə lüğəti / mühacirət

"mühacirət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mühacirət nədir? #mühacirət sözünün mənası #mühacirət nə deməkdir? #mühacirət sözünün izahı #mühacirət sözünün yazılışı #mühacirət necə yazılır? #mühacirət sözünün düzgün yazılışı #mühacirət leksik mənası #mühacirət sözünün sinonimi #mühacirət sözünün yaxın mənalı sözlər #mühacirət sözünün əks mənası #mühacirət sözünün etimologiyası #mühacirət sözünün orfoqrafiyası #mühacirət rusca #mühacirət inglisça #mühacirət fransızca #mühacirət sözünün istifadəsi #sözlük