müharibələri sözü azərbaycan dilində

müharibələri

Yazılış

  • müharibələri • 96.8000%
  • Müharibələri • 2.9333%
  • MÜHARİBƏLƏRİ • 0.2667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Albi müharibələri
Albi müharibələri və ya Albiqoy (Katar) səlib yürüşü — Lanqedok əyalətində katar təriqətinin kökündən ləğv edilməsi məqsədi ilə Roma-Katolik kilsəsinin təşəbbüsü ilə keçirilən səlib yürüşləri. Roma papası III İnnokentinin katar hərəkatının dayandırılması təşəbbüsü yerli ruhanilərə və feodallara təsir etmədikdən sonra, o silah gücünə əl atmağa qərara gəldi. 20 il çəkən bu səlib yürüşü ərzində azı 1 milyon adam öldürüldü. Albiqoy səlib yürüşü Dominikan ordeninin və inkvizisiyanın təsis olunmasında, katolik kilsəsinin bidətlə mübarizəsində güclü vasitə olmasında əsas rol oynadı. Bəzi tədqiqatçılar Albiqoy yürüşünü Avropada ilk düşünülmüş soyqırım hesab edirlər. == Müharibənin səbəbləri == XII əsrin sonlarından etibarən Fransada aparılan mərkəzləşdirmə siyasətinin gedişində şimal əyalətlərinin cənuba qarşı apardığı müharibə. Cənub əyalətlərinin iqtisadi cəhətdən çox güclü olması şimal əyalətlərinin cənubu iqtisadi cəhətdən asılı hala salmasına mane olurdu. Cənubda yayılmış, öz xüsusiyyətlərinə görə şəhərlilərin mənafeyini müdafiə edən Valdenslərlə Katarlar təriqətinin Papa III İnnokenti tərəfindən bidətçi elan olunması bu müharibənin başlanmasını daha da sürətləndirdi. == Albiqoyçular hərəkatı == Cənubi Fransa şəhərlərinin tərəqqi etmiş iqtisadi vəziyyəti və onların siyası müstəqilliyi bu şəhərlərdə ictimai ziddiyətlərin qüvvətlənməsinə və kəskin məfkurə mübarizəsinə səbəb oldu.Bu özünü cənub vilayətlərində valdenslər və katarların təriqətçı təlimlərinin yayılmasında büruzə verdi.Bu təlimlər anti-feoadal xüsusiyyətə malik idilər.12-ci əsrin ortalarında onları ümumi adla-“Albiqoyçular” (təriqətlərin baş şəhəri Albi şəhərinin adı ilə) adlandırmağa başladılar.Albiqoyçular bu dünyanı və katolik kilsəsinin özünü şeytan əməli hesab edirdilər , əsas kilsə ehkamlarını rədd edirdilər , kilsə iyerarxiyası , kilsə torpaq sahibliyi , və desyatinin ləgv olunmasını tələb edirdilər.Dini örtük halında şəhərlərin daha da inkişafına mane olan feodallara qarşı , ilk növbədə , katolik kilsəsinə qarşı mübarizə başlamışdı.Albiqoyçuların əsas kütləsi şəhərlilər idi.Lakin onlara xüsusilə hərəkatın əvvəlində , kilsənin torpaq sərvətinə göz dikən cəngavərlər və əyanlar da qoşulmuşdular.Tuluza qrafı Raymond da albiqoyçulara meyl edirdi. == Müharibənin başlanması == Kilsə hələ 12-ci əsrin 70-ci illərində təriqətin qarşısını almağa cəhd göstərdi.Lakin bu uğursuzluqla nəticələndi.Onun təsiri Şimalı Fransada , habelə bəzi Qərbi Avropa ölkələrində də hiss olunmağa başladı.1209-cu ildə Papa III İnnokenti albiqoyçulara qarşı Şımalı Fransa yepiskopları və onların vassallarının Papa nümayəndəsinin başçılığı altında “xaç yürüşü” təşkil edə bildi.Varlı cənub şəhərlərinin hesabına varlanmaq niyyətinə düşən Şımalı Fransa cəngavərləri yürüşdə həvəslə iştirak etdilər.Onlardan biri-Baron Simon de Monfor yürüşün hərbi başçısı oldu.Mərdliklə müqavimət göstərmələrinə baxmayaraq bir çox cənub şəhərləri (Bezye , Karkasson və s ) alındı və qarət olundu.Əhali isə qilincdan keçırıldı.Müre yaxınlığındakı vuruşmada (1213) xaçlılar həlledcı qələbə qazandılar.Tuluzalı Raymond yalnız Tuluza , Nim , Boker və Ajanı öz əlində saxlaya bildi , başqa şəhərlərdə isə Monfor hökmranlıq edirdi.O, həlak olduqdan sonra (1218) Cənubi tabe etmək etmək uğrunda müharibəyə fransa kralı VIII Ludovikin özü qarışdı.1224-cü ildə və 1226-cı illərin uğurlu yürüşləri nəticəsində o , Tuluza qraflığını və Aralıq dənizi sahil boyu torpaqların bir hissəsinin (1229) kral mülklərinə birləşdirdi.Cənub-qərb qraflıqları müstəqilliklərini saxladılar.
Balkan müharibələri
Balkan müharibələri — Osmanlı Dövlətinin 4 balkan dövlətinə qarşı 1912-1913-cü illərdə apardığı muharibə (8 oktyabr 1912 - 29 sentyabr 1913). Muharibənin əsl səbəbi Bolqarıstanla Serbiyanın Balkanlarda artan fəaliyyəti olmuşdur. == Tarixi == 1911-ci ildə İtaliya Osmanlı imperiyasına müharibə elan etdi və tezliklə Tripolini və Dodekanis adalarını işğal etdi. Bununla osmanlılar sıxışdırıldı, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibədə öz qüvvələrini birləşdirdirdilər. Onlar Osmanlı ərazisindəki bəzi əraziləri işğal etməyə ümid edirdilər. Türkiyə tezliklə məğlub edildi, lakin Serbiyanın güzəştə getməsinə ümid bəsləyən bolqarlar Makedoniyanı ələ keçirməyə iddia etdilər. Beləliklə, birinci Balkan müharibəsindən sonra, 1913-cü ildə ikinci Balkan müharibəsi baş verdi. Bu müharibədə Serbiya, Yunanıstan, Rumıniya və Osmanlılar Bolqarıstanın üzərinə hücum edərək onu məğlub etdilər. Adriatik dənizi üzərində dağlıq ölkə olan Albaniya əsasən müsəlman əhalisinə malik olmaqla bərabər həm də Avropanın ən geridə qalmış regionu idi. Serblər hər iki Balkan müharibəsində onun bir hissəsini işğal etdilər, lakin yunanlar da onun digər hissəsinə iddia edirdilər.
Banan müharibələri
Banan müharibələri — 1898-1934-cü illər arasında ABŞ və Mərkəzi Amerika və Karib hövzəsi ölkələri arasında “Mehriban qonşuluq siyasəti” yaradılması ilə əlaqədar baş verən müharibələr nəzərdə tutulur. Başqa sözlə ABŞ-nin Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinə işğal məqsədilə etdiyi müdaxilə seriyaları nəzərdə tutulur. Bu hərbi müdaxilələr əksər hallarda ABŞ Dəniz qoşunları korpusu vasitəsilə həyata keçirilirdi.1921-ci ildə Dəniz qoşunları “Kiçik Müharibələrin strategiyası və taktikası” nizamnaməsini hazırlayırlar.Bəzi hallarda isə hərbi-dəniz donanması da top atəşi ilə öz köməkliyini göstərərək dəstək olurdular,eləcə də ordunun digər qüvvələrindən də istifadə olunurdu. 1898-ci ildə imzalanan Paris müqaviləsinə görə,İspaniya Kuba,Puerto-Riko və Filippin üzərində nəzarət hüququnu ABŞ-yə güzəştə edir. Bundan sonra ABŞ Panama, Meksika, Honduras, Nikaraqua, Haiti və Dominikan Respublikasına müdaxilələr edir. Müdaxilələr seriyası yalnız Prezident Franklin Ruzveltin başçılığı altında qoşunların Haitidən çıxarılması ilə başa çatır. Bu münaqişələrin səbəbi müxtəlif olsa da,əsas səbəb iqtisadi xarakterlə bağlı idi. ABŞ-nin bu hərbi müdaxilələri və ticarət maraqları arasındakı əlaqədən yaranan termin tarixə “Banan müharibələri” adı ilə düşür. Ayrıca qeyd etmək lazımdır ki, ”United Fruit Company” şirkəti Karib hövzəsi, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal hissəsi üzrə olan banan, tütün, şəkər çuğunduru istehsal aksizlərinin əhəmiyyətli maliyyə paketlərinə malik idi. ABŞ həmçinin yenicə tikilmiş,donanma gücü və qlobal ticarət baxımından çox əhəmiyyətli olan Panama kanalında nəzarət və təsir dairəsi olduğunu əsaslandıraraq,öz siyasi maraqlarını da irəliyə çəkirdi.
Barıt müharibələri
Barıt müharibələri — barıt silahları ilə müharibə və ya daha çox yayılmış olaraq Odlu Silahlarla Müharibə, bu partlayıcı maddənin istifadəsi üçün uyğun barıt silahlarının istifadəsi ilə ortaya çıxan və bu silah texnologiyasının inkişafı ilə zaman keçdikcə bu hala gələn bir döyüş üslubudur. XV əsrdən etibarən Avropa və Asiyada məhdud bir şəkildə başlamış və XIX əsrin ortalarına qədər davam etmişdir. 1792-1815-ci illər arasında davam edən Napoleon müharibələrində zirvəyə çatdı. Barutun Çinlilər tərəfindən tapıldığını bildirən İngilis filosof və rahib Rocer Bekon bu cür müharibənin ilk müdafiəçilərindən biri idi. Silahlarda və müharibələrdə barıtın ilk istifadəsinin Çində X əsrə gedib çıxdığı məlumdur. Barıtın ilk istifadəsi top idi. Çindən sonra müsəlman dövlətlərinin ordularında sürətlə yayıldı. XV əsrin ikinci yarısından bəri, xüsusilə Osmanlı İmperiyası tərəfindən səmərəli istifadə edilmişdir. Osmanlılar tez bir zamanda barıtdan tüfəng kimi istifadə etməyə başladılar. Fatih Sultan Mehmet 1453-cü ildə İstanbulu fəth edərkən nəhəng mühasirə toplarından istifadə etdi.
Hindi müharibələri
Hindu müharibələri (ing. American Indian Wars) — Şimali Amerikanın yerli əhalisi ABŞ-də yerli amerikalılar ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan amerikalılar arasında 1622–1924-cü illərdə fasilələrlə davam etmiş silahlı toqquşmalar silsiləsi. Bu toqquşmalar ABŞ İstiqlal müharibəsindən iki əsr əvvəl başlamış və müharibə bitəndəndən sonra belə bir neçə əsr davam etmişdir. Nəticədə on milyonlarla yerli əhali avropalılar tərəfindən qəsdən və amansızcasına məhv edilmişdir. Müharibənin əsas səbəbi Amerika qitəsini şərqdən işğal etməyə başlayan avropalıların sürətli şəkildə artması və bunun nəticəsində yerli əhali olan hinduların qərb istiqamətində sıxışdırılması olmuşdur. Bu müharibə nəticəsində hindu soyqırımları da baş vermişdir. 1894-cü ildəki hesablamalara əsasən ABŞ və hindular arasında 40-dan çox döyüş baş vermiş, nəticədə 30,000 hindu və 19,000 müstəmləkəçi həlak olmuşdur. == Hindular üzərində təsirləri == 2010-cu il hesablamalarına əsasən ABŞ əhalisinin yalnız 0,9%-i ABŞ hindularından (Alyaska yerliləri) ibarətdir. Amerika qitəsinin kəşfindən əvvəl isə burada nə qədər hindunun yaşadığı barədə isə dəqiq məlumat yoxdur. Hinduların immun sisteminə yad olan Avropa mənşəli yoluxucu xəstəliklər, qəbilə arası müharibələr, Avropa müstəmləkəçilərinə qarşı müharibələr, Kanada və Meksikaya köç və assimilyasiyanın təbii nəticəsi olaraq ABŞ hindularının sayı XIX əsrdə bir milyonun altına düşmüşdür.
Makedoniya müharibələri
Makedon müharibələri (e.ə III-II əsrlər) — Roma ilə Makedoniya arasında Yunanıstan üzərində heqemoniya uğrunda gedən və Makedoniyanın darmadağın olunması ilə bitən üç müharibə. Kanna döyüşündən sonra Makedoniya çarı V Filipp Makedoniyalı Romaya qarşı Hanniballa ittifaqa daxil oldu. Makedoniya İliriya üzərində heqemonluğunu qurmaq, Adriatika sahillərinə çıxmaq və Kiçik Asiyada öz ərazilərini genişləndirmək istəyirdi. == Birinci Makedon müharibəsi(e.ə 215-205) == Romalıların əsas qüvvələri İtaliyada Hanniballa məşğul olduqları üçün, Balkanlardakı əməliyatlara kiçik qoşun ayrılmışdı. Lakin say üstünlüyünə malik makedoniyalılar qətiyətsiz hərəkət edirdilər; romalılar isə kifayət qədər qüvvələrinin olmamasından, ellinistik aləmdə baş verən Makedoniya əleyhinə çıxışları hər cürə dəstəkləyirdilər. E.ə 205-ci ildə müharibə sülhlə bitdi, lakin Roma ilə Makedoniya arasındaki münasibətlər tənzimlənməmiş qaldı. Buna baxmayaraq Roma Yunanıstana öz təsirini artıra bildi. == İkinci Makedon müharibəsi(e.ə 200-197) == İkinci Punik müharibəsindəki(e.ə 218-201) qələbəsindən sonra, Roma Balkanlarda öz işğalçı siyasətini fəallaşdırdı və Makedoniyanı, Karfagenlə əlaqələrdə, önun müttəfiqlərinə hucumlarda və beləliklə müqaviləni pozmaqda suçladı. Bu vaxt ərzində Makedoniyanın daxili qüvvələri tükənmişdi, ölkənin daxilində çara qarşı müxalifət artırdı, Roma ilə müharibə populyar deyildi. V Filippin Roma ilə anlaşmaq cəhdləri boşa çıxdı.
Napoleon müharibələri
Napoleon müharibələri — adı altında noyabr 1799 (1798)-cu ildən başlayaraq iyun 1815-ci ilə qədər I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr nəzərdə tutulur. Geniş mənada bura Napoleonun İtalya kompaniyası (1796–1797) və onun Misir ekspedisiyası (1798–1799), Fransız inqilabı müharibəsi daxildirlər. 18 brümer çevrilişi (9 noyabr 1799 cu il) Fransada hakimiyyəti hədsiz ehtiras və qabiliyyətə malik bir sərkərdəyə Napoleona tapşırmış olur. Bu vaxt məhz Avropada qatma-qarışıqlıq, hərcmərclik höküm sürürdü. Avropanı bürüyən inqilab dalğası yeni qayda qanun tələb edirdi ki, mövcud hakimiyyətlər buna qabil deyildirlər. Bu özünü həm idarəetmədə, həm maliyədə və həm də ordu idarəçiliyində özünü göstərməkdə idi. Məhz bu şəraiti düzgün qiymətləndirə bilən Napoleon getdikcə Avropanın hakiminə çevrilməyə başlayırdı. Hələ brümer çevrilişindən əvvəl İtaliya ordusunun ali komandanı olan zaman Avropa sərhədlərini çızmağa başlamışdır. Misir ekspedisiyası zamanı isə şərq planlarını cızırdı. Birinci konsul olduqda arzu edirdi ki Rusiya imperiyası ilə birlikdə ingilisləri Hindistandan sıxışdırıb çıxartsın.
Avstriya–Osmanlı müharibələri
Avstriya–Osmanlı müharibələri — Avstriya Habsburqları ilə Osmanlı imperiyası arasında, başlıca olaraq, Balkan yarımadasının şimal hissəsindəki və Macarıstandakı torpaqları ələ keçirmək uğrunda aparılan müharibələr. Osmanlının Şərqi Avropa ölkələrinə yürüşü nəticəsində başlamışdır. XIV–XV əsrlərdə Balkan yarımadasının xeyli hissəsini ələ keçirən Osmanlı ordusu Serbiya və Macarıstana hücuma başlamış, 1521-ci ildə Belqradı almış, 29 avqust 1526-cı ildə Mohaç döyüşündə macar-çex ordularına qalib gəlmişdi. 15 oktyabr 1529-cu ildə Osmanlı ordusu Vyana şəhərini mühasirəyə almış, lakin şəhəri tuta bilməmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Кэролайн Финкель «История Османской империи: Видение Османа» — Москва: АСТ, 2010.
Bizans-Ərəb müharibələri
Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır. == Ərəblərin ilk uğurları. Konstantinopolun mühasirəsi (717-718) == 633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu. == Bizanslıların fəallaşması == Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi.
Bizans - Xilafət müharibələri
Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır. == Ərəblərin ilk uğurları. Konstantinopolun mühasirəsi (717-718) == 633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu. == Bizanslıların fəallaşması == Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi.
Bizans - ərəb müharibələri
Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır. == Ərəblərin ilk uğurları. Konstantinopolun mühasirəsi (717-718) == 633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu. == Bizanslıların fəallaşması == Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi.
Droid (Ulduz müharibələri)
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir.Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil. == İstinadlar == == Xarici keçidlər == Astromech droid — Vukipediya saytında.
Endor (Ulduz müharibələri)
Endor — "Ulduz müharibələri" kainatında uydurma peyk. Endor sıx meşələr, yüksək dağlar və savannalarla örtülüdür. Peykdə evoklar, duloklar və yuzzumlar kimi sayıqlı, eləcə də qoraks kimi yarı-sayıqlı növlər də yaşayır. Endordakı ağacların bəzilərinin hündürlüyü min metrdən çoxdur. Tərkibində insanların nəfəs ala biləcəyi atmosfer və 8% səth suyu var. Onun da iki ulduzu mövcuddur: Endor I və Endor II. == İstinadlar == == Xarici keçidlər == Endor — Vukipediya saytında.
Landsxut varislik müharibələri
Landsxut varisliyi müharibəsi (alm. Der Landshuter Erbfolgekrieg‎) — 1503–1505-ci illərdə Bavariya-Münhen və Bavariya-Landsxut hersoqluqları arasında mübahisə nəticəsində baş vermiş müharibə. Vittelsbax sülaləsinin fərqli qolları arasında əvvəlki razılaşma olan Pavia müqaviləsinə əsasən kişi nəsillərində bir qolun nəslinin kəsilməsi halında titul kişi xətti ilə başqa bir qola miras qalmalı idi. Bu müqavilə, bir nəsil kəsilərsə torpaqları Müqəddəs Roma İmperatorunun miras almasını şərtləndirən imperiya qanunları ilə ziddiyyət təşkil edirdi. == Səbəbi == Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi (Elizabeta Frayzinq yepiskopu Ruprext ilə daha sonra evləndi). Bu isə Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı və qanunsuz hesab edildi. 1503-cü il dekabrın 13-də hersoq Georqun ölümündən 10 gün sonra Landsxutda vərasət iclası keçirildi. Albert buraya göndərdiyi səfirlər vasitəsilə miras iddialarını irəli sürdü, Landsxut qəsrini artıq ələ keçirmiş Ruprext isə iclasda şəxsən iştirak edirdi. İclas zamanı məlum oldu ki, Landsxut şurasının aşağı palatası Albertin hakimiyyətə gəlməsinə qarşıdır.
Oğru müharibələri (Çələbi)
Oğru müharibələri — Bəhram Çələbinin əsəri. == Məzmun == Qırxıncı və doxsanıncı illərin oğru qanunları bir-birindən çox fərqlənir. Bu fərqi başa düşmək olar. İttifaqın dağılması oğru qardaşlığına da birbaşa təsir edib. Zakonniklərin bir qismi bu dövrdən də sağ-salamat çıxaraq öz ənənələrinə sadiqliyini qoruyub saxlamağa müvəffəq oldu. Klassik ənənələrə sadiq oğrulara indi NEP dövrünün oğruları deyirlər. Yeni oğrular isə oğru qanunlarını müasir tələblərə uyğun şəkildə tətbiq edənlərə deyilir. Yenidənqurma başlamazdan xeyli əvvəl də SSRİ-nin meqapolislərində cinayətkar klanlar arasında mübarizə çox ciddi şəkildə gedirdi. Lakin əsasən “peşka”lar və ya “döyüşçü”lər qırılırdılar, mübarizə avtoritetlərin qətlinəcən gedib çatmırdı. İttifaq dağıldıqdan sonra isə… == Nəşr və tərcümə == Əsərin birinci kitabı 2019-cu ildə Bakı Kitab Klubunda 270 səhifədə nəşr edilib.
Parfiya–Roma müharibələri
Parfiya–Roma müharibələri — Yaxın Şərqdə hegemonluq uğrunda Parfiya və Roma dövlətləri arasında müharibə ardıcıllığı. Münaqişə eramızdan əvvəl 54-cü ildə başlamışdır və bizim eranın 226-cı ilində Parfiyanın süqutu ilə başa çatmışdır. Sasanilər sülaləsi onun yerində yeni dövlət qurmuş, Şərqdə Romanın yeni əsas rəqibinə çevrilmişdir. Parfiyanın həyata keçirdiyi ilk hücum cəhdləri dəf edilmişdir. Eramızdan əvvəl I əsrdə Romada baş verən vətəndaş müharibəsi zamanı parfiyalılar Brut və Kassiyə fəal dəstək vermiş, Suriyanı işğal etmiş və Levantdakı əraziləri fəth etmişdir. Buna baxmayaraq, Romada ikinci vətəndaş müharibəsinin başa çatması ilə Qərbi Asiyada Roma hakimiyyəti dirçəlmişdir.
Pun müharibələri
Pun müharibələri (e.ə. 264–146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264–241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218–201) Karfagenin qisas cəhdindən doğmuşdu.
Qunduz müharibələri
== Ümumi məlumat == 17-ci əsrdə baş verən Qunduz müharibələri, Müqəddəs Lavrenti və daha aşağı Böyük Göllər bölgəsində iqtisadi rifah uğrunda müharibə idi.Müharibələrdə İrokezlər, Huronlar, şimal Alqonkinləri və onların Fransız müttəfiqləri,xəz ticarətini nəzarət altına almağa çalışırdılar. Avropalılar orta əsrlərdən etibarən Rusiya və Skandinaviyadan xəz əldə edirdilər. Bu qəbilələrin hərbi gücü və diplomatik bacarıqları, on yeddinci əsrin sonlarından on səkkizinci əsrin sonlarına doğru Avropa-Hindu əlaqələrində böyük rol oynadı. İrokezlər ,torpaqlarını genişləndirmək və xəz ticarətini və Avropa bazarları ilə Qərbi Böyük Göllər bölgəsinin qəbilələri arasındakı ticarəti özəlləşdirməyə çalışırdılar. Onlar 5 Konfederasiyadan -Mohauk, Oneida, Onondaqa, Kayuqa və Senekadan ibarət idi. (Konfederasiya, daha sonra Tuskaroranın 18-ci əsrdə qəbul edildiyindən sonra 6 xalqdan ibarət oldu.) Vaşinqton və Ottavadakı hökumət səlahiyyətliləri, İrokez suverenliyini yalnız fərdi tayfa hökumətləri varlığında gördülər. Suveren Mohauk başçılığındakı İrokez Konfederasiyası, Böyük Göllər bölgəsinin böyük Alqonkin dilində danışan qəbilələrinə qarşı hərəkətə keçdi. İrokezlər, Holland və İngilis ticarət tərəfdaşları tərəfindən silahlandırıldı.Alqonkinlər isə, əsas ticarət ortağı olan Fransızlar tərəfindən dəstəkləndi.Döyüşlər mərhəmətsiz və Şimali Amerika tarixində yaşanan ən qanlı qarşıdurmalardan biri olaraq göstərilir. İrokezlər, Huron, Eri, Suskeannok və Şauni də daxil olmaqla, bir neçə böyük qəbilə Konfederasiyasını yox etdiyində, Şimali Amerika qəbiləsi coğrafiyasını yenidən təşkil etdilər və bölgədə suveren hala gələrək torpaqlarını genişlətdilər.İrokezlər, bəzi şərq qəbilələrini Mississippi çayının qərbinə və ya cənubda Karolinaya doğru sıxışdırırdılar.İrokezlər, Ohayo vadisi torpaqlarını ov ərazisi kimi görərək,təxminən 1670-ci ildən etibarən buraya nəzarət etdilər. Alqonkin və İrokez cəmiyyətləri bu müharibələrdə böyük ölçüdə pozuldu.
Ulduz müharibələri
Ulduz müharibələri (ing. Star Wars)—Corc Lukas tərəfindən hazırlanmış, əvvəlcə filmləriylə tanınmış, sonrakı illərdə cizgi roman, kompüter və konsol oyunları, televiziya istehsalları və s. budaqlarda ününü inkişaf etdirmiş uydurulmuş kainat və markadır. Film ardıcıllığının ilki 25 may 1977-ci ildə "20th Century Fox" kinokompaniyası tərəfindən "Star Wars" (Ulduz müharibələri) adıyla nəşr olunmuş və dünya səviyyəsində bir məşhur mədəniyyət fenomeni olmuşdur. Üç il arayla iki davam filmi nəşr olunmuşdur. Orijinal üçləmənin son filminin nəşr olunmasının 16 il ardından, "öncül" üçləmənin ilk filmi nəşr olunmuşdur və təkrar üç il arayla, digər iki film də nəşr olunaraq, bütün ardıcıllıq 19 May 2005-ci ildə tamamlanmışdır. 2008-ci ilin məlumatlarına görə altı "Ulduz müharibələri" filminin cəmi hasilatı təxminən olaraq 4.41 milyard dollardır. Bu hasilatla "Ulduz müharibələri" ardıcıllığı, Ceyms Bond və Harri Potter film seriyalarının ardından ən çox hasilat edilmiş üçüncü film ardıcıllığı olmuşdur. Corc Lukas filmləri, kitablar, televiziya serialları, video oyunları və cizgi romanlar kimi bir çox fərqli sahədə nəşrlərin ortaya çıxmasına vəsilə olmuşdur. Üçləmədə təsvir edilən fantastikaya xeyli çox yenilik gətirən bu yan məhsullar, seriyanın təqibçiləri tərəfindən genişlədilmiş Kainat adıyla bilinən uydurulmuş kainatın meydana gəlməsinə imkan yaradılmışdır.
Yuqoslaviya müharibələri
Yuqoslaviya müharibələri dedikdə Yuqoslaviya dövlətinin dağılmasına səbəb olan 1991-ci ildən 2001-ci ilə qədər davam edən, keçmiş Yuqoslaviyada baş verən müstəqil, lakin əlaqəli etnik münaqişələr, müstəqillik müharibələri və üsyanlar nəzərdə tutulur. Yeni ölkələrdə etnik azlıqlar arasındakı həll edilməmiş gərginliyə baxmayaraq, müharibələrə təkan verən yeni respublikalar yarandı. Döyüşlərin əksəriyyəti yeni dövlətlərin tam şəkildə beynəlxalq tanınması ilə, sülh razılaşmaları ilə nəticələndi, lakin bölgədə ciddi insan itkisi yarandı və iqtisadi ziyan vurdu. Əvvəlcə Yuqoslaviya Xalq Ordusu (JNA), separatçı hökumətləri əzməklə bütün Yuqoslaviyanın birliyini qorumağa çalışdı, lakin getdikcə serb millətçi ritorikasını oyadan və Serblərin bir dövlət olaraq birləşməsi üçün Yuqoslav məsələsini istifadə etmək istəyən Slobodan Miloşeviçin rəhbərlik etdiyi Serbiya hökumətinin təsiri altına düşdü. Nəticədə JNA, Slovenləri, Xorvatları, Kosova Albanlarını, Bosniyalıları və Etnik Makedoniyalıları itirməyə başladı və nəticədə Serb ordusuna çevrildi. Birləşmiş Millətlər Təşkilatının 1994-cü il tarixli hesabatına görə Serb tərəfinin Yuqoslaviyanı bərpa etmək məqsədi yox idi, lakin Xorvatiya və Bosniyanın bir hissəsindən olan "Böyük Serbiya" yaratmaq istəyirdi. Digər irredentist hərəkatlar da "Böyük Albaniya" (Beynəlxalq diplomatiyadan sonra tərk edilsə də, Kosovanın ərazisindən ibarət) və "Böyük Xorvatiya" (1994-cü ilədək, Vaşinqton Sazişi sona çatana qədər, Herseqovinanın ərazilərindən ibarət) kimi müharibələrlə əlaqələndirilmişdir. Adətən İkinci Dünya Müharibəsindən sonra Avropanın ən ölümcül müharibələri olaraq qəbul edilən bu münaqişələr, bir çox müharibə , o cümlədən soyqırım, insanlığa qarşı cinayət və təcavüz hadisələri ilə qeydə alınmışdır. Bosniya soyqırımı İkinci Dünya Müharibəsindən bəri rəsmi olaraq soyqırım kimi xarakterizə edilən Avropa qeydə alınan ilk cinayət idi və bunun bir çox əsas fərdi iştirakçıları müharibə cinayətləri ilə ittiham edildi. BMT tərəfindən bu cinayətlərə görə məhkəmə işinə baxmaq məqsədilə keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) təsis edilmişdir.
İnformasiya müharibələri
İnformasiya müharibəsi (ing. information warfare) — informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatı. Bu tip informasiya əməliyyatlarına qarşı tərəfə məxsus informasiyaya, informasiyaya əsaslamış poseslərə və informasiya sistemlərinə zərər yetirməkdən ibarət fəaliyyət daxildir. Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq. Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır.
Qall müharibələri
Qall müharibələri (lat. Bellum Gallicum) — Roma Respublikasının qall tayfaları ilə e.ə. 58–50-ci illərdə bir neçə mərhələdə davam edən qarşıdurması. Müharibələr sonuncuların fəthi ilə başa çatdırmışdır. Yerli tayfaların dəvəti ilə Qalliyaya daxil olan Qay Yuli Sezar onların bütün torpaqlarını tədricən özünə tabe etmiş, bir sıra azadlıq üsyanlarını, o cümlədən e.ə. 52-ci ildə qalların ümumi üsynanı yatırtmışdır. Bundan başqa, o, cəza, fəth və nümayiş məqsədləri ilə iki dəfə Germaniya və Britaniyaya yürüşlər etmişdir. Daim qalların üstün qüvvələri ilə qarşılaşan Sezar dəfələrlə taktiki fəndlərdən və hiylələrdən, mürəkkəb mühəndis quruluşlarından istifadə etmiş, müharibənin kulminasiya əməliyyatında – Aleziyanın mühasirəsində şəhərin müdafiəçilərini və onların köməyinə gələn əlavə qüvvələri eyni zamanda məğlub etmişdir. Müharibə nəticəsində bir neçə milyon insanın yaşadığı 500 min kvadrat kilometr ərazi Roma Respublikasına birləşdirilmişdir. Qələbələri sayəsində Sezar Romada populyarlıq qazanmış və böyük sərvət toplayaraq e.ə.
Valyuta müharibələri
Valyuta müharibələri və ya rəqib devalvasiyası — öz ixrac həcmlərini artırmaq və idxalını artırmaq üçün bir sıra ölkələrin hökumətlərin və mərkəzi banklarının ardıcıl qəsdən hərəkətləri. İxrac həcmində artım, daxili ixracat müəssisələrinin istehsalının xarici valyutasının azalması və ixracatçıların qiymətini azaltmaq qabiliyyətinin azalması səbəbindən baş verir. Yerli valyuta dəyərsizləşməsi ilə idxal daha bahalı olur və buna görə yerli istehsalçılar üçün rəqabət üstünlükləri yaradan azalır. == Tarixi == Son vaxtlara qədər xarici valyuta müharibələrinin fenomeni olduqca nadir idi. Epizodlardan birinin 1930-cu ildə baş verdiyi hadisənin, bəzi ölkələrin xarici ticarətinin həcmini yatırmaq üçün bəzi dövlətlərin satış valyutası olduqda, 1930-cu ildə hadisənin hadisəsidir. 2 oktyabr 2010-cu ildə, BVF Dominik Stross-Kan, Çində vəziyyətə istinadən və Braziliya Maliyyə Nazirliyinin dünya pul müharibəsinin başlaması ilə əlaqədar bəyanat, xarici valyuta müharibələrinin yeni başlaması yenidən mümkündür. == Mümkün tənzimləmə == Kaliforniya Universitetinin professoru Berkley Barri Eyxenqrin hesab edir ki, milli valyutaların zəifləməsinin nəticəsi pul siyasətinin liberallaşdırılmasını qismən əlaqələndiriləcəkdir.
Markoman müharibələri
Markoman müharibələri Markoman müharibələri Roma İmperiyası ilə german və sarmat tayfalarının mərkəzi Dunayda (indiki Moraviya, Slovakiya, Macarıstan və Rumıniya) apardıqları müharibələrə verilən ümumi addır. Bu müharibələr eramızın 166-cı ildən 180-ci ilə qədər Mark Avrelinin hakimiyyəti dövründə davam etmişdir. Bu günə qədər gəlib çatan qədim mənbələrdə müharibə "expeditio Germanica prima et secunda" adı ilə xatırlanır.Bundan başqa, eramızın 182-ci ildə Kommodun başa vurduğu və qədim mənbələrdə "expeditio Burica" adlandırılan müharibə 3-cü Markoman müharibəsi adlanır.
Ulduz müharibələri: Klon müharibələri (teleserial, 2008)
Ulduz müharibələri: Klon müharibələri — Corc Lukas tərəfindən yaradılmış, "Ulduz müharibələri" mövzusunda, 2008-ci ildə yayımlanmağa başlayan animasiyalı üçölçülü ABŞ elmi fantastika teleserialı. İlk dəfə 3 oktyabr 2008-ci ildə "Cartoon Network"da yayımlanmışdır. Xronoloji olaraq teleserialdakı hadisələr prikvel trilogiyasının ikinci epizodunun hadisələrindən təxminən iki ay sonra başlayır, üçüncü epizoddan qısa müddət sonra isə nəticələnir. Hər birinin müddəti 19 dəqiqədən 26 dəqiqəyə qədər olan 133 epizod yayımlanmışdır. İlk dörd mövsüm hər biri 22 epizoddan ibarətdir. Teleserialın buraxılışından əvvəl bunun pilot seriyası olan eyniadlı tammetrajlı cizgi filmi də yayımlanmışdır. Teleserialın ilk treyleri 2007-ci ilin mayında yayımlanmışdır.2013-cü ilin martında "Lucasfilm" teleserialın ləğv ediləcəyini elan etmişdir. Şirkət qalan epizodları "bonus məzmun" olaraq xarakterizə etmiş, onların nə vaxt tamamlanacağı və tamaşaçılara təqdim ediləcəyi barədə sonradan məlumat verəcəyini əlavə etmişdir. 2014-cü ilin fevralında məlum olmuşdur ki, teleserialın altıncı mövsümünün 13 seriyasını "Netflix" platformasında nümayiş olunacaq. 19 iyul 2018-ci ildə "San Diego Comic-Con"da teleserialın 10-cu yubiley panelində 12 epizoddan ibarət mövsüm üzərində işlərin getdiyi elan edilmişdir.
Al qızılgül və ağ qızılgül müharibələri
Al və ağ qızılgül müharibələri (ing. The Wars of the Roses) — İngiltərədə Plantagenetlər kral sülaləsinin iki qolu – Lankasterlər (1399–1461) və Yorklar (1461–1485) arasında 1455–1485-ci illərdə hakimiyyət uğrunda baş vermiş daxili müharibələr. Lankasterlərin gerblərində al qızılgül, Yorkların gerblərində isə ağ qızılgüı təsvirləri var idi. Lankasterlər iqtisadi cəhətdən geridə qalmış şimalın və Uelsin baronlarına, Yorklar isə inkişaf etmiş cənub-şərqin "yeni zadəganlar"ına arxalanırdılar. "Yeni zadəganlar" və varlı şəhər əhalisi ticarətin maneəsiz inkişafında maraqlı olduqları üçün Yorkları dəstəkləyirdilər. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan VII Henri hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin (1485–1603) hakimiyyət dövrü başlandı.
Al və ağ qızılgül müharibələri
Al və ağ qızılgül müharibələri (ing. The Wars of the Roses) — İngiltərədə Plantagenetlər kral sülaləsinin iki qolu – Lankasterlər (1399–1461) və Yorklar (1461–1485) arasında 1455–1485-ci illərdə hakimiyyət uğrunda baş vermiş daxili müharibələr. Lankasterlərin gerblərində al qızılgül, Yorkların gerblərində isə ağ qızılgüı təsvirləri var idi. Lankasterlər iqtisadi cəhətdən geridə qalmış şimalın və Uelsin baronlarına, Yorklar isə inkişaf etmiş cənub-şərqin "yeni zadəganlar"ına arxalanırdılar. "Yeni zadəganlar" və varlı şəhər əhalisi ticarətin maneəsiz inkişafında maraqlı olduqları üçün Yorkları dəstəkləyirdilər. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan VII Henri hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin (1485–1603) hakimiyyət dövrü başlandı.
Avatar: Korra haqqında əfsanə: Torf müharibələri
Torf müharibələri (ing. Turf Wars); tam adı Korra əfsanəsi: Torf müharibələri (ing. The Legend of Korra: Turf Wars) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks. == Çap tarixi == Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb. Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş. O, avqustun 8-də kütləvi bazara buraxılıb. İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb. O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş. Kütləvi bazara yanvarın 30-da buraxılıb.
Avatar: Korra haqqında əfsanə — Torf müharibələri
Torf müharibələri (ing. Turf Wars); tam adı Korra əfsanəsi: Torf müharibələri (ing. The Legend of Korra: Turf Wars) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks. == Çap tarixi == Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb. Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş. O, avqustun 8-də kütləvi bazara buraxılıb. İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb. O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş. Kütləvi bazara yanvarın 30-da buraxılıb.
Birinci və İkinci Qarabağ müharibələri zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı
Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı — Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrini əks etdirən siyahı. Siyahının hazırlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından istifadə edilmişdir. Tarix və memarlıq abidələri qeydiyyata alınma prinsipinə uyğun olaraq, dünya, ölkə və yerli əhəmiyyətliyinə görə üç başlıqda göstərilmişdir. Cədvəllərdə abidələrinin sıralanma nömrəsi, adı, ünvanı ilə yanaşı qısa təsvir bölməsində tarixi və müvafiq mənbələr əsasında dağıdılması haqqında məlumatlar, mümkün şəkli (dağıdıldıqdan sonra və ya əvvəl) və dəqiq koordinantları qeyd edilmişdir. Eyni zamanda, siyahıya müharibələr zamanı yuxarıda qeyd edilmiş ərazilərdə dağıdılmış və ya ziyan görmüş monumental-heykəltəraşlıq nümunələri və muzeylər də daxil edilmişdir. == Zəmin == Erməni komandiri Arkadi Ter-Tadevosyanın dediyinə görə, 1992-ci ildə Şuşa işğal edildikdən sonra şəhər yaxınlıqdakı Xankəndindən olan ermənilər tərəfindən talan və məhv edilmişdir. Ter-Tadevosyan demişdir ki, Qarabağ erməniləri azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdır. 2002-ci ildə, şəhərin erməni qüvvələri tərəfindən işğal edilməsindən on il sonra, şəhərin təxminən 80%-i xarabalıq halında idi. Ermənilər Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır.Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) araşdırma missiyası 2005-ci ildə Füzuli şəhərinə səyahət etmiş və şəhərin xarabalıq olduğunu bildirmişdir.Ağdam şəhəri erməni qüvvələrinin hücum əməliyyatı əsnasında və sonrasında dağıdılmışdır. Ermənilər geridə qoyulan xarabalıqları belə yağmalamışdır.
Han Solo: Ulduz müharibələri. Hekayələr (film, 2018)
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Korra əfsanəsi: Torf müharibələri
Torf müharibələri (ing. Turf Wars); tam adı Korra əfsanəsi: Torf müharibələri (ing. The Legend of Korra: Turf Wars) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks. == Çap tarixi == Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb. Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş. O, avqustun 8-də kütləvi bazara buraxılıb. İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb. O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş. Kütləvi bazara yanvarın 30-da buraxılıb.
Müstəqillik müharibələri siyahısı (milli azadlıq)
Bu müstəqillik savaşlarının siyahısı. Bu müharibələr müstəqillik məqsədinə çatmaqda uğurlu ola bilər və ya olmaya bilər.
Osmanlı-Reç Pospolita müharibələri
Osmanlı-Reç Pospolita müharibələri, XVII əsr boyu davam etmiş olan Osmanlı imperiyası ilə Reç Pospolita arasındakı hərbi toqquşmalardır. Osmanlı-Reç Pospolita müharibəsi (1620-1621). Baxın: Hotin müqaviləsi Osmanlı-Reç Pospolita müharibəsi (1633-1634) Osmanlı-Polşa müharibəsi (1672-1676). Baxın: Buçaş müqaviləsi. Osmanlı-Müqəddəs İttifaq müharibəsi. Baxın: Karlovitsa müqaviləsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.53 dəfə / 1 mln.
2003 •••••••••••••••• 3.94
2004 ••• 0.67
2005 •••••••••••••• 3.37
2006 ••••••••••••••••• 4.28
2007 •••••••••••••• 3.38
2008 •••••••••••••••••••• 5.12
2009 •••••••••••• 2.88
2010 •••••••• 2.00
2011 •••••••• 1.89
2012 ••••••••• 2.24
2013 •••••••••••••• 3.36
2014 ••••••••••• 2.57
2015 •••••••••••• 2.89
2016 ••••• 1.21
2017 •••••••• 1.95
2018 ••••••••••••• 3.30
2019 •••••• 1.39
2020 •••••••••• 2.52

"müharibələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müharibələri nədir? #müharibələri sözünün mənası #müharibələri nə deməkdir? #müharibələri sözünün izahı #müharibələri sözünün yazılışı #müharibələri necə yazılır? #müharibələri sözünün düzgün yazılışı #müharibələri leksik mənası #müharibələri sözünün sinonimi #müharibələri sözünün yaxın mənalı sözlər #müharibələri sözünün əks mənası #müharibələri sözünün etimologiyası #müharibələri sözünün orfoqrafiyası #müharibələri rusca #müharibələri inglisça #müharibələri fransızca #müharibələri sözünün istifadəsi #sözlük