Verilənlərin ötürmə mühitləri
Fiziki qatın məqsədi bitləri bir maşından digərinə daşımaqdır. Real daşımalar üçün müxtəlif fiziki mediadan istifadə edilə bilər. Hər biri ötürmə sürəti, gecikmə, xərc və quraşdırma və baxım asanlığı baxımından özünə məxsus oyuqları var. Media kobud şəkildə mis naqillər və fiber optik kimi yönləndirilmiş media, yerüstü simsiz, peyk və lazerlər kimi hava ilə ötürülən yönləndirilməmiş mediyaya bölünür.
Verilənləri bir kompüterdən digərinə ötürmək üçün ən çox istifadə olunan yollardandır. Verilənləri magnetik lent və ya silinəbilən media (məs: yazılabilən DVD-lər) üzərinə yazaraq diski və ya lenti fiziki olaraq hədəf olunan maşına daşınır və verilənlər yenidən oxunur. Bu üsul geostasionar əlaqə peyki istifadə etmək qədər mürəkkəb olmasa da, özəlliklə yüksək ötürmə sürəti və ya bit başına daşınan xərcin əsas faktor olduğu programlar üçün daha xərcli olur. Bu dediyimiz fikrin daha aydın olması üçün bunu bir misal ilə aydınladaq. Sənaye standartlı Ultrium lent 800 gb saxlaya bilir. 60X60X60 sm olan bir qutuda hardasa bu lentlərdən 1000 ədəd var və bunun ümumi ölçüsü 800 terabayt və ya 6400 terabit (6.4 petabit).