mühəndis-elektromexanik sözü azərbaycan dilində

mühəndis-elektromexanik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mühəndis-elektromexanik • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mühəndis
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.
Hərbi mühəndis
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Mühəndis Qoşunları
Mühəndis geologiyası
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. == Həmçinin bax == Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Abbas Abbasov (mühəndis)
Abbas Əsgər oğlu Abbasov (1928, Kəmərli, Qazax qəzası – 2009, Bakı) — Alim, Texnika elmləri doktoru, Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasının professoru (1977–2009), Özbəkistanın "SredazNİİqaz" İnstitutunda elmi işlər üzrə direktor müavini (1968–1970). Bir neçə medal, fəxri fərman və diplomlarla təltif olunmuşdur. == Həyatı və elmi fəaliyyəti == Abbas Abbasov 1928-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1944-cü ildə Kəmərli kənd orta məktəbini bitirmiş və orta məktəbi bitirdikdən sonra 1949-cu ilə qədər Kəmərli və Körpülü kəndlərinin orta məktəblərində riyaziyyat və fizika fənlərini tədris etmişdir. 1949–1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. İnstitutu bitirdikdən sonra əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Neft Ekspedisiyasında kiçik elmi işçi kimi davam etdirmişdir. Ekspedisiya Azərbaycan Elmi-Tədqiqat İnstitutu ilə birləşəndən sonra elmi fəaliyyətini həmin institutda davam etdirmişdir. 1958-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi adı almışdır. 1960-cı ildə Ukraynanın "UkrNİİproekt" institutunda baş elmi işçi vəzifəsində işləmişdir 1960–1968-ci illərdə Azərbaycan Mili Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları problemləri institutunda baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1960-cı ildə doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi almışdır.
Abbas Bağırov (mühəndis)
Abbas Məmməd oğlu Bağırov (1913, Aldərə, Sünik mərzi, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1980, Bakı) — Azərbaycan Dəmiryol idarəsi rəisi. == Həyatı == Abbas Məmməd oğlu Bağırov 1913-cü ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dəmir Yolunda başlamışdır. İxtisasca hərəkət və yük işləri mühəndisi idi. 1939-cu ildə dəmir yolu Gəncə hissəsinin rəisi, 1953-cü ildə Azərbaycan Dəmir Yolunun rəisi, 1953–1955-ci illərdə Zaqafqaziya Dəmir Yolunun rəisinin müavini vəzifələrində işləmişdi. 1963–1967-ci illərdə Zaqafqaziya dəmir yolu Bakı hissəsinin rəisi, 1967–1979-cu illərdə isə Azərbaycan Dəmir Yolunun rəisi olmuşdur. O, dəfələrlə SSRİ Ali Sovetinə deputat, Azərbaycan KP MK-ya üzv seçilmişdir.
Akif Hüseynov (mühəndis)
Hüseynov Akif Məhərrəm oğlu (d.31 yanvar, 1950-ci il-v.25 may, 2013-cü il) — məşhur alim və pedaqoq, texniki elmlər doktoru, professor, Azərbaycan Neft Akademiyasının “Elektrik stansiyalar” kafedrasının müdiri. == Həyatı == Akif Hüseynov 31 yanvar 1950-ci ildə anadan olub. O, 1967-ci ildə orta məktəbi bitirdikdən sonra, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) “Elektrik enerjisi” fakültəsinə daxil olub, 1972-ci ildə elektrik şəbəkələri və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. A.Hüseynov əmək fəaliyyətinə “Azərenerji”də proqramçı kimi başlayıb, sonra isə avtomatlaşdırma idarəetmə sistemləri informasiya təminatı qrupunun rəhbəri olub. 1976-cı ildə A.Hüseynov Moskva Energetika İnstitutuna “Elektrik enerji sistemləri” kafedrasının əyani aspiranturasına qəbul olub. 1979-cu ildə o, professor Litkensin rəhbərliyi altında “Tərkibində zəif sistemlərarası əlaqələr olan elektrik sistemlərdə nəticə sabitliyi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bakıya qayıtdıqdan sonra A. Hüseynov Neft və Kimya İnstitutuna “Elektrik stansiyaları” kafedrasına assistent vəzifəsinə işə qəbul edilib. Bir neçə vaxtdan sonra o dosent olub. O, Azərbaycan və rus dilində bir neçə fənlərdən leksiya oxuyub. Pedaqoji fəaliyyətlə yanaşı o, aktiv şəkildə elmi tədqiqatlarla məşğul olub.
Aslan İsmayılov (mühəndis)
İsmayılov Aslan Çopur oğlu (18 may 1951, Əmirxeyir, Krasnoselsk rayonu) — "Körpü-Tunel Tikinti" MMC-nin direktoru, Əməkdar Mühəndis == Həyatı == İsmayılov Aslan Çopur oğlu 18 may 1951-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Qaraqoyunlu mahalının, Krasnoselsk rayonu, Əmirxeyir kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsinin körpülər və tunellərin tikintisi şöbəsinə qəbul olunmuş, 1974-cü ildə həmin institutu bitirərək təyinatla Moskva şəhərində yerləşən ümumittifaq əhəmiyyətli "Mostotrest"ə göndərilmişdir. A. Ç. İsmayılov 1974–1981-ci illərdə Rusiya Federasiyasında və sonralar Ermənistan Respublikasının Yerevan şəhərində yerləşən 486 nömrəli Körpü Tikintisi İdarəsində iş icraçısı, mühəndis və sahə rəisi vəzifəsində işləmişdir. O, 1981-ci ildə "Mostotrest"dən Bakı şəhəri 100 nömrəli Körpü Tikinti İdarəsinə göndərilmiş və ölkəmizdə çoxsaylı yolötürücülərinin tikintisində çalışmışdır. İşlədiyi dövrlərdə Sank-Peterburq və Moskva şəhərində ixtisasartırma kurslarında olub. A. Ç. İsmayılov 2006-cı ildə "Akkord SDİ Şİrkətlər Qrupu" MMC Şirkətində baş direktorun müavini vəzifəsinə dəvət olunmuş və 2015-ci ilə kimi Layihə rəhbəri və Departament rəisi vəzifəsində işləyib və şirkətdə Körpü-Tunel şöbəsini təşkil edib. Aslan İsmayılov 2015-ci ilin iyun ayından "Körpü-Tunel Tikinti" MMC-nin direktoru vəzifəsində çalışır. Aslan İsmayılov 20–26 iyun 2012-ci il tarixlərdə Tailand Pattaya Krallığında keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və "Keyfiyyətli idarəetmə və idarəetmə sistemlərinin səmərəliliyinin təkmilləşdirilməsinə müasir yanaşma" sertifikatı almışdır. == Ailəsi == Ailəlidir, bir oğlu, bir qızı, dörd nəvəsi var.
Azər Qasımzadə (mühəndis)
Azər Ərəstun oğlu Qasımzadə (Kasimzade Azer Arastun oğlu; 23 fevral, 1955, Bərdə, Azərbaycan SSR) — texniki elmlər doktoru, Türkiyənin Ondoqquz May Universitetinin Mühəndislik Fakültəsinin professoru. == Həyatı == Qasımzadə Azər Ərəstun oğlu 1955-ci il fevralın 23-də Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1972-ci ildə Şuşada Ü.Hacıbəyli adına 1 saylı orta məktəbi qızıl medalla bitirib, 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu “Sənaye və mülki tikililəri konstruktoru” ixtisası üzrə ali təhsilini bitirib. 1980—1983-cü illərdə A.Qasımzadə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun inşaat mexanikası kafedrasının aspiranturasında oxumuş və 1983-cü ildə Moskvada texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildə həmin ali məktəbdə elmi işi müdafiə edərək texniki elmlər doktoru adına layiq görülmüşdür. 1986—1988-ci illərdə Moskva İnşaat Mühəndisləri Universitetinin “İnşaat Mexanikası” kafedrasında elmi təcrübə keçərək, doktorant və təsərrüfat hesablı elmi layihənin icraçısı olmuşdur. 1991-ci ilde Amerika Birləşmiş Ştatlarının New Jersey Institute of Technology Universitetinin, “İnşaat və Ətraf Mühəndisliyi” bölməsində və Prinston Universitetinin “İnşaat mühəndisliyi və Əməliyyatların Tədqiqi” bölməsində elmi mübadilədə olub. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1978-ci ildə təyinatla SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin “Dənizneftqaz” Elmi-Tədqiqat və Layihə İnstitutunun dəniz qurğuları şöbəsinə göndərilib və orada mühəndis—konstruktor kimi işləyib, Xəzər, Azov və Qara dənizlərdəki yataqların hesablama-layihə, maket və modelləşdirmə sahəsindəki tədqiqatlarda iştirak edib. 1980—1983-cü illərdə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu ilə müqavilə əsasında Moskva İnşaat Mühəndisləri İnstitutunda neft-qaz hasilatı sənayesi üçün dəniz platformalarının üst hissələrinin hesablanmasının etibarlılığı tədqiqatlarını davam etdirib. 1983-cü ildə namizədlik dissertasiyasının müdafiəsindən sonra A.Qasımzadə “Dənizneftqaz” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun hesablama mərkəzinin avtomatlaşdırılmış layihələndirmə sistemləri şöbəsində işini davam etdirib və əvəzçilik əsasında İnşaat Mühəndisləri İnstitutunda mühazirələr oxuyub.
Balabəy Əlibəyov (mühəndis)
Əlibəyov Balabəy İsa oğlu (1910, Lənkəran, Lənkəran qəzası – 1988) — texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935–1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954–1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977–1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B. İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Devid Bredli (mühəndis)
Devid Bredli (ing. David Bradley; 4 yanvar 1949, Sietl, Vaşinqton) — peşəkar İT mühəndislərdən biri. O, "IBM PC" kompüteri üzərində çalışan on iki mühəndisdən biri olub. Bredli kompüteri yenidən yükləmək üçün istifadə edilən "Control+Alt+Delete" düymələr kombinasiyasının yaradıcısı kimi tanınır. "IBM" şirkətinin aparıcı mühəndisi olan Devid Bredli şirkətin bir çox əsas layihələrində iştirak edib və onun karyerasının böyük hissəsi "IBM"lə bağlı olub. D.Bredli "PowerPC" prosessorları əsasında işləyən kompüterlərin istehsalçılar qrupuna da rəhbərlik edib. O, 7 ixtira üçün patent alıb. == Həyatı == Devid Bredli 1949-cu il yanvarın 4-də ABŞ-nin Sietl şəhərində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən ən çox texniki fənlərlə maraqlanır, bu sahədə istedadı ilə digərlərindən fərqlənir. Bredli 1971-ci ildə Deyton Universitetində bakalavr dərəcəsi alıb.
Elçin Əliyev (mühəndis)
Elçin Rəşid oğlu Əliyev (25 dekabr 1962, Bakı) – Azərbaycan Triatlon Federasiyasının sabiq prezidenti, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, SİNAM şirkətinin rəhbəri, dosent. == Haqqında == Elçin Əliyev Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının professor əvəzi vəzifəsində çalışmışdır. Elçin Əliyev 2004–2008-ci illərdə Amerika Ticarət Palatasının İKT komitəsinin sədri, 2005–2007-ci illərdə Xəzər İnteqrasiya Biznes Klubunda İT və rabitə ilə bağlı məsələlər üzrə prezident, 2009–2010-cu illərdə NATO-nun elmi proqramında həmdirektor vəzifələrində çalışmışdır. O, 2004-cü ildən SINAM şirkətinin prezidenti, 2002-ci ildən isə Azərbaycanın İnternet Cəmiyyətinin sədr müavini vəzifəsini daşıyır. == Əsərləri == О безопасности передачи данных в распределенных информационных сетях // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", 2001, № 2, с.21–25. Стратегия информатизации в Азербайджане // Известия НАНА сер. Физ.техн.
Fəxrəddin Məmmədov (mühəndis)
Fəxrəddin Sadıq oğlu Məmmədov — professor, Yaxın Doğu Universitetinin prorektoru, Şimali Kipr Türk Respublikasında Azərbaycan diasporunun rəhbəri və Azərbaycan-Quzey Kıbrıs Mədəniyyət Mərkəzinin sədri. == Həyatı == Fəxrəddin Məmmədov 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) bitirmişdir. Həmin institutda aspiranturada oxumuş, orada da dosent vəzifəsinə qədər yüksələrək çalışmışdır. Dosent olduqdan sonra 1987-ci ildə Kiyev Dövlət Universitetində intensiv 10 aylıq fransız dili kursu keçmiş, dili daha da təkmilləşdirmək üçün 3 ay Fransanın Paul Valerie Universitetində oxumuşdur. 1988-ci ildə Sovet mütəxəssislərinin tərkibində Əlcəzairə getmiş, Əlcəzair və Mərakeşdə 1994-cü ilə qədər müxtəlif universitetlərdə çalışmışdır. O, müəllimliklə yanaşı 5 il Sovet Missiyasının sədri vəzifəsində də çalışmışdır. 1995-ci ildən Şimali Kipr Türk Respublikasında İngilis dilində təhsil verən Yaxın Doğu Universitetində çalışmağa başlamışdır. 1995–2000-ci illərdə universitetdə elektronik və xəbərləşmə kafedrasının müdiri kimi çalışmışdır. Professor bundan sonra 2000-ci ildən 2013-cü ilə qədər mühəndislik fakültəsinin dekanı olmuş, eyni zamanda 2001-ci ildən hal-hazıra qədər universitetin akademik işlər üzrə prorektorudur. == İstinadlar == == Ədəbiyyat == P.Sultanova, "Kıbrıslılar Azərbaycana ən yaxın türk xalqlarındandır" (Fəxrəddin Məmmədovla müsahibə), 525-ci qəzet.
Hidayət Rüstəmov (mühəndis)
Həsən Hüseynov (mühəndis)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. == Həyatı == Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Kamil Məmmədov (mühəndis)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Pərviz Abdullayev (mühəndis)
Pərviz Abdullayev — texnika elmlər doktoru, professor. == Həyatı == Pərviz Şahmurad oğlu Abdullayev 1967-ci ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Amasiya rayonunun Əzizbəyov kəndində (keçmiş Qaraçanta kəndi) anadan olmuşdur. Süleymanlılar tayfasının nümayəndələrindəndir. Orta təhsilini rayon mərkəzində Amasiya kənd məktəbində tamamlamışdır. 1990-cı ildə Leninqrad Mexanika İnstitutunu «Uçuş aparatlarının mühərrikləri» ixtisası üzrə bitirmişdir. 1990-1993-cü illərdə Bakı Aviasiya İstehsalat Birliyində müxtəlif mühəndis vəzifələrində çalışmışdır. 1993-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasında (MAA) müəllimlik fəaliyyətinə başlamışdır. 2003-cü ilin may ayından müsabiqə yolu ilə «UA və AM K və İ» kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Abdullayev P.Ş. həmin vəzifəni icra edir. 2001-ci ilin oktyabrında Sankt-Peterburq Mülki Aviasiya Akademiyasının İxtisaslaşdırılmış Şurasında «Hava nəqliyyatının istismarı» ixtisası üzrə «Uçuş informasiyası əsasında qaz turbin mühərriklərinin diaqnozlaşdırma metodikasının təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasının müdafiəsini keçərək Rusiya Federasiyası Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmlər doktoru elmi dərəcəsini almış, professordur.
Qasım Abdullayev (mühəndis)
Qasım İsrafil oğlu Abdullayev (10 oktyabr 1957, Tovuz) – texnika elmləri doktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Kommunikasiya tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri (2018–), "Azərtunelmetrotikinti" ASC İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi (1999–2014), "Şöhrət" ordeni laureatı (2007), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2017). == Həyatı == Abdullayev Qasım 10 oktyabr 1957-ci Tovuz Aşağı Quşçu ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev İsrafil Qazax rayonu Muğanlı kənd orta məktəbinin fizika-riyaziyyat müəllimi işləmişdir. 1964-cü ildə Qazax rayonu Muğanlı kənd tam orta məktəbinə gedib, 1974-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinə qəbul olunub və 1980-ci ildə həmin təhsil müəssisəsini körpü və tunellər ixtisası üzrə bitirib. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 oğlu, 1 qızı və 6 nəvəsi var. Qızı Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, tibb elmləri üzrə fəlsəfə doktorudur. Oğlu isə İngiltərənin Keele Universitetinin beynəlxalq əlaqələr fakültəsini və London Universitet Kollecinin siyasət, təhlükəsizlik və inteqrasiya üzrə magistratura pilləsini bitirib, dövlət qulluqçusudur. == Əmək fəaliyyəti == 1980-ci ildə təyinatla gənc mütəxəssis kimi "Bakımetrotikinti" İdarəsinin 7 nömrəli Tunel dəstəsində növbə rəisi kimi əmək fəaliyyətinə başlayıb.
Qasım Qasımov (mühəndis)
Rafiq Qasımov (mühəndis)
Rafiq Qasımov — "Əməkdar Mədəniyyət işçisi", İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun texnika üzrə müavinidir. İxtisasca mühəndis-radio texnikdir. == Həyatı == 1968-ci ildə Azərbaycan Radio Televiziya Mərkəzində (İndiki AzTV) əmək fəaliyyətinə başlayıb. Bir neçə il Teleteatrın rəisi, 1981-ci ildən isə AzTV-də videoyazı şöbəsinin rəisi işləyib. Rəhbərlik etdiyi qrupla birgə keçmiş SSRİ məkanında cəmi beş rəngli Səyyar Televiziya Stansiyasının birini ilk dəfə olaraq Azərbaycana gətirib. “Əməkdar Mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir. Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Rahib Əliyev (mühəndis)
Rahib Oruc oğlu Əliyev (d. 20 fevral 1937, Lənkəran şəhəri – v. 3 oktyabr 2020, Bakı şəhəri) — Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı üzrə əməkdar mühəndisi (2007), texnika elmləri doktoru, alim, "Azdövsutəslayihə" institutunun 6-cı direktoru. == Həyatı == Rahib Əliyev 1937-ci ilin 20 fevral tarixində Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) hidromeliorasiya fakültəsinin "Su elektrik stansiyaları və çay qurğularının hidrotexniki tikintisi" ixtisasına qəbul olunmuş və 1960-cı ildə institutu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1969–1970-ci illərdə Yəmən Ərəb Respublikasının Xodeyda şəhərində su təsərrüfatı sahəsində tikinti işlərini aparan sovet mütəxəssis qrupunun rəhbəri olmuşdur. 1970–1973-cü illərdə "Azərsutikinti" Baş İdarəsinin Lənkəran şəhərində yerləşən 2 saylı trestinin müdiri, 1973–1975-ci illərdə Bakı şəhərində "Azərsutikinti" Baş İdarəsində qrup rəhbəri, "Su tikintisinin təşkili və texnologiyası" trestində 1975-ci ildə şöbə müdiri, 1976–1983-cü illərdə isə trestin müdiri vəzifəsində çalışmışdır. Respublikamızda mütəxəssis kadrların hazırlanması sahəsində də R.Əliyevin böyük xidmətləri var. Onun rəhbərliyi altında 6 aspirant və dissertant dissertasiya işlərini yazaraq, müxtəlif elmi şuralarda müvəffəqiyyətlə müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsini almışdır.1983–2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Hidrotexniki tikinti" ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
Ramiz Qasımov (mühəndis)
Ramiz Əlicavad oğlu Qasımov (rus. Рами́з Алиджава́д оглы́ Гасу́мов) — Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin laureatı, N.K.Baybekov adına mükafatın laureatı, A.Nobel adına mükafatın laureatı, Qaz sənayesinin fəxri işçisi, RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Bütün dünyada istifadə olunan 540-dan çox elmi işin (məqalə, kitab, tezis və s.), 120-dən ixtira və 18 elmi əsərin müəllifi. == Həyatı == Ramiz Əlicavad oğlu Qasımov 1958-ci il avqustun 23-də Sabirabad rayonunun Qarasu kəndində çoxuşaqlı ailədə anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (Bakı) daxil olmuşdur. 1977-ci ildən 1979-cu ilədək olan dövrdə onu dəfələrlə Nijnivartovsk şəhərinə inşaat dəstələrinə göndəriblər. 1979-cu ildə SSRİ-nin ən yaxşı tələbələrinin tərkibində keçmiş Yuqoslaviyanın respublikalarına istehsalat praktikasına göndərilib. 1981-ci ildə fərqlənmə diplomu ilə Neft, qaz və mədən fakultəsinin "Neft və qaz quyularının qazılması" ixtisasını bitirib və dağ mühəndisi dərəcəsini alıb. == Əmək fəaliyyəti == İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq, rayon mühəndislik-texnoloji xidmətinin baş texnoloqu, mühəndis, baş mühəndis, texnoloji şöbənin müdiri, "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu.
Rasim Quliyev (mühəndis)
Rasim Kamil oğlu Quliyev (28 fevral 1950, Yevlax rayonu – 8 dekabr 2021) — Mənzil-kommunal təsərrüfatı nazirinin müavini (1992), Abşeron Regional Səhmdar Su Cəmiyyətinin Prezidenti (1995), Azərbaycan Respublikasının Əməkdar mühəndisi. == Ömrü == 1950-ci il 28 fevral Yevlax rayonunda anadan olmuşdur. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil alıb. 1998-ci ildə dissertasiya müdafiə edərək, Texnika elmləri namizədi, Alimlik dərəcəsinə layiq görülmüşdür. 2 elmi ixtirası, 9 elmi məqaləsi vardır. Təyinatla SSRİ Sugeo Elmi Tədqiqat İnstitutunun Bakı filialına göndərilib. 1973-1975-ci illərdə Sərsəng (Ağdərə) su anbarının tikintisində mühəndis, şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 1975-1979-cu illərdə "Azərkəndsutikinti" Nazirliyində mühəndis, tikilməkdə olan müəssisələr birliyinin direktoru vəzifəsində çalışıb. 1979-1983-cü illərdə Su Artezian idarəsinin rəisi vəzifəsində işləyib. Cəbrayıldan Horadizə 564 km olan su xəttinin çəkilişinə rəhbərlik edib.

Oxşar sözlər

#mühəndis-elektromexanik nədir? #mühəndis-elektromexanik sözünün mənası #mühəndis-elektromexanik nə deməkdir? #mühəndis-elektromexanik sözünün izahı #mühəndis-elektromexanik sözünün yazılışı #mühəndis-elektromexanik necə yazılır? #mühəndis-elektromexanik sözünün düzgün yazılışı #mühəndis-elektromexanik leksik mənası #mühəndis-elektromexanik sözünün sinonimi #mühəndis-elektromexanik sözünün yaxın mənalı sözlər #mühəndis-elektromexanik sözünün əks mənası #mühəndis-elektromexanik sözünün etimologiyası #mühəndis-elektromexanik sözünün orfoqrafiyası #mühəndis-elektromexanik rusca #mühəndis-elektromexanik inglisça #mühəndis-elektromexanik fransızca #mühəndis-elektromexanik sözünün istifadəsi #sözlük