mühəyya sözü azərbaycan dilində

mühəyya

Yazılış

  • mühəyya • 93.3333%
  • Mühəyya • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

mühəyya sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] Mövcud olan, hazır olan; mövcud, hazır. Böyük şəhərdə … dünyanın hər bir neməti, yeməli və içməli qəbilindən … həməvaxt şəhər əhli üçün mühəyyadır. C.Məmmədquluzadə. □ Mühəyya etmək (qılmaq) – hazır etmək, hazırlamaq. [Rəiyyət] bizə … lazım olan mayehtacı mühəyya qıldıqları kimi biz də əvəzində borcluyuq ki, bunlara … qulluq edək. F.Köçərli. [Pəri:] Anam … lazımi şeylərin hamısını mühəyya edib, toy bu günlərdə başlanasıdır. C.Cabbarlı. Mühəyya olmaq – hazır olmaq, hazırlanmaq. [Turxan bəy Marala:] Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələkim! H.Cavid. Mühəyya olunmaq – hazır edilmək, hazırlanmaq. [Nəçərnik] dilcavabı hökm eləmişdi ki, … məktəbdən ötrü səmtli dam mühəyya olunsun. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / mühəyya

mühəyya sözünün rus dilinə tərcüməsi

  • 1 устар. I прил. готовый, подготовленный, приготовленный II предик. mühəyyadır готово, готов, подготовлен; mühəyya etmək готовить, приготовить; подготовить, mühəyya olmaq быть готовым; mühəyya olunmaq быть приготовленным, быть подготовленным

    Azərbaycanca-rusca lüğət / mühəyya

"mühəyya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mühəyya nədir? #mühəyya sözünün mənası #mühəyya nə deməkdir? #mühəyya sözünün izahı #mühəyya sözünün yazılışı #mühəyya necə yazılır? #mühəyya sözünün düzgün yazılışı #mühəyya leksik mənası #mühəyya sözünün sinonimi #mühəyya sözünün yaxın mənalı sözlər #mühəyya sözünün əks mənası #mühəyya sözünün etimologiyası #mühəyya sözünün orfoqrafiyası #mühəyya rusca #mühəyya inglisça #mühəyya fransızca #mühəyya sözünün istifadəsi #sözlük