münəccimbaşı sözü azərbaycan dilində

münəccimbaşı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • münəccimbaşı • 66.6667%
  • Münəccimbaşı • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Münəccimbaşı
Münəccimbaşı — Bir-çox tarixi İslam dövlət və imperiyalarında baş saray astroloqunun daşıdığı titul.
Münəccimbaşı Əhməd Dədə
Münəccimbaşı və ya Münəccimbaşı Dərviş Əhməd Dədə bin Lütfullah (Saloniki, XVII əsrin birinci yarısı – Məkkə, 27 fevral 1702) — Osmanlıda saray mənsubu, alim, təsəvvüf şairi və tarixçidir. Onun baş əsəri — "Cami əl-düval" dünya tarixi kitabıdır, Xəzər dənizinin cənub-qərbi sahili ətrafında qurulan orta əsr müsəlman sülalələrinin tarixi haqqında qiymətli məlumat verir. (Adərbaycan, Şirvan, Arran, Dərbənd) Türk ədəbiyyatında ondan Əhməd Lütfullah olaraq bəhs edilir. == Bioqrafiyası == Onun atası Lütfullah Konyanın Ereğli ilçəsindən idi, ancaq Əhməd XVII əsrin birinci yarısında Salonikidə doğulmuşdu (Encyclopaedia Britannicaya görə 1631-ci ildə). O, Kasımpaşa səmtindəki mövləvixanada təhsil almışdı və 15 ilini burada Şeyx Xəlil Dədənin nəzarətində keçirmişdi. Astronomiya və astrologiyanı öyrəndikdən sonra o, 1667/8-ci ildə münəccimbaşı vəzifəsinə gətirilmişdi. Münəccimbaşı Əhməd Dədə IV Mehmedin dövründə (1648-1687) sarayda önəmli şəxs idi. 1675/6-cı ildə IV Mehmed sarayın ən məhrəm çevrəsinə girişin ifadəsi kimi onu mühasib-i padişah vəzifəsinə gətirdi. IV Mehmedin 1687-ci ilin noyabr ayında hakimiyyətdən salınmasına qədər Münəccimbaşı vəzifədə qaldı. Daha sonra isə o, Misirə sürgün edildi.

münəccimbaşı sözünün leksik mənası və izahı

  • 1 is. köhn. Baş münəccim, baş astroloq. [Münəccimbaşı] Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötrü. M.F.Axundzadə. [Xacə:] Qibleyi-aləm, qoca münəccimbaşı Mirzə Cəlaləddin hüzurunuza gəlmək istəyir. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / münəccimbaşı

münəccimbaşı sözünün rus dilinə tərcüməsi

münəccimbaşı sözünün inglis dilinə tərcüməsi

münəccimbaşı sözünün fransız dilinə tərcüməsi

münəccimbaşı sözünün ləzgi dilinə tərcüməsi

"münəccimbaşı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#münəccimbaşı nədir? #münəccimbaşı sözünün mənası #münəccimbaşı nə deməkdir? #münəccimbaşı sözünün izahı #münəccimbaşı sözünün yazılışı #münəccimbaşı necə yazılır? #münəccimbaşı sözünün düzgün yazılışı #münəccimbaşı leksik mənası #münəccimbaşı sözünün sinonimi #münəccimbaşı sözünün yaxın mənalı sözlər #münəccimbaşı sözünün əks mənası #münəccimbaşı sözünün etimologiyası #münəccimbaşı sözünün orfoqrafiyası #münəccimbaşı rusca #münəccimbaşı inglisça #münəccimbaşı fransızca #münəccimbaşı sözünün istifadəsi #sözlük