* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Hər hansı bir əsərin başlanğıcı, giriş hissəsi. Kitabın müqəddiməsi. Müqəddiməni oxumaq. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. – [Məsumə] “Kəlilə və Dimnə”nin müqəddimələrini yenidən oxuyurdu. B.Bayramov. // Əsil mətləbə keçməzdən əvvəl deyilən sözlər. İndi mən müqəddiməni qurtarıb, əsil hekayəyə başlayıram. // Ümumiyyətlə, başlanğıc. Adi eşq … övlad törətməyin müqəddiməsidir. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / müqəddimə2 ə. 1) qabaq hissə (gəmidə, qatarda və s.); 2) ərəfə; 3) ön söz, giriş; 4) preambul.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / müqəddimə3 1) əsərlərə yazılan ön söz; 2) birbaşa; 3) köhnəlmiş söz: söhbətə iqdam etmə, qədəm basma; 4) başlanğıc, giriş, proloq, ön söz.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / müqəddimə1 Ərəbcə qədəm, təqdim, əqdəm sözləri ilə qohumdur. (“qabaq, ön” anlamı ilə bağlıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / müqəddimə2 MÜQƏDDİMƏ, BAŞLANĞIC Bu bizim mövizənin müqəddiməsi, başlanğıcıdır (Qantəmir); GİRİŞ Eynşteyn min doqquz yüz on səkkizinci ildə görkəmli alman fiziki Maks Plankın anadan olmasının altmış illiyi münasibətilə söylədiyi “Elmi tədqiqatın prinsipləri” adlı nitqin girişindəki sətirlərin altından qırmızı qələmlə xətt çəkmişdi (H.Abbaszadə); PROLOQ Əsərin ideyasını daha aydın ifadə etmək, tamaşaçıların şüuruna daha aktiv təsir göstərmək məqsədi ilə dramaturq pyesə proloq və epiloq yazmışdır... (C.Cəfərov); ÖN SÖZ, DİBAÇƏ (kl.əd.).
Azərbaycan dilinin sinonimlər lüğəti / müqəddimə2 сущ. 1. вступление (начальная, предварительная часть литературного, музыкального и т.п. произведения). Kitabın müqəddiməsi вступление к книге 2. предисловие: 1) вступительная часть какого-л. научного труда или литературного произведения, содержащая предварительные разъяснения и замечания). Lüğətə müqəddimə yazmaq написать предисловие к словарю 2) предварительное высказывание перед изложением существа дела. Mühazirənin müqəddiməsi предисловие к лекции
Azərbaycanca-rusca lüğət / müqəddimə1 i. 1. preface, foreword; introduction; (musiqidə) prelude; (çıxışda) preamble; opening / introductory remarks; 2. precondition, prerequisit; ~ ilə təmin etmək to furnish with a preface (d.), to preface (d.)
Azərbaycanca-ingiliscə lüğət / müqəddimə1 is. préface f ; avant-propos m invar ; introduction f ; ~ ilə təmin etmək munir vt d’une préface, préfacer vt
Azərbaycanca-fransızca lüğət / müqəddimə1 [ər.] сущ. сифте кьил, гьахьун, сифте гаф (мес. ктабдин); // кьил, эвел.
Azərbaycanca-ləzgicə lüğəti / müqəddimə