mürid sözü azərbaycan dilində

mürid

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mürid • 85.7143%
  • Mürid • 8.5714%
  • MÜRİD • 5.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Veys Mürid (Bicar)
Veys Mürid (fars. ويسمريد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Müridizm
Müridizm — sufizmdə bir cərəyan. == Tarixi == === Müridizm və Qafqaz === İslam təsəvvüfünə görə mürid, özünü dinə, yəni İslama təslim edən şəxsə verilən addır. Ancaq Qafqaz xalqlarının dilində mürid sözü təsəvvüflə birlikdə ruslara qarşı savaşmaq anlamında da işlənmişdir. Müridlər uzun illər ruslara qarşı azadlıq mübarizəsi apardıqlarından, bu sözü bir "din döyüşçüsü" kimi də ifadə etmək olar. Müridizm hərəkatına iştirak edən insanların çoxu kəndlilər idi. Bu insanların bir çoxu müridizmin onları azadlığa çıxaracağına və rusları Qafqazdan qovacağına inanırdı. Müridizm əslində Nəqşibəndi təriqətinin mənsubları tərəfindən mənimsənən bir hərəkat idi. Müridlər, hökm etdikləri bütün Qafqaz xalqlarından İslam şəriətinə və peyğəmbərin sünnətinə uyğun yaşamağı tələb edirdilər. Dağlı xalqlardan dini, sufilik dərəcəsində yaşamayanlar belə mürid ola bilirdilər. Çünkü sadəcə ruslara qarşı savaşmaq niyyəti ilə müridlər arasında yer alırdılar.
Zühtü Müridoğlu
Zühtü Müridoğlu (26 yanvar 1906, Konstantinopol – 21 avqust 1992, İstanbul) ― Türkiyə heykəltaraşı. == Həyatı == Zühtü Müridoğlu 1924-1928-ci illərdə Memar Sinan Gözəl Sənətlər Universitetinin tələbəsi olmuşdur, burada İhsan Özsoy onun müəllimlərindən biri olmuşdur. Bu universiteti bitirdikdən sonra təhsilini Avropada davam etdirmək üçün təqaüd qazandı və Parisə getdi. Orada Luvr nəzdində sənət tarixi və Sarbonnada estetika üzrə təhsil almışdır. Türkiyəyə qayıtdıqdan sonra Muridoğlu 1932-1936-cı illərdə müəllim işləmişdir. O, "D Grubu" ("D qrupu") adlı rəssamlar kollektivinin yaradıcılarından biri idi. 1936-cı ildə İstanbul Arxeologiya Muzeyində heykəltaraş kimi çalışmışdır. 1939-cu ildə Ankara Qazi Pedaqoji İnstitutunda müəllimlik etməyə başlamış və daha sonra alma materdə, İstanbuldakı Gözəl Sənətlər Universitetində işləmişdir. 1947-1949-cu illərdə o, yenidən Parisdə yaşayırdı, amma yenə Gözəl Sənətlər Universitetinə qayıtdı və burada ona şəxsi emalatxana verildi. 1955-ci ildə ağac emalı emalatxanası açdı, 1969-cu ildə isə professor oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2012 ••••••••••• 0.17
2014 •••••••••••••••••••• 0.34
2019 ••••••••••••••••• 0.28

mürid sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Keçmişdə: bir müsəlman təriqət şeyxinə və ya mürşidə beyət edərək ondan təriqətin üsul və mərasimlərini öyrənən adam; şagird. Pirkətanqulu pirinin şeyxi nə qədər öz müridini bəkləsə də, Məmməd gəlib çıxmadı. E.Sultanov. [Molla Xəlil] başından dağılan müridlərini yenə öz tərəfinə çəkməli idi. S.Hüseyn. Məşədi Məmməd Səmədin sadiq müridlərindən biri idi. B.Talıblı. // məc. Birinə kor-koranə itaət edən adam.

    Azərbaycan dilinin izahlı lüğəti / mürid

mürid sözünün sinonimləri (yaxın mənalı sözlər)

mürid sözünün rus dilinə tərcüməsi

  • 1 рел. мюрид, приверженец, последователь

    Azərbaycanca-rusca lüğət / mürid
  • 2 сущ. религ. мюрид (послушник у мусульман, обязанный беспрекословно повиноваться наставнику-шейху или имаму)

    Azərbaycanca-rusca lüğət / mürid

mürid sözünün inglis dilinə tərcüməsi

mürid sözünün ləzgi dilinə tərcüməsi

mürid sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) şagird; 2) tərəfdar, ardıcıl; 3) bir təriqətdə şeyx və ya mürşidin ardınca gedən adam.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

şagird; tərəfdar, ardıcıl; hər hansı təriqət şeyxinin ardınca gedən.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"mürid" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mürid nədir? #mürid sözünün mənası #mürid nə deməkdir? #mürid sözünün izahı #mürid sözünün yazılışı #mürid necə yazılır? #mürid sözünün düzgün yazılışı #mürid leksik mənası #mürid sözünün sinonimi #mürid sözünün yaxın mənalı sözlər #mürid sözünün əks mənası #mürid sözünün etimologiyası #mürid sözünün orfoqrafiyası #mürid rusca #mürid inglisça #mürid fransızca #mürid sözünün istifadəsi #sözlük