* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Sadə haldan mürəkkəb hala keçmək, getdikcə mürəkkəb olmaq. Hidrotexniki qurğular getdikcə mürəkkəbləşir. 2. Mürəkkəb olmaq, qarışmaq, çətinləşmək, dolaşmaq. Şiraslanın vəziyyəti yüngülləşməkdən, aydınlaşmaqdansa, daha da çətinləşir və mürəkkəbləşirdi. S.Rəhimov. Həyat xeyli mürəkkəbləşmiş, siyasi və məfkurəvi mübarizələr müxtəlif şəkil almış, qızışmışdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / mürəkkəbləşmək2 MÜRƏKKƏBLƏŞMƏK Onun vəziyyəti mürəkkəbləşəcəkdi (S.Rəhimov); AĞIRLAŞMAQ Obalar arana köçəndən sonra Gülyazın həyatı daha da ağırlaşdı (M.Hüseyn); ÇƏTİNLƏŞMƏK Çox çətinləşdi bu günlər yaşamaq dünyadə; Daha müşkülləşəcək bilməliyiz fərdadə (M.Hadi); DƏRİNLƏŞMƏK (məc.) [Şamo:] Demək, belə?! – dedi, – məsələ dərinləşir (S.Rəhimov); MÜŞKÜLLƏŞMƏK Cavad xan: ..işlər müşkülləşdi. indi ölkənin nizamına nəzarət qılmaq bizə düşür (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / mürəkkəbləşmək1 MÜRƏKKƏBLƏŞMƏK – ASANLAŞMAQ Əvvəllər çox adi saydığım məsələlər indi onun zehnində birdən-birə mürəkkəbləşir, onun iradəsini, mətanətini zəiflədirdi (M.Hüseyn); Mən dərsinizi asanlaşdıraram (M.Hüseyn). MÜRƏKKƏBLƏŞMƏK – SADƏLƏŞMƏK Sonradan məsələ getdikcə mürəkkəbləşdi və heç də onun düşündüyü kimi olmadı (S.Qədirzadə); Həmişə rəsmi, yekəxana, quru görünən raykom katibi adiləşir, sadələşirdi (B.Bayramov).
Azərbaycan dilinin antonimlər lüğəti / mürəkkəbləşmək2 глаг. 1. осложняться, осложниться, становиться, стать более трудным, сложным; усложняться, усложниться. Münasibətlər mürəkkəbləşib отношения осложнились, vəziyyət mürəkkəbləşib положение осложнилось 2. усложняться, усложниться (стать более сложным по строению, по форме). Konstruksiyası mürəkkəbləşib nəyin конструкция чего усложнилась
Azərbaycanca-rusca lüğət / mürəkkəbləşmək1 f. compliquer (se), devenir vi (ê) compliqué, -e (complexe)
Azərbaycanca-fransızca lüğət / mürəkkəbləşmək1 гл. муракаб хьун (1. простой гьалдай сложный гьалдиз элкъуьн, къвердавай сложный хьун (мес. машинар); 2. четинвилихъ элкъуьн; четин хьун, акахьун; кӀеве гьатун; мес. са месэла).
Azərbaycanca-ləzgicə lüğəti / mürəkkəbləşmək