müsibət sözü azərbaycan dilində

müsibət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müsibət • 91.4798%
  • Müsibət • 6.2780%
  • MÜSİBƏT • 2.2422%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müsibəti-Fəxrəddin
Müsibəti-Fəxrəddin (az.-əbcəd موصیبت فخرالدین‎) — Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirov tərəfindən 1896-cı ildə yazılan faciə. Bu, Azərbaycan dramaturgiyasında ilk faciədir. Bu əsərdə patriarxal nizama qarşı, mülkədar təsərrüfatının transformasiyası uğrunda mübarizə aparan gənc liberal zadəgan obrazı yaradılıb. "Müsibəti-Fəxrəddin" faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır. == Tarixi == 1902-ci ildə Bakıda ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun beş pyesinin, o cümlədən "Fəxrəddinin vahiməsi"nin daxil olduğu toplusu nəşr olundu. Qalan pyeslər "Müasirliyin qəhrəmanları", "Görünməz qadın", "Yağışdan leysana" və "Evdə təhsilin şəkli" əsərləri idi. Həmin ildə faciə Vəzirovun şəxsi rəhbərliyi və Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi sənətkarların iştirakı ilə səhnələşdirilib.1916-cı ilin noyabrında Mirzağa Əliyevin iştirakı ilə pyes yenidən tamaşaya hazırlandı. Rejissorların tələbi ilə Vəzirov hər gün gəlib məşqlərin gedişini izləyir, lazımi göstərişlər verirdi. Ancaq Hürü nənə rolunu oynayacaq qadın aktrisa yox idi.
Müsibəti–Fəxrəddin

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.43 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 •••••••••••••• 2.36
2004 •••••••••••• 2.02
2005 •••••••• 1.35
2006 •• 0.23
2007 ••• 0.42
2008 •• 0.24
2009 ••••• 0.80
2010 ••• 0.45
2011 •• 0.17
2012 ••• 0.43
2013 •• 0.29
2014 ••• 0.34
2015 ••• 0.51
2016 ••• 0.35
2017 0.16
2018 0.15
2019 0.14
2020 0.13

müsibət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bəla, fəlakət, afət. Müsibətə düşmək. Müsibətdən qurtarmamaq. – Birisinin başına bir müsibət gələndə yenə bir yandan bir qəlb təskinliyi olur. C.Məmmədquluzadə. [Musa:] Kişi gərək hər müsibətə mərdanəlik ilə davam eləyə. Ə.Haqverdiyev. □ Müsibət çəkdirmək – başına bəla gətirmək, əziyyət vermək, çox incitmək. Müsibət çəkmək – başı bəlalar çəkmək, məşəqqət görmək, ağır vəziyyət keçirmək. Amma çox müsibət çəkib, çox padşahlar öldürüb sonra murada çatarsan. (Nağıl). 2. Matəm, yas, ölüm hadisəsi, faciə, bədbəxtlik. Bu müsibətdə, cənab Allah dərgahından sizə səbir, təskinlik diləməkdəyəm. M.S.Ordubadi. Qardaşım bu vaxta qədər nə üçün gəlmədi? Başıma gələn qara müsibətdən xəbəri yoxdurmu? A.Şaiq. 3. Müsibətlə şəklində zərf – çox böyük çətinliklə, əzab-əziyyətlə, zorla (çox zaman “ənvai-müsibətlə” şəklində işlənir). Müsibətlə işi görüb qurtarmaq. – Min ənvaimüsibətlə qayaya dırmaşdı. “Koroğlu”. Kişi ənvai-müsibətlə qapının qıfılını sındırardı və açardı. H.Sarabski.

    Azərbaycan dilinin izahlı lüğəti / müsibət

müsibət sözünün sinonimləri (yaxın mənalı sözlər)

müsibət sözünün antonimləri (əks mənalı sözlər)

müsibət sözünün rus dilinə tərcüməsi

  • 1 беда, бедствие, горесть, невзгоды, напасть

    Azərbaycanca-rusca lüğət / müsibət
  • 2 I сущ. 1. беда (несчастье, бедствие). Müsibətə düşmək попасть в беду, müsibətdən qurtarmaq kimi выручить из беды кого 2. горе, неприятность. Müsibətə dözmək натерпеться горя, müsibət üz verib kimə постигло горе кого, müsibət gətirmək приносить горе II предик. müsibətdir беда (плохо, нехорошо), горе. Orada yaşamaq müsibətdir жить там – беда; belə müsibət olar! какое горе! какая беда!; müsibət çəkmək терпеть горе, беду

    Azərbaycanca-rusca lüğət / müsibət

müsibət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. misfortune, trouble, calamity, disaster; sorrow; təbii ~ natural calamity; ~də olmaq to be* in trouble; Müsibət! It is a bad job! Müsibət onda deyil ki... The trouble is not that... Elə müsibət də ondadır ki... That is just the trouble... ~ə düçar olmaq to get* into trouble, to come* to grief; Bu nə müsibətdir! What a disaster it is!

    Azərbaycanca-ingiliscə lüğət / müsibət

müsibət sözünün fransız dilinə tərcüməsi

müsibət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. мусибат (1. бала, афат; müsibət çəkdirmək мусибатар чӀугваз тун, кьилел бала гъун, кьил баладик кутун, азият гун; müsibət çəkmək мусибатар чӀугун, кьилел гзаф балаяр атун, мишекъатвилер акун; 2. сед, гуч, яс, кьиникь, бедбахтвал; 3. müsibətlə нареч. мусибатдалди, гзаф четинвилелди, азиятдалди, гужалди).

    Azərbaycanca-ləzgicə lüğəti / müsibət

müsibət sözünün türk dilinə tərcüməsi

müsibət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bəla, fəlakət, bədbəxtlik.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"müsibət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müsibət nədir? #müsibət sözünün mənası #müsibət nə deməkdir? #müsibət sözünün izahı #müsibət sözünün yazılışı #müsibət necə yazılır? #müsibət sözünün düzgün yazılışı #müsibət leksik mənası #müsibət sözünün sinonimi #müsibət sözünün yaxın mənalı sözlər #müsibət sözünün əks mənası #müsibət sözünün etimologiyası #müsibət sözünün orfoqrafiyası #müsibət rusca #müsibət inglisça #müsibət fransızca #müsibət sözünün istifadəsi #sözlük