müstəqilliyi sözü azərbaycan dilində

müstəqilliyi

Yazılış

  • müstəqilliyi • 90.9154%
  • Müstəqilliyi • 9.0567%
  • MÜSTƏQİLLİYİ • 0.0279%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Verilənlərin müstəqilliyi
Verilənlərin müstəqilliyi (en. Data independence), (ru. независимость данных), (tr. veri bağımsızlığı) – verilənlər bazasında: verilənlərin onları emal edən proqramlardan ayrılması. Verilənlərdən istifadə edən proqramlar verilənlər bazasının strukturu və təşkili haqqında heç nə (və ya praktiki olaraq heç nə) "bilmirlər". Buna görə də verilənlərin müstəqilliyi, saxlanılan informasiyanı mümkün qədər daha erişilən edir. Verilənlərin müstəqilliyinin üç növünü fərqləndirirlər: fiziki, məntiqi və distributiv. Fiziki müstəqillik o deməkdir ki, verilənlər bazasının topologiyasını və informasiyaya erişmə üsullarını dəyişmək olar (məsələn, sütun artırmaq və ya uzaqlaşdırmaq, yaxud çeşidləmə ardıcıllığını dəyişmək), ancaq bu, verilənlər bazasının əvvəlki tətbiqi proqramlar tərəfindən istifadəsinə xələl gətirməyəcək.Məntiqi müstəqillik o deməkdir ki, verilənlər bazasının strukturunu yenidən qurmaq olar (məsələn, iki verilənlər yığınını birləşdirmək), ancaq informasiya toxunulmaz qaldığı müddətdə verilənlər bazasının strukturundakı dəyişiklikləri tətbiqi proqramlar görməyəcək.Distributiv müstəqillik o deməkdir ki, verilənlər bazasının və ya onun bir hissəsinin yerləşmə yeri (məsələn, şəbəkənin bir və ya bir neçə serverində olması) onunla işləyən proqrama əhəmiyyətli təsir etməyəcək. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maliyyə müstəqilliyi
Maliyyə müstəqilliyi — başqalarından asılı olmadan və ya işləmək məcburiyyətində qalmadan ömrünün sonuna qədər yaşayış xərclərini ödəmək üçün kifayət qədər gəlir və ya sərvətə malik olmaq statusu.Maliyyə müstəqilliyinə nail olmaq üçün bir çox strategiya mövcuddur. Onlardan hər birinin öz üstünlükləri və mənfi cəhətləri var. Faydalı faktorlardan biri odur ki, maliyyə müstəqilliyinə nail olmaq istəyən şəxs cari gəlirləri və xərcləri haqqında aydın təsəvvürə malik olması və maliyyə məqsədlərinə doğru irəliləmək məqsədilə müvafiq strategiyaları müəyyən edib seçə bilməsi üçün maliyyə planı və büdcəyə malik olmalıdır. Maliyyə planı bir insanın maliyyə vəziyyətinin hər tərəfini əhatə edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Vicki Robin and Joe Dominguez (1992) Your Money or Your Life, Viking. Your Money or Your Life: Revised and Updated for the 21st Century, published by Penguin Books in December 2008 by Vicki Robin with Monique Tilford and contributor Mark Zaifman.
Mərkəzi Bankın müstəqilliyi
Mərkəzi Bankın müstəqilliyi (ing. central bank independence) — iqtisadi ədəbiyyatda mərkəzi bankın pul siyasətinin həyata keçirilməsində birbaşa siyasi və ya hökumət təsirindən azad olma dərəcəsini təsvir edən institusional xarakteristikası. İqtisadi ədəbiyyatda mərkəzi bankın müstəqilliyinin vahid tərifi yoxdur. Mərkəzi bankın pul siyasəti alətlərini müstəqil şəkildə tətbiq etmək qabiliyyəti kimi müəyyən edilir. Hökumətin mərkəzi bankın pul siyasətinə təsirini məhdudlaşdıran qaydaların xarakterik xüsusiyyəti kimi. Hökumətin məhdud təsir göstərə biləcəyi seçilməmiş məmurlara pul siyasəti üçün səlahiyyət və məsuliyyətin verilməsi kimi. == Mərkəzi bankın müstəqilliyinin formalarının təsnifatı == İqtisadçı Vittorio Qrilli (2012–13-cü illərdə İtaliyanın İqtisadiyyat Naziri) həmmüəlliflərlə birlikdə 1991-ci ildə mərkəzi bankın siyasi müstəqilliyi (ing. political independence) və onun iqtisadi müstəqilliyi (ing. economic independence) konsepsiyalarını təklif etmişdir. Onlar öz orijinal işlərində siyasi müstəqilliyi mərkəzi bankın inflyasiya və ya iqtisadi fəallıq səviyyəsi kimi pul siyasətinin son məqsədini seçmək qabiliyyəti kimi müəyyən edirlər.
Eritreya müstəqilliyi uğrunda müharibə
Eritreya müstəqilliyi uğrunda müharibə - 1961-1991 illərdə Eritreya silahlı birləşmələri ilə Efiopiya imperiyası arasında silahlı münaqişə. == Müharibənin səbəbləri == 1950-ci ildə BMT-nın qərarı ilə Efiopiya və Eritreya federasiya şəklində birləşir.1952-ci ildə qərar qüvvəyə minir.Eritreyalılar öz müstəqil dövlətin yaratmağ istəyirlər Efiopiya öz növbəsində Eritreyanın muxtariyyat səlahiyyətlərini sıxmağa çalışır.1950 ci illərin sonunda yaranan Eritreya azadlığ cəbhəsi EAC 1961 ilin sentyabr ayında müstəqilliy uğrunda silahlı münaqişəyə başlayır.Buna cavab olaraq 1962 ildə Efiopiyanın imperatoru Xayle Selassiye Eritreya muxtariyyatını ləğv edir və muxtariyyat hökumətini istefaya yollayır. == Müharibənin gedişi == 1970-ci ildə EAC dan fikir ayrılığı nəticəsində yeni bir birləşmə ayrılır bu Eritreya milli azadlığ cəbhəsi EMAC.1974 ci ildə çevriliş nəticəsində Xayle Sellasiye istefaya gedir və hakimiyyətə İnqilabçı hökuməti gəlir bu isə öz novbəsində Efiopiyanın SSRİ ilə yaxınlaşmasına gətirib çıxarır.1980 ci illərdə iç münaqişə nəticəsində EAC qüvvəsin itirir və Sudan ərazisinə keçir.1988-1991 illərdə Eritreya partizanları Efiopiyalıları məğlubiyyətə uğradır SSRİ Efiopiyaya köməyini dayandırır.Efiopiyada vətəndaş müharibəsi gedir.1991 ci ildə hökumət ölkəni tərk edir.1993 ildə Eritreya və yeni Efiopiya hökuməti arasında danışıqlar nəticəsində Eritreyada referendum keçiriliməsi razılaşdırılır.Referendumun nəticəsində 24 may Eritreya müstəqil dövlət elan olunur.
Xorvatiyanın müstəqilliyi uğrunda müharibə
Xorvatiya müharibəsi və ya Xorvatiyanın müstəqilliyi uğrunda müharibə — Xorvatiyanın Yuqoslaviya federal birliyindən çıxması nəticəsində baş vermiş hərbi münaqişədir. Müharibə Deyton sazişisinin bağlanması və Xorvatiyanın müstəqillik qazanması ilə nəticələnmişdir. Yuqoslav müharibəsinin bir hissəsi kimi tarixə Balkanlarda ən qanlı münaqişələrdən biri kimi düşüb. Müharibənin başlanğıcında döyüşlər əsasən xorvat polisi ilə etnik serblər arasında gedirdi. Mərkəz Belqradda serblərin əhəmiyyətli təsiri nəticəsində Yuqoslaviya hökuməti serblərə gözəçarpan yardım etməyə başlayır. Bunu və digər diskriminasiyalara cavab olaraq, həmçinin milli amili nəzərə alıb, xorvatlar Yuqoslaviyadan öz müstəqilliklərini elan edirlər. Münaqişənin əvvəlində Yuqoslaviya Xorvatiyanı tərkibində saxlamağa cəhd etmiş və qiyamçı ölkənin böyük hissəsini zəbt etmişdir.Xorvatiyada bu müharibə Vətən müharibəsi (xorvatca: Domovinski rat) və ya Böyük Serb təcavüzü (xorvatca: Velikosrpska agresija) adlanır. Serbiyada münaqişəni nəzərdə tutanda Xorvatiyada müharibə (serbсə: Rat u Hrvatskoj) adlandırmasından daha çox istifadə edirlər. == Tarixi == Serblər müasir Xorvatiya ərazilərində XIV əsrdən etibarən kompakt şəkildə yaşamışlar. Serblərin bu ərazilərdə sayca çoxalma səbəbi ilk növbədə Osmanlı İmperiyasının ələ keçirdiyi torpaqlardan Xorvatiyaya çoxlu qaçqınlarının gəlməsi olmuşdur.
Başqırdıstanın dövlət müstəqilliyi haqqında bəyannamə
Başqırdıstan dövlət müstəqilliyi haqqında bəyannamə (başq. Башҡортостандың дәүләт суверенитеты тураһында декларация) — ictimai-siyasi əsas prinsipləri və Başqırd SSR-nin dövlət quruluşlarını elan etmiş sənəd. Bəyannamə 11 oktyabr, 1990-cı il Başqırd ASSR Ali sovetinin III sessiyasında qəbul edilmişdir. == Bəyannamənin qəbul edilmə tarixi == 12 iyun, 1990-cı ildə RSFSR-ın xalq deputatlarının qurultayı Rusiya Sovet Federativ Sosializm Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannaməni qəbul etdi. Bu Bəyannamə, həmçinin SSRİ-in Qanunları "SSR ittifaqının və Federasiyanın subyektlərinin arasında səlahiyyətlərin ayrılması haqqında", "SSR ittifaqının iqtisadi münasibətlərinin əsasları haqqında, ittifaqlar və muxtar respublikalar" qanunda, Başqırd respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbulu üçün hüquq əsası oldu. 11 oktyabr, 1990-cı ildə Başqırd ASSR Ali sovetinin III sessiyasında respublikanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul olundu. Müharibədən sonrakı dövrdə Tatarıstanda və Başqırdıstanda neft çıxarılması sürətlə inkişaf etməyə başladı. Azərbaycan geoloqlarının və neftçilərinin səyi ilə bu regionlarda yeni neft yataqları kəşf edildi və istismara verildi. 70-80-ci illərdə nəhəng maşınqayırma və digər sənaye müəssisələri işə salındı. SSRİ dağıldıqdan sonra Tatarıstanda və Başqırdıstanda yerli xalqların idarəçilikdə daha fəal iştirak etməsi tələbləri gücləndi.
Kürdüstanın müstəqilliyi üzrə referendum (2017)
Kürdüstanın müstəqilliyi üzrə referendum – 25 sentyabr 2017-ci ildə keçirilən və Kürdüstanın İraq dövlətindən müstəqilliyini nəzərdə tutan referendum. Səsvermə yerli vaxtla saat 20:00-dək davam etmişdir. == Reaksiyalar == İraq referendumun dayandırılmalı olduğunu qeyd edərək qarşı olduğunu bildirmişdir.Referendumdan öncə baş nazir Heydər əl-Abadi bildirmişdir ki, referendum konstitusiyaya ziddir və sülh prosesini təhlükəyə atır. Bundan sonra İraq hökuməti Kürdüstan bölgəsindən beynəlxalq sərhəd məntəqələrində nəzarətin verilməsini tələb etmişdir.İraq həmçinin digər ölkələrdən Kürdüstan regionundan neft almamağa və "neft və sərhədlər"ə görə danışıqları yalnız hökumətlə aparmağa çağırış etmişdir. Neft Kürdüstan regionunun əsas ixrac məhsullarından biridir.İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olmuşdur. == Nəticə == Səsvermədə iştirak edənlərin 92,73 %-i müstəqilliyə "hə" deyib. Seçkidə 3 milyon 305.925 nəfər (78 %) iştirak edib. 21.180 nəfərin səsi etibarsız hesab edilib.
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya (rum. Declarația de independență a Republicii Moldova) və Moldovanın müstəqilliyi haqqında deklarasiya — 27 avqust 1991-ci ildə Moldova Parlamenti tərəfindən №691 «Müstəqillik haqqında deklarasiya» qanunu qəbul edilmişdir. Avqust çerilişinə cəhddən sonra Moldova SSRİ tərkibindən çıxdığını elan etmişdir. == Dəstəklənməsi == Moldova Parlamenti bu deklarasiyada Moldova Respublikasının müstəqilliyini elan edərək, nəzərə çatdırmaq istəyir ki, min il boyunca bölgədə moldova xalqı yaşamış və öz tarixlərini yazmışlar. Üstəlik uzaq keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini xatırladaraq bu addımın atılmasına hüquqi zəmin olduğunu vurğulayır. Xüsusi ilı Moldova knyazlığından Sovetlər dönəminə qədərki dövlətlər qeyd edilir. Deklarasiyada Kiçik Qaynarca (1775) və Buxarest (1812) sülh müqavilələri (Osmanlı ilə Rusiya arasında bağlanmış müqavilələr) qanundan kənar elan edilir. Səbəb isə hər iki tərəfin milli torpaqları bölüşdürməsi göstərilir. Üstəlik qanunda 2 avqust 1940-cı il « İttifaq daxilində Moldova SSR təşkili haqqında» və Faşist Almaniyası ilə SSRİ arasında 23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının qüvvədən düşməsi vurğulanır. Əsas kimi isə Bessarabiya, Bukovin və Qersa vilayətlərinin rəyinin alınmaması göstərilir.
Şotlandiyanın müstəqilliyi haqqında referendum (2014)
Şotlandiyanın müstəqilliyi haqqında referendum — 2014-cü ilin 18 sentyabr tarixində Şotlandiyada keçirlmiş referdum. Referdendum nəticəsində şotlandların Böyük Britaniya tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və seçkidə iştirak edən 2,001,926 nəfər seçiçi YOX (55.3%) səsindən istifadə edərək müstəqilliyinin əlehinə səs verib. == Tarix == Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. Ancaq son rəy sorğuları iki düşərgə arasında fərqin azaldığını göstərir. Müstəqilliyin elan edilməsi vaxtı Şotlandiya hökumətinin rəsmi sənədi olan "Ağ kitab"a daxil edilib. Kitab 26 noyabr 2013-də nəşr olunub. == Debatlar == Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumdan 6 həftə əvvəl televiziya debatı keçirilib. Sorğuya əsasən, Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri Aleks Salmond İttifaq tərəfdarlarının lideri Alister Darlinqlə toqqaşıb. Televiziya debatında Salmond deyib ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq. Britaniya hökuməti nüvə silahlarına çox pul xərcləyib, vergiyə gələndə isə şotlandları yaddan çıxarıb.
Şotlandiyanın müstəqilliyi üzrə referendum (2014)
Şotlandiyanın müstəqilliyi haqqında referendum — 2014-cü ilin 18 sentyabr tarixində Şotlandiyada keçirlmiş referdum. Referdendum nəticəsində şotlandların Böyük Britaniya tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və seçkidə iştirak edən 2,001,926 nəfər seçiçi YOX (55.3%) səsindən istifadə edərək müstəqilliyinin əlehinə səs verib. == Tarix == Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. Ancaq son rəy sorğuları iki düşərgə arasında fərqin azaldığını göstərir. Müstəqilliyin elan edilməsi vaxtı Şotlandiya hökumətinin rəsmi sənədi olan "Ağ kitab"a daxil edilib. Kitab 26 noyabr 2013-də nəşr olunub. == Debatlar == Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumdan 6 həftə əvvəl televiziya debatı keçirilib. Sorğuya əsasən, Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri Aleks Salmond İttifaq tərəfdarlarının lideri Alister Darlinqlə toqqaşıb. Televiziya debatında Salmond deyib ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq. Britaniya hökuməti nüvə silahlarına çox pul xərcləyib, vergiyə gələndə isə şotlandları yaddan çıxarıb.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı - Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. == Tarixi == 30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Bəyannamənin mətni belə idi: 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında qəbul edilmişdir.
2014-cü il Şotlandiyanın müstəqilliyi haqqında referendumda tərəfdarların siyahısı
Bu siyahıda 2014-cü ildə keçirilən Şotlandiyanın müstəqilliyi haqqında referendumda ictimaiyyətə açıq bir fikir bildirən şəxslər və təşkilatlar sıralanmışdır. Siyahıya daxil olan şəxslərin hamısı referendumda səs veməyib.
Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum
Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum — Dağlıq Qarabağın Azərbaycandan müstəqilliyi haqqında 10 dekabr 1991-ci ildə keçirilmiş referendumdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ona bitişik Şaumyan rayonu ərazisində baş tutmuşdur. Bu sualı verilmişdir: Seçicilərin 99,89%-i respublikanın müstəqilliyinin lehinə səs vermişdir. Bu, Dağlıq Qarabağın azərbaycanlı əhalisi tərəfindən boykot edilmişdi. Onlar 1989-cu ildə keçmiş DQMV əhalisinin təxminən 21%-ni təşkil edirdilər. Referendum Azərbaycan Respublikasının razılığı olmadan keçirilmiş və BMT-yə üzv dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmamışdı. Referendumun hazırlanması, keçirilməsi və nəticələrinin yekunlaşdırılması "Dağlıq Qarabağ Respublikasının referendumunun keçirilməsi haqqında müvəqqəti əsasnamə"yə uyğun olaraq həyata keçirilmişdi. Əsasnaməyə görə, seçicilərin ən azı 2/3-ü 50%-dən az olmayaraq onun lehinə səs verərsə, qərar qəbul edilmiş sayılır. Səsvermə bülletenlərində erməni, azərbaycan və rus dillərində sual, həmçinin "ДА" və "НЕТ" sözləri (arzuolunmazların üstündən xətt çəkilməlidir) var idi. == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Berg-Karabach (Aserbeidschan), 10.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. 1. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra ─ medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. 2. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda "20 il" sözləri həkk olunmuşdur. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. Medalda çevrə boyunca "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi" sözləri yazılmışdır. 3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ" sözləri, aşağı hissədə "1991 ─ 2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur.
"Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi (1991-2011)" yubiley medalı
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. 1. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra ─ medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. 2. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda "20 il" sözləri həkk olunmuşdur. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. Medalda çevrə boyunca "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi" sözləri yazılmışdır. 3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ" sözləri, aşağı hissədə "1991 ─ 2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur.
"Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi" yubiley medalı
"Qazaxıstan Respublikasının müstəqilliyinin 25 ili" yubiley medalı (qaz. Қазақстан Республикасының тәуелсіздігіне 25 жыл ) — Qazaxıstan Respublikası Prezidentinin 28 sentyabr 2016-cı il tarixli 344 nömrəli Fərmanı əsasında təsis edilmiş Qazaxıstan Respublikasının dövlət mükafatıdır. == Medal qaydaları == Yubiley medalı Qazaxıstan Respublikası vətəndaşlarına və Qazaxıstan Respublikasının dövlətçiliyinin formalaşmasına, suverenliyinin möhkəmləndirilməsinə və sosial-iqtisadi inkişafına böyük töhfə verən xarici vətəndaşlara verilir. Yubiley medalının verilməsi üçün namizədlər parlament, hökumət, nazirliklər, digər mərkəzi dövlət orqanları, bölgələrin və ya Astana və Almatı şəhərlərinin bələdiyyə başçıları, habelə ictimai təşkilatlar tərəfindən təqdim olunur. Yubiley medalı dövlət başçısı tərəfindən təqdim olunur. Dövlət başçısının adından və adından medal Qazaxıstan Respublikasının Dövlət katibi, vilayətlərin və ya Astana və ya Alma-Ata şəhərlərinin bələdiyyə başçıları, habelə Qazaxıstan Prezidenti tərəfindən səlahiyyət verilmiş digər vəzifəli şəxslər tərəfindən verilə bilər. . Yubiley medalının təqdimatı təntənəli şəraitdə həyata keçirilir. Medal alana şəxsən təqdim olunur. Təqdimatdan əvvəl Qazaxıstan Respublikası Prezidentinin mükafatlandırılması haqqında Fərmanı elan edilir. Medalla birlikdə alıcıya müəyyən edilmiş formada bir sertifikat verilir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə de-fakto tanınması münasibətilə həyata keçirilmiş humanizm aktı. == Qanunun qəbul edilməsi == Bu barədə qanun 1920-ci ilin fevral 9-da Azərbaycan parlamenti tərəfindən qəbul edilmişdir. Qanuna əsasən, 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin Antanta ölkələri tərəfindən de-fakto tanınması münasibətilə, cinayət törətmiş şəxslər və vergiödəyənlər barəsində müəyyən əsaslarla güzəştlər elan edilmişdi. Üç hissədən (ümumi, hərbi və vergilər) ibarət olan qanun Azərbaycanda yaşayan əcnəbilərə də şamil olunurdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tanınması == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Balı, 2004.
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919)
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1919-cu ildə çəkilmişdir. Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Məzmun == Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Esfir Şub == İstinadlar == == Mənbə == "Azərbaycan" qəzeti. 13 iyun 1919-cu il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (kitab)
"Heydər Əliyev. Müstəqilliymiz əbəbdidir (kitab)" ― Heydər Əliyevin zəngin irsini əks etdirən elmi-biblioqrafik vəsait. == Ümumi məlumat == "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" külliyatının 2 cildli elmi-biblioqrafik göstəricisi ulu öndər Heydər Əliyevin müxtəlif dövrləri əhatə edən çıxışlarının, nitqlərinin, bəyanatlarının, müsahibə və məktublarının müvafiq bölmələrdə əks olunduğu bibliometrik vəsaitdir. === I cild === "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" elmi-biblioqrafik göstəricisinin 1-ci cildində "Dövlətçilik, müstəqillik və demokratiya", "Milli təhlükəsizlik", "Ordu quruculuğu", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İqtisadiyyat", "Neft strategiyası", "Aqrar siyasət", "Elm və təhsil", "Mədəniyyət, ədəbiyyat, dil, incəsənət", "Bədən tərbiyəsi və idman", "Tibb və səhiyyə", "Milli -mənəvi dəyərlər", "Qadın və ailə", "Uşaq və gənclər" bölmələri əks olunmuşdur. === II cild === Biblioqrafik göstəricinin 2-ci cildində materiallar "Dünya azərbaycanlıları", "Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlar" (Azərbaycanla həmsərhəd ölkələr, Avropa ölkələri, Asiya ölkələri, Şimali Amerika ölkələri, Cənubi Amerika ölkələri, Avstraliya və Okenaniya ölkələri, Afrika ölkələri), "Tarix və tarixi hadisələr", "Azərbaycanın şəhərləri və bölgələri" (Bakı, Naxçıvan, Gəncə, Azərbaycanın digər şəhərləri və bölgələri), "Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatları" bölmələrində təqdim olunur.
Müstəqilliyimiz əbədidir
"Müstəqilliyimiz əbədidir" — Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki fəaliyyətini əhatə edən çoxcildlik əsərləri. Kitabda çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr yer almışdır. == Birinci cild == === Nəşri === Əsərlərinin birinci cildi 1997-ci ildə "Azərnəşr"də nəşr olunmuşdur.612 səhifədən ibarət bu kitabın buraxılışına məsul şəxslər Ramiz Mehdiyev və Hidayət Orucov idi. === Məzmunu === Bu cilddə Heydər Əliyevin 1993-cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır. Bu materiallarda Azərbaycan Respublikasının həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər təhlil olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir.Kitabdakı ilk məqalə Heydər Əliyevin 1993-cü il 15 iyununda etdiyi "Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışı"dır. === Texniki heyət === Kitabın hazırlanmasında iştirak edənlərTofiq Babayev, Azər Bağırov, Qəzənfər Zalıyev, Arif Məmmədov, Müzəffər Maşayev, Kamil Muxtarov, Azər Fərzəliyev, Eyvaz Həsənov. RəssamıFuad Fərəcov. RedaktorlarıTofiq Babayev, Kamil Muxtarov.
Müstəqilliyin Bərpası Günü
Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Müstəqilliyin Bərpası Günü (Azərbaycan)
Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Müstəqilliyin Keşiyində (1996)
== Məzmun == Kinolent öz müstəqilliyini təzəcə qazanmış Azərbaycan Respublikasının dövlət sərhədlərini qoruyan sərhəd qoşunlarının formalaşmasından, möhkəmlənməsindən və mövcud problemlərindən bəhs edir. == Film haqqında == Film "Azərkinovideo" İBnin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Elxan Qasımov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Səs operatoru: Əsəd Əsədov Baş hərbi məsləhətçi: A.Novruzov (general-mayor) Hərbi məsləhətçi: C.Xəlilov (polkovnik-leytenant) == Sponsor == "Azərkinovideo" İB == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Müstəqilliyin keşiyində (film, 1996)
== Məzmun == Kinolent öz müstəqilliyini təzəcə qazanmış Azərbaycan Respublikasının dövlət sərhədlərini qoruyan sərhəd qoşunlarının formalaşmasından, möhkəmlənməsindən və mövcud problemlərindən bəhs edir. == Film haqqında == Film "Azərkinovideo" İBnin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Elxan Qasımov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Səs operatoru: Əsəd Əsədov Baş hərbi məsləhətçi: A.Novruzov (general-mayor) Hərbi məsləhətçi: C.Xəlilov (polkovnik-leytenant) == Sponsor == "Azərkinovideo" İB == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Müstəqilliyin yüzilliyi (rəsm əsəri)
Müstəqilliyin yüzilliyi (fr. Le centenaire de l'indépendance) — Məşhur postimpressionist rəssam Henri Russonun rəsm əsərlərindən biri.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 52.04 dəfə / 1 mln.
2002 •••••••••••••••• 82.23
2003 •••••••••••••••••• 95.27
2004 ••••••••••••••• 80.51
2005 •••••••••••••••••••• 109.32
2006 ••••••••••••••• 79.96
2007 ••••••••••• 56.45
2008 •••••••••••••• 71.87
2009 ••••••••••• 59.83
2010 ••••••••• 46.02
2011 ••••••••••••• 66.66
2012 ••••••••• 48.27
2013 •••••• 29.17
2014 ••••••• 35.18
2015 ••••••• 35.55
2016 •••••••• 41.30
2017 ••••••••• 46.99
2018 •••••••••• 50.94
2019 ••••••••• 44.93
2020 ••••••• 36.20

"müstəqilliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müstəqilliyi nədir? #müstəqilliyi sözünün mənası #müstəqilliyi nə deməkdir? #müstəqilliyi sözünün izahı #müstəqilliyi sözünün yazılışı #müstəqilliyi necə yazılır? #müstəqilliyi sözünün düzgün yazılışı #müstəqilliyi leksik mənası #müstəqilliyi sözünün sinonimi #müstəqilliyi sözünün yaxın mənalı sözlər #müstəqilliyi sözünün əks mənası #müstəqilliyi sözünün etimologiyası #müstəqilliyi sözünün orfoqrafiyası #müstəqilliyi rusca #müstəqilliyi inglisça #müstəqilliyi fransızca #müstəqilliyi sözünün istifadəsi #sözlük