müstəvisi sözü azərbaycan dilində

müstəvisi

Yazılış

  • müstəvisi • 99.2933%
  • Müstəvisi • 0.7067%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bit müstəvisi
Bit müstəvisi– kompüter qrafikasında: birlikdə pikselin rəngini göstərən çoxqatlı bit toplusunun bir “qatı”; Ənənəvi olaraq pikseli göstərən bitlər ardıcılllığı yaddaşın bir baytında saxlanılır. Bit müstəvilərində isə pikselin bütün bitləri yaddaşın müxtəlif sahələrində saxlanılır; götüntünün hər bir pikselinin birinci informasiya biti bir sahədə (müstəvidə, qatda), ikinci bitlər qrupu başqa sahədə və s. saxlanılır. Bir bit müstəvisi vasitəsilə iki rəngi (adətən, ağ və qara), iki bit müstəvisi vasitəsilə dörd rəngi və s. göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaktika müstəvisi
Qalaktika müstəvisi, disk şəkilli qalaktikanın kütləsinin əksəriyyətinin özündə saxlayan sahədir. Qalaktika müstəvisinin perpendikulyarları qalaktik qütbləri göstərir. Real halda, qalaktika müstəvisi və qalaktik qütblər terminləri əsasən Yerin aid olduğu Süd Yolu qalaktikasının müstəvisini və qütblərini işarə edir. Bəzi qalaktikalar düzənsizdir və diskşəkilli quruluşa malik deyildir. Süd Yolu kimi spiral qalaktika halında belə, qalaktika müstəvisini müəyyənləşdirmək, ulduzların mükəmməl bir düzülüşü olmadığından bir qədər qeyri-adi və zahiri olur. 1959-cu ildə BAİ Süd Yolu şimal qalaktik qütbünün mövqeyini, R = 12h 49m, Dec = 27 ° 24' B1950 kimi təyin etdi; hazırda istifadə edilən J2000 dövründə, pressesiya nəzərə alındıqdan sonra koordinatlar RA 12h 51m 26.282 s, 27 ° 07 '42".01 kimi təyin olundu. Bu koordinantlar, Arktur parlaq ulduzu yaxınlığında, Veronikanın Saçları bürcündədir və eyni zamanda cənub qalaktik qütbü Heykəltəraş bürcünə uzanır. Qalaktik koordinatların "sıfır uzunluğu" 1959-cu ildə, göy sferinin şimal qütbündən 123° mövqeyində olmaqla müəyyən edilmişdir. Beləliklə, qalaktik ekvatorda yerləşən sıfır uzunluq nöqtəsi 17h 42m 26.603s, −28° 55' 00".445 (B1950) və ya 17h 45m 37.224s, −28° 56' 10".23 (J2000)-dir və onun J2000 mövqeyi açısı 122°.932 -dir. Qalaktik mərkəz, 31,72 ° (B1950) və ya 31,40 ° (J2000) şimal şərq mövqelərində yerləşir.

"müstəvisi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müstəvisi nədir? #müstəvisi sözünün mənası #müstəvisi nə deməkdir? #müstəvisi sözünün izahı #müstəvisi sözünün yazılışı #müstəvisi necə yazılır? #müstəvisi sözünün düzgün yazılışı #müstəvisi leksik mənası #müstəvisi sözünün sinonimi #müstəvisi sözünün yaxın mənalı sözlər #müstəvisi sözünün əks mənası #müstəvisi sözünün etimologiyası #müstəvisi sözünün orfoqrafiyası #müstəvisi rusca #müstəvisi inglisça #müstəvisi fransızca #müstəvisi sözünün istifadəsi #sözlük