Müsəlmanları sözü azərbaycan dilində

Müsəlmanları

Yazılış

  • Müsəlmanları • 82.6658%
  • müsəlmanları • 17.2999%
  • MÜSƏLMANLARI • 0.0172%
  • müsəlmanlarI • 0.0172%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tibet müsəlmanları
Tibet Müsəlmanları (Tibet: ཁ་ཆེ་, Wylie: kha-che; eyni zamanda Kache yazılır), Tibetdə azlıq təşkil edirlər. Müsəlman olmalarına baxmayaraq, ayrı-ayrılıqda tanınan Huey müsəlmanlarından fərqli olaraq Çin Xalq Respublikası hökuməti tərəfindən Tibet müsəlmanları rəsmi olaraq tanınırlar. Tibet sözü olan Kachee hərfi mənasında Kəşmir deməkdir. Tibet və İslam dünyası ilə qarşılaşma ilk olaraq Səkkizinci əsrin ortalarında İpək Yolu ilə ticarətin və Fərqanə Vadisindəki müsəlman qüvvələrin hərbi varlığının birləşməsindən sonra başladı. İslam dünyasının Tibet haqqında olan qeyri-müəyyən biliklərinə baxmayaraq, Tibetdən bəhs edən bir neçə ilk İslam əsəri var idi. Belə mənbələrdən biri Əbu Səid Qardezinin Zeyn əl-Əxbar adlı müəllifi olduğu bir əsərdir. Əsərdə, Tibetlilərin mühiti, fantastik mənşəyi, kralın ilahiliyi, əsas mənbələr (misk kimi) və Tibetə gedib-gələn ticarət yollarının təsviri qeyd edilmişdir. Sadnalegs dövründə (799–815), Qərb üçün ərəb güclərinə qarşı başlanan bir müharibə var idi. Tibetlilər bir sıra ərəb qoşunlarını əsir götürərək 801-ci ildə şərq sərhədində xidmətə göndərirdilər. Tibetlilər qərbdə Səmərqənd və Kabilə qədər fəal idilər.
Borçalı Qəzasının Müsəlmanları
Borçalı Qəzasının Müsəlmanları, Borçalı Uyezdinin Müsəlmanları (az.-əski. بورچالو اویزدینك مسلمانلاری‎, gürc. ბორჩალოს მაზრის მუსულმანები) və ya Borçalı Qəzasının Müsəlmanları Qrupu (BQMQ) — 1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə 12-ci nömrə altında iştirak etmiş seçki bloku. == Haqqında == Borçalı Qəzası Müsəlmanlarının Qrupu ilkin olaraq seçkilərə 15 nəfərlik siyahı ilə qatılmaq niyyətində olmuşdur. Qrupun 22 yanvar 1919-cu ildə tərtib etdiyi və Parlament Mərkəzi Seçki Komissiyasının katibliyində 24 yanvar 1919-cu ildə (№ 151) qeydiyyata alınmış siyahısında bu şəxslərin adları yazılmışdı: Böyük ağa Axundov (Aşağı Saral kəndi); Mirzə Rza Əlizadə (Faxralı kəndi); Molla Abbas Hacı Qasım oğlu (Axlı-Mahmudlu kəndi); İsrafil bəy Həsən bəy oğlu Yadigarov (Təkəli kəndi); Məhəmməd Qarabağlıoğlu (Lecbəddin kəndi); Əlipaşa ağa Əsgər ağa oğlu Abbasov (Təkəli kəndi); Molla İsa Molla Nəsib oğlu (Kəpənəkçi kəndi); İbrahim bəy Mursaqulov (Qızılhacılı kəndi); Molla Qara Musa oğlu (Arıxlı kəndi); Hasan Molla Vəli oğlu (Qaçağan kəndi); Molla Xəlil (Sadaxlı kəndi); Əli Dəli Əhməd oğlu (Görarxı kəndi); Təhməzqulu Dünyamalı oğlu (Faxralı kəndi); Qurban Həsən oğlu (Saraclı kəndi); Cəfər ağa Eminov (Dəmirçihasanlı kəndi). Seçki bülletenləri əsasən Azərbaycan və rus dillərində idi. Seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası 5 namizəddən ibarət siyahını təsdiq etmişdi. Borçalı Qəzasının Müsəlmanları Qrupunun təsdiq edilmiş namizədlərinin bunlar idi: Böyük bəy Ağa bəy oğlu Axundov; Mirzə Rza Mahmudəli oğlu Əlizadə; Molla Abbas Hacı Qasım oğlu Məmmədov; İbrahim bəy Hacı Həsən ağa oğlu Mursaqulov; Qurban Həsən oğlu. Borçalı Qəzası Müsəlmanları Qrupu 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə — 77 səs (hamısı Tiflis qəzasından), ilk əlavə seçkidə — 147 səs (Posxov bölgəsindən – 94, Axalsıx qəzasından – 42, Axalkələk qəzasından – 7, Borçalı qəzasından – 4 səs) olmaqla cəmi 224 səs toplaya bilmişdi. Borçalı Qəzası Müsəlmanları Qrupu müəyyən edilmiş həddi aşa bilmədi və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.
Qafqaz Müsəlmanları Qurultayı
Yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında atıldı. Qurultay ərəfəsində Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi Qafqaz müsəlmanlarına müraciət dərc etdi. Müraciətdə deyilirdi: "Komitə ümummüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı irəli sürməkdən imtina edir, lakin məhz indi millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəçiliyi haqqında fikrini bildirməyi zəruri sayır... Belə bir idarə forması, söz yox ki, yalnız demokratik respublikadır" Hələ qurultay açılmamışdan əvvəl Azərbaycanın siyasi təşkilatları Rusiyanın gələcək siyasi quruluşu haqqında öz məramlarını elan etmişdilər. Onlar bütün Rusiyada demokratik respublikanın yaradılması ideyasını irəli sürən və müdafiə edən ilk təşkilatlardan biri idi. Qurultayda Azərbaycanın siyasi partiya və ictimai təşkilatlarının, həmçinin Şimali Qafqaz, Gürcüstan və İrəvan müsəlmanlarının nümayəndələri iştirak edirdilər. Qurultayda əsas məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə Məhəmməd Əmin Rəsulzadə məruzə etdi. O göstərdi ki, "dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz". Qurultay Qafqaz müsəlmanlarının milli-siyasi idealları haqqında Məhəmməd Əmin Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul etdi.
Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1872–1917-ci illərdə Tiflisdə yerləşmişdir. 1918–1920-ci illərdə və 1944-cü ildən mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
Ümumrusiya Müsəlmanları Qurultayı
Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar. Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu. Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər.
Qafqaz Müsəlmanları Ruhani İdarəsi

Qafqaz müsəlmanları şeyxülislamlarının siyahısı
Şeyxülislam — Qafqaz bölgəsində şiə müsəlmanlarının dini başçısının, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin dini rütbəsi və vəzifəsi adlanır. Şeyxülislam rütbəsi (vəzifəsi) Rusiya çarının fərmanı ilə "Qafqaz şiələrinə dini başçılıq etmək üçün" təsis edilmişdir. 50 il ərzində Şeyxülislam təkbaşına fəaliyyət göstərmişdir. Sonra Şeyxülislamın nəzdində və onun sədirliyi ilə Qafqaz Müsəlmanları Ruhani idarəsi yaradılmışdır (1872). Həmin idarə və Şeyxülislam 1920-ci ilədək mövcud olmuşdur. 1944-cü ilin mayında Qafqaz Müsəlmanları Ruhani İdarəsi (şiələr və sünnilərin birgə idarəsi) və onun sədri Şeyxülislam yenidən fəaliyyətə başlamışdır. Şeyxülislamların böyük əksəriyyəti yüksək dini savad sahibləri, çoxlu qiymətli elmi-tarixi və bədii əsərlərin müəllifləri olmuşlar. Struktur yaradıldıqdan bu yana şeyxülislam vəzifəsinə gətirilən şəxslər aşağıdakılardır: Axund Məhəmməd Əli Hüseynzadə (1823–1846); Axund Fazil İrəvani (1847–1872); Axund Əhməd Hüseynzadə (1873–1884); Axund Həsən Tahirzadə (1885–1894); Axund Əbdüssəlam Axundzadə (1895–1907); Məhəmməd Mövlazadə (1908–1908) Axund Məhəmməd Pişnamazzadə (1909–1918); Axund Ağa Əlizadə (1918–1920); 1920–1944-cü illərdə bu vəzifə boş qalmışdır; Axund Ağa Əlizadə (1944–1952); Axund Mövsüm Həkimzadə (1952–1956); 1966–1967-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Əliağa Süleymanzadə (1968–1976); 1976–1977-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Mirzəqəzənfər İbrahimov (1978–1980); Hacı Allahşükür Paşazadə (1980 — bu günədək). Qeyd. 2003-cü ildən bu yana bu titul Hacı Allahşükür Paşazadəyə ömürlük verilmişdir.
Rusiya Müsəlmanları İttifaqı Partiyası
İttifaqi-Müslimin və ya İttifaqi-əl-Müslimin (rus. Иттифак аль-Муслимин) — Rusiya imperiyasında fəaliyyət göstərən sosialist siyasi partiyası. Volqa bölgəsi, Krım, Ural və Qafqaz, Sibir, Türküstan və Zaqafqaziyada filialları mövcud idi. Əlimərdan Topçubaşovun Rusiyada ilk müsəlman "İttifaqi-əl-Müslimin" siyasi partiyasının təsisçisi, Rusiya Dumasında Müsəlman fraksiyasının rəhbəri olduğu, Dumanın 1906-cı ildə buraxılmasından sonra həbs edildiyi diqqətə çatdırılmışdır.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1872–1917-ci illərdə Tiflisdə yerləşmişdir. 1918–1920-ci illərdə və 1944-cü ildən mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
Ümum-Rusiya Müsəlmanları Qurultayı
Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar. Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu. Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər.
Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)
Film Zaqafqaziya müsəlman ruhanilərinin Bakıda keçirilmiş qurultayına həsr olunmuşdur. Kinolentdə göstərilir ki, Sovet İttifaqı Konstitusiyasında zəhmətkeşlərə vicdan azadlığı verilmişdir. Ölkəmizdə hər bir vətəndaşın inandığı dinə etiqad etmə hüququ vardır.
Rusiya müsəlmanları türk-tatar millətlərinin hüquq müdafiə cəmiyyəti
Rusiya müsəlmanları türk-tatar millətlərinin hüquq müdafiə cəmiyyəti — Birinci dünya müharibəsi illərində Rusiya ilə Türkiyə arasında hərbi əməliyyatların başlanmasından az sonra Rusiyadakı müsəlman və türk xalqlarının mədəni və siyasi hüquq tələblərini beynəlxalq aləmə çatdırmaq məqsədilə Türkiyədə yaşayan, əslən Rusiyadan olan xadimlərin yaratdığı çox saylı təşkilatlardan biri. Cəmiyyətin müəssisləri Əli bəy Hüseynzadə (Azərbaycanın) və Yusif bəy Akçura və Əbdürrəşid İbrahimov (Tatarıstan) olmuşlar. Cəmiyyətə, həmçinin, Məhəmməd Əsəd Cələbizadə (Krım) və Mukiməddin Beycan (Buxara) da daxil idilər. Bu heyət (Turan heyəti) Rusiya müsəlmanlarının hüquqlarını qorumaq və Mərkəzi Avropa dövlətlərinin hökumətlərinə anlatmaq məqsədilə 1915-ci ilin sonlarında İstanbuldan Avropaya getmişdi. Səfər Türkiyə hökuməti tərəfindən dəstəklənir və maliyyələşdirilirdi. Səfər zamanı Macarıstan, Avstriya, Almaniya və İsveçrədə görüşlər keçirilməsi nəzərdə tutulmuşdu. 1915-ci ilin sonlarında Ə.Hüseynzadə və Y.Akçura səfər edəcəkləri dövlətlərin rəsmi nümayəndələrinə və tanınmış siyasi xadimlərinə təqdim olunmaq üçün Cəmiyyət adından alman dilində "Rusiya müsəlmanlarının tələbləri" adlı kitabça buraxmışdılar. Memorandum xarakteri daşıyan sənəddə Rusiya müsəlmanları (türk-tatarlar) haqqında qısa məlumat verildikdən və statistik rəqəmlər gətirildikdən sonra bu xalqların siyasi və mədəni hüquqlarının tanınmasının vacibliyi qeyd edilirdi. Memorandumun siyasi tələblər hissəsində Buxara və Xivə xanlıqlarının hüquqlarının genişləndirilməsi, Kazan xanlığının, Osmanlı dövlətinin himayəsində Krım xanlığının bərpası, Vəlqa çayının neytralladırılması və s. məsələlər də öz əksini tapmışdı.
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında filmi rejissorlar Yalçın Əfəndiyev və Zaur Məhərrəmov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir. == Məzmun == Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir.
Gürcüstan Müsəlmanlarının Milli Şurası
Gürcüstan Müsəlmanlarının Milli Şurası (GMMŞ; az.-əski. کرجستان مسلمانلارنیك ملی شوراسی‎, gürc. საქართველოს მუსულმანთა ეროვნული საბჭო) — 1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə 6-cı nömrə altında iştirak etmiş seçki bloku. == Haqqında == Gürcüstan Müsəlmanlarının Milli Şurası (GMMŞ) tərəfindən ilkin olaraq tərtib olunmuş və GMMŞ-nin sədr müavini Alay bəy Bayramov (instruktor-aqronom) tərəfindən imzalanıb Parlament Mərkəzi Seçki Komissiyasına göndərilmiş 6 nəfərlik siyahıda 1-ci sırada Alay bəyin özü, 2-ci sırada GMMŞ-nin sədri Əbdürrəhim bəy Haqverdiyevin (Gürcüstan Parlamentinin üzvü), 3-cü sırada Ömər Faiq Nemanzadənin (jurnalist), 4-cü sırada Əlimirzə Nərimanovun (müəllim), 5-ci sırada İbrahim bəy Mursaqulovun, 6-cı sırada isə Mirzə Rza Əlizadənin (müəllim) adları əks olunurdu. Bu siyahının ardınca Seçki Komissiyasına GMMŞ sədri Ə.Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət 5 nəfərlik başqa bir siyahı göndərilir. Bu əlavə siyahıda ardıcıllıqla Abbasqulu Xanəhmədovun (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundovun (tələbə), Qasım Abbas oğlu Bayramovun (tramvay konduktoru), Məşədi Əli Bayram oğlu Quliyevin (tacir) və İsmayıl Xəlilovun (kiçik usta) adları qərarlaşırdı. Seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası gürcü və rus dillərində 5 namizəddən ibarət siyahını təsdiq etmişdi. Gürcüstan Müsəlmanlarının Milli Şurasının təsdiq edilmiş namizədlərinin bunlar idi: Alay bəy Aslan ağa oğlu Bayramov; Abbasqulu Cabbar oğlu Xanəhmədov; Qasım Abbas oğlu Bayramov; Əlimirzə Molla Məhəmməd oğlu Nərimanov; İsmayıl İsa oğlu Xəlilov. Gürcüstan Müsəlmanları Milli Şurası 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə — 6 səs (Tiflis qəzası – 1, Sığnaq qəzası – 1, Kutaisi qəzası – 2 səs), ilk əlavə seçkidə — 96 səs (Posxov bölgəsindən – 40, Axalsıx qəzasından – 49, Borçalı qəzasından – 6 səs, Axalkələk qəzasından – 1 səs), ikinci əlavə seçkilərdə — 3 səs (maraqlıdır ki, ondan biri erməni Dağet-Xaçın kəndindən) olmaqla cəmi 105 səs toplaya bilmişdi. Gürcüstan Müsəlmanlarının Milli Şurası müəyyən edilmiş həddi aşa bilmədi və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.
Müsəlmanların fəxri məscidi
Məhəmməd peyğəmbər adına Müsəlmanların fəxri məscidi (çeç. Мухьаммад Пайхамаран цӀарах маьждиг) — Çeçenistan Respublikasının Şali şəhərinin mərkəzində XXI əsrdə tikilmiş Avropada ən iri dini ibadətgah. Avropanın ən böyük məscidində 30 minə qədər, ətraf ərazilərdə isə 70 minə qədər adam yerləşə bilər. Müsəlmanların fəxri məscidi cümə məscidi ststusuna malikdir. 2012-ci ildən şəhərin mərkəzində, Şali-Siti çoxmərtəbəli kompleksinin yanında 5 hektar sahədə layihə üzrə analoqu olmayan yeni məscidin tikintisi fəal şəkildə aparılmağa başlandı. Məscidin layihəsi üzərində Özbəkistandan memarları çalışırdılar. 23 avqust 2019-cu il tarixində respublikanın ilk prezidenti Əhməd Kadırovun doğum gününə təsadüf edən məscidin təntənəli açılışı oldu. Hündürlüyü 43 metr olan günbəzi və 63 metr hündürlüyündə minarələri olan bina, istidə işığı əks etdirməsi və sərinlik verməsi ilə seçilən Yunanıstanın Tasos adasından alınan qar kimi ağ mərmərlə örtülmüşdür. Çəkisi iki ton yarımdan çox olan səkkiz metrlik mərkəzi çilçıraq və 395 lampa "Svarovski" daşları və qızılı ilə bəzədilib. Müsəlmanların fəxri məscidinin ətrafında geniş əraziyə malik park salınıb.
Müsəlmanların məsumiyyəti
Müsəlmanların məsumiyyəti (ing. Innocence of Muslims)- əvvəllər "Səhra mübarizləri" (ing. Desert Warriors) ilə "Bin Laden təqsirsizliyi" (ing. Innocence of Bin Laden) adı ilə tanınan, 2012 istehsalı olan İslam əleyhdarı film. Film, İslam peyğəmbəri Məhəmməd haqqındadır. Filmin təqdimat videoları, ərəb dublaj ilə nəşr olundu və 11 sentyabr 2012 tarixində ABŞ-yə diplomatik məqsədlərlə edilən hücumlar əsnasında filmdən bəhs edildi. Bu hücumlardan biri Qahirə, Misirdəki Amerika Birləşmiş Ştatları səfirliyində qarışıqlıq idi.Digər hücumlar Benqazi, Liviyada və başda ABŞ konsulluğunda meydana gəldi.Səfir Kristofer Stevens daxil olmaq üzrə ABŞ diplomatik personaldan ən azı dörd nəfər və həmçinin on Liviya təhlükəsizlik zabitləri öldü.
Müsəlmanların məsumiyyəti (film, 2012)

Müsəlmanların məsumluğu

Qafqaz müsəlmanlarının qurultayı
Yeni inqilabi şəraitdə Azərbaycan xalqının məqsəd və arzularını müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında atıldı. Qurultay ərəfəsində Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi Qafqaz müsəlmanlarına müraciət dərc etdi. Müraciətdə deyilirdi: "Komitə ümummüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı irəli sürməkdən imtina edir, lakin məhz indi millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəçiliyi haqqında fikrini bildirməyi zəruri sayır... Belə bir idarə forması, söz yox ki, yalnız demokratik respublikadır" Hələ qurultay açılmamışdan əvvəl Azərbaycanın siyasi təşkilatları Rusiyanın gələcək siyasi quruluşu haqqında öz məramlarını elan etmişdilər. Onlar bütün Rusiyada demokratik respublikanın yaradılması ideyasını irəli sürən və müdafiə edən ilk təşkilatlardan biri idi. Qurultayda Azərbaycanın siyasi partiya və ictimai təşkilatlarının, həmçinin Şimali Qafqaz, Gürcüstan və İrəvan müsəlmanlarının nümayəndələri iştirak edirdilər. Qurultayda əsas məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə Məhəmməd Əmin Rəsulzadə məruzə etdi. O göstərdi ki, "dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz". Qurultay Qafqaz müsəlmanlarının milli-siyasi idealları haqqında Məhəmməd Əmin Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul etdi.
İlk müsəlmanların siyahısı
Xədicə
İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyəti
İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyəti və ya İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı (az-əbcəd. ایروان والیلیگی مسلمانلری یرداشلیگی‎) — Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə İrəvan quberniyasının soyqırımına məruz qalan türk-müsəlman əhalisi arasında əlaqələr yaratmaq və həmin quberniyadan olan azərbaycanlı qaçqınlara maddi yardım göstərmək məqsədilə Bakıda yaradılmış qurum. İrəvan quberniyası, həmçinin Naxçıvan bölgəsilə əlaqələrin yaradılması və inkişafında, buradakı yerli azərbaycanlı əhalinin problemlərinin həllində əslən keçmiş İrəvan quberniyasından olan ictimai xadimlərin, ziyalıların, onların yaratdıqları təşkilatların və cəmiyyətlərin mühüm rolu olmuşdur. 1919-cu il yanvarın 2-də Bakıda İrəvan quberniyası ictimai xadimlərinin müşavirəsi keçirildi. Araz-Türk Cümhuriyyətinin nümayəndəsi P. Bayrambəyov müşavirə iştirakçılarını İrəvan quberniyası müsəlmanlarının faciəli vəziyyəti ilə tanış etdi. O, Araz-Türk Cümhuriyyətinin yaranması tarixi barədə də ətraflı məlumat verdi. Müşavirədə tarixi Azərbaycan ərazisi olan İrəvan quberniyasını tutmaq, bu mümkün olmadıqda isə Ararat Cümhuriyyəti müsəlmanlara qarşı törədilən vəhşiliklərin qarşısını almaq üçün tədbirlər görməyə məcbur etmək qərara alındı. Bölgəyə qarışıq komissiya göndərmək xahişi ilə ingilis generalı Tomsona müraciət etmək, onunla görüşmək məqsədilə Teymur bəy Makinski, P.Bayrambəyov və başqalarından ibarət nümayəndə heyəti yaratmaq, yerli azərbaycanlı əhalinin ağır vəziyyətilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinə memorandumlar vermək də nəzərdə tutulurdu. Qərara uyğun olaraq, 1919-cu il yanvarın 5-də Parlamentin binasında keçmiş İrəvan quberniyasında, o cümlədən Naxçıvan bölgəsində yaşayan azərbaycanlıların nümayəndələrinin fövqəladə iclası keçirildi, mahaldakı mövcud vəziyyət müzakirə olundu və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı adlı cəmiyyət yaradıldı. Yanvarın 6-da cəmiyyətin iclasında aşağıdakı tərkibdə idarə heyəti seçildi: Teymur bəy Makinski (sədr), H.Qasımov (sədr müavini), R.İsmayılov (katib), M.Sidqi (katibin müavini) və Abbasəli bəy Makinski (xəzinədar).

"müsəlmanları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müsəlmanları nədir? #müsəlmanları sözünün mənası #müsəlmanları nə deməkdir? #müsəlmanları sözünün izahı #müsəlmanları sözünün yazılışı #müsəlmanları necə yazılır? #müsəlmanları sözünün düzgün yazılışı #müsəlmanları leksik mənası #müsəlmanları sözünün sinonimi #müsəlmanları sözünün yaxın mənalı sözlər #müsəlmanları sözünün əks mənası #müsəlmanları sözünün etimologiyası #müsəlmanları sözünün orfoqrafiyası #müsəlmanları rusca #müsəlmanları inglisça #müsəlmanları fransızca #müsəlmanları sözünün istifadəsi #sözlük