* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. is. Dərin fəlsəfi fikir sahibi olan adam. Qədim yunan mütəfəkkirləri. Böyük mütəfəkkir və şair Nizami. 2. sif. və zərf klas. Fikirli, fikirli-fikirli, fikirxəyal içində olan, dalğın. Əvvəl hakimi-şər mütəfəkkir ayağa durub gedir. M.F.Axundzadə. Cavad çıxır, Nəcəf bəy xeyli vaxt mütəfəkkir gəzinir. Ə.Haqverdiyev. [Mənsur] mütəfəkkir evə girib dalınca qapını örtdü. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / mütəfəkkir2 ə. 1) düşünən, düşüncəli; 2) filosof // alim.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mütəfəkkir1 Ərəbcədir, fikir, təfəkkür sözləri ilə eyniköklüdür. Bu sözün sinonimi ağıldar kəlməsidir. Birinci hissə ərəb, -dar isə fars dilinə mənsubdur. “Ağlı çox olan”, “ağıl sahibi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / mütəfəkkir2 I сущ. мыслитель (человек, наделённый способностью глубокого филолософского мышления). Böyük Azərbaycan mütəfəkkiri М. Ф. Ахундзаде великий азербайджанский мыслитель М. Ф. Ахунд-заде II устар. прил. задумчивый III нареч. устар. задумчиво
Azərbaycanca-rusca lüğət / mütəfəkkir1 I. i. thinker; ~ olmaq to be* a thinker II. s. thoughtful, thinking
Azərbaycanca-ingiliscə lüğət / mütəfəkkir1 [ər.] 1. сущ. дерин философиядин фикиррин иеси тир кас; 2. нареч. фикирлу, фикирлу-фикирлу, фикирлу яз (гьалда), хиялрик кваз.
Azərbaycanca-ləzgicə lüğəti / mütəfəkkir