* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] Özünü itirmiş, nə edəcəyini bilməyən, heyrətə düşmüş, çaşmış, çaşıb qalmış. Mütəhəyyir adam. // zərf Heyrət içində, çaşmış halda. Şah Abbas mat və mütəhəyyir tamaşa edir. Ü.Hacıbəyov. Gövhərtac özünü köməksiz görüb mat, mütəhəyyir divara yapışdı. Ə.Haqverdiyev. □ Mütəhəyyir qalmaq – çaşıb qalmaq, heyrət içində qalmaq, təəccüblənmək, donub qalmaq, heyrətlənmək. Bu sözlərdən Hatəmxan ağa bir az mütəhəyyir qalır. M.F.Axundzadə. [Muzdur] saysız yüzlükləri kağız arasında gördükdə biixtiyar onları yerə buraxıb mütəhəyyir qaldı. S.M.Qənizadə.
Azərbaycan dilinin izahlı lüğəti / mütəhəyyir2 ə. heyrətə düşmüş; çaşmış.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mütəhəyyir1 прил. устар. поражённый, изумлённый, ошеломлённый. Mütəhəyyir qalmaq быть ошеломлённым, поражённым, изумлённым
Azərbaycanca-rusca lüğət / mütəhəyyir