mütəxəssis sözü azərbaycan dilində

mütəxəssis

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mütəxəssis • 92.5617%
  • Mütəxəssis • 7.4155%
  • MÜTƏXƏSSİS • 0.0227%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mütəxəssis
Mütəxəssis — konkret sahə üzrə yüksək hazırlığa, yetəri qədər məlumata və praktiki fəaliyyətə malik olan işçi. Mütəxəssis (diplomlu) — orta-ixtisas, ali təhsil aldıqdan sonra konkret sahə üzrə yüksək hazırlığa və praktiki fəaliyyətə malik olan işçi.
Xaricdə sovet mülki mütəxəssisləri
Xaricdə sovet mülki mütəxəssisləri — SSRİ-dən başqa ölkələrə işləmək üçün göndərilən mühəndislər, texniki işçilər, yüksək ixtisaslı işçilər və digər mütəxəssislər. == Nəzarət orqanları == Əvvəlcə vətəndaşların xaricə getməsinə nəzarət edən vahid qurum yox idi. Məsələ ilə NQÇİ-nin icraiyyə komitələri və orqanları yanında xarici şöbələr məşğul olurdu. 1920-ci illərdən etibarən bu funksiyalar Partiyanın Mərkəzi Komitəsinə tabe olan komissiyalara verilmişdir. 1947-ci ilin iyununda Xaricə Səyahət və SSRİ-yə Giriş Bürosu yaradılmışdır. Bu, Nazirlər Soveti yanında İnformasiya Komitəsinə daxil edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Чистиков, А.Н. "Разрешен выезд. . . ": деятельность Комиссии по выездам за границу в 1949-1962 гг // Петербургский исторический журнал. № 4. 2017.

mütəxəssis sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Elm və ya texnikanın müəyyən sahəsində xüsusi biliyi olan, müəyyən ixtisas almış adam, ixtisas sahibi. Gənc mütəxəssis. Mütəxəssislərə qayğı bəsləmək. – İndi Bakı neft sənayesi şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. İ.Əfəndiyev. Vahid heç bir mənsəb sahibi olmasa da, mütəxəssislər arasında böyük hörməti var idi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / mütəxəssis
  • 2 ə. 1) ixtisası olan; ixtisaslı; 2) hazırlanmış, hazırlıqlı.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mütəxəssis
  • 3 1) ixtisası olan, ixtisaslı işçi; 2) xüsusi hazırlığa, bacarığa, savada, biliklərə, elmin müəyyən sahəsində işləmək təcrübəsinə malik, təhsil zamanı, yaxud praktiki fəaliyyətlə ixtisasa yiyələnmiş insan; 3) cinayət-prosessual qanunvericiliyə görə cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq hərəkətlərinin və digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxs (AR CPM-in 96.1-ci maddəsi).

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / mütəxəssis

mütəxəssis sözünün rus dilinə tərcüməsi

  • 1 специалист

    Azərbaycanca-rusca lüğət / mütəxəssis
  • 2 сущ. специалист, специалистка. Gənc mütəhəssis молодой специалист, mütəxəssislərin hazırlanması подготовка специалистов, dil mütəhəssisi специалист по языку, yüksəkixtisaslı mütəxəssislər высококвалифицированные специалисты, hərbi mütəxəssislər военные специалисты

    Azərbaycanca-rusca lüğət / mütəxəssis

mütəxəssis sözünün inglis dilinə tərcüməsi

mütəxəssis sözünün fransız dilinə tərcüməsi

mütəxəssis sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. специалист (илим ва я техникадин гьи хьайитӀани са хиляй кьетӀен чирвилер авай (къачунвай), вичин пеше хъсандиз чидай кас).

    Azərbaycanca-ləzgicə lüğəti / mütəxəssis

mütəxəssis sözünün türk dilinə tərcüməsi

"mütəxəssis" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mütəxəssis nədir? #mütəxəssis sözünün mənası #mütəxəssis nə deməkdir? #mütəxəssis sözünün izahı #mütəxəssis sözünün yazılışı #mütəxəssis necə yazılır? #mütəxəssis sözünün düzgün yazılışı #mütəxəssis leksik mənası #mütəxəssis sözünün sinonimi #mütəxəssis sözünün yaxın mənalı sözlər #mütəxəssis sözünün əks mənası #mütəxəssis sözünün etimologiyası #mütəxəssis sözünün orfoqrafiyası #mütəxəssis rusca #mütəxəssis inglisça #mütəxəssis fransızca #mütəxəssis sözünün istifadəsi #sözlük