müvafiq sözü azərbaycan dilində

müvafiq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müvafiq • 97.6907%
  • Müvafiq • 2.3085%
  • MÜVAFİQ • 0.0008%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 886.12 dəfə / 1 mln.
2002 •••• 465.96
2003 •••••• 732.64
2004 •••••••• 950.33
2005 ••••••• 912.99
2006 •••••••• 1, 013.57
2007 ••••••••• 1, 085.68
2008 •••••••••• 1, 212.74
2009 ••••••••• 1, 110.13
2010 •••••••• 956.66
2011 •••••• 755.05
2012 ••••••• 844.90
2013 ••••• 525.73
2014 •••••• 725.23
2015 ••••••• 859.10
2016 ••••••• 877.77
2017 ••••••• 860.74
2018 ••••••• 881.72
2019 •••••••• 951.23
2020 •••••••• 964.59

müvafiq sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] Uyğun, uyar, həmahəng. Sənsən mənə həmdəmi-müvafiq. Füzuli. [Odunçu və iki oğlu] musiqinin üsuluna (taktına) müvafiq odun yarırlar və balta endikcə, “hey!” edirlər. Ü.Hacıbəyov. □ Müvafiq olmaq – uyğun olmaq, münasib olmaq, düz gəlmək. Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. S.Ə.Şirvani. 2. Münasib, uyğun, yarar, yaraşan, əlverişli. Student özünə müvafiq bir ömür sürməkdə idi. Çəmənzəminli. Güləlioğlu isə fikrini demək üçün müvafiq bir dəqiqə gözlədi. M.Hüseyn. 3. Razı, həmrəy, həmfikir. [Xəzinədar:] Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyə mən səninlə müvafiqəm. M.F.Axundzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / müvafiq

müvafiq sözünün sinonimləri (yaxın mənalı sözlər)

müvafiq sözünün rus dilinə tərcüməsi

  • 1 соответственный, соответствующий, сообразный, соразмерный, подходящий, уместный

    Azərbaycanca-rusca lüğət / müvafiq
  • 2 прил. соответствующий, соответственный: 1. нужный или подходящий для данного случая. Müvafiq qərar соответствующее решение, müvafiq dövr соответствующий период, müvafiq iş соответствующая работа, müvafiq yer сооветствующее место, müvafiq təşkilatlar соответствующие организации, müvafiq nəticə çıxarmaq сделать соответствующий вывод, müvafiq tədbirlər görmək принимать соответствующие (адекватные) меры, müvafiq tapşırıq almaq получить соответствующее задание 2. находящийся в соответствии с чем-л. Mövzuya müvafiq соответствующий теме, faktlara müvafiq соответствующий фактам, müvafiq olmaq (gəlmək) соответствовать, müvafiq surətdə соответствующим образом, müvafiq olaraq в соответствии с чем-л., соответственно с чем-л.

    Azərbaycanca-rusca lüğət / müvafiq

müvafiq sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. corresponding (to), conformable (to), proportionate, commensurate; 2. suitable, proper, appropriate, opportune; according; nümunəyə ~ olmayan untrue to type; ~ hərəkət etmək to act accordingly; ~ an right moment; ~ işçi person suitable for the work; d.d. the right man* for the job; ~ olaraq according to, in accordance (with)

    Azərbaycanca-ingiliscə lüğət / müvafiq

müvafiq sözünün fransız dilinə tərcüməsi

müvafiq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. кутугай, кьур, кьадай, дуьз къведай; туькӀвей; килигай; müvafiq olmaq кутугун, дуьз атун; 2. рази, фикир сад тир, рейсад тир.

    Azərbaycanca-ləzgicə lüğəti / müvafiq

müvafiq sözünün türk dilinə tərcüməsi

müvafiq sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. uyğun, mütabiq, münasib.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"müvafiq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müvafiq nədir? #müvafiq sözünün mənası #müvafiq nə deməkdir? #müvafiq sözünün izahı #müvafiq sözünün yazılışı #müvafiq necə yazılır? #müvafiq sözünün düzgün yazılışı #müvafiq leksik mənası #müvafiq sözünün sinonimi #müvafiq sözünün yaxın mənalı sözlər #müvafiq sözünün əks mənası #müvafiq sözünün etimologiyası #müvafiq sözünün orfoqrafiyası #müvafiq rusca #müvafiq inglisça #müvafiq fransızca #müvafiq sözünün istifadəsi #sözlük