müvəffəqiyyət sözü azərbaycan dilində

müvəffəqiyyət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müvəffəqiyyət • 94.5217%
  • Müvəffəqiyyət • 5.3913%
  • MÜVƏFFƏQİYYƏT • 0.0870%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kassada müvəffəqiyyətsizlik
Kassada müvəffəqiyyətsizlik, kassa müvəffəqiyyətsizliyi, kassada iflas, kassa iflası, kassada çöküş, kassa çöküşü, kassada batma, kassa batışı və ya kassada partlama — teatr buraxılışlarında gəlir gətirməyən və ya son dərəcə müvəffəqiyyətsiz hesab edilən filmlər üçün istifadə olunan termindir. Texniki cəhətdən istehsalına, bazara çıxarılmasına və yayılmasına xərclənən vəsaitin gətirdiyi gəlirindən çox olan hər hansısa bir film “müvəffəqiyyətsiz” hesab olunsa da, bu termin ən çox müvəffəqiyyətli olacağı gözlənilən, geniş şəkildə bazara çıxarılan və nəticə etibarı ilə kommersiya baxımından zərər gətirmiş istehsalı baha başa gələn böyük studiya filmləri üçün istifadə olunur. == Səbəbləri == === Mənfi mənada ağızdan-ağıza yayılmış şayiələr === Facebook və Twitter kimi sosial media platformaları ağızdan-ağıza yayılmış şayiələr üçün münbit şərait yaradır. Filmin maraq doğurmamasındakı müvəffəqiyyətsizliyi onun xüsusən açılış həftəsonundakı kassa performansına güclü təsir göstərə bilər. === Qeyri-film şərtləri === Bəzən filmlər filmin buraxılış vaxtı kimi, filmin məzmunu ilə heç bir əlaqəsi olmayan məsələlərə görə aşağı performans göstərə bilərlər. Bu, D.W.Qriffitin “Bir millətin doğulması” əsərinin davamı olan “Tolerantlıq”ın kommersiya müvəffəqiyyətsizliyinin səbəblərindən biri idi. Çəkiliş gecikmələrinə görə film yalnız 1916-cı ilin sonlarında buraxılmışdır. Film müharibə əleyhinə əhval-ruhiyyəni əks etdirirdi, lakin xalqın dünyagörüşü və ictimai rəyi artıq Amerikanın Birinci Dünya Müharibəsində iştirakı istiqamətində çoxdan dəyişmişdi. Filmi müvəffəqiyyətsizliyə məhkum edən xarici təsirlərin başqa bir nümunəsi 2015-ci ildə FİFA haqqında çəkilmiş Ehtiraslar İttifaqı (United Passions) sənədli dramıdır. Film ABŞ-da kinoteatrlarda nümayiş etdirildiyi zaman FİFA rəhbərləri fırıldaqçılıq və korrupsiya ittihamları ilə təhqiqat altında idilər və “futbola” qarşı ümumi laqeyd münasibət ilə bərabər, film ilk həftəsonunda ABŞ prokatında cəmi 918 dollar gəlir əldə etmişdir.
Ramannanın müvəffəqiyyətsizlikləri (film, 2010)
Ramannanın müvəffəqiyyətsizlikləri (Tel: మర్యాద రామన్; Rom: Maryada Ramanna) — 2010-cu ildə S. S. Rajamouli ilə müştərək süjet xətti yazılan və rejissorluğu edilən teluqu dilli hind döyüş komediya dram filmidir. Filmin çəkilişlərini Arka Media Works şirkətinin nəzdindəki Şobu Yarlagadda və Prasad Devineni tərəfindən həyata keçirilmişdir. Filmdə baş rolları Sunil, Saloni və Nagineedu canlandırmışdır. Filmin M. M. Keeravani tərəfindən bəstələnmiş musiqisinin ifası və montajı müvafiq olaraq Ram Prasad və Kotagiri Venkateswara Rao tərəfindən edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.05 dəfə / 1 mln.
2002 ••••••••••••••• 10.28
2003 •••••••••••••••••• 12.20
2004 ••••••••••• 7.41
2005 •••••••• 5.40
2006 •••••• 4.05
2007 ••••••••••• 6.98
2008 ••••••••••••••• 9.74
2009 ••••••••• 6.08
2010 ••••••••• 5.63
2011 •••••••••••• 7.98
2012 ••••••••••••••• 9.72
2013 ••••••••• 5.69
2014 ••••••••• 5.66
2015 ••••••••••• 7.14
2016 ••••••••••••• 8.50
2017 •••••••••••• 7.80
2018 ••••••••••••••• 10.19
2019 •••••••••••••• 9.04
2020 •••••••••••••••••••• 13.79

müvəffəqiyyət sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. is. Bir şeyi əldə etmə, istəyinə, məqsədinə nail olma, işdə əldə edilən yaxşı nəticə; uğur, nailiyyət. Müvəffəqiyyət qazanmaq. Müvəffəqiyyət əldə etmək. – Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi. Ə.Haqverdiyev. İlk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq. 2. Müvəffəqiyyətlə şəklində zərf – öhdəsindən gələrək, qarşıya qoyulan məqsədə nail olaraq, qələbə ilə, yaxşı nəticə ilə. İşləri müvəffəqiyyətlə başa çatdırmaq. – [Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə qurtarmışdı. M.Hüseyn. İclasın müvəffəqiyyətlə keçməsinə, kəndlilər arasında canlanmaya baxmayaraq, Malik narahat idi. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / müvəffəqiyyət

müvəffəqiyyət sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 nailiyyət — qalibiyyət — uğur

    Azərbaycan dilinin sinonimlər lüğəti / müvəffəqiyyət
  • 2 MÜVƏFFƏQİYYƏT [Müsyö Çujon:] Qəzetlərimizdə bu müvəffəqiyyətləri qeyd etmək ilə hökumətimizin fikrini onlara cəlb etməliyik ki, vaxtında qabağını almaq üçün tədbir və çarələr axtarsın (S.S.Axundov); QABİLİYYƏT Qabiliyyət qazanmaq istəyiriksə, biz burada pambığa artıq fikir verməliyik (Ə.Sadıq); NAİLİYYƏT Azərbaycan xalqı hər sahədə yeni və böyük nailiyyətlər əldə etmişdir (M.İbrahimov); UĞUR (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / müvəffəqiyyət

müvəffəqiyyət sözünün rus dilinə tərcüməsi

  • 1 успех, удача

    Azərbaycanca-rusca lüğət / müvəffəqiyyət
  • 2 I сущ. 1. успех: 1) удача в достижении чего-л. Respublikanın müvəffəqiyyətləri успехи Республики 2) общественное признание. Tamaşanın müvəffəqiyyəti успех спектакля, kitabın müvəffəqiyyəti успех книги, qazanılmış müvəffəqiyyətlər достигнутые успехи 3) хорошие результаты в работе, учёбе. İstehsalat müvəffəqiyyətləri производственные успехи 2. успеваемость (степень успешности усвоения учебных предметов учащимися). Tələbələrin yüksək müvəffəqiyyəti высокая успеваемость студентов, müvəffəqiyyətləri yüksəltmək повысить успеваемость 3. удача (счастливый, желательный исход чего-л.); müvəffəqiyyət qazanmaq добиться успеха, müvəffəqiyyət arzu etmək kimə, nəyə желать успеха к ому, чему; müvəffəqiyyət əldə etmək добиться успеха, müvəffəqiyyətə nail olmaq см. müvəffəqiyyət əldə etmək ◊ müvəffəqiyyətdən başgicəllənməsi головокружение от успеха

    Azərbaycanca-rusca lüğət / müvəffəqiyyət

müvəffəqiyyət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. success, (good) luck; ~ arzu etmək to wish success; Sənə müvəffəqiyyətlər arzu edirəm! I wish you every success; d.d. I wish good luck to you! ~ qazanmaq to make* progress (in), to advance (in); O, böyük müvəffəqiyyətlər qazanır He / She is making great / good progress; He / She scores big successes; həyatda böyük ~ qazanmaq to have* great success in life; ~ə malik olmaq to make* a success; Bu pyes böyük müvəffəqiyyət qazandı This play was a great success; The play was a great hit. idiom.

    Azərbaycanca-ingiliscə lüğət / müvəffəqiyyət

müvəffəqiyyət sözünün fransız dilinə tərcüməsi

müvəffəqiyyət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] 1. сущ. агалкьун; агалкьунар; хъсан нетижа, югъур; müvəffəqiyyət qazanmaq агалкьунар къазанмишун; 2. müvəffəqiyyətlə нареч. агалкьунралди, хъсан нетижадалди.

    Azərbaycanca-ləzgicə lüğəti / müvəffəqiyyət

müvəffəqiyyət sözünün türk dilinə tərcüməsi

müvəffəqiyyət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. uğur, nailiyyət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"müvəffəqiyyət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müvəffəqiyyət nədir? #müvəffəqiyyət sözünün mənası #müvəffəqiyyət nə deməkdir? #müvəffəqiyyət sözünün izahı #müvəffəqiyyət sözünün yazılışı #müvəffəqiyyət necə yazılır? #müvəffəqiyyət sözünün düzgün yazılışı #müvəffəqiyyət leksik mənası #müvəffəqiyyət sözünün sinonimi #müvəffəqiyyət sözünün yaxın mənalı sözlər #müvəffəqiyyət sözünün əks mənası #müvəffəqiyyət sözünün etimologiyası #müvəffəqiyyət sözünün orfoqrafiyası #müvəffəqiyyət rusca #müvəffəqiyyət inglisça #müvəffəqiyyət fransızca #müvəffəqiyyət sözünün istifadəsi #sözlük