müxəmməs sözü azərbaycan dilində

müxəmməs

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müxəmməs • 80.7692%
  • Müxəmməs • 16.6667%
  • MÜXƏMMƏS • 2.5641%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müxəmməs
Müxəmməs (ərəbcə – beşlik) – orta əsrlər klassik Şərq, o cümlədən Azərbaycan, habelə aşıq poeziyasında lirik şeir şəkillərindən biri. Əsasən birinci bəndin bütün misraları həmqafiyə olur, sonrakı bəndlərin yalnız sonuncu misrası birinci ilə qafiyələnir. Müxəmməs 5 misralı bir neçə (əsasən, 5-6) bənddən ibarət olur. Bəndlərin sayı 10-15-ə də çata bilər. Son bəndin misralarından birində müəllifin təxəllüsü verilir. Klassik poeziyada qafiyə quruluşu belədir: aaaaa, bbbba, cccca, çççça və s. Aşıq şeirində orta müxəmməs, qoşayarpaq müxəmməs, cığalı müxəmməs və s. şəkilləri var. Məşhur türkmən şairi Molla Henesin "Tahir və Zöhrə" dastanında da müxəmməs şəklinə müraciət olunmuşdur. Müxəmməs ictimai mövzulu olmaqla, çox zaman məhəbbət və gözəlliyi tərənnüm edən şeir formasıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.21 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 •••••••••••••••••••• 1.35
2006 •••• 0.23
2009 •••••••• 0.48
2010 ••••• 0.27
2011 •• 0.09
2012 ••• 0.17
2013 ••• 0.15
2014 ••• 0.17
2015 ••• 0.17
2017 ••• 0.16
2019 ••••••• 0.42
2020 •••• 0.27

müxəmməs sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] ədəb. Hər biri beş misradan ibarət klassik şeir forması; beşlik. Vaqifin “Görmədim” rədifli müxəmməsi. – Gəl danışma müxəmməsdən, qəzəldən; Şerihəqiqətdən, mədhi-gözəldən. M.V.Vidadi. Nə qədər söyləsəm sənin şanına; Yaraşar müxəmməs, qəzəl, sevdigim! M.P.Vaqif.

    Azərbaycan dilinin izahlı lüğəti / müxəmməs

müxəmməs sözünün etimologiyası

müxəmməs sözünün rus dilinə tərcüməsi

  • 1 пятистишие

    Azərbaycanca-rusca lüğət / müxəmməs
  • 2 сущ. лит. мухаммас, пятистишие (жанр народной поэзии – стихотворение, в котором каждая строфа состоит из десяти строк, где рифмуются чётные строки: 2, 4, 6, 8, а последние, десятые строки строф рифмуются между собой; заключительная часть дастана, носящая хвалебный характер; свадьбы обычно завершались исполнением мухаммасов в сопровождении саза)

    Azərbaycanca-rusca lüğət / müxəmməs

müxəmməs sözünün inglis dilinə tərcüməsi

müxəmməs sözünün fransız dilinə tərcüməsi

müxəmməs sözünün ləzgi dilinə tərcüməsi

müxəmməs sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) beşlik, beşqatlı; 2) riyaziyyatda: beşbucaqlı; 3) ədəbiyyatda: beş misralı şeir.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"müxəmməs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müxəmməs nədir? #müxəmməs sözünün mənası #müxəmməs nə deməkdir? #müxəmməs sözünün izahı #müxəmməs sözünün yazılışı #müxəmməs necə yazılır? #müxəmməs sözünün düzgün yazılışı #müxəmməs leksik mənası #müxəmməs sözünün sinonimi #müxəmməs sözünün yaxın mənalı sözlər #müxəmməs sözünün əks mənası #müxəmməs sözünün etimologiyası #müxəmməs sözünün orfoqrafiyası #müxəmməs rusca #müxəmməs inglisça #müxəmməs fransızca #müxəmməs sözünün istifadəsi #sözlük