Müştaq sözü azərbaycan dilində

Müştaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Müştaq • 56.6667%
  • müştaq • 43.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mirzə Müştaq
Mirzə Müştaq — Azərbaycan yazıçısıdır. == Həyatı == Bakı şəhərində anadan olmuş, orta məktəbi bitirmiş, M. F. Axundov adına Müəllimlər İnstitutunda təhsil almış, Bakı məktəblərində müəllimlik etmişdir. O, Böyük Vətən müharibəsi iştirakşısı olmuş, cəbhələrdə vuruşmuş, yaralanmış və ordudan tərxis olduqdan sonra "Azərbaycan pioneri" jurnalında fəaliyyətinə başlamış, sonralar "Radio Verilişləri Komitəsində", "Azərnəşr" də çalışmışdır. == Fəaliyyəti == Mirzə Müştaq ədəbi fəaliyyəti 1939-cu ildə "Ədəbiyyat qəzəti"ndə çap etdirdiyi "Qara əlcəkli" adlı ilk hekayəsi ilə başlamışdır. Onun Dərsdən sonra və S. S Axundovla şərikli yazdığı "İradə" adlı pyesi Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. Mirzə Müştaq 1955-ci ildə Şəfalı əllər, 1958-ci ildə "Məni bağışla" , 1964-cü ildə O mənim dostumdur , 1967-ci ildə "Aydın yollarda", 1973-cü ildə "Nil pərisi" adlı kitablarını nəşr etmişdir. Mirzə Müştaqın əsərləri 1984, 1985-ci illərdə Bakıda çap olunmuş, yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
Məhəmmədhüseyn xan Müştaq
Məhəmməd Hüseyn xan Müştaq (Şəki – 1780, Şəki) — şair, Şəki xanı (1759-avqust 1780). == Həyatı == 1759-cu ildə Qazıqumuq hakimi Məhəmməd xan Şəkiyə hücum edib Ağakişi xanı öldürdü. Özü xanlıq etməyə başladı. Hacı Çələbi xanın nəvəsi, Həsən ağanın oğlu Hüseyn xan Məhəmməd xana qarşı üsyan qaldırıb, Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşiri köməyə çağırdı. Pənahəli xan Hüseyn xanın xahişinə müsbət cavab verərək qoşunla Şəkiyə daxil oldu. Məhəmməd xan ilk toqquşmada məğlub olub Dağıstana qaçdı. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hakimiyyətinin ilk illərində Məhəmmədhüseyn xanla dostluğu vardı. Onun qızı Tubu bəyimi almışdı. Baş vəziri Molla Pənah Vaqif onun şairliyindən istifadə edib yazışırdı. Hətta ondan tüfəng də istəmişdi.
Əli Abbas Müştaq
Əli Abbas Müştaq — XIX əsr Azərbaycan şairi. "Məcməüş-şiiəra" ədəbi məclisinin üzvü. == Həyatı == Müştaq təxəllüsü ilə yamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2010 ••• 0.09
2012 ••••••••• 0.34
2017 ••••• 0.16
2019 •••• 0.14

müştaq sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] şair. Candan istəyən, həsrətində olduğu bir şeyə can atan, arzusunda olan. Onun üçün göz kəsmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. Ələsgər müştaqdır xəttü-xalına; Məleykə şəklinə, mah cəmalına. Aşıq Ələsgər. Ey mənim dostum, gərək sən heç şübhə etməyəsən ki, mən sənintək vücudları görməyə müştaqəm. C.Məmmədquluzadə. □ Müştaq olmaq – candan istəmək, arzu etmək, ürəkdən bağlanmaq, həsrətində olmaq. Bəlli Əhməd Koroğlunun sədasını eşidib ona müştaq olmuşdu. “Koroğlu”. Didarına müştaq olan əhli-beyt; Yüzün görüb şadü-xürrəm olubdur. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / müştaq

müştaq sözünün rus dilinə tərcüməsi

  • 1 прил. влюблённый, увлечённый, очарованный; müştaq olmaq влюбиться (увлечься, поддаться очарованию)

    Azərbaycanca-rusca lüğət / müştaq

müştaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. шаир. рикӀяй кӀанзавай, гьасрет тир затӀунихъ ялзавай, адан мурадда авай; müştaq olmaq рикӀяй кӀан хьун, ччандиз кӀан хьун, мурад авун, гьасретда хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / müştaq

müştaq sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. şövqü olan; arzulayan; bir şeyi çox istəyən. Müştaqi-cəmal üzünü görmək istəyən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

arzu edilən, arzulanan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"müştaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müştaq nədir? #müştaq sözünün mənası #müştaq nə deməkdir? #müştaq sözünün izahı #müştaq sözünün yazılışı #müştaq necə yazılır? #müştaq sözünün düzgün yazılışı #müştaq leksik mənası #müştaq sözünün sinonimi #müştaq sözünün yaxın mənalı sözlər #müştaq sözünün əks mənası #müştaq sözünün etimologiyası #müştaq sözünün orfoqrafiyası #müştaq rusca #müştaq inglisça #müştaq fransızca #müştaq sözünün istifadəsi #sözlük