müəllimlər sözü azərbaycan dilində

müəllimlər

Yazılış

  • müəllimlər • 68.5947%
  • Müəllimlər • 31.3756%
  • MÜƏLLİMLƏR • 0.0297%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Müəllimlər İnstitutu
Azərbaycan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. == Tarixi == 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşib. == Filialları == === Ağcabədi filialı === 13 iyun 2000-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === Cəlilabad filialı === 13 iyun 2000-ci il tarixində ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir. === Gəncə filialı === 13 iyun 2000-ci il tarixində Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
Azərbaycan Müəllimlər İnstitutu (dəqiqləşdirmə)
Azərbaycan Müəllimlər İnstitutu — Azərbaycanın ali təhsil mərkəzlərindən biri.
Azərbaycan Müəllimlər İnstitutu (Ağcabədi filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Ağcabədi filialı === Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır.2000-ildə AMİ-nin ilkin Ağcəbədi filialına 100 nəfər tələbə qəbulu fərmanına əsasən ilkin kadr hazırlığı əyani olmaqla yalnız iki ixtisas müəyyənləşdirilmişdi — "İbtidai təhsilin pedaqogikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası". Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 82 01–24 saylı məktubu əsasında ADPU-nun Şuşa, Qazax, Şamaxı və BDU-nun Şəki filiallarındakı "İbtidai təhsilin pedaqogikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" fakültələri həmin filialaların bazasında yaradılmış Ağcəbədi, Şamaxı, Şəki və Qazax filiallarına keçmişdilər. Filialda bir pedaqoji fakültə, əvvəllər təkcə "Pedaqogika və psixologiya", 2 il sonra isə "Riyaziyyat və onun tədrisi metodikası" və "Ana dili və onun tədrisi metodikası" kafedraları fəaliyyət göstərməyə başladı. Filialda 4 kafedra — "Ana dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat, Fizika və onların tədrisi metodikası", "Ümumi elmi fənlər" və "Humanitar fənlər" kafedraları fəaliyyət göstərmişdir. Filialın dislokasiyasına daxil edilmiş əvvələr 10, indi isə 8 rayona pedaqoji işçilərin yenidən hazırlanması və ixtisaslarının artırılması aparılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === ADPU Ağcabədi filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Cəlilabad filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Cəlilabad filialı === Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. İlk tədris ilində filiala 2 ixtisas – "İbtidai təhsilin pedaqigikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" üzrə qəbul planı verilmişdir. Hazırda filialda aşağıdakı ixtisaslar üzrə ilkin kadr hazırlığı aparılmışdır: "İbtidai təhsilin pedaqogikası və metodikası" "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" "Tarix" "Azərbaycan dili və ədəbiyyatı" "Tarix və coğrafiya"Filialda üç kafedra — ixtisas fənləri, təbiət və riyazi fənlər və ümumelmi fənlər kafedrası fəaliyyət göstərmişdir. Filial eyni zamanda onun dislokasiyasına daxil olan rayonların pedaqoji kadrlarının ixtisaslarının artırılması və yenidənhazırlanması ilə məşğul olur. Dislokasiyaya daxil olan 7 rayon üzrə ixtisasartırma kursları və yenidənhazırlama təhsili təşkil edilmişdir. Filialın fəaliyyətinə ümumi rəhbərliyi direktorun sədr olduğu seçkili orqan-pedaqoji şura həyata keçirir. Filiala bilavasitə rəhbərliyi direktor həyata keçirir. Filiala rəhbərliyi dosent, fəlsəfə doktoru Xudayar Həzərxan oğlu Sultanlı etmişdir. O, Filialda 1 fakultə-"Pedaqoji fakültə", 3 kafedra – "Ümumelmi fənlər kafedrası", " Humanitar fənlər kafedrası", " Təbiət fənləri və onların tədrisi metodikası kafedrası", 4 şöbə — Tədris və tələbə şöbəsi — Ümumi şöbə — Kadrlar şöbəsi — Təsərrüfat şöbəsi, 3 kabinet – Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətlənidirlməsi kabineti — Əlavə təhsilə metodik xidmət kabineti — Müasir təlim metodları və dayaq məntəqələri ilə iş üzrə kabinet 2 kompüter mərkəzi və 2 Akt zalı – — 140 nəfərlik böyük zal — 60 nəfərlik kiçik zal Kitabxana — 4514 nüsxə dərslik, dərs vəsaiti, monoqrafiya, digər elmi və bədii ədəbiyyatlar vardı.
Azərbaycan Müəllimlər İnstitutu (Gəncə filialı)
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Hal-hazırda filialının fəaliyyəti dayandırılıb. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsi və "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrası fəaliyyətə başlamışdır. 28 avqust 2000-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "İbtidai təhsil" ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasən filialın "İbtidai təhsil" (Azərbaycan və rus bölmələri), "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" ixtisaslarında eksperiment üsulu tətbiq olunmağa başlanmışdır. Filialın rəhbərinin 3 dekabr 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrasının bazasında ilkin kadr hazırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır. "Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası"; "Təbiət fənləri kafedrası"; "Humanitar, sosial və iqtisadi fənlər kafedrası"; "Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası"; "Ümumi fənlər və onların tədrisi metodikası kafedrası"; "Təhsilin təşkili və idarə olunması kafedrası";2008/2009-cu tədris ilindən kredit sisteminə keçidlə əlaqədar olaraq fililada "Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi" kabineti yaradılmışdır. Hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir. 2006-cı ildə "Humanitar, sosial və iqtisadi fənlər" və "Təhsilin təşkili və idarə olunması" kafedralarının əvəzinə, "Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası" və "Xarici dillər" kafedraları yaradılmış, "Təbiət fənləri" kafedrasının adı dəyişdirilərək "İctimai və təbiət fənləri" adlandırılmışdır. == Fəaliyyətinin dayandırılması == Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Mingəçevir filialı)
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdır. Filialda 3 fakültə - "Pedaqoji məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İxtisasartırma" və "Yenidənhazırlama"; 5 kafedra - "Riyaziyyat və informatika", "Təbiət fənləri", "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası", "Xarici dillər", "Pedaqoji və ictimai fənlər" kafedraları vardır. Filialda 6 ixtisas üzrə (riyaziyyat və informatika; riyaziyyat və fizika; məktəbəqədər təhsilin pedaqogikası və metodikası; Azərbaycan dili və ədəbiyyatı; ingilis dili) bakalavr səviyyəsində ilkin pedaqoji kadr hazırlığı aparılır. Filialın əsas fəaliyyət sahələrindən biri müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsidir. Filialda dislokasiya üzrə 7 rayonun (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Bərdə, Tərtər) pedaqoji kadrları ikitərəfli müqaviləyə əsasən ixtisasartırma və təkmilləşdirmə təhsilinə cəlb olunurlar. Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir. Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Qazax filialı)
Bakı Dövlət Universitetinin Qazax filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Qazax filialı === Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır. Qazax filialı 2000–2001-ci tədris ilində öz fəaliyyətinə çoxpilləli ali təhsil sisteminin bakalavr dərəcəsində "İbtidai təhsilin pedaqogikası və metodikası", "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "Tarix və hüquq" ixtisasları üzrə ali pedaqoji təhsilli mütəxəssislərin hazırlanması, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması işini həyata keçirməklə başlamışdır. 2000–2001-ci tədris ilinə filial 38 nəfər tələbə qəbulu ilə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 457 saylı 14.06.1999-cu il tarixli "Ekseriment aparılması barədə", 609 saylı 21.07.2000-ci il tarixli "Ekserimental ali baza təhsili proqramların təsdiqi barədə" və 640 saylı 10.19.99-cu il tarixli "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamənin təsdiqi barədə" əmrləri rəhbər tutaraq filialda I kurslarda tədris prosesi nazirliyin 23.08.2000-ci il tarixli təsdiqlənmiş eksperimental tədris planları, yuxarı kurslarda isə nazirlik tərəfindən 06.08.1997-ci il tarixində təsdiq olunmuş tədris planları əsasında aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 8810/11–14 saylı məktubu ilə Gəncə Dövlət Universitetinin Qazax tədris müəssisəsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasının 291, o cümlədən, əyani 218, qiyabi 73 tələbəsi filiala köçürüldükdən sonra əyani və qiyabi şöbələrdə 376 nəfər tələbə olmuşdur. Bundan sonra filialda ilkin müəllim hazırlığı fakültəsi və dörd kafedra ("Riyaziyyat və texniki fənlər", "Azərbaycan dili və ədəbiyyatı", "Pedaqogika və ictimai fənlər", "Tibbi biliklərin əsasları və bədən tərbiyəsi") fəaliyyət göstərmişdir. Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Filialda iki fakültə — "İlkin müəllim hazırlığı" və "İxtisasartırma və yenidənhazırlanma" fakültəsi, beş kafedra – "Humanitar fənlər", "Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat və informatika", "Xarici dillər", "Ümumi fənlər" kafedraları fəaliyyət göstərir. Bundan başqa filialda üç kabinet — "Əlavə təhsilə metodik xidmət", "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri və iki laboratoriya – "Təbiət elmləri" və "Folklor" laboratoriyaları, eləcə də kompüter mərkəzi fəaliyyət göstərmişdir.
Azərbaycan Müəllimlər İnstitutu (Quba filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetdə 100 nəfər elmi işçi 1000-ə yaxın tələbə təhsil alır. 2 tədris binası, 35 otaqdan ibarət ikimərtəbəli yataqxanası mövcuddur. Tələbələrin təhsildə fərqlənmələrini stimullaşdırmaq məqsədilə universitetin daxilində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilib. == Tarixi == Bu binada ilk dəfə 1943-cü ildə Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə Quba Müəllimlər İnstitutu fəaliyyətə başlayıb. 25 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 №-li qərarı ilə Quba şəhərində yerləşən binada Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli, 212 nömrəli Fərmanına əsasən bu filialda Dağıstan türkləri, yerli əhali və azsaylı xalqlar üçün kadrlar hazırlanması nəzərdə tutulmuşdur.Sonradan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən ADİU-nun Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Quba filialı yaradılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli 1582 №-li Sərəncamı ilə AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq AMİ-nin Quba filialı ADPU-nun Quba filialı adlandırılmışdır. == Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı == 26 noyabr 2015-ci ildə AMİ-nin ADPU-ya qoşulduqdan sonra Quba filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı adlandırılmağa başlandı. Burada təhsil professor-müəllim heyəti tərkibində 100 nəfər çalışır ki, onlardan da 3 nəfəri elmlər doktoru, 15 nəfəri fəlsəfə doktoru, 14 nəfər baş müəllim, 4 nəfər magistr, 19 nəfəri doktorant və dissertantdır. Təhsil müəssisəsində 1000-ə yaxın tələbə təhsil alır.
Azərbaycan Müəllimlər İnstitutu (Salyan filialı)
Azərbaycan Müəllimlər İnstitutu (Sumqayıt filialı)
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır. Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır. 2000-2001-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Naziri professor Misir Mərdanovun yaxından köməkliyi ilə institutun auditoriyalarında məskunlaşmış məcburi köçkün ailələri ayrıca binaya yerləşdirilmişdir. Sumqayıt filialı bakalavr təhsil pilləsində fəaliyyətinə iki ixtisasdan başlamışdır. Hazırda institutda 2 fakültə - "Pedaqoji" və "Təbiət və humanitar fənlər" fakultələri və 6 kafedra fəaliyyət göstərir. Bakalavr pilləsi üzrə iki fakültədə 5 ixtisas üzrə 880 nəfərdən çox tələbə təhsil alır. Filialda müasir tələblərə cavab verən iki kompüter otağı və internet xidməti tələbələrin istifadəsinə verilmişdir. Filialda aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır: "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "Tarix-coğrafiya", "Ana dili və ədəbiyyat". Filialın ikinci əsas fəaliyyət sahəsi olan "Əlavə təhsil" fakültəsi pedaqoji işçilərin diplomdan sonrakı təhsilini tənzimləyir.
Azərbaycan Müəllimlər İnstitutu (Zaqatala filialı)
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Zaqatala filialı === Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır. 2000–2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır. 2006-cı ildən filialda pedaqoji fakültə fəaliyyət göstərmiişdir. Birinci tədris ilindən "İbtidai təhsilin pedaqogikası və metodikası", 2000–2001-ci tədris ilindən "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", 2002–2003-cü tədris ilindən "Riyaziyyat-fizika", 2003–2004-cü tədris ilindən "Azərbaycan dili və ədəbiyyat" və "Tarix", 2006–2007-ci tədris ilindən isə "Tarix-coğrafiya" ixtisasları əlavə olaraq ayrılmışdır. Hazırda fakültədə "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İbtidai təhsilin pedaqogikası və metodikası", "Azərbaycan dili və ədəbiyyat", "Riyaziyyat-fizika", "Tarix", "Tarix-coğrafiya" ixtisasları üzrə ilkin müəllim hazırlığı aparılmışdır. Zaqatala filialında 1 avqust 2003-cü il tarixdən 2 kafedra — "Hümanitar fənlər və onların tədrisi metodikası" və "Təbiət fənləri və onların tədrisi metodikası" kafedraları fəaliyyət göstərmişdir. AMİ-nin Zaqatala filialında 3 kabinet fəaliyyət göstərmişdir: "Əlavə təhsil kabineti"; "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti"; "Kredit sistemi kabineti";Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edilmişdir. === ADPU Zaqatala filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur. === ADİU Zaqatala filialı === Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Şamaxı filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı yaradılmışdır.ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası da fəaliyyətə başlamışdır. 2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunmuşdur. 2007-ci ildə "Ümumelmi fənlər" kafedrası yaradılmışdır. Filialda təhsil üzrə 3 kabinet – "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Əlavə təhsil xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri fəaliyyət göstərmişdir. === ADPU Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Şəki filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === BDU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən filialın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır.Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov filial yarandığı gündən onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur. === AMİ Şəki filialı === Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 124 S nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır. Filialda 4 kafedra — "Humanitar elmlər", "Ümumi fənlər", "Təbiət elmləri və tədris metodikası" və "Xarici dillər" kafedrası fəaliyyət göstərmişdir. AMİ-nin Şəki filialında bakalavr pilləsində aşağıdakı 6 ixtisas üzrə pedaqoji kadr hazırlanmışdır: "Azərbaycan dili və ədəbiyyat"; "Tarix və coğrafiya"; "Xarici dil" (İngilis dili); "Riyaziyyat və fizika"; "İbtidai təhsilin pedaqogikası və metodikası"; "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası".Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxil idi. Filialda 2001-ci ilin yanvar ayında "Pedaqoji kadrların yenidən hazırlanması" kabineti təşkil olunmuş, 2006-cı ilin noyabr ayında bu kabinet "İxtisasartırma" kabineti ilə birləşdirilmişdir. === ADPU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Ağcabədi filialı === Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır.2000-ildə AMİ-nin ilkin Ağcəbədi filialına 100 nəfər tələbə qəbulu fərmanına əsasən ilkin kadr hazırlığı əyani olmaqla yalnız iki ixtisas müəyyənləşdirilmişdi — "İbtidai təhsilin pedaqogikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası". Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 82 01–24 saylı məktubu əsasında ADPU-nun Şuşa, Qazax, Şamaxı və BDU-nun Şəki filiallarındakı "İbtidai təhsilin pedaqogikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" fakültələri həmin filialaların bazasında yaradılmış Ağcəbədi, Şamaxı, Şəki və Qazax filiallarına keçmişdilər. Filialda bir pedaqoji fakültə, əvvəllər təkcə "Pedaqogika və psixologiya", 2 il sonra isə "Riyaziyyat və onun tədrisi metodikası" və "Ana dili və onun tədrisi metodikası" kafedraları fəaliyyət göstərməyə başladı. Filialda 4 kafedra — "Ana dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat, Fizika və onların tədrisi metodikası", "Ümumi elmi fənlər" və "Humanitar fənlər" kafedraları fəaliyyət göstərmişdir. Filialın dislokasiyasına daxil edilmiş əvvələr 10, indi isə 8 rayona pedaqoji işçilərin yenidən hazırlanması və ixtisaslarının artırılması aparılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === ADPU Ağcabədi filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı hesab olunmuşdur.
Beynəlxalq Müəllimlər Günü
Beynəlxalq Müəllimlər Günü — YUNESKO tərəfindən təsis edilən və bir çox ölkədə qeyd edilən gün. Ümumdünya Müəllimlər Günü hər il oktyabrın 5-də müəllimlərin əməyini qeyd etmək üçün keçirilən beynəlxalq gündür. 1994-cü ildə yaradılıb və Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən tövsiyələrin imzalanmasının xatirəsinə həsr olunub. 1966-cı il "Müəllimlərin Vəziyyəti ilə bağlı BƏT/UNESCO Tövsiyəsi" dünya üzrə müəllimlərin statusu və vəziyyətlərinə toxunan standart təyin edən alətdir. Bu tövsiyə təhsil üzrə kadr siyasəti, işə qəbul və ilkin hazırlıq, eləcə də müəllimlərin davamlı təhsili, onların məşğulluğu və iş şəraiti ilə bağlı standartları əks etdirir. Ümumdünya Müəllimlər Günü "dünyanın təhsil işçilərinin qiymətləndirilməsi, qiymətləndirilməsi və təkmilləşdirilməsi" mövzusuna diqqət yetirmək və müəllimlər və tədrislə bağlı məsələləri nəzərdən keçirmək imkanı vermək məqsədi daşıyır. == Tarixi == 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Gəncə Müəllimlər Seminariyası
Gəncə Müəllimlər Seminariyası — Azərbaycanda müəllim kadrları hazırlayan ilk seminariya (1914). İki il sonra belə bir seminariya Bakıda da fəaliyyətə başlamışdı.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sorğusuna cavabında xalq maarifi nazirliyi bildirdi ki, Cümhuriyyət hakimiyyəti yaranana qədər Azərbaycanda yeganə olaraq Gəncə şəhərində müəllimlər seminariyası fəaliyyət göstərmişdir. Cümhuriyyət Hökuməti həmin müəllimlər seminariyasını milliləşdirmişdi. Xalq maarifi nazirliyinin 1919-cu il üçün məlumatında nazirlik sistemində üç müəllimlər seminariyasının - Gəncə və Qazaxda kişi, Bakıda isə qadın seminariyalarının olduğu bildirilirdi. Gəncə müəllimlər seminariyasında azərbaycanlılarla yanaşı, Daşkənd və Səmərqənd şəhərlərindən gəlmiş özbək gəncləri də təhsil alırdı. Yusif Məmmədəliyev, Mikayıl Rzaquluzadə, Əhməd Cavad Gəncə seminariyasında dərs demiş, Həmid Araslı, Mir Cəlal və b. görkəmli ziyalılar bu seminariyanı bitirmişlər. Seminariya 1927-ci ildə qız seminariyası ilə birləşdirilmiş və Gəncə Pedaqoji Texnikumu adlandırılmışdı. == Direktirları == V.Y. Vasilyev Həsən bəy Bağırbəyov 12 avqust 1919-dan Gəncə Müəllimlər Seminariyasının direktoru vəzifəsində çalışmışdı. == İstinadlar == == Mənbə == Azərbaycan tarixi, 7 cilddə, c.
Müəllimlər binası (Taqanroq)
Müəllimlər binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin əvvəllərində inşa edilən bina. Müəllimlər binası Taqanroq şəhəri Petrovski küçəsi, ev 82 ünvanında yerləşir. Bina 1912-ci ildə modern stilində inşa edilmişdir. Müəllimlər binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Bir mərtəbəli, yarımzirzəmili bina Petrovskaya küçəsi, ev 89 ünvanında yerləşir. Bina XIX əsrin əvvələrində inşa edilmişdir. Mənbələrdə iqtisad məhkəmədinin binası kimi olaraq göstərilir. Bina 1863-cü il xəritəsində Xüsusi mülkiyyət binasında İqtisadi məhkəmə olaraq göstərilir. 1912-ci ildən isə burada şəxsi uçiliş fəaliyyət göstərmişdir. Burada bir illik tədrisin qiyməti 120 rubldır 3 dekabr 1943-cü ildə burada Rioner evi açılmışdışdır.
Naxçıvan Müəllimlər Qurultayı
Naxçıvan Müəllimlər Qurultayı — “İrəvan quberniyası xalq məktəblərinin sahə qurultayı” adı ilə 1893-cü il noyabrın 22-24-də Naxçıvan şəhərində keçirilmişdir. == Haqqında == Qurultayda “Məktəblərdə müəllimlər heç bir əlavə vəsait sərf etmədən hansı kənd təsərrüfatı məşğələlərini təşkil edə bilərlər?” mövzusunda müzakirə aparılmışdır. Müzakirələrdə mahalın tanınmış müəllimlərindən olan Cəlil Məmmədquluzadə, Kərim bəy İsmayılov (Nehrəm məktəbi), Nəsrulla Əmirov (Naxçıvan şəhər məktəbi), Əbdülqasım Sultanov (Şahtaxtı məktəbi), Məmməd bəy Qazıyev (Şərur məktəbi) çıxış etmişlər. Qurultayın bu məsələ ilə əlaqədar qəbul etdiyi qərarda məktəblərdə ipəkçiliyin təşkili və inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Qurultayda Naxçıvan şəhər məktəbində müxtəlif fənlər üzrə keçirilmiş açıq dərslər də müzakirə olunur.
Naxçıvan Müəllimlər İnstitutu
Naxçıvan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === Naxçıvan Politexnik Texnikumu === Kiyev Politexnik texnikumunun filialı kimi 1969-cu ildən fəaliyyətə başlamışdır. 1974-cü ildə müstəqil fəaliyyət göstərən texnikuma Cəmşid Naxçıvanskinin adı verilmişdi. Texnikum sənaye, tikintisi, mülki tikinti, sənayemüəssisələrinin və qurğularının elektrik avadanlıqları, tikinti maşın və avadanlıqları ixtisasları üzrə mütəxəssis hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən texnikumun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır. === AMİ Naxçıvan filialı === Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Naxçıvan Politexnik Texnikumunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialının 2003-cü il avqustun 26-da müstəqil instituta çevrilməsi nəticəsində onun bazasında Naxçıvan Müəllimlər İnstitutu yaradılmışdır. == Tərkibi == === Kitabxana === Naxçıvan Müəllimlər İnstitutunda kitabxana fəaliyyət göstərir.42 minə yaxın kitab fonduna malik olan kitabxana son illərdə nəşr olunan tədris-metodik, elmi, monoqrafik xarakterli ədəbiyyatlarla zənginləşdirilmiş və elektron kataloq yaradılmışdır. === Nəşriyyat şöbəsi === İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş Nəşriyyat şöbəsi də fəaliyyət göstərir ki, elmi-praktik konfransların proqram və materialları, "Xəbərlər" elmi jurnalı, fənn proqramları, əməkdaşların dərs və metodiki vəsaitləri, tövsiyələri, qabaqcıl iş təcrübələri və institutun bütün nəşriyyat işləri burada çap olunur. ==== "Xəbərlər" elmi-metodiki jurnalı ==== Naxçıvan Müəllimlər İnstitutunun "Xəbərlər" elmi-metodiki jurnalı 21 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş (Şəhadətnamə №-1158) və ildə 4 nömrə nəşr olunması nəzərdə tutulmuşdur .
Qazax Müəllimlər Seminariyası
Qazax Müəllimlər Seminariyası — 1918-ci ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köçürülməsində maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur. Qazax Seminariyasının yetirmələri — Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev, Möhsün Poladov, Yusif Yusifov, Əhməd Seyidov, Abbas Vəfadağlı, Barat Qaravəliyev və s. == Tarixi == Qori Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk Qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H. Şıxlınski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firudin bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Lakin 1920-ci ildə Firudin bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir. Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi.
Qori Müəllimlər Seminariyası
Qori Seminariyası, Zaqafqaziya Müəllimlər Seminariyası, Cənubi Qafqaz Müəllimlər Seminariyası (rus. Закавказская учительская семинария) – XIX əsrin axırları və XX əsrin əvvəllərində Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən təhsil ocağı. Zaqafqaziya Müəllimlər Seminariyası xalqımıza bir sıra görkəmli simalar bəxş etmişdir. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da var idi. == Haqqında == 1876-cı ilin mayında "Əkinçi" qəzeti yazırdı: "…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
Zaqafqaziya Müəllimlər Seminariyası

İrəvan Müəllimlər Seminariyası
İrəvan Müəllimlər Seminariyası (rus. Эриванская учительская семинария) — XIX əsrin axırları — XX əsrin əvvəllərində İrəvan şəhərində fəaliyyət göstərən təhsil ocağı. == Tarixi == Müəllimlər seminariyalarının ilk əsasnamələrinə görə, bu tip təhsil müəssisələrinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. 1875-ci ildə qəbul edilən "Müəllimlər seminariyaları haqqında təlimat"da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. İrəvan Müəllimlər Seminariyası Rusiya İmperiyasının Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılır. Rusiya İmperiyası Dövlət Şurasının üç maddə və qətnamədən ibarət olan 20 oktyabr 1880-ci il tarixli qərarında qeyd edilirdi: İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də olub. Seminariyada digər elmi fənlərlə yanaşı Azərbaycan dili fənninin və şəriət dərslərinin tədris edilməsi üçün müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş və Qafqaza aid statistik, sorğu və adres məlumatları toplanmış "Kavkazski kalendar"da dərc olunmuş məlumatlara görə, Axund Məhəmmədbağır Qazızadə 1883-cü ildən başlayaraq uzun illər ərzində İrəvan müəllimlər seminariyasında Azərbaycan dili fənnini və şəriət dərslərini tədris etmişdir.37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır. İmperiya ərazisində fəaliyyət göstərən digər seminariyalarda olduğu kimi, İrəvan Müəllimlər Seminariyasında da təhsil pullu idi. Şagirdlərin yalnız müəyyən hissəsi dövlət hesabına oxuyurdu.
Naxçıvan Dövlət Müəllimlər İnstitutu
Naxçıvan Dövlət Müəllimlər İnstitutu — Cəlil Məmmədquluzadə adına ali-orta təhsil müəssisəsi. == Tarixi == 1922-ci ilin sonlarında Naxçıvan müəllimlər seminariyası açılmışdır. 1923-1924-cü illərdə seminariya pedaqoji texnikuma çevrildi. 1927-1930-cu illərdə texnikumu müvafiq olaraq 18, 24, 55 və 52 (cəmi 149) nəfər gənc bitirmişdir. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1939-cu il 14 avqust tarixli qərarı ilə texnikum əsasında 5 və 7-ci siniflər üçün müəllimlər hazırlayan Cəlil Məmmədquluzadə adına ikiillik Naxçıvan Dövlət Müəllimlər İnstitutu yaradıldı. Onun açılması muxtar respublikanın pedaqoji kadr potensialının yaranmasında mühüm rol oynadı. İlk fəaliyyəti Böyük Vətən müharibəsi dövrünə təsadüf etsə də, çətinliklərə baxmayaraq, institut işini dayandırmadı. İnstitut 1954-cü ildən fəaliyyətini dayandırmışdır. == Fakultələr == Böyük Vətən müharibəsi illərində institutun 4 fakultəsi olub. Bu fakultələri 166 nəfər bitirmişdir.
Simbirsk Çuvaş müəllimlər məktəbi
Simbirsk Çuvaş müəllimlər məktəbi (çuvaş Чĕмпĕрти чăваш вĕрентӳçисен шкулĕ) — Çuvaş xalqının maarifçisi İvan Yakоvlеv tərəfindən 28 oktyabr 1868-ci ildə Simbirsk (hazırkı Ulyanovsk) şəhərində qurulan çuvaş, rus və Volqaboyu digər xalqların müəllimlərinin və digər ziyalılarının hazırlanması üçün təhsil ocağı. 1956-cı ilə qədər bu və ya digər şəkildə mövcud olan Simbirsk və ya Ulyanovsk vilayətinin mərkəzində yerləşmişdir. Məktəb həm də "Simbirsk çuvaş məktəbi" kimi də tanınır. Müxtəlif illərdə fərqli rəsmi adlar və statuslara malik olmuşdur. == Tarixi == 1868-ci ildə gimnaziya şagirdi İvan Yakovlev Simbirskdəki mənzilində çuvaş uşaqlara dərs verməyə başladı. 1871-ci ildə Rusiya İmperiyasının Xalq Maarif Nazirliyi Simbirsk çuvaş məktəbinə rəsmi məktəb statusunu verdi. Simbirsk çuvaş məktəbinin rəsmi olaraq təyin olunmuş ilk müəllimi Kalaşnikov, Vasili Andreeviç olmuşdur.. Doqquz il sonra bu adi məktəb müəllim hazırlamaq məqsədilə - Çuvaş müəllim məktəbinə çevrildi. 1869-1886-cı illərdə Simbirsk Çuvaş müəllimlər məktəbində işləyən, eləcədə Simbirsk quberniyasındakı dövlət məktəblərinin müdiri və müfəttişi İ.N.Ulyanov onun formalaşmasına və inkişafına böyük töhfə verib. Məktəbin formalaşmasında İ.V.Vişnevski, P.D.Şestakov və Nikolay İlminski böyük zəhmət çəkmişdilər.
Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Cəlilabad filialı === Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. İlk tədris ilində filiala 2 ixtisas – "İbtidai təhsilin pedaqigikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" üzrə qəbul planı verilmişdir. Hazırda filialda aşağıdakı ixtisaslar üzrə ilkin kadr hazırlığı aparılmışdır: "İbtidai təhsilin pedaqogikası və metodikası" "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" "Tarix" "Azərbaycan dili və ədəbiyyatı" "Tarix və coğrafiya"Filialda üç kafedra — ixtisas fənləri, təbiət və riyazi fənlər və ümumelmi fənlər kafedrası fəaliyyət göstərmişdir. Filial eyni zamanda onun dislokasiyasına daxil olan rayonların pedaqoji kadrlarının ixtisaslarının artırılması və yenidənhazırlanması ilə məşğul olur. Dislokasiyaya daxil olan 7 rayon üzrə ixtisasartırma kursları və yenidənhazırlama təhsili təşkil edilmişdir. Filialın fəaliyyətinə ümumi rəhbərliyi direktorun sədr olduğu seçkili orqan-pedaqoji şura həyata keçirir. Filiala bilavasitə rəhbərliyi direktor həyata keçirir. Filiala rəhbərliyi dosent, fəlsəfə doktoru Xudayar Həzərxan oğlu Sultanlı etmişdir. O, Filialda 1 fakultə-"Pedaqoji fakültə", 3 kafedra – "Ümumelmi fənlər kafedrası", " Humanitar fənlər kafedrası", " Təbiət fənləri və onların tədrisi metodikası kafedrası", 4 şöbə — Tədris və tələbə şöbəsi — Ümumi şöbə — Kadrlar şöbəsi — Təsərrüfat şöbəsi, 3 kabinet – Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətlənidirlməsi kabineti — Əlavə təhsilə metodik xidmət kabineti — Müasir təlim metodları və dayaq məntəqələri ilə iş üzrə kabinet 2 kompüter mərkəzi və 2 Akt zalı – — 140 nəfərlik böyük zal — 60 nəfərlik kiçik zal Kitabxana — 4514 nüsxə dərslik, dərs vəsaiti, monoqrafiya, digər elmi və bədii ədəbiyyatlar vardı.
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Hal-hazırda filialının fəaliyyəti dayandırılıb. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsi və "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrası fəaliyyətə başlamışdır. 28 avqust 2000-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "İbtidai təhsil" ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasən filialın "İbtidai təhsil" (Azərbaycan və rus bölmələri), "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" ixtisaslarında eksperiment üsulu tətbiq olunmağa başlanmışdır. Filialın rəhbərinin 3 dekabr 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrasının bazasında ilkin kadr hazırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır. "Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası"; "Təbiət fənləri kafedrası"; "Humanitar, sosial və iqtisadi fənlər kafedrası"; "Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası"; "Ümumi fənlər və onların tədrisi metodikası kafedrası"; "Təhsilin təşkili və idarə olunması kafedrası";2008/2009-cu tədris ilindən kredit sisteminə keçidlə əlaqədar olaraq fililada "Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi" kabineti yaradılmışdır. Hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir. 2006-cı ildə "Humanitar, sosial və iqtisadi fənlər" və "Təhsilin təşkili və idarə olunması" kafedralarının əvəzinə, "Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası" və "Xarici dillər" kafedraları yaradılmış, "Təbiət fənləri" kafedrasının adı dəyişdirilərək "İctimai və təbiət fənləri" adlandırılmışdır. == Fəaliyyətinin dayandırılması == Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdır. Filialda 3 fakültə - "Pedaqoji məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İxtisasartırma" və "Yenidənhazırlama"; 5 kafedra - "Riyaziyyat və informatika", "Təbiət fənləri", "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası", "Xarici dillər", "Pedaqoji və ictimai fənlər" kafedraları vardır. Filialda 6 ixtisas üzrə (riyaziyyat və informatika; riyaziyyat və fizika; məktəbəqədər təhsilin pedaqogikası və metodikası; Azərbaycan dili və ədəbiyyatı; ingilis dili) bakalavr səviyyəsində ilkin pedaqoji kadr hazırlığı aparılır. Filialın əsas fəaliyyət sahələrindən biri müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsidir. Filialda dislokasiya üzrə 7 rayonun (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Bərdə, Tərtər) pedaqoji kadrları ikitərəfli müqaviləyə əsasən ixtisasartırma və təkmilləşdirmə təhsilinə cəlb olunurlar. Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir. Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı
Naxçıvan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === Naxçıvan Politexnik Texnikumu === Kiyev Politexnik texnikumunun filialı kimi 1969-cu ildən fəaliyyətə başlamışdır. 1974-cü ildə müstəqil fəaliyyət göstərən texnikuma Cəmşid Naxçıvanskinin adı verilmişdi. Texnikum sənaye, tikintisi, mülki tikinti, sənayemüəssisələrinin və qurğularının elektrik avadanlıqları, tikinti maşın və avadanlıqları ixtisasları üzrə mütəxəssis hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən texnikumun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır. === AMİ Naxçıvan filialı === Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Naxçıvan Politexnik Texnikumunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialının 2003-cü il avqustun 26-da müstəqil instituta çevrilməsi nəticəsində onun bazasında Naxçıvan Müəllimlər İnstitutu yaradılmışdır. == Tərkibi == === Kitabxana === Naxçıvan Müəllimlər İnstitutunda kitabxana fəaliyyət göstərir.42 minə yaxın kitab fonduna malik olan kitabxana son illərdə nəşr olunan tədris-metodik, elmi, monoqrafik xarakterli ədəbiyyatlarla zənginləşdirilmiş və elektron kataloq yaradılmışdır. === Nəşriyyat şöbəsi === İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş Nəşriyyat şöbəsi də fəaliyyət göstərir ki, elmi-praktik konfransların proqram və materialları, "Xəbərlər" elmi jurnalı, fənn proqramları, əməkdaşların dərs və metodiki vəsaitləri, tövsiyələri, qabaqcıl iş təcrübələri və institutun bütün nəşriyyat işləri burada çap olunur. ==== "Xəbərlər" elmi-metodiki jurnalı ==== Naxçıvan Müəllimlər İnstitutunun "Xəbərlər" elmi-metodiki jurnalı 21 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş (Şəhadətnamə №-1158) və ildə 4 nömrə nəşr olunması nəzərdə tutulmuşdur .
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı
Bakı Dövlət Universitetinin Qazax filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Qazax filialı === Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır. Qazax filialı 2000–2001-ci tədris ilində öz fəaliyyətinə çoxpilləli ali təhsil sisteminin bakalavr dərəcəsində "İbtidai təhsilin pedaqogikası və metodikası", "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "Tarix və hüquq" ixtisasları üzrə ali pedaqoji təhsilli mütəxəssislərin hazırlanması, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması işini həyata keçirməklə başlamışdır. 2000–2001-ci tədris ilinə filial 38 nəfər tələbə qəbulu ilə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 457 saylı 14.06.1999-cu il tarixli "Ekseriment aparılması barədə", 609 saylı 21.07.2000-ci il tarixli "Ekserimental ali baza təhsili proqramların təsdiqi barədə" və 640 saylı 10.19.99-cu il tarixli "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamənin təsdiqi barədə" əmrləri rəhbər tutaraq filialda I kurslarda tədris prosesi nazirliyin 23.08.2000-ci il tarixli təsdiqlənmiş eksperimental tədris planları, yuxarı kurslarda isə nazirlik tərəfindən 06.08.1997-ci il tarixində təsdiq olunmuş tədris planları əsasında aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 8810/11–14 saylı məktubu ilə Gəncə Dövlət Universitetinin Qazax tədris müəssisəsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasının 291, o cümlədən, əyani 218, qiyabi 73 tələbəsi filiala köçürüldükdən sonra əyani və qiyabi şöbələrdə 376 nəfər tələbə olmuşdur. Bundan sonra filialda ilkin müəllim hazırlığı fakültəsi və dörd kafedra ("Riyaziyyat və texniki fənlər", "Azərbaycan dili və ədəbiyyatı", "Pedaqogika və ictimai fənlər", "Tibbi biliklərin əsasları və bədən tərbiyəsi") fəaliyyət göstərmişdir. Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Filialda iki fakültə — "İlkin müəllim hazırlığı" və "İxtisasartırma və yenidənhazırlanma" fakültəsi, beş kafedra – "Humanitar fənlər", "Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat və informatika", "Xarici dillər", "Ümumi fənlər" kafedraları fəaliyyət göstərir. Bundan başqa filialda üç kabinet — "Əlavə təhsilə metodik xidmət", "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri və iki laboratoriya – "Təbiət elmləri" və "Folklor" laboratoriyaları, eləcə də kompüter mərkəzi fəaliyyət göstərmişdir.
Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetdə 100 nəfər elmi işçi 1000-ə yaxın tələbə təhsil alır. 2 tədris binası, 35 otaqdan ibarət ikimərtəbəli yataqxanası mövcuddur. Tələbələrin təhsildə fərqlənmələrini stimullaşdırmaq məqsədilə universitetin daxilində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilib. == Tarixi == Bu binada ilk dəfə 1943-cü ildə Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə Quba Müəllimlər İnstitutu fəaliyyətə başlayıb. 25 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 №-li qərarı ilə Quba şəhərində yerləşən binada Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli, 212 nömrəli Fərmanına əsasən bu filialda Dağıstan türkləri, yerli əhali və azsaylı xalqlar üçün kadrlar hazırlanması nəzərdə tutulmuşdur.Sonradan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən ADİU-nun Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Quba filialı yaradılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli 1582 №-li Sərəncamı ilə AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq AMİ-nin Quba filialı ADPU-nun Quba filialı adlandırılmışdır. == Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı == 26 noyabr 2015-ci ildə AMİ-nin ADPU-ya qoşulduqdan sonra Quba filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı adlandırılmağa başlandı. Burada təhsil professor-müəllim heyəti tərkibində 100 nəfər çalışır ki, onlardan da 3 nəfəri elmlər doktoru, 15 nəfəri fəlsəfə doktoru, 14 nəfər baş müəllim, 4 nəfər magistr, 19 nəfəri doktorant və dissertantdır. Təhsil müəssisəsində 1000-ə yaxın tələbə təhsil alır.
Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır. Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır. 2000-2001-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Naziri professor Misir Mərdanovun yaxından köməkliyi ilə institutun auditoriyalarında məskunlaşmış məcburi köçkün ailələri ayrıca binaya yerləşdirilmişdir. Sumqayıt filialı bakalavr təhsil pilləsində fəaliyyətinə iki ixtisasdan başlamışdır. Hazırda institutda 2 fakültə - "Pedaqoji" və "Təbiət və humanitar fənlər" fakultələri və 6 kafedra fəaliyyət göstərir. Bakalavr pilləsi üzrə iki fakültədə 5 ixtisas üzrə 880 nəfərdən çox tələbə təhsil alır. Filialda müasir tələblərə cavab verən iki kompüter otağı və internet xidməti tələbələrin istifadəsinə verilmişdir. Filialda aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır: "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "Tarix-coğrafiya", "Ana dili və ədəbiyyat". Filialın ikinci əsas fəaliyyət sahəsi olan "Əlavə təhsil" fakültəsi pedaqoji işçilərin diplomdan sonrakı təhsilini tənzimləyir.
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Zaqatala filialı === Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır. 2000–2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır. 2006-cı ildən filialda pedaqoji fakültə fəaliyyət göstərmiişdir. Birinci tədris ilindən "İbtidai təhsilin pedaqogikası və metodikası", 2000–2001-ci tədris ilindən "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", 2002–2003-cü tədris ilindən "Riyaziyyat-fizika", 2003–2004-cü tədris ilindən "Azərbaycan dili və ədəbiyyat" və "Tarix", 2006–2007-ci tədris ilindən isə "Tarix-coğrafiya" ixtisasları əlavə olaraq ayrılmışdır. Hazırda fakültədə "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İbtidai təhsilin pedaqogikası və metodikası", "Azərbaycan dili və ədəbiyyat", "Riyaziyyat-fizika", "Tarix", "Tarix-coğrafiya" ixtisasları üzrə ilkin müəllim hazırlığı aparılmışdır. Zaqatala filialında 1 avqust 2003-cü il tarixdən 2 kafedra — "Hümanitar fənlər və onların tədrisi metodikası" və "Təbiət fənləri və onların tədrisi metodikası" kafedraları fəaliyyət göstərmişdir. AMİ-nin Zaqatala filialında 3 kabinet fəaliyyət göstərmişdir: "Əlavə təhsil kabineti"; "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti"; "Kredit sistemi kabineti";Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edilmişdir. === ADPU Zaqatala filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur. === ADİU Zaqatala filialı === Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı yaradılmışdır.ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası da fəaliyyətə başlamışdır. 2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunmuşdur. 2007-ci ildə "Ümumelmi fənlər" kafedrası yaradılmışdır. Filialda təhsil üzrə 3 kabinet – "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Əlavə təhsil xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri fəaliyyət göstərmişdir. === ADPU Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === BDU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən filialın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır.Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov filial yarandığı gündən onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur. === AMİ Şəki filialı === Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 124 S nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır. Filialda 4 kafedra — "Humanitar elmlər", "Ümumi fənlər", "Təbiət elmləri və tədris metodikası" və "Xarici dillər" kafedrası fəaliyyət göstərmişdir. AMİ-nin Şəki filialında bakalavr pilləsində aşağıdakı 6 ixtisas üzrə pedaqoji kadr hazırlanmışdır: "Azərbaycan dili və ədəbiyyat"; "Tarix və coğrafiya"; "Xarici dil" (İngilis dili); "Riyaziyyat və fizika"; "İbtidai təhsilin pedaqogikası və metodikası"; "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası".Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxil idi. Filialda 2001-ci ilin yanvar ayında "Pedaqoji kadrların yenidən hazırlanması" kabineti təşkil olunmuş, 2006-cı ilin noyabr ayında bu kabinet "İxtisasartırma" kabineti ilə birləşdirilmişdir. === ADPU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı hesab olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 47.66 dəfə / 1 mln.
2002 •••••••••• 30.84
2003 •••••••••••••• 42.52
2004 ••••••••••••••• 44.47
2005 ••••••••••••••••• 51.28
2006 ••••••••••••••• 44.15
2007 ••••••••••••••• 45.25
2008 •••••••••••••••••••• 62.37
2009 •••••••••••••••••• 53.27
2010 ••••••••••••• 39.94
2011 ••••••••••••••••• 50.27
2012 •••••••••••••••••••• 59.72
2013 ••••••••••••• 38.07
2014 •••••••••••••• 41.87
2015 ••••••••••••••••• 50.87
2016 ••••••••••••••••• 50.33
2017 ••••••••••••• 39.51
2018 •••••••••••••• 42.10
2019 •••••••••••••••••• 55.36
2020 •••••••••••••• 43.10

"müəllimlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müəllimlər nədir? #müəllimlər sözünün mənası #müəllimlər nə deməkdir? #müəllimlər sözünün izahı #müəllimlər sözünün yazılışı #müəllimlər necə yazılır? #müəllimlər sözünün düzgün yazılışı #müəllimlər leksik mənası #müəllimlər sözünün sinonimi #müəllimlər sözünün yaxın mənalı sözlər #müəllimlər sözünün əks mənası #müəllimlər sözünün etimologiyası #müəllimlər sözünün orfoqrafiyası #müəllimlər rusca #müəllimlər inglisça #müəllimlər fransızca #müəllimlər sözünün istifadəsi #sözlük