* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••••••• | 113.06 |
2003 | •••••••••••••••••••• | 120.86 |
2004 | •••••••••••••••••••• | 118.58 |
2005 | ••••••••••••••• | 85.70 |
2006 | •••••••••••••••• | 95.50 |
2007 | •••••••••••••••• | 95.57 |
2008 | •••••••••••••••• | 96.23 |
2009 | •••••••••••• | 70.23 |
2010 | ••••••••• | 49.11 |
2011 | ••••••• | 41.18 |
2012 | ••••••• | 41.39 |
2013 | •••••• | 32.09 |
2014 | •••••• | 32.95 |
2015 | ••••• | 24.50 |
2016 | •••••• | 34.01 |
2017 | •••••• | 32.19 |
2018 | •••••• | 32.36 |
2019 | •••••• | 31.57 |
2020 | •••••••••• | 55.43 |
1 is. [ər.] 1. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas. …Çünki bu bir məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Hərzə nə şura və nə məclis bilir; Nə düşünür yaxşı, nə bir pis bilir. M.Ə.Sabir. Qüdrət danışdıqca məclisin sükutu daha da ağırlaşırdı… M.Hüseyn. // Həmin toplanışın düzəldiyi yer. 2. Toy, şənlik, yas və s. bu kimi yerlərdə toplanan yığıncaq. Toy məclisi. Şənlik məclisi. Təziyə məclisi. – Oxunur məclisdə xoş kəlimatı; Ox kimi bağrını dələr, ağlarsan. M.V.Vidadi. …Qızlar, gəlinlər də yığışıb gəlmiş, … gözəl bir məclis düzəlmişdi. M.Rzaquluzadə. 3. Türkiyədə və İranda qanunverici orqanın, parlamentin adı. …Tehranda məclisi topa tutublar. C.Məmmədquluzadə. □ Məclisi-müəssisan, yaxud müəssislər məclisi – burjua dövlətlərində: əsas qanun (konstitusiya) hazırlamaq üçün yaradılan müvəqqəti nümayəndəli orqan. Məclisi-müəssisan seçkilərində xalq siyasi firqələr ətrafında toplaş(dı)… S.Hüseyn. …Milli konqres özünü məclisimüəssisan elan etdi. M.İbrahimov. 4. Teatr tamaşalarının ayrı-ayrı hissəsi; pərdə, şəkil. Birinci məclis Rüstəm bəyin evində vaqe olur. Ü.Hacıbəyov. İkinci məclis vaqe olur bir balaca otaqda. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / məclis1 Ərəbcə iclas sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / məclis3 1. MƏCLİS (kef məclisi, eyş-işrət məclisi) Məni qınamayın! Ağırdır, dostlar; Qatillər evində məclis keçirmək (S.Vurğun); BƏZM (kl.əd.) Sağardir öpən ləlin o xurşid camalın; Bəzm içrə şerabın tutular şişeyə qanı (S.Ə.Şirvani); YIĞINCAQ [Şərəfnisə xanım:] ..Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub-dururlar (M.F.Axundzadə); YIĞNAQ Xeyrin olsun hər kəs yığnağındadır; Onlar ilən zövqü işrət eylərsən (M.V.Vidadi); QONAQLIQ, BƏZMGAH (tənt.). 2. məclis bax parlament 3. məclis bax müşavirə, iclas
Azərbaycan dilinin sinonimlər lüğəti / məclis1 MƏCLİS I is. [ ər. ] Parlament, İranda və Türkiyədə qanunverici orqan. MƏCLİS II is. [ ər. ] İctimai yığıncaq; qonaqlıq, ziyafət. Xan öz gözəl sarayında; O gün böyük məclis qurur (B.Azəroğlu).
Azərbaycan dilinin omonimlər lüğəti / məclis1 1. собрание, заседание; 2. общество, компания; 3. парламент, меджлис; 4. сцена (действие в драматическом произведении);
Azərbaycanca-rusca lüğət / məclis2 сущ. 1. собрание: 1) встреча какой-л. группы людей, общества, а также само общество, собравшиеся где-л. Musiqi məclisi музыкальное собрание 2) название некоторых выборных учреждений. Qanunverici məclis законодательное собрание, müəssislər məclisi истор. учредительное собрание 2. форум (широкое представительное собрание). Yazıçıların məclisi форум писателей, dünya gənclərinin məclisi форум молодёжи мира, kinematoqrafçıların məclisi форум кинематографистов 3. пир, пиршество (празднество, торжество с обильным угощением). Toy məclisi свадебный пир, şənlik məclisi весёлое пиршество, məclis düzəltmək устроить пир 4. компания (общество, группа лиц, проводящих вместе время). Dostların məclisi компания друзей 5. действие, акт (законченная часть драматического произведения или театрального представления). Birinci məclisdə в первом акте 6. меджлис (законодательный орган, парламент в Иране, Турции и некоторых других странах); Milli Məclis: 1. Национальное собрание 2. Милли Меджлис (название парламента в Азербайджанской Республике); matəm məclisi (ehsanı) поминки (обрядовое угощение в память умершего)
Azərbaycanca-rusca lüğət / məclis1 i. 1. meeting, conference; 2. congress, parliament; assembly; 3. (tamaşada, pyesdə) scene; qanunvericilik ~i Legislative Assembly; ~i açmaq to open the meeting; ~i bağlamaq to close the meeting / to break* up the meeting; xüsusi ~ə yığışmaq / toplaşmaq to meet* in special session; Azərbaycan Milli ~i Azerbaijan National Assembly (Milli Majlis)
Azərbaycanca-ingiliscə lüğət / məclis1 is. réunion f, conférence f, colloque m ; assemblée f ; parlement m, sénat m ; congrès m ; qanunverici ~ assemblée législative ; acte m (tamaşada, pyesdə) ; keyf ~i düzəltmək organiser un festin, faire bombance ; faire ripaille fam
Azərbaycanca-fransızca lüğət / məclis1 [ər.] сущ. межлис (1. са кардин гьакъинда рахун патал санал кӀватӀ хьанвай инсанар, инсанрин кӀватӀал; ижлас; гьа инсанар кӀватӀ хьанвай чка; 2. мярекат, мехъер, шадвал, яс ва мс.; toy məclisi мехъерин межлис; yas məclisi ясдин межлис; 3. парламент (бязи уьлквейра); 4. театрдин тамашадин ччарадаказ пай; перде, шикил).
Azərbaycanca-ləzgicə lüğəti / məclisə. 1) yığıncaq, iclas, müşavirə; 2) parlament // palata; 3) müşavirə yeri, iclas salonu; 4) idarə heyəti; 5) tribunal, məhkəmə. Məclisi-canan (dildar) sevgili ilə görüş; məclisi-işrət işrət məclisi, kef məclisi; məclisi-matəm matəm məclisi; məclisi-məb’usan bax məclisi-müəssisan; məclisi-müəssisan müəssislər məclisi; məclisi-şura məsləhət məclisi; məclisi-vəsl görüş məclisi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti