Mədrəsə sözü azərbaycan dilində

Mədrəsə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Mədrəsə • 66.0033%
  • mədrəsə • 33.3333%
  • MƏDRƏSƏ • 0.6633%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mədrəsə
Mədrəsə, Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələr. Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (professor), onların köməkçilərinə "muid" (asistent) deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya "tələbə" adlandırılır. == Tarix == VIII əsdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə Ispaniyadan Hindistana qədər uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb oldu. Bünövrəsi VIII-IX əsrlərdə qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam etdi. Mübaliğəsiz demək olar ki, X-XIV əsrlərdə Islam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil edirdi. Ən böyük universitetlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz müsəlman Şərqində yerləşirdi, ən güclü alimlər burada çalışırdılar. Bu dövrdə Azərbaycan şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərirdi.
Mədrəsə-məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən mədrəsə və məscid. == Haqqında == Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. == İstinadlar == == Mənbə == "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə (1990)
== Məzmun == Filmdə gənclərin dinə qayıdışından bəhs olunur.
Mədrəsə (dəqiqləşdirmə)
Mədrəsə - Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələrin ümumi adı. Mədrəsə (Şamaxı) - Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Mədrəsə (film, 1990) - Qısametrajlı sənədli film. Mədrəsə (şərab) - "Gəncə-Şərab 2" ASC-nin istehsalı olan şərab.
Mədrəsə (Şamaxı)
Mədrəsə — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar. == Mədəniyyət == Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. == Din == Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Göy mədrəsə (Sivas)
Göy mədrəsə və ya Sahibiyə mədrəsəsi - bəzən adı bitişik olaraq yazılan bu tikili Anadolu Səlcuklu dönəminə aid bir mirasdır. Göy mədrəsə Sivasın mərkəzində yerləşir. Mədrəsənənin qərb hissəsində tikilinin inşası ilə bağlı bir daş kitabə vardır. Buradan göründüyü kimi tikilinin Ata Fəxrəddin Ali tərəfindən (ərəbcə: صَهِپ اتَ فَكهر ال ضِن الِ Sâhip Ata Fakhr al-Din Ali) 1271-ci ildə Kaluytan adlı meymara tikdirilmişdir. Qapının yan sütününda Göy mədrəsənin memarının Konyalı Kaluyan olması qeyd edilir. Qapı üzərində olan kitabədə belə yayılmışdır: عمر في ايام دولة السلطان الاعظم شاهنشاه المعظم غياث الدنيا و الدين كيخسرو بن قليج آرسلان خلد الله دولته "Ulu sultan, uca şahlar şahı, dünya və dinin yardımcısı Qılınc Arslan oğlu Key Xosrovun idarəçiliyi zamanında inşa edilmişdir. Allah dövlətini daim etsin." Əsas qapı və qapı üzərində olan incə işləmələr bu tikilinin ən görməli bölməsidir. Bəzəklərdə 12 növ hayvan başı, ulduz və həyat ağacı motifləri istifadə edilmişdir. Divarları oyma daşlarla işlənən minarələrin hündürlüyü 25 metrdir. Göy mədrəsə dördbucaqlı formasına sahibdir.
Mədrəsə-məscid (İçərişəhər)
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən mədrəsə və məscid. == Haqqında == Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. == İstinadlar == == Mənbə == "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə (film, 1990)
== Məzmun == Filmdə gənclərin dinə qayıdışından bəhs olunur.
Mədrəsə məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən mədrəsə və məscid. == Haqqında == Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. == İstinadlar == == Mənbə == "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə məscidi
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən mədrəsə və məscid. == Haqqında == Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. == İstinadlar == == Mənbə == "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Zincirli mədrəsə
Zəncirli mədrəsə (Krım tatarcası: Zıncırlı mədrəsə) — Krım bölgəsinin paytaxtı Bağçasarayda olan bir mədrəsə. Krım xanlarının və tarixi Müftülük binasının yerləşdiyi Salacık səmtində yerləşir. I Mənqli Gəray xan tərəfindən 1500-cü ildə inşa etdirilib. I Mənqli Gəray Bağçasaraydakı tarixi Xansarayı tikdirməkdən əvvəl Zəncirli mədrəsə bütün Şimali Qafqazdan Ural dağlarına qədər xidmət edən bir qurum halına gətirmişdir. Bu mədrəsədə dərs verəcənlərin və oxuyacaq tələbələrin dolanışıqlarını ödəmək üçün gəliri yüksək olan torpaqlar vəqf etdi. == İnşaası == Xanın mədrəsənin təməli atılanda şəxsən öz əlləri ilə qazdığı və daş daşıdığı rəvayət edilir. Bina başa çatanda isə mədrəsənin qapılarına çarpaz bir formada bir zəncir bağlanmışdır. Hazırda qapı girişində yerləşən bu zəncir mədrəsəyə girən tələbələrin əyilərək girməsini zəruri etdiyindən təvazökar olma yolunda təhsilə ilk addım kimi qəbul edilirdi. Mədrəsənin açılışında Xanın söylədiyi "Ağıl adamı alicənab edir, ağlı kamilliyin yolu isə elmə bağlıdı. Elmə hörmət etməyən, xan olsun, ya da padşah, o bir şeyə əsas ola bilməz, tez ya da geç o bunun zərərini görər.
Qaliya (mədrəsə)
Qaliya — 1906-cı ilin oktyabrından 1919-cu ilə qədər Ufada başqırdlar, tatarlar və digər türk xalqlarının təhsili üçün ikinci Ufa məscidində yaradılmış mədrəsə. 1919-cu ildən - başqırdlar və tatarlar üçün məktəbi idi. Mədrəsənin yaradıcısı və 1918-ci ilə qədər müdiri Ziyaitdin Kamaletdinov (Ziya Kamali) olmuşdur. == Təhsil prosesi == Mədrəsədə təhsil altı il idi; 15 yaşdan 45 yaşa qədər olan tələbələri imtahan əsasında qəbul edirdilər; Müraciət edən hər kəsdən ibtidai təhsil tələb olunurdu. Təhsil proqramında əsas yeri ənənəvi fənlər: İslamın tarixi və fəlsəfəsi, Quranın təfsiri, Məhəmməd peyğəmbərin həyatı, həmçinin: ərəb, osmanlı, rus, türk dilləri tuturdu. Bu fənlərin tədrisi ali təhsil müəssisələri səviyyəsində tədris olunurdu. Psixologiya, pedaqogika, didaktika, ədəbiyyat, xəttatlıq da öyrənilirdi. Müəllimlər Z.Kadıri, T.Badiqi, S.Ziqanşin, L.Biksurin, Q.Terequlov, X.Fazılov, İ.Abdışev və s. idi. Müəllimlərin çoxu Misir, Suriya, Türkiyə və başqa ölkələrdə təhsil almış müəllimlər idi.
Mədrəsə Kukeldaş (Daşkənd)
Mədrəsə Kukeldaş (özb. Ko'kaldosh madrasasi) — Daşkənddə yerləşən Çorsu Bazar və Çorsu metro stansiyasına yaxın yerləşən, orta əsrlərə aid mədrəsədir. Mədrəsə təqribən 1570-ci ildə Şeybani xanlığı tərəfindən tikilmişdir.Mədrəsə sarı kərpicdən tikilmiş və ənənəvi olaraq böyük giriş qapısından həmçinin daxili həyətdən ibarətdir. Qapının hündürlüyü 20 metrdir və hər iki tərəfində qüllə yerləşir. Mədrəsənin hər bir otağının eyvana çıxışı var. 1830-1831-ci illərdə mədrəsənin birinci mərtəbəsi dağıdılmış və buradakı kərpiclər yaxınlıqdakı Beklarbeqi mədrəsəsinin tikintisində istifadə edilmişdir. Sonradan bura yenidən bərpa edilmişdir. 1868-ci ildə mədrəsə zəlzələ nəticəsində zərər çəkmiş və 1902-1903-cü illərdə yenidən bərpa edilmişdir. 1950-ci illərdə isə burada yenidən bərpa işləri aparılmış və bir çox dini abidələr kimi 1966-cı ildə baş vermiş Daşkənd zəlzələsindən zərərsiz xilas edilmişdir.Mədrəsə 18-ci əsrdə karvansara kimi də fəaliyyət göstərmiş və sonradan qala kimi istifadə edilmişdir. 20-ci əsrdən etibarən bura muzey kimi fəaliyyət göstərir, həmçinin burada ateizm və sonradan xalq musiqiləri ifa olunmağa başladı.
İncə Minarəli Mədrəsə
İnce Minareli Mədrəsə, Konya ili, Selçuklu ilçesinde, Alaaddin Tepesi'nin batısındadır. Selçuklu Sultanı I İzzəddin Keykavus Devrinde Vəzir malik Ata Fahrettin Ali tarafından, hədis elmi öğretilmek olmaqla 663 H. (1264 M.)-ci ildə inşa etdirilmişdir.
Bakı İslam Mədrəsəsi
Bakı İslam Universiteti — Azərbaycanda ali dini tədris müəssisəsi. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından sonra 2018-ci ildə fəaliyyətini dayandırmışdır. == Haqqında == Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdır. Bakı İslam Mədrəsəsi SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17 yanvar 1989-cu il tarixli, 2№-li protokoluna əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində fəaliyyətə başlamışdır. Bakı İslam Mədrəsəsi struktur baxımından Buxara mədrəsəsi nümunəsi əsasında qurulsa da, tədris proqramı mümkün qədər Azərbaycanın konfessional durumuna yaxınlaşdırılmışdır. Fəaliyyət göstərdiyi müddətdə Bakı İslam Mədrəsəsində 86 tələbə təhsil almışdır. 1991-ci ilin yanvarında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazilər Şurasının qərarı ilə QMİ-nin 14 yanvar 1991-ci il tarixli 2№-li əmrinə əsasən Bakı İslam Mədrəsəsi Bakı İslam İnstitutuna çevrilmişdir. İnstituta ilk dəfə qəbul imtahanları keçirilmiş və 20 nəfər qəbul edilmişdir. Burada yalnız mədrəsəni bitirmiş gənclər oxumaq haqqı qazanmışlar. QMİ-nin təşəbbüsü ilə 1992-ci ilin axırlarında Bakı İslam İnstitutu Bakı İslam Universiteti adını aldıqdan sonra tədris müəssisəsinə qəbul olanların sayında artım müşahidə edilmişdir.
Beyləqan mədrəsəsi
Beyləqan mədrəsəsi — XI əsrə aid mədrəsə. == Haqqında == XI əsr yerli müəlliflərdən Məsud ibn Namdarın yazdığı əsərdə Azərbaycan şəhərlərindən Beyləqan mədrəsəsi haqqında da bəzi məlumatlara rast gəlmək olur. Əsərdə “məktəbdən qayıdan uşaqlardan” və “məktəblilərin imla yazı lövhələrindən söz açılır. Məsudun məlumatından aydın olur ki, bu mədrəsələrdən biri şəhərin qərbində, qala divarlarından xaricdə yerləşmişdir. Orta əsrlər Beyləqan şəhərini arxeoloji cəhətdən tədqiq edən görkəmli arxeoloq Qara Əhmədov bu məlumatları əsərində təsdiq edir. Beyləqan qazıntılarından tapılmış epiqrafik məlumatdan aydın olur ki, əhalinin aşağı təbəqəsinə mənsub olan adamlar içərisində də savadlı adamlar varidi. Buna misal olaraq müəllif Beyləqan dulusçularını göstərir. O yazır ki, Beyləqanda istehsal olunmuş saxsı qabların üzərində xeyli miqdarda yazılar vardır. Bu yazıların dulusçular tərəfindən yazıldığı bizdə şübhə oyatmır. Yazıları bəziləri lirik beyt və rübailardən ibarətdir, yəni artıq şeir şəkli almış yazılardır.
Beytülədəb mədrəsəsi
Beytülədəb mədrəsəsi — XIX yüzildə Şuşa şəhərinin Merdinli məhəlləsiində fəaliyyət göstərən mədrəsə. Mədrəsənin yaradıcısı Mirzə Məhəmməd bəy Münşizadə idi. Bu mədrəsənin xərcini Merdinli məscidi ödəyirdi. Bu məktəbdə adlı-sanlı müdərrislər dərs deyirdilər. Müdərrisə xəlifə kömək edirdi. Beytülədəb mədrəsəsində Sədinin "Gülüstan" və "Bustan" əsərləri, "Füzuli divanı", "Tarixi-Nadir", "Camei-Abbas" və başqa kitablar dərslik və dərs vəsaitləri kimi istifadə olunmuşdur. Mədrəsədə ümumtəhsil fənləri və ali fənlər tədris edilirdi.
Buruciyə mədrəsəsi
Buruciyə mədrəsəsi və ya digər adıyla Hacı Məsud mədrəsəsi — Türkiyənin Sivas şəhərində yerləşən mədrəsə. 1271-ci ildə, Anadolu Səlcuqlu sultanlarından III Qiyasəddin Keyxosrov zamanında Həmədan yaxınlığındakı Burucirddən gəlmə Müzəffərddin Burucirdi tərəfindən inşa etdirilmişdir. Elmi işlər üçün mədrəsə olaraq inşa etdirilmiş və dövrün müsbət elmlərinin oxudulduğu bina olaraq uzun illər istifadə edilmişdir. == Memarlıq == Sarımtıl rəngli daşlardan oyma olaraq inşa edilən giriş qapısı və həyət qarşısındakı daxili hissə, dövrün Səlcuqi daş oymacılığının ən gözəl nümunələrindəndir. Tikinti kvadrata yaxın düzbucaqlı planlı olub, üzəri açıq həyət ətrafındakı sütunlu revaklar və bunların gerisində olan hücrələrdən ibarətdir. Giriş qapısının sol yanında mavi və qara çinilərlə bəzəkli türbədə mədrəsə binasını inşa etdirən Burucerdioğlu Muzaffer Beyin (Hacı Məsud) və uşaqlarının qəbirləri yerləşir. Türbənin yanında da iki beşik tonozlu kiçik otaq var. Revakların arxasında mədrəsə otaqları, ana eyvanın yanlarında da iki qübbəli otaq vardır. Vaqfiyəsində binada bir də kitabxana olduğu anlaşılmaqdadır. Daş işləmələrində ağırlığın tac qapıda yer aldığı görülür.
Böyük Adiliyyə mədrəsəsi
Böyük Adiliyyə mədrəsəsi - Dəməşqdə XIII əsrə aid mədrəsə. == Haqqında == Bu şafii mədrəsəsinin əsası Dəməşqdə Nurəddin Məhəmməd Zəngi tərəfindən qoyulmuşdur. Lakin, o vəfat edərkən, mədrəsənin inşası tamamlanmamışdı. Sonra onu Məlik əl-Adil Seyfəddin davam etdirmişdir. Sonra o da vəfat etmiş və bu işi onun oğlu əl Məlik əl-Muazzam başa çatdırmışdır. Mədrəsədə müdərris kimi çalışanlar qismində qazı Kəmaləddin Ömər Əbu Həfs ibn Bəndər ibn Ömər ət-Tiflisinin də adı çəkilir. Ömər ət-Tiflisi təqribən h.602 (1205)-ci ildə anadan olmuşdur. Ömər ət-Tiflisi Misir diyarına üz tutana qədər Qadı əl-Qudat (baş qazı) xoylu Şihabəddinin müavini vəzifəsində çalışmışdır. Misirdə h. 672 (1273)-ci ildə vəfat edənə qədər tədrislə məşğul olmuşdur.Adiliyyə mədrəsəsində digər bir azərbaycanlı, əsli Xoydan olan Şəmsəddin Əbül-Abbas Əhməd ibn əl-Xəlil ibn Səadə ibn Cəfəribn İsa da fəaliyyət göstərmişdir.
Bərəqxan mədrəsəsi
Bərəqxan mədrəsəsi (özb. Baroqxon madrasasi) — Daşkənd şəhərində yerləşən dini kompleksdir. XVI əsrdə müxtəlif dövrlərdə tikilən binalardan əmələ gəlmişdir. Kompleks məqbərə və xanəgahdan ibarətdir. Mədrəsə binası həm tarixi, həm də siyasi əhəmiyyətə malikdir. Beləki, hazırda Özbəkistan və Mərkəzi Asiya müsəlmanları Dini İdarəsi Bərəqxan Mədrəsəsində fəaliyyət göstərir. == Tarixi == Məqbərə daha öncə tikilib, bugünkü kompleksin şərq hissəsində yerləşir. İkincisi, 1530-cu ildə Daşkəndin Özbək hökmdarı Suyunçxoca xanın şərəfinə tikilən iki günbəzli bir məqbərə - xanəgah idi. Suyunçxoca xan (1454-1525) Teymurilər sülaləsindən Uluqbəyin nəslindən olan və Özbək hökmdarı Əbülxair xanın oğlu, Özbək Şeybanilərin sülaləsinin nümayəndəsi idi və Daşkənd vilayətinin (1503 / 1508-1525) hökmdarı idi. Suyunçxoca xanın dövründən və onun varisləri dövründə bölgənin ədəbi həyatında özbək dilinin rolu arır və Daşkənd intellektual elitanın bir çox nümayəndəsinin əsas mərkəzinə çevrilir.
Dəməşq Atabəylər mədrəsəsi
Dəməşq Atabəylər mədrəsəsi — XIII əsrə aid mədrəsə. == Haqqında == Dəməşqin qərbindəki Salihiyyə adlı məhəllədə Atabəylər mədrəsəsi və müşərrəf müqəddəs hədis evi yerləşirdi. Qazı İzzəddin əl-Hələbinin yazdığına görə onu Mosulun sahibi Nurəddin Arslan ibn Atabəyin qızı tikdirmişdi. Məliklərin şərəflisi Müzəffərəddin Musanın qadını Sultan əl-Məlik İzzəddin Məsud ibn Qütbəddin Maudid ibn Atabəy Zəngi ibn Ağ Sunqurun qızı Atabəyli Hacıxanım Xatun (v.e. h. 640/1242) mədrəsə və türbənin sahibəsi idi. Bu mədrəsədə dərs deyən müdərrislərdən biri Safiyəddin Əbu Abdulla Məhəmməd ibn Əbdürrəhim ibn Məhəmməd əl-Hindi əl-Urməvi əş-Şafii sayılırdı. Əş`ari məzhəbli bu urmiyalı mütəkəllim h. 644-cü ildə (1246) Hindistanda anadan olmuşdu. Ona qiraəti öyrədən anası tərəfdən babası fəzilətli insanlardan idi.
Fərəc Xuvəyyu mədrəsəsi
Fərəc Xuvəyyu mədrəsəsi — Xoy şəhərində 1127-ci ildə açılmış mədrəsə. == Haqqında == Orta əsr mənbələri Azərbaycanın şəhərlərində fəaliyyət göstərən mədrəsələrlə yanaşı Xoydakı mədrəsə və orada fəaliyyət göstərən elm adamları haqqında məlumat verirlər. Bağdadda fiqhi Əbu İshaq Şirazidən və Əbu Səid əl-Mütəvəllidən öyrəndikdən sonra doğma Xoy şəhərinə qayıdan Əbur-Ruh Fərəc ibn Übeydullah ibn Xələf əl-Xoyi burada mədrəsə açaraq əldə etdiyi biliyi həmvətənlərinə öyrətmişdir. Mədrəsə 1127-ci ildə fəaliyyətə başlamışdı. Əl-Əsnəvi göstərirdi ki, Əbu-r-Ruh Azərbaycanın ürəyi kimi tanınırdı. Çoxlu alimin müəllimi olan Əbu-r-Ruh doğma şəhərində vəfat etmişdir. Bu mədrəsələr də bəzi digər mədrəsələr kimi, onun əsasını qoyanın adı ilə tanınırdı. Belə ki, Xoyda 1127-ci ildə əsası qoyulmuş “əl-Fərəc əl-Xuvəyyu” mədrəsəsi onu tikdirən Fərəc ibn Abdallah ibn Xələf əl-Xuveyyinin adı ilə məşhurlaşmışdı. == Həmçinin bax == Gəncə mədrəsəsi Ordubad mədrəsəsi Zaviyə mədrəsəsi Nizamiyyə mədrəsəsi (Gəncə) Beyləqan mədrəsəsi Marağa mədrəsələri Şamaxı mədrəsəsi Dəməşq Atabəylər mədrəsəsi Müstənsəriyyə mədrəsəsi == İstinadlar == == Xarici keçidlər == Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti.
Gövhəriyyə mədrəsəsi
Gövhəriyyə mədrəsəsi-Şuşa şəhərində Gövhərağa məscidinin nəzdində fəaliyyət göstərirdi. == Mədrəsənin tarixi == 1864-cü ildə Gövhər ağa vəqf gəliri hesabına 175 min manat qızıl pul xərcləyərək Böyük Cümə məsacidini əsaslı surətdə bərpa etdirdikdən sonra hücrələrdən birini mədrəsə üçün ayırmışdı. Burda oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alırdı. Bu məktəb el arasında "Gövhəriyyə məktəbi" adlandırılırdı. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsininin təşəbbüsü ilə pulsuz kitabxana zalı açılmışdı. 1875-ci ildə Gövhərağa məscidinin ruhaniləri. (Cümə məscidi)-Baş molla Mirzə Fətəli Molla Əlipənah oğlu (Mirzəyev-Ə. Ç), mollalar: Mirzə Məhəmməd Mirzə Əbülqasım oğlu (Haqverdiyev-Ə. Ç.), Molla Şükür Məhərrəm oğlu (Məhərrəmzadə-Ə. Ç.), Molla Abbasqulu Molla Nuri oğlu (Qazıbəyov-Ə. Ç.), Mirzə Həsən Mirzə Qasım oğlu Əmirov.
Gəncə mədrəsəsi
Gəncə mədrəsəsi — Gəncə şəhərinin əsas meydanında vaxtilə mövcud olmuş mədrəsə binasıdır. Şah Abbas məscidini əhatə edən mədrəsə binasının dövrümüzə yalnız məscidin qərb tərəfində həyə boyunca yerləşən dörd otaq və divarlar qalmışdır. == Tarixi == Gəncə mədrəsəindən bəhs edən B.N.Zavıpkin yazır: “Məscid...hücrələrdən təşkil edilmiş bina ilə əhatə olunmuşdur. Bu hücrələrin bəzisi boşdur, bəzilərində isə məsciddə xidmət edən şəxslər yaşayırlar. Lakin, şəhərə qonaq gələn müsəlmanlar və qeyri-müsəlmanlar, o cümlədən məscidin alimlərindən dərs alan gənclər də burda sığınacaq tapırlar.” Gəncə mədrəsəsinin memarlıq quruluşu və planı haqqında ətaflı məlumat Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivində saxlanan Gəncə qalasının 1797-ci ilə aid planında verilmişdir. == Memarlıq xüsusiyyətləri == Mədrəsənin dövrümüzə çatmış qalıqları çox da böyük olmayan bir mərtəbəli otaqlardır. Bu otaqların hər biri böyük oxvari tağ vasitəsiylə həyə açılan müstəqil girişə malikdir. Otaqlar, aralarında inşa edilmiş kar divarlar vasitəsiylə bir-birindən ayrılmışdır. Otaqların tağvari örtüyü ara divarlara söykənir. Mədrəsənin kənar divarları onu ətraf küçələrdən tamamilə izolyasiya edir ki, bunun da nəticəsində qapalı daxili həyət yarnır.
Heydəriyyə Mədrəsəsi
Heydəriyyə mədrəsəsi – Qəzvində keçmiş atəşpərəst məbədinin qalıqları üzərində Səlcuqlular dövründə tikilmiş mədrəsə. == Tarixi == İndi Heydəriyyə mədrəsəsi adlanan böyük abidənin baş tikilisi olan əski məscid binası Xumartaş günbədinə yaxın bir tarixdə – XI–XII əsrlərin qovşağında tikilmişdir. Bu abidələrin hər ikisinin memarlıq həlli bir-birinə çox yaxındır. Heydəriyyə günbədi bitkin plan-məkan quruluşu və yüksək bədii tərtibatı olan nadir memarlıq əsəridir. İbadət salonunun bütün hündürlüyü boyu qalxan və rəngli gəc bəzəkləri ilə bol süslənən hündür mehrabı yanlarında incə biçimli tağçalar yüksəlir. Salonun şimal tərəfi çox təntənəli işlənmişdir – ortadakı iri olmaqla üç sivri açırım buranın baş giriş olduğunu gözə çarpdırır. Yan divarlarda da eyni bölgü aparılmışdır. Ancaq burada künclərdə açırım yox, cənub divarında olduğu kimi ensiz tağçalar var. Bu künc taxçaların incəliyini çox sivri biçimli stalaktit salxımı tamamlayır. İbadət salonunun yuxarısını çiçəkli kufi xəttilə yazılmış kitabə zolağı qurşaqlayır.
Hidayət mədrəsəsi
Hidayət mədrəsəsi (az.-əbcəd هیدایت مدرسه‌سی‎) — Qacarlar dönəmində Urmiyada Şəhriyarxan Nazim əl-Dövlə sifarişi ilə tikilmiş tarixi mədrəsə. == Haqqında == Qacar dönəmində və 19-cu əsrin sonlarında tikilmiş mədrəsə binası əvvələr Qacar boyunun ağsaqqallarının evi kimi istifadə edilsədə 1968-ci ildə mədrəsə statusu aldı. Hidayət mədrəsəsi indilikdə Urmunun sıx yaşayış masivində yerləşərək, dörd yandan yaşayış evləri ilə əhatə olununb. Hazırda mədrəsə İmam xiyabanının Mehr küçəsində yerləşir. Mədrəsə binası keçmişdə qəzalı olsada, 1998-ci ildə onda quruculuq işləri aparılaraq, bərpa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Hidayət mədrəsəsinin kitabələrinin məhv edildiyinə görə, onun hansı ildə tikilməsi və memarının adı bəlli deyil. Ancaq material növü və tikiliş formasından demək olar ki Qacar dönəmində tikilmişdir. Mədrəsənin ən gözəl və dəyərli hissəsi, həyətinin güneyində yerləşən binadır. Mədrəsinin tikintisində istifadə edilən əsas materiallar kərpic və kaşıdır. Binanın tikilişində işlədilən rəngli şüşələr, dördbucaq şəkilli kərpiclər və yeddi rəng kaşılar, binanın gözəlliyinə səbəb olubdur.
Kukeldaş mədrəsəsi (Buxara)
Kukeldaş mədrəsəsi (özb. Koʻkaldosh madrasasi) — 1569-cu ildə Buxara xanlığının paytaxtı - Buxarada (indiki Özbəkistanın Buxara vilayətinin inzibati mərkəzi) qurulmuş iki mərtəbəli Orta Asiya mədrəsəsidir. Özbək hökmdarı II Abdulla xanın (1557-1598) dövründə himayədar qardaşı və yaxın yoldaşı - Qulbaba Kukeldaş hesabına inşa edilmişdir. Orta Asiyanın ən böyük mədrəsəsidir. Yan fasadlarında tağlı açıq eyvanların tikildiyi ilk mədrəsədir. Əsas məqsəddən əlavə, mədrəsədə bəzən başqaları da olurdu: burada müəllimlər və ya tələbələrdən əlavə, yad insanlar da yaşaya bilərdi və aşağı mərtəbədəki xarici otaqları ticarət üçün istifadə edilmişdir. XVIII əsrdə mədrəsə binası hətta karvansara kimi istifadə olunurdu. Ancaq hər şeydən əvvəl, 1920-ci illərə qədər ali təhsil müəssisəsi olaraq qalmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra Mixail Frunzenin idarəsinə çevrildi, sonra müxtəlif dövrlərdə Buxara qədim abidələrin və sənət əşyalarının qorunması komissiyası Buxkomstaris, Buxara muzeyi və Regional Arxiv adı altında mövcud oldu. Mədrəsə ənənəvi olaraq Ləbi hovuz memarlıq ansamblının ən qədim binasıdır.
Marağa mədrəsələri
Marağa mədrəsələri - Azərbaycanın Marağa şəhərində XIII əsrə aid “Atabəylər”, “Qazı” və “Əhmədağa” adlı üç mədrəsə. == Haqqında == === Atabəylər mədrəsəsi === Marağada da “Atabəylər” mədrəsəsi fəaliyyət göstərmişdir. Bu mədrəsə alim qazı Kəmaləddin Əbu Abdallah Məhəmməd əl Qəzvini əl-Maraği tərəfindən əsası qoyulmuşdur. Onun özü də bu mədrəsədə müdərrislik etdiyi üçün “əl-müdərris” ləqəbini almışdır. Azərbaycan Atabəyləri və sultanlarının yanında böyük hörmət və mərhəmət sahibi olmuşdur. O, sultan Cəlaləddin Xarəzmşahın yanına gəldikdə, sultan onu ən hörmətli adam kimi qəbul edir və taxtda öz yanında oturdurdu. Ömrünün axırında İrbilə köçür və 628 (9.XI 1230- 28.X 1231)-ci ildə vəfat edir. === Qazi mədrəsəsi === Bu mədrəsə Marağada fəaliyyət göstərirdi. Müdərrislərdən Sərab qazısı Kamal əl-Din (ö.1230-1231-ci ildə, İrbildə) Azərbaycan Atabəyləri yanında böyük hörmət-izzət sahibi olmuşdur. === Əhmədağa mədrəsəsi === Bu mədrəsə də Marağada fəaliyyət göstərirdi.
Mir Ərəb mədrəsəsi
Mir Ərəb mədrəsəsi (özb. Mir-i Arab mаdrаsasi, fars. مدرسهٔ میر عرب‎ Madrasa-ye mir-e arab) — Buxaradakı (Özbəkistan) XVI əsrə aid dini, mənəvi, təhsil tarixi mədəni-xatirə binası. Poi Kalan memarlıq ansamblının bir hissəsidir. 1993-cü ildə Buxaranın digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. == Tarixi == Mir Ərəb mədrəsəsi XVI əsrdə Özbək Şeybanilər sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Buxara xanlığının əsas dini mərkəzlərindən biri idi. 1920-ci ildə Buxara Qızıl Ordu tərəfindən tutulduqdan sonra 1920-ci illərin sonunda mədrəsə tərk edildi və bağlandı; ruhanilər repressiyaya məruz qaldı. Mədrəsə yalnız 1946-cı ildə Orta Asiya və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (SADUM) sədri Şeyx Eşon Babaxan ibn Əbdülməcidxanın təşəbbüsü ilə açıldı və 1989-cu ilə qədər SSRİ ərazisində fəaliyyət göstərən yeganə mədrəsə olaraq qaldı (1956–1961-ci illərdən başqa, Sovet İttifaqında Daşkənddə başqa bir var idi.) == Sovetlərdən əvvəlki dövr == Mir Ərəb mədrəsəsinin Buxaranın Özbək hökmdarı Ubaydulla xanın ruhani müəllimi və Mavəraünnəhr xalqlarının Qızılbaş (Səfəvilər imperiyası) dövlətinə qarşı apardığı mübarizənin ideoloji ilhamçısı Nəqşibəndilik tariqatının şeyxi Seyid Abdullah əl-Yəməni Xadramauti tərəfindən tikildiyi iddia edilir.Mədrəsənin tikintisinə başlanılması dəqiq tarixi bu gün mübahisəlidir. Uzun müddət Sovet dövrünün tarixşünaslığında binanın inşası tarixi 1530-cu illərdə məşhur arxeoloq və şərqşünas alimlər Mixail Masson və Qalina Puqaçenkovanın apardıqları arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq bir versiyada: 1535–1536-cı illərdə tikilməsi tarixi əsas götürüldü.
Miri Ərəb mədrəsəsi
Mir Ərəb mədrəsəsi (özb. Mir-i Arab mаdrаsasi, fars. مدرسهٔ میر عرب‎ Madrasa-ye mir-e arab) — Buxaradakı (Özbəkistan) XVI əsrə aid dini, mənəvi, təhsil tarixi mədəni-xatirə binası. Poi Kalan memarlıq ansamblının bir hissəsidir. 1993-cü ildə Buxaranın digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. == Tarixi == Mir Ərəb mədrəsəsi XVI əsrdə Özbək Şeybanilər sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Buxara xanlığının əsas dini mərkəzlərindən biri idi. 1920-ci ildə Buxara Qızıl Ordu tərəfindən tutulduqdan sonra 1920-ci illərin sonunda mədrəsə tərk edildi və bağlandı; ruhanilər repressiyaya məruz qaldı. Mədrəsə yalnız 1946-cı ildə Orta Asiya və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (SADUM) sədri Şeyx Eşon Babaxan ibn Əbdülməcidxanın təşəbbüsü ilə açıldı və 1989-cu ilə qədər SSRİ ərazisində fəaliyyət göstərən yeganə mədrəsə olaraq qaldı (1956–1961-ci illərdən başqa, Sovet İttifaqında Daşkənddə başqa bir var idi.) == Sovetlərdən əvvəlki dövr == Mir Ərəb mədrəsəsinin Buxaranın Özbək hökmdarı Ubaydulla xanın ruhani müəllimi və Mavəraünnəhr xalqlarının Qızılbaş (Səfəvilər imperiyası) dövlətinə qarşı apardığı mübarizənin ideoloji ilhamçısı Nəqşibəndilik tariqatının şeyxi Seyid Abdullah əl-Yəməni Xadramauti tərəfindən tikildiyi iddia edilir.Mədrəsənin tikintisinə başlanılması dəqiq tarixi bu gün mübahisəlidir. Uzun müddət Sovet dövrünün tarixşünaslığında binanın inşası tarixi 1530-cu illərdə məşhur arxeoloq və şərqşünas alimlər Mixail Masson və Qalina Puqaçenkovanın apardıqları arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq bir versiyada: 1535–1536-cı illərdə tikilməsi tarixi əsas götürüldü.
Müstənsəriyyə mədrəsəsi
Müstənsəriyyə mədrəsəsi — XIII əsrə aid mədrəsə. == Haqqında == Abbasilər xilafəti dövründə Xəlifələrin öz mədrəsələri də fəaliyyət göstərirdi. Bu mədrəsələrə onlar öz savadı ilə seçilən müəllimləri dəvət edirdilər. Abbasilər sülaləsinin otuz altıncı xəlifəsi əl-Müstənsir (1226–1242) özünün əl-Müstənsəriyyə adlanan mədrəsəsinə "fəzilətləri özündə birləşdirən alim, ədəb, fiqh, hüquq və hikmətdə səriştəli şeyx Rəşidəddin əl-Fərqanini müəllim kimi təyin etmişdi. Əslən Azərbaycanın Mərənd şəhərindən olan İmadəddin Əbu Zülfəqqar Məhəmməd ibn əl-Əşrəf əl-Mərəndi (1199/1200–1281) də bu mədrəsənin müəllimi olmuşdur. Bu təyinatdan əvvəl 1233-cü ildə Bağdada gələn bu ləyaqətli fəqih "əl-Xilatiyyə"rabatında sakin olmuşdu. 1234-cü ildə "Müstənsəriyyə" mədrəsəsinin açılışı vaxtı mədrəsənin fəqihi təyin edilmişdi. Sonra isə 1250/1251-ci ildə Vasitdə məskunlaşaraq tədrislə məşğul olmuşdu. O, 1281-ci ildə vəfat etmiş və imam Musa ibn Cəfərin yanında dəfn edilmişdi.Bu mədrəsədə bəzi görkəmli azərbaycanlı ziyalıların təhsil alması haqqında məlumat vardır. Bağdadın "Müstənsəriyyə" mədrəsəsinə təhsil almaq üçün gedənlər arasında XIII əsrin elm və hünər sahiblərindən sayılan Səfiyəddin Əbdülmömin ibn Yusif Fəxir əl-Urməvini də qeyd etmək lazımdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.64 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 •••••••••••••••• 2.70
2005 •••••••••••••••••••• 3.37
2006 •••••••••• 1.58
2007 •••••••• 1.27
2008 ••••• 0.73
2009 ••••••• 1.12
2010 •••••••••••••• 2.27
2011 ••••••••••••••• 2.40
2012 •••• 0.60
2013 •••••••••• 1.60
2014 •••••••• 1.20
2015 •••••••••• 1.53
2016 ••••••••••••• 2.08
2017 •••••• 0.98
2018 •••••••••••••••• 2.70
2019 •••••••••••••• 2.23
2020 •••••••• 1.19

mədrəsə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Dini məktəb, ruhani məktəbi. Təzəpirdə bir yaxşı məscidi-ali; Yanında mədrəsədən ötrü hücrələr varmış. Ə.Nəzmi. // köhn. Ümumiyyətlə məktəb, tədris müəssisəsi. Hər vilayətdə şəfaxanələr tikilsin və mədrəsələr açılsın. M.F.Axundzadə. Mədrəsələr dünyada ondan ötrü qoyulublar ki, orada təhsil tapanlar oxuyub-yazmaq öyrənsinlər. C.Məmmədquluzadə. Bir əlində kitabça, bir əlində yasəmən; Məhəmməd astaasta qayıdır mədrəsədən. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / mədrəsə

mədrəsə sözünün etimologiyası

mədrəsə sözünün sinonimləri (yaxın mənalı sözlər)

mədrəsə sözünün rus dilinə tərcüməsi

mədrəsə sözünün inglis dilinə tərcüməsi

mədrəsə sözünün fransız dilinə tərcüməsi

mədrəsə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. медреса, диндин мектеб, ругьани мектеб; // медресадин; 2. куьгьн. мектеб, кӀеле, школа.

    Azərbaycanca-ləzgicə lüğəti / mədrəsə

mədrəsə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. məktəb; dini tədris müəssisəsi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"mədrəsə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mədrəsə nədir? #mədrəsə sözünün mənası #mədrəsə nə deməkdir? #mədrəsə sözünün izahı #mədrəsə sözünün yazılışı #mədrəsə necə yazılır? #mədrəsə sözünün düzgün yazılışı #mədrəsə leksik mənası #mədrəsə sözünün sinonimi #mədrəsə sözünün yaxın mənalı sözlər #mədrəsə sözünün əks mənası #mədrəsə sözünün etimologiyası #mədrəsə sözünün orfoqrafiyası #mədrəsə rusca #mədrəsə inglisça #mədrəsə fransızca #mədrəsə sözünün istifadəsi #sözlük