məfrəş sözü azərbaycan dilində

məfrəş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məfrəş • 93.5484%
  • Məfrəş • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

məfrəş sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Yorğan-döşək, xalçapalaz və s. şeyləri qablamaq üçün palaz kimi toxunmuş dördkünc çuval, kisə. Məfrəşi çırpmaq. – Rəşid isə özü ilə aparacaq şeyləri qutulara və məfrəşlərə yığıb bağçalarında gəzir idi. İ.Musabəyov. Şeyləri … məfrəşlərə qablayırdılar… İ.Əfəndiyev. // İçində yorğandöşək, xalça-palaz, yun və s. yığılmış həmin çuval, kisə. Bir tərəfdə un çuvalları düzülüb, bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. M.F.Axundzadə. Maşının üstünə böyük bir məfrəş sərilmiş, yük yerinə çamadan qoyulmuşdu… M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / məfrəş

məfrəş sözünün rus dilinə tərcüməsi

  • 1 большой сак из паласа (для хранения или перевозки ковров, постельных принадлежностей и прочего)

    Azərbaycanca-rusca lüğət / məfrəş
  • 2 сущ. большой мешок из паласа для хранения и перевозки постельных принадлежностей; портплед, сак

    Azərbaycanca-rusca lüğət / məfrəş

məfrəş sözünün inglis dilinə tərcüməsi

məfrəş sözünün fransız dilinə tərcüməsi

məfrəş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) döşənəcək; yorğan-döşək qablaşdırmaq üçün böyük mələfə; 2) süfrə; 3) örtük, örtü; 4) mələfə, döşəkağı; 5) qətfə, böyük dəsmal.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"məfrəş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məfrəş nədir? #məfrəş sözünün mənası #məfrəş nə deməkdir? #məfrəş sözünün izahı #məfrəş sözünün yazılışı #məfrəş necə yazılır? #məfrəş sözünün düzgün yazılışı #məfrəş leksik mənası #məfrəş sözünün sinonimi #məfrəş sözünün yaxın mənalı sözlər #məfrəş sözünün əks mənası #məfrəş sözünün etimologiyası #məfrəş sözünün orfoqrafiyası #məfrəş rusca #məfrəş inglisça #məfrəş fransızca #məfrəş sözünün istifadəsi #sözlük