məftil sözü azərbaycan dilində

məftil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məftil • 93.1034%
  • Məftil • 6.5831%
  • MƏFTİL • 0.3135%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məftil
Məftil adətən nazik, uzun və əyiləbilən, en kəsiyi dairəvi olaraq hazırlanmış metal və ya süni materialdır. Digər en kəsik formaları dördbücaqlı,altıbucaqlı,və ya oval şəklində ola bilir. Uzun olduğundan məftillər dolağa yığılır və dəst şəklində saxlanır. Məftillərin hazırlanması üçün tətbiq olunan materiallar polad, mis, bürünc, alüminium, gümüş, qızıl və paslanmayan poladdır. Son vaxtlar kiçik miqdarda avtomobil və aviasiya sənayesində maqnezium məftillərdən də istfadə olunur. == Hazırlanması == Məftil hazırlama texnologiyası çəkmə üsuluna əsaslanr. Emal zamanı dartma-sıxma prosesində yonqar ayrımadığndan metalda baş verən deformasiya istiliyin ayrılması ilə müşqaiyət olunur. Proses zamani soyuq və isti çəkmə, yayma və elektrolit emalı fərqləndirilir. Məftilin çəkilməsində öncə ştamplama və ya yayama yolu ilə hazırlanmış pəstah çəkmə daşının deşiyindən keçirilir və çəkilir. Çəkmə zamanı pəstah material itkisi olmadan uzanır və nazilir.
Məftil modeli
Məftil modeli (eyni zamanda məftil qəfəs modeli də adlanır) — hissələrin 3D modellərini vizuallaşdırmaq və 3D qrafiklərin modelləşdirilməsinə xidmət edir. Məftil modelinə kompyüter qrafikasında həm də til modeli deyilir, çünki verilmiş modelin tilləri məftil və xətlər vasitəsilə əlaqələndirilir. Məftil modeli kompyüter qrafikasında tətbiq olunan köməkçi alət rolunu oynayır. O, hissə haqqında məlumatı transparent şəkildə təsvir edir və digər modellərə nisbətən çox az hesablama vaxtı tələb edir. Məftil model 3D təsvirin ən sadə formasıdır. Sərhəd xəttləri bu modeldə bir-biri ilə bir başa əlaqədə olmadığından hissənin məftil modelinin yanlış intrepretasiya oluna bilmək təhlükəsi vardır. Buna baxmayaraq məftil modelindən hissələrin cizgilərinin hazırlanmasında, hissənin fəzada vəziyyətinin təyini, transformasiyaların təsviri və proyeksiyalar üçün istifadə olunur. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Tikanlı məftil
Tikanlı məftil - Hər hansısa bir ərazinin sərhədlərini müəyyənləşdirmək üçün istifadə olunan vasitə. Tikanlı məftillər, iki mis dəmir parcasının bir-birinə burulması yolu ilə möhkəmləndirilir və əsasən hasarların üzərinə yerləşdirilir. Tikanlı məftillərdən həbsxana, getto və hərbi hissələrin sərhədlərinin müəyyənləşdirilməsi zamanı daha çox istifadə edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2004 •••••••••••••••••• 1.35
2005 •••••••••••••••••• 1.35
2006 •••••• 0.45
2008 •••• 0.24
2009 ••••••••••••• 0.96
2010 •••• 0.27
2011 ••••••••• 0.69
2012 •••••••• 0.60
2013 ••••••••••••••• 1.17
2014 ••••• 0.34
2015 ••• 0.17
2016 •••••••••••• 0.87
2017 ••••• 0.33
2018 •••• 0.30
2019 ••••••••••••• 0.97
2020 •• 0.13

məftil sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Nazik və ya qalın ip şəklində olan metal məmulat. Mis məftil. Polad məftil. Tikanlı məftil (üzərində tikanlar olan məftil). // Məftildən olan, məftildən düzəldilmiş. Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq vəzifəsi Fərhadın vzvoduna tapşırılmışdı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / məftil

məftil sözünün etimologiyası

məftil sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MƏFTİL, TEL ..O gülümsündü və qırıq məftilin telefon dəstəyini göstərdi. Biz kosmosda məhz bu cür telefonla qırıq telli telefonla, əlaqəsiz danışmağa cəhd edirdik (Anar); SİM Telefon simləri kəsilmişdi (M.S.Ordubadi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / məftil

məftil sözünün rus dilinə tərcüməsi

  • 1 проволока, провод

    Azərbaycanca-rusca lüğət / məftil
  • 2 I сущ. 1. проволока (металлическое изделие в виде гибкой нити или тонкого прута). Polad məftil стальная проволока, mis məftil медная проволока, teleqraf məftili телеграфная проволока, tikanli məftil колючая проволока 2. провод (металлический проводник, проволока, предназначенная для передачи и распределения электрической энергии, а также создания магнитных полей в электрических машинах). Telefon məftili телефонный провод, məftilin qırılması обрыв провода, məftillərin tutumu ёмкость проводов II прил. проволочный. Məftil kanallar проволочные каналы, məftil çəpər проволочное заграждение, məftil halqa проволочное кольцо

    Azərbaycanca-rusca lüğət / məftil

məftil sözünün inglis dilinə tərcüməsi

məftil sözünün fransız dilinə tərcüməsi

məftil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. сим; mis məftili цурун сим; tikanlı məftil цацар алай сим; // симиникай (симерикай) авур, симинин, симерин (мес. жугъун).

    Azərbaycanca-ləzgicə lüğəti / məftil

məftil sözünün türk dilinə tərcüməsi

"məftil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məftil nədir? #məftil sözünün mənası #məftil nə deməkdir? #məftil sözünün izahı #məftil sözünün yazılışı #məftil necə yazılır? #məftil sözünün düzgün yazılışı #məftil leksik mənası #məftil sözünün sinonimi #məftil sözünün yaxın mənalı sözlər #məftil sözünün əks mənası #məftil sözünün etimologiyası #məftil sözünün orfoqrafiyası #məftil rusca #məftil inglisça #məftil fransızca #məftil sözünün istifadəsi #sözlük