Məgər sözü azərbaycan dilində

Məgər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Məgər • 75.5370%
  • məgər • 24.2840%
  • mƏgər • 0.1193%
  • MƏGƏR • 0.0597%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.72 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 17.13
2003 ••••••••••• 8.66
2004 ••• 2.36
2005 •••••• 4.72
2006 •••• 3.38
2007 ••••••• 5.29
2008 ••••• 3.65
2009 •••••••••• 8.00
2010 •••••••••• 8.08
2011 ••••• 3.69
2012 ••••••• 5.77
2013 ••••••••••• 8.61
2014 ••••••••••••• 10.98
2015 ••••••••••••• 10.55
2016 •••••• 5.03
2017 •••• 2.60
2018 ••••• 3.45
2019 •••••• 4.31
2020 ••• 2.25

məgər sözünün leksik mənası və izahı

  • 1 [fars.] 1. əd. Sual məqamında işlənib, şübhə, inamsızlıq və ya təəccüb bildirir: olmaya, bəs, yoxsa (bəzən “ki” bağlayıcısı ilə işlədilir). Məgər sənin xəbərin yoxdur? Məgər o gəlməyəcək? – Məgər ki, aşiqin qəmin yeməzsən; Bu cövrü cəfadan sən inciməzsən. M.P.Vaqif. [Şərəfnisə xanım:] Uşağı yerə girsin. Dinc oturur məgər. M.F.Axundzadə. Ədalətlə deyin, mən; Yalan danışdım məgər? B.Vahabzadə. 2. bağl. Ancaq, fəqət. [Səfərəli:] …Bu iş heç kimin işi deyil, məgər ki, Rəhimin. N.Vəzirov. [Hacı Rüstəmin] həmişə şüarı bu idi: fürsəti fövr eyləməz aqil, məgər nadan ola. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / məgər

məgər sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MƏGƏR (sual, xatircəm olmama və şübhə bildirən ara söz) [Dürrə:] Anacan, məgər o, əvvəllərdə həbsdə olmuşdur? (S.Vəliyev); BƏYƏM (dan.) Göyərçin: ..bəyəm bunu bir böyük-kiçiyə ganaşmazlarmı? (S.Rəhimov); ƏCƏBA Bəhram: Əcəba, mən öz əmimin evində xidmətçiyəmmi? (C.Cabbarlı).

    Azərbaycan dilinin sinonimlər lüğəti / məgər

məgər sözünün rus dilinə tərcüməsi

  • 1 разве, неужели

    Azərbaycanca-rusca lüğət / məgər
  • 2 част. разве, неужели (употребляется в вопросительном предложении, выражающем сомнение в чём-л., недоверие к чему-л.). Məgər bu qəhrəmanlıqdır? Разве это героизм? Məgər mən gecikmişəm? Разве я опоздал? Məgər siz mənə inanmırsınız? Неужели вы мне не верите?

    Azərbaycanca-rusca lüğət / məgər

məgər sözünün inglis dilinə tərcüməsi

  • 1 əd. (sual və inkar-sual cümlələrində, adətən ingilis dilinə tərcümə olunmur) Məgər o onları görməyib? Has he / she not seen them? Məgər onları tanımırsınız? Don’t you know them? Məgər bu mümkündür? Do you think it is possible?

    Azərbaycanca-ingiliscə lüğət / məgər

məgər sözünün fransız dilinə tərcüməsi

məgər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] мегер (1. кӀус. -ни, -тӀа, жал, бес, тахьайтӀа манада (суалдин цӀарафра шаквал, инамсузвал ва я тажубвал къалурдай кӀус); меген, мегена (рах.); məgər onun xəbəri yoxdur? адаз хабар авачни мегер?; 2. союз. анжах).

    Azərbaycanca-ləzgicə lüğəti / məgər

məgər sözünün türk dilinə tərcüməsi

məgər sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. şayəd, bəlkə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"məgər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məgər nədir? #məgər sözünün mənası #məgər nə deməkdir? #məgər sözünün izahı #məgər sözünün yazılışı #məgər necə yazılır? #məgər sözünün düzgün yazılışı #məgər leksik mənası #məgər sözünün sinonimi #məgər sözünün yaxın mənalı sözlər #məgər sözünün əks mənası #məgər sözünün etimologiyası #məgər sözünün orfoqrafiyası #məgər rusca #məgər inglisça #məgər fransızca #məgər sözünün istifadəsi #sözlük