məhrum sözü azərbaycan dilində

məhrum

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məhrum • 99.8918%
  • Məhrum • 0.1037%
  • MƏHRUM • 0.0045%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azadlıqdan məhrumetmə
Azadlıqdan məhrumetmə və ya həbs — cinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi. == Azərbaycanda == Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər". == SSRİ-də == Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi.Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı. Bolqarıstan, Monqolustan, Şərqi Almaniya, Polşa və Çexoslovakiyada azadlıqdan məhrumetmənin maksimal həddi 15, qanunla nəzərdə tutulan bəzi hallarda isə 20 il idi.
Ömürlük azadlıqdan məhrumetmə
Ömürlük azadlıqdan məhrumetmə — cinayət törətməkdə ittiham olunan şəxsə verilən elə cəzadır ki, onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Bəzi dövlətlərdə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd, terrorizm, ciddi uşaq istismarı, zorlama, uşaqların cinsi istismarı, casusluq, vətənə xəyanət, narkotik ticarəti, insan alveri, dələduzluq, iqtisadi cinayətlərin ağır halları, eləcə də ağırlaşdırıcı hallarda şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda adam oğurlama, ev oğurluğu və ya oğurluq, dəniz quldurluğu, hava gəmisini qaçırma və müəyyən hallarda soyqırım, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər, müəyyən hallarda müharibə cinayətlərinə görə şəxs bu cəzanı ala bilər. Bəzi ölkələrdə ömürlük azadlıqdan məhrumetmə ölümlə nəticələnən nəqliyyat vasitələrinin təhlükəsizliyi əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq olunur. Ömürlük azadlıqdan məhrumetmə bütün dövlətlərdə mövcud deyil. 1884-cü ildə Portuqaliya ömürlük azadlıqdan məhrumetməni ləğv edən ilk dövlət olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 81.93 dəfə / 1 mln.
2002 •••••• 41.11
2003 ••••••• 48.42
2004 ••••••• 49.18
2005 •••••••••• 65.45
2006 •••••••••••• 82.66
2007 •••••••••• 68.08
2008 •••••• 40.68
2009 •••••••••• 66.39
2010 ••••••••• 60.55
2011 ••••••••• 63.74
2012 •••••••••• 67.63
2013 ••••••••••••••••• 123.12
2014 ••••••••••••• 93.87
2015 ••••••••••• 73.49
2016 •••••••••••••••••••• 144.91
2017 •••••••••••••••••••• 138.20
2018 ••••••••••••• 92.14
2019 ••••••••••••••• 102.93
2020 ••••••••••• 72.80

məhrum sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] Nəsibi, hissəsi, payı olmayan; nəsibsiz. İstedaddan məhrum bir adam. Bilikdən məhrum. – Ruhnəvaz gözəl deyil idi, nəşəli təbiətdən məhrumdu… Çəmənzəminli. □ Məhrum etmək (qılmaq) – binəsib etmək, birinin əlini boşa çıxarmaq, bir şeyi əlindən almaq. Qılma Ələsgəri məhrumididar; Tərəhhüm et mənə bir busə, ey yar! Aşıq Ələsgər. [Şeyx Sənan dərvişə:] Baba dərviş! Qılmayın lütfən; Bizi məhrum feyzisöhbətdən. H.Cavid. Məhrum olmaq – binəsib olmaq, əlindən çıxmaq, əli boş qalmaq, əli çıxmaq. [Dostəli:] …Hərgah ləziz taamdan məhrum olmaq istəmirsənsə, sən də tez ol, get, ondan xörək al, ye. Ü.Hacıbəyov. Qətibənin çöhrəsi öz arzu və əməlindən məhrum olan qızın çöhrəsinə bənzəyirdi. M.S.Ordubadi. // Xəbər şəkilçisi ilə: məhrumdur – yoxdur, malik deyil. Bu yerlər bitkidən məhrumdur. – [Firiduna] elə gəlirdi ki, qadın nəvazişi və məhəbbətilə isinməyən bir qəlb səadətdən məhrumdur. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / məhrum

məhrum sözünün etimologiyası

məhrum sözünün sinonimləri (yaxın mənalı sözlər)

məhrum sözünün rus dilinə tərcüməsi

  • 1 лишенный, обездоленный

    Azərbaycanca-rusca lüğət / məhrum
  • 2 прил. kimdən, nədən лишённый чего, не имеющий кого, чего, не обладающий чем. Atadan məhrum лишённый отца, torpaqdan məhrum лишённый земли, istedaddan məhrum лишённый таланта, azadlıqdan məhrum лишённый свободы, mükafatdan məhrum лишённый премии, azadlıqdan məhrumdur (он) лишён свободы, işləmək imkanından məhrumdur (он) лишён возможности работать; məhrum etmək kimi, nəyi kimdən,nədən: 1 лишать, лишить кого, что кого, чего. Uşağı anadan məhrum etmək лишить ребенка матери 2. обездоливать, обездолить кого чего; məhrum olmaq kimdən, nədən: 1. лишаться, лишиться кого, чего. Balideynlərindən məhrum olmaq лишиться родителей, bir loxma çörəkdən məhrum olmaq лишиться куска хлеба 2. обездоливаться, быть обездоленным, лишённым чего-л. жизненно необходимого

    Azərbaycanca-rusca lüğət / məhrum

məhrum sözünün inglis dilinə tərcüməsi

  • 1 s. (de)void (of), unfortunate; ~ etmək to deprive (d. of); kimi isə hüquqdan ~ etmək to deprive smb. of rights; vətəndaşlıq hüququndan ~ etmək to deprive of civil rights (d.); səsvermə hüququndan ~ etmək hüq. to disfranchise (d.); xüsusi əmlakdan ~ etmək to dispossess (d.); vərəsəlik hüququndan ~ etmək to disinherit (d.); hərbi rütbədən ~ etmək to reduce (d.); to the ranks; azadlıqdan ~ etmək to imprison (d.), to put* into prison (d.); özünü zövqdən ~ etmək to do* oneself out of pleasure; göz işığından ~ olmaq to lose* one’s sight; hissiyyatdan ~ olmaq to faint (away), şair.; to swoon nitqdən ~ olmaq to be* deprived of speech; özünü həyatdan ~ etmək to take* one’s life, to commit suicide; bir kəsi həyatdan ~ etmək to take / to deprive smb. of life; bir kəsi zövqdən ~ etmək to deprive smb. of pleasure

    Azərbaycanca-ingiliscə lüğət / məhrum

məhrum sözünün fransız dilinə tərcüməsi

məhrum sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. магьрум, пай авачир; несиб тушир, несибсуз; bilikdən məhrum билигдикай магьрум, чирвилерикай пай авачир; məhrum etmək (qılmaq) магьрум авун, гъиляй акъудун, гъил ичӀиз тун; məhrum olmaq магьрум хьун, гъиляй акъатун, гъил ичӀиз амукьун; məhrumdur магьрум я, авач.

    Azərbaycanca-ləzgicə lüğəti / məhrum

məhrum sözünün türk dilinə tərcüməsi

məhrum sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) əli hər şeydən çıxmış; 2) qovulmuş, uzaqlaşdırılmış; 3) övladsız, sonsuz; 4) bədbəxt, yazıq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"məhrum" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məhrum nədir? #məhrum sözünün mənası #məhrum nə deməkdir? #məhrum sözünün izahı #məhrum sözünün yazılışı #məhrum necə yazılır? #məhrum sözünün düzgün yazılışı #məhrum leksik mənası #məhrum sözünün sinonimi #məhrum sözünün yaxın mənalı sözlər #məhrum sözünün əks mənası #məhrum sözünün etimologiyası #məhrum sözünün orfoqrafiyası #məhrum rusca #məhrum inglisça #məhrum fransızca #məhrum sözünün istifadəsi #sözlük