məhəlləsi sözü azərbaycan dilində

məhəlləsi

Yazılış

  • məhəlləsi • 76.5988%
  • Məhəlləsi • 15.8430%
  • MƏHƏLLƏSİ • 7.5581%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəmirbulaq məhəlləsi
Dəmirbulaq məhəlləsi — İrəvannin qədim məhəllələrindən biri. == Haqqında == 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu. == 1831-ci ildə Dəmirbulaq məhəlləsi == İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir: 1. Şəhər hissəsi 2. Təpəbaşı hissəsi 3. Dəmirbulaq hissəsi Təpəbaşı hissəsinə aid olanlar: Əhalisi: “İrəvan şəhərinin əhalisi aşağıdakı kimidir: Azərbaycanlılar: Dəmirbulaq hissəsi - 411 ailə, 789 kişi, 806 qadın, cəmi 1.595 nəfər. İrandan köçürülən ermənilər: Dəmirbulaq hissəsi - 48 ailə, 118 kişi, 112 qadın, cəmi 230 nəfər. Dəmirbulaq hissəsindəki bütün əhali - 459 ailə, 907 kişi, 918 qadın, cəmi 1.825 nəfər; Dəmirbulaq hissəsi müharibədən daha artıq ziyan çəkib. İrəvan şəhərinin imtiyazlı əhalisi: Dəmirbulaq hissəsi - Azərbaycan türkləri: 14 bəy ailəsi, 46 kişi, 46 qadın, cəmi 92 nəfər 1 mirzə ailəsi, 1 kişi, 1 qadın, cəmi 2 nəfər 7 molla ailəsi, 13 kişi, 16 qadın, cəmi 29 nəfər 11 seyid ailəsi, 22 kişi, 19 qadın, cəmi 41 nəfər 3 dərviş ailəsi, 6 kişi, 4 qadın, cəmi 10 nəfər Ermənilərdə: 3 məlik ailləsi.
Dəmirçilər məhəlləsi
Dəmirçilər məhəlləsi — Şuşanın yuxarı 8 məhəllələrindən biri. Hər məhəllədə hamam, məscid və bulaq olduğu kimi Dəmirçilər məhəlləsinin də hamamı, məscidi, bulağı var idi. == Yaranma tarixi == Pənahəli xanın oğlu İbrahimxəlil xan tərəfindən Şuşanın şərq hissəsində Aşağı məhəllədən fərqli olaraq nisbətən dağlıq və sıx meşəli ərazidə 8 məhəllədən ibarət ikinci böyük Yuxarı məhəllənin təşkil olunması 1759–1805-ci illəri əhatə etməklə II dövrü təşkil edir. == Haqqında == Məhəllə öz adını orada yaşayan eyniadlı türk tayfasının adından götürmüşdür. Bəzən isə məhəllənin dəmirçiliklə məşğul olan sənətkarların burada yaşadığına görə belə adlandırıldığı deyilir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Dəmirçilər məhəlləsində eyniadlı türk tayfasından olan dəmirçilər yaşayırdılar. Dəmirçilər "Şeytanbazar" ətrafında yaşayıb işləyirdilər. == Toponomikası == Məhəllə dəmirçi peşə sahiblərinin, sənətkarlarının çoxluq təşkil etməsi baxımından, nəsillikcə dəmirçi peşəsinə məxsus, eyni adlı türk tayfasının nümayəndələrindən ibarət sənətkarların cəm olduğu məhəllə olduğundan adlandırılmışdır.
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi — Təbriz şəhərinin böyük məhəllələrindən biri. == Tarixi == Bəzi qaynaqlarda bu məhəllənin adı farsca Şütürban yazılır.
Erməni məhəlləsi
Erməni məhəlləsi (ərəb. حارة الأرمن‎; ivr. ‏הַרֹבַע הַאַרְמֶנִי‎‏‎) — Yerusəlimdə (Qüds) olan köhnə şəhərin dörd məhəlləsindən biri. == Tarixi == === Zəmin === Tarixçilərə görə, ermənilər IV əsrdə xristianlığı qəbul etdikdən sonra Yerusəlim şəhərinə gəlmiş və orada erməni məhəlləsi qurmuşdur. Erməni məhəlləsi şəhər ilə birlikdə müxtəlif dövrlərdə Bizans, Xilafət, Osmanlı, Britaniya və başqa imperiyaların hakimiyyəti altında qalmışdır. Buna baxmayaraq, 1948-ci ildə baş tutan Ərəb-İsrail müharibəsi nəticəsində şəhər 2 hissəyə bölünmüşdür. Erməni məhəlləsinin də yerləşdiyi Şərqi Yerusəlim nəticədə İordaniyanın nəzarətinə keçmişdir. 1967-ci ildə baş tutmuş Altı günlük müharibə nəticəsində İsrail qüvvələri Şərqi Yerusəlimi ələ keçirmişdir. Ermənilərin böyük əksəriyyəti İsrail vətəndaşlığını qəbul etsə də, ərəb ökələrinə səyahət şanslarını itirməmək üçün hələ də İordaniya pasportlarını saxlamaqla erməni məhəlləsində yaşayırlar. === İndiki dövrdə === Erməni məhəlləsi ağlama divarına gedən əsas yollardan biri üzərində yerləşir.
Gəncəli məhəlləsi
Gəncəli məhəlləsi — Şəkinin qədim məhəllələrindən biri. == Haqqında == Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir. Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar. Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.
Hamamqabağı məhəlləsi
Hamamqabağı məhəlləsi — Şuşanın 18-ci əsrin sonları, 19-cu əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Əbdül Səməd Bəyə məxsus ilk hamamlardan biri burada yerləşdiyindən, məhəllə belə adlandırılmışdır. == Xarici keçidlər == "Şuşanın 17 məhəlləsinin hekayəsi". aqreqator.az. İstifadə tarixi: 28 apr 2022. "Şuşanın 17 məhəlləsi". www.gununsesi.info. İstifadə tarixi: 28 apr 2022.
Kilsəkənd məhəlləsi
Kilsəkənd məhəlləsi - Gəncənin qədim məhəllərindən biri. Məhəllənin adı Müqəddəs İohann kilsəsi (Gəncə) kilsəsin burda yerləşməsi ilə əlaqədar belə adlnmışdır. Gəncəçayının sağ sahilində(II hissə) yerəşir. Məhəllənin başqa adıda Dik küçədir. Sovet dövründə bu məhəlləyə Qırmızı körpü deyirdilər. Şah Abbasın tikdirdiyi qədim bir körpünün yerində. Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpüdür. 1843-cü ildə inşa edilib. Layihəsini də çar ordusunun hərbi mühəndisi, poruçik A.Q.Çarnetski hazırlayıb. Körpü şəhərin iki məhəlləsini birləşdirib.
Köçərli məhəlləsi
Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim yuxarı 8 məhəlləsindən biri. == Haqqında == Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə Körpü və Meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü" deyilirdi. XX əsrin 40-cı illərində körpü söküldü və meydan bir qədər genişləndirildi. məhəllənin yaşayış binaları biri-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-ya qədər iki mərtəbəli yaşayış binası var idi. Qalan binalar isə bir mərtəbəli idi. XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də "Köçərli" adlandırılıb.
Latın məhəlləsi
Latın məhəlləsi ya Latın kvartalı (fr. Quartier latin) — Parisin V və VI dairələrini əhatə edən, Sena çayının sol sahilində Sorbonna universitetinin əhatəsini təşkil edən ənənəvi tələbə məhəlləsi. Məhəllə kiçik dalan və küçələrə, bistro kafe və restoranlarla zəngindir. Cakomo Puççininin Bohema operasının II pərdəsindəki hadisələr məhz bu Latın məhəlləsində cərəyan edir.
Malakanlar məhəlləsi
Malakanlar məhəlləsi — XIX əsrdə Xan bağının boş qalmış ərazisində Gəncəyə köçürülən malakanların saldıqları məhəllə.Xalq arasında bura həm də "Malaqannar", "Kələmlik" kimi də adlanır. == Tarixi == Gəncə xanlığının dövründə Xan bağının ətrafında çay daşından və gil palçıqdan hündür hasar çəkilmişdi. 1803-cü ilin dekabrında Sisianovun qoşunları ilə gəncəlilər arasında Quru qobu döyüşündən sonra ikinci şiddətli toqquşma məhz Xan bağında olmuşdur. Həmin toqquşma zamanı 200 şəmşəddilli, 300 erməni iki saat keçməmiş düşmənə təslim olmuş, 250 nəfər müdafiəçi həlak olduqdan sonra podpolkovnik Simonoviçin dəstəsi bağı tutmuşdur. Hasarların əhatəsində müxtəlif ağacların yaşıllıqların içərisində xanın imarəti, Xan xəlvətxanası və heyvanxana var idi. Sonradan bu yerlər dağıdılmış və ərazi boş qalmışdır. XIX əsrin 30-cu illərində Gəncəyə köçürülən sektantlar-malakanlar Xan bağının boş qalmış ərazisində yerləşdirilmiş, bundan sonra həmin ərazilər xalq arasında "Malaqannar", "Kələmlik" kimi çağırılmağa başlamışdır.
Mamayı məhəlləsi
Mamayı məhəlləsi - Şuşanın XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Məhəllə şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, Mamayı bulağı, kiçik meydan və hamam olmuşdur. Məhəllə Mamay bəyin adı ilə bağlıdır. Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamaqabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr biri-birini tamamlayır. Mamayı məhəlləsinin kiçik düzbucaqlı sahəsi qonşu küçənin şimal tərəfindəki kurdener tərəfindən formalaşaraq, bulağın yerləşdiyi qovşağın bir az yuxarısında yerləşir. Meydanın içəri tərəflərində əsas fasadı meydana baxan və cənuba istiqamətlənmiş məhəllə məscid var. Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları,çarhovuzlar,çeşmələr, kəhrizlər çoxluq təşkil edir.
Merdinli məhəlləsi
Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.
Mollacəlilli məhəlləsi
Mollacəlilli məhəlləsi — Mollacəlilli məhəlləsi əvvəllər Gəncənin yuxarı hisəsində mövcud olmuşdur.Gəncənin yuxarı hissəsində əsasən Ermənilər yaşayırdı ancaq burda üç müsəlman məhəlləsi olub bunlar. Mollacəlilli, Çaylı və Hacıməlikliydi. Sonradan Məhəllə 1905 də indiki yerinə köçmüşdür. Gəncənin salınmış ən son həhəllələrindəndir. 1905 Ermənilərin qırğını nəticəsindən Köçüb gəlmışlər. Məhəllədə Mollacəlilli məscidi hələdə qalır. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı.
Müsəlman məhəlləsi
Müsəlman məhəlləsi (ərəb. حارة المسلمين‎‎‎; ivr. ‏הרובע המוסלמי‎‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.
Məcidli məhəlləsi
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Mərdinli məhəlləsi
Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.
Ozan məhəlləsi
Ozan məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Gəncə şəhəri müxtəlif səbəblərdən dəfələrlə yenidən qurulub şəhər öz yerini dəyişib. Ozan məhəlləsi son olaraq yeni Gəncənin iç qala hissəsinin cənubunda yerləşib. Ozan məhəlləsi böyüklüyünə və qədimliyinə görə Gəncənin digər məhəllələrindən fərqlənir. Məhəllə şərti iki hissədən ibarətdir. Birinci hissə adi Ozan, ikinci hissə isə Dal Ozan kimi tanınır. Birinci hissə şimaldan Qaramanlı, cənubdan Böyük malakan, İtti küçə, qərbdən Şahsevənlər, şərqdən isə Dal Ozan və Bala Bağban məhəllələri ilə əhatələnib. Məhəllənin ikinci hissəsi olan Dal Ozan isə şimaldan Sofulu, şərqdən Zərrabi, cənubdan Bala Bağban, qərbdən isə Ozan və Səbzavat məhəllələri ilə dövrələnib. Tarixi mənbələr XIII-XIV yüzillikdə xalq sənətkarlarının yaşadığı yerlərə “Ovzan” deməsi haqda məlumatlar var. XVI-XVII yüzillikdə şəhərin indiki yerə köçməsi zamanı köhnə Gəncədə yaşayan “Ovzanlar” çox gümanki, yeni yerdə də öz qonşuluq, qohumluq əlaqələrini saxlamaq məqsədilə bir yerdə məskunlaşmışlar.
Qala məhəlləsi
Qala məhəlləsi (Naxçıvan) — Azərbaycanın Naxçıvanda məhəllə
Qaraağac məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Qarahindilər məhəlləsi
Qarahindilər məhəlləsi — Babər rayonunun Cəhri kəndində məhəllə İndiyədək tədqiqata cəlb olunmamış bur urbanonim, ehtimala görə, qədim türk Hun imperiyasının adı ilə bağlıdır. Çox güman ki, qara və hun sözlərindən ibarətdir. Qara sözü qədim türk anlamında böyük, qüvvətli, qüdrətli mənalarında Hun imperiyasının böyüklüyünə işarə kimi dərk oluna bilər. Onu ayama, nişan, rəmz mənasında da açıqlamaq olar (məsələn, "qara hun" şəklində). Ehtimal ki, Qarahindilər ifadəsi "qarahindular" sözünün fonetik dəyişikliyə uğramış formasıdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 256.
Qazançalı məhəlləsi
Qazançalı məhəlləsi — Şuşa şəhərinin dağlıq ərazisində, 1805-ci ildən başlayaraq XIX əsr ərzində salınması davam etmiş ən iri məhəllələrindən biri. Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721-1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində Qarabağ xanlığı daha da güclənmiş və inkişaf etmişdir. Pənahəli xan və İbrahimxəlil xan Qarabağın paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə inkişaf etdirmişdilər. Şuşa şəhəri: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər,Quyuluq, Xoca Mərcanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çöl Qala, Hacı Yusifli, Çuxur məhəllə, Ağadədəli kimi on yeddi əsas məhəllədən ibarət idi. Bu məhəllələr son dövrlərə qədər qalmışlır. Hər məhəllədə hamam, məscid və bulaq vardı. Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı.
Qazaxlar məhəlləsi
Qazaxlar məhəlləsi — Gəncənin XVIII əsrdə salınmış məhəllələrinindən biri. Məhəllədə XIX əsrdə tikilmiş Qazaxlar məscidi yerləşir. Qazaxlar məhəlləsi şimaldan Tapqışlaq, Şərəfxanlı, Şabanlı məhəllələri, şərqdən Xan bağı, cənubdan İtdilər, Qırıxlı, qərbdən isə Qızılhacılı məhəllələri ilə əhatələnib. Məhəllə, Hajı Balacalar, Kəblə Tağılar, Kəblə Ələsgər uşağı, Hajı Tağılar bəyliklərinən ibarətdir. XVIII əsrdə Qazax və Borçalının Kaxetiyaya verilməsindən sonra bir çox tayfa və tirələr Gəncə və Qarabağ vilayətlərinə köç etdilər. Lazarevin general-leytenant Knorrinqə 19 iyun 1801-ci il tarixli raportundan göründüyü kimi keçmiş Borçalı, Qazax, Şəmşəddil sultanlıqları Kaxetiya ilə birlikdə Rusiyanın tərkibinə daxil edildikdən sonra bu ərazilərdə yaşayan ailələrin Gəncəyə axını daha da güclənmişdi. Cavad xan belə köçmələrə rəğbətlə yanaşmış, hətta köçənlərə yardım göstərmişdir. Bu faktlara əsasən Qazaxlar məhəlləsi XVIII əsrin ortalarında formalaşmış, XIX əsrin əvvəllərində isə xeyli böyümüşdür. 1886-cı ildə burada məhəllə sakinləri tərəfindən Qazaxlar məscidi tikilmişdir.
Qoyqəşəm məhəlləsi
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Qoçaltı məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Qurdlar məhəlləsi
Qurdlar məhəlləsi (Naxçıvan)
Dəmirçilər məhəlləsi (Gəncə)
Dəmirçilər məhəlləsi — Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllə. == Haqqında == Dəmirçilər məhəlləsi Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllədir. Bu məhəllə bəhs olunan mərhələdə Gəncənin əsas sənətkar məhəllələrindən olmuşdur. Şimaldan Sofulu, şərqdən İmamlı, cənubdan Şah Abbas meydanı (Dəmirçi bazarı, Sərrac bazarı, Dəmirçi karvansarası və Çökək hamam xətti ilə), qərbdən yenə də Sofulu məhəlləsi ilə hüdudlanırdı. Məhəllənin adı Şahsevənlərin altı böyük tayfalarından biri olan Dəmirçilərlə əlaqədardır. XIII əsrin tarixçisi Şəhabəddin Nəsəvi dəmirçilərin Çingiz xan nəslindən olduğunu, XIX əsrdə yaşamış M. M. Xəzani isə onların Azərbaycana XVIII əsrdə Pənahəli xan Cavanşirin dövründə gəldiyini yazırlar. Gəncədən başqa "dəmirçilər" toponiminə Qazax, Qubadlı və Tərtər rayonlarında kənd, Şuşa şəhərində məhəllə adı kimi rast gəlirik. Məhəllədə yerləşən Dəmirçi bazarında çilingərlər, bıçaqçılar, zirehgərlər, fəttahlar, nalbəndlərin ticarət cərgələri uzanıb gedirdi.
Hacı Yusifli məhəlləsi
Hacı Yusifli məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Məhəllə öz adını məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürüb. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.
Meydan məhəlləsi (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Parisin "Vensen qapısı" məhəlləsində terrakt
Vensen Qapıları qarşısında terror aktı — silahlı terrorçunun koşer ərzaq məhsulları dükanina 9 yanvar 2015-ci il tarixində Paris şəhərində hücümu. Terror aktı zamanı 5 nəfər həlak olub (terrorçunun ölümünü nəzərə almaqla). Hücum Paris şəhərində «Charlie Hebdo» jurnal redaksiyasında baş vermiş terror aktlndan 2 gün sonra baş verib. 9 yanvar saat 13:00 radələrində «Charlie Hebdo» jurnal redaksiyasında baş vermiş terror aktın səbəkarları olan Kuaşı qardaşlarının cinayət yoldaşı olan 32 yaşlı Amedi Kulibali , AKC74Y silahı ilə Paris şəhərində, Vensen qapıları ətrafında yerləşən "Hypercacher" koşer ərzaqları məhsulları mağazasını girov götürüb. Terror aktı zamanı Kulibali 4 nəfəri öldürərək 15 nəfəri girov saxlayıb. Terrorçu Kaşai qardaşlarının qizləndiyi binanın Fransa Polisi tərəfindən ələ götürülməsi təqdirdə, girova götürülən şəxslərinin öldürəcəyini bildirib. Hadisə yeri dərxal fransa polisi tərəfindən əhatəyə alınıb. Kulibalinin mağaya girdiyi anda mağazanın 24-yaşlı müsülman işçisi Lassana Batxili mağazanın 6 müştərisini mağazanın 0-cı mərtəbəsində yerləşən söndürülmüş soyuducu ambarda qizlədib. Sonradan yük lifti vasitəsi ilə qaça bilib, lakin çölə çıxdığı zaman anlaşılmasızlık nəticəsində Fransa Polisi tərəfindən terorrist kimi saxlanılıb. Hadisə Şahidlərin bildirdiyinə görə, Kulibali ansimetik şuarlar qışqıraraq, girov saxlanları milliyətləri barədə sual verib və "yahudi" cavabı verən girov saxlananları öldürüb.
Qala məhəlləsi (İrəvan)
Qala məhəlləsi — İrəvannin qədim məhəllələrindən biri. Qala məhəlləsində Sərdar sarayı, və iki Məscid var idi. Qala məscidi və Rəcəb Paşa məscidi. Sərdar sarayının şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir.

"məhəlləsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məhəlləsi nədir? #məhəlləsi sözünün mənası #məhəlləsi nə deməkdir? #məhəlləsi sözünün izahı #məhəlləsi sözünün yazılışı #məhəlləsi necə yazılır? #məhəlləsi sözünün düzgün yazılışı #məhəlləsi leksik mənası #məhəlləsi sözünün sinonimi #məhəlləsi sözünün yaxın mənalı sözlər #məhəlləsi sözünün əks mənası #məhəlləsi sözünün etimologiyası #məhəlləsi sözünün orfoqrafiyası #məhəlləsi rusca #məhəlləsi inglisça #məhəlləsi fransızca #məhəlləsi sözünün istifadəsi #sözlük