Məhəmmədhəsən sözü azərbaycan dilində

Məhəmmədhəsən

Yazılış

  • Məhəmmədhəsən • 95.5556%
  • MƏHƏMMƏDHƏSƏN • 2.2222%
  • MəhəmmədHəsən • 2.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmmədhəsən
Məhəmmədhəsən — kişi adı. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı — Məhəmmədhəsən bəy Atamalıbəyov — aktyor, pedaqoq. Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir — İbrahimxəlil xanın vəliəhdi, general-mayor. Məhəmmədhəsən Avşar — İran rəssamı. Mirzə Məhəmmədhəsən Fələkzadə Şirvani — Mirzə Məhəmmədhəsən (xanəndə) — Azərbaycan xanəndəsi.
Mirzə Məhəmmədhəsən
Mirzə Məhəmmədhəsən xan Həkiməddövlə
Məhəmmədhəsən Atamalıbəyov
Atamalıbəyov Məhəmmədhəsən Qəzənfər oğlu (1890-1943) — aktyor, pedaqoq. == Həyatı == Məhəmmədhəsən Atamalıbəyov 1913-cü ildə Xarkov universitetinin tarix-filologiya fakültəsini bitirmişdir. İnqilabdan əvvəl və sonra maarif sahəsində fəaliyyətini davam etdirmişdir. Xalqın maariflənməsini məktəblə bərabər, həm də teatrda görən M.Atamalıbəyov müxtəlif təhsil ocaqlarında tədris işləri ilə məşğul olsa da, ömrünün axırına kimi səhnədən ayrılmamışdır. Şamaxı, Cəlilabad, Göyçay və Bakıda xalq maarifi və türk teatrlarının inkişafı sahəsində fəaliyyət göstərmişdir. Şamaxıda yerli ziyalıların iştirakı ilə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" və "Arşın mal alan" tamaşalarını səhnəyə qoymuşdur. 1921-ci ildən ADT-nın aktyoru olmuş, Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili komediyalarında Əsgər, Süleyman və İntelligent Həsən rollarında çıxış etmişdir.
Məhəmmədhəsən Avşar
Məhəmmədhəsən Avşar — (1835, Urmiya – 1865, Tehran) — İran rəssamı. == Həyatı == Məhəmmədhəsən 1835-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rəssamlıqla məşğul olmuşdu. Əsasən portret janrında işləyirdi. Qacar şahlarından Məhəmməd şahın, Nasirəddin şahın, dövlət xadimlərindən Mirzə Tağı xan Əmir Kəbirin portretlərini çəkmişdi. Nəqqaşbaşı ləqəbi almışdı. Onun albomları dünyanın müxtəlif muzeylərində saxlanılır. 1865-ci ildə vəfat edib.
Məhəmmədhəsən Qafarov
Məmmədhəsən Şixəli oğlu Qafarov (10 dekabr 1932, Kəsəmən, Basarkeçər rayonu – 3 iyun 1998, Bakı) — biologiya elmləri doktoru, professor. == Həyatı == Məmmədhəsən Qafarov 10 dekabr 1932-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsinə daxil olmuş və 1956-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1960-cı ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsinin aspiranturasına qəbul olunmuş, 1963-cü ildə aspiranturanı bitirmişdir. Prof. Qafarov Lomonosov adına Moskva Dövlət Universitetinin biokimya kafedrasında “Amin turşularının kağız üzərində xromotoqrafiyası” üsulunu, Ümumittifaq Fiziologiya İnstitutunda “Yüksəkmolekullu yağ turşularının qaz-maye xromotoqrafiyası” üsulunu mənimsəmiş, daha sonra bu üsulları Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun fiziologiya şöbəsində tətbiq etmiş, elm və islahat üçün vacib nəticələr almışdır. Prof. Qafarov 1964-cü ildə İrəvan Dövlət Universitetinin Biologiya fakultəsində “Camış və qırmızı malların mədə önlüklərində karbomidin zülallara çevrilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi adına layiq görülmüşdür. Namizədlik dissertasiyasında əldə etdiyi nəticələri istehsalatda tətbiq etmişdir. O, Abşeron, Qusar və Şəki rayonlarındakı təsərrüfatlarda mal-qaranın yemləndirilməsində tətbiq etdiyi yem əlavələrinin hesabına ət və süd məhsuldarlığının artırılmasına nail olmuş və yüksək iqtisadi səmərə əldə etmişdir.
Məhəmmədhəsən xan
Məhəmmədhəsən xan Sərdar İrəvani — Məhəmməd xan Qacar Ziyadlının oğlu və Nasirəddin şah Qacar dövründə Yəzd və Kirmanın hakimi. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar — Gəncə xanı Məhəmmədhəsən аğа Şahverdi xan oğlu Məhəmmədhəsən xan Müqəddəm — İranda çap işinin yaradıcılarından biri Məhəmməd Həsən xan Qacar — Astrabad hakimi Məhəmmədhəsən хаn Fətəli хаn оğlu Mirzə Məhəmmədhəsən xan Həkiməddövlə — Həkim. Mirzə Məhəmmədhəsən xan Mirzə Zeynalabdin xan oğlu Mirzə Məhəmmədhəsən xan Həmədani — Məşrutə hərəkatının üzvü, jurnalist, şair.
Mirzə Məhəmmədhəsən (xanəndə)
Mirzə Məhəmmədhəsən (1831-1907) - Azərbaycan xanəndəsi. == Həyatı == Mirzə Məhəmmədhəsən 1831-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Xanəndəliyi musiqişünas, mesenat Mahmud ağadan öyrənmişdi.
Mirzə Məhəmmədhəsən Şirazi
Mirzə Məhəmmədhəsən Hüseyni Şirazi (1814-1896)—İslam alimi. == Həyatı == "Mirza Şirazi" adı ilə daha çox tanınmış Məhəmmədhəsən Hüseyni hicri-qəməri 1230-cu il, cəmadiül-əvvəl ayının 15-ində dünyaya göz açdı. Mirza Məhəmmədhəsən körpə ikən atası Mirza Mahmud vəfat etdi. Məhəmmədhəsənın tərbiyəsini dayısı Hüseyn Musəvi öz öhdəsinə götürdü. Məhəmmədhəsən dörd yaşında məktəbə qədəm qoydu. İki il müqəddimə dərsləri oxuduqdan sonra elmi hövzəyə daxil oldu. Onun istedadı müəllimləri valeh etmişdi. Səkkiz yaşlı Məhəmmədhəsən təcrübəli natiqlər kimi xalq qarşısında çıxış edirdi. Şiraz hakimi Mirzaya dövlətdə vəzifə təklif etdi. Başqa bir tərəfdən isə ustadı Şeyx Məhəmməd Təqi təhsilini davam etdirmək üçün ona İsfahana mühacirəti məsləhət gördü.
Məhəmmədhəsən ağa sarayı
Məhəmmədhəsən ağa sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən tarixi saraydır. Saray, Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmışdır. Saray, İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa və ailə üzvlərinə məxsus olmuşdur. 1796-cı ildə Şuşanı ələ keçirən Ağa Məhəmməd şah Qacar Məhəmməd Həsən ağa sarayında yaşamağa başlamış və 1797-ci ildə bu sarayda nökər Səfər Əli tərəfindən qətlə yetirilmişdir. == Tarixi == Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır. Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.N. Dubrovinin məlumatına görə, qalanın cənub-şərq tərəfindənki sıldırım qayanın üstündə "İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən ağanın kvadrat formalı sarayı" yerləşirdi. 1796–1797-ci illərdə Şuşa qalasının işğalı zamanı Ağa Məhəmməd xan Qacar və əyanları bu sarayda məskunlaşmışdı.Şuşa şəhərinin XIX əsrdə tərtib edilmiş planınlarında, o cümlədən 1837-ci ilə aid baş planda N. Dubrovinin göstərdiyi yerdə böyük ölçülərə malik kvadrat formalı bina göstərilmişdir.
Məhəmmədhəsən bəy Atamalıbəyov
Atamalıbəyov Məhəmmədhəsən Qəzənfər oğlu (1890-1943) — aktyor, pedaqoq. == Həyatı == Məhəmmədhəsən Atamalıbəyov 1913-cü ildə Xarkov universitetinin tarix-filologiya fakültəsini bitirmişdir. İnqilabdan əvvəl və sonra maarif sahəsində fəaliyyətini davam etdirmişdir. Xalqın maariflənməsini məktəblə bərabər, həm də teatrda görən M.Atamalıbəyov müxtəlif təhsil ocaqlarında tədris işləri ilə məşğul olsa da, ömrünün axırına kimi səhnədən ayrılmamışdır. Şamaxı, Cəlilabad, Göyçay və Bakıda xalq maarifi və türk teatrlarının inkişafı sahəsində fəaliyyət göstərmişdir. Şamaxıda yerli ziyalıların iştirakı ilə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" və "Arşın mal alan" tamaşalarını səhnəyə qoymuşdur. 1921-ci ildən ADT-nın aktyoru olmuş, Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili komediyalarında Əsgər, Süleyman və İntelligent Həsən rollarında çıxış etmişdir.
Məhəmmədhəsən xan Etimadussəltənə
Məhəmmədhəsən xan Müqəddəm (1843, Marağa, Şərqi Azərbaycan ostanı – 1896, Tehran)-İranda çap işinin yaradıcılarından biri, tərcüməçi == Həyatı == Məhəmmədhəsən xan Hacı Əli xan oğlu 1843-cü ildə Marağa şəhərində andan olmuşdu. Tehran Darülfünunu bitirmişdi. O, Iran dövlətinin böyük şəxsiyyətlərindən biri idi. Cənubi Azərbaycanda və Iranda еlmi dərnəklərin təşkilində, rəsmi qəzеtlərin yaradılmasında, yayılmasında, maraqlı əsərlərin tərcüməsində, yеni əsərlərin yazılmasında onun böyük xidməti vardı. Iyirmi bеş il ərzində mətbuat və maarifin ağırlığı Məhəmmədhəsən xanın çiyninə düşmüşdü. Məhəmmədhəsən xan Müqəddəm 1869-cu ildə Səniüddövlə ləqəbini almış, dövlət nəşiriyyat idarəsinə, еləcə də saray tərcümə idarəsinə başçılıq еtmişdi. 1871-ci ildə dövlət, milli və еlmi qəzеtlərin nəşri ona tapşırılmışdı. Məhəhəmmədhəsən xan sonralar Еtimadüssəltənə ləqəbini daşıyırdı. XIX yüzilin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başladı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı.
Məhəmmədhəsən xan Müqəddəm

Məhəmmədhəsən xan Qacar
Məhəmmədhəsən xan Fətəli xan oğlu Qovanlı-Qacar (1722, Qorqan – 1759) — Astrabad hakimi. == Həyatı == Məhəmmədhəsən xan Fətəli xan oğlu (bəzən onu ölmüş qardaşının şərəfinə Məhəmməd Hüseyn də adlandırırdılar) 1714-cü ildə Astrabad yörəsində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ölümündən sonra Qovanlı oymağına başçılıq etmişdi. 1746-cı ildə Türkmanlarla birləşib, iki min Qacarın başında Nadir şaha qarşı qiyam qaldırmışdı. Ona ən çox kömək edən dayısı Bəgəncəli bəy Yomut idi. Məhəmməd Həsən xan Astrabadın valisi Məhəmmədzaman bəyi qovub çıxarmışdı. Nadir şah onun qiyamını yatırmış, Məhəmməd Həsən xan yenidən yomutların yanına qaçmışdı. Məhəmməd Həsən xan Nadir şahın ölümündən sonra Astrabadı, Gilanı, Mazandaranı almışdı. Azad xan Əfqanı məğlub etmişdi.
Gəllər-i Məhəmmədhəsən (Meşkinşəhr)
Gəllər-i Məhəmmədhəsən (fars. گللرمحمدحسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 320 nəfər yaşayır (70 ailə).
Mirzə Məhəmmədhəsən Fələkzadə Şirvani
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani (1851-1917) — Azərbaycan xanəndəsi. Şirvanın tanınmış el sənətkarlarından biri olan tanınmış xanəndə Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə XIX əsrin ortalarında Şamaxıda dünyaya gəlmiş, yaşayıb-yaratmışdır. Mirzə Məhəmmədhəsən şamaxılı mesenat Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərində püxtələşmiş, dövrünün məşhur xanəndələrindən biri kimi tanınmışdı. Şamaxı torpağının yetirməsi olan bu məşhur xanəndənin 1916-cı ildə "Nalə" adlı şeirlər kitabı nəşr olunmuşdur. Mirzə Məhəmmədhəsən "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifi olmuşdur. "Hümayun", "Şur", "Şüştər" və "Rast" muğamlarını, xüsusilə "Mənsuriyyə" zərbi-muğamını el şənliklərində, məclislərində böyük ustalıqla oxuyan xanəndənin ifa tərzinin öz yeri, öz gözəlliyi var idi.
Mirzə Məhəmmədhəsən xan Həkiməddövlə
Mirzə Məhəmmədhüseyn xan Mirzə Zeynalabdin xan oğlu Həkiməddövlə (1884-1957) — Həkim, İranın səhiyyə naziri. == Həyatı == Mirzə Məhəmmədhəsən xan Mirzə Zeynalabdin xan oğlu 1884-cü ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini Loğmanəddövlə ləqəbli məşhur həkim olan atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Universitetin tibb fakültəsini bitirmişdi. 1809-cu ildə universiteti bitirərək tibb aləminə atılmışdı. Sultan Əhməd şah Qacardan Həkiməddövlə ləqəbini almışdı. Mirzə Məhəmmədhəsən xan Həkiməddövlə 1910-cu ildə hərbi həkim kimi xidmət etməyə başlamışdı. O, bütün İran ordusunun tibb xidmətinə başçılıq edirdi. 1912-ci ildə şahın xüsusi həkimi olmuşdu.
Mirzə Məhəmmədhəsən xan Həmədani
Mirzə Məhəmmədhəsən xan Mirzə İsmayıl oğlu Həmədani (1877-1937) — Məşrutə hərəkatının üzvü, jurnalist, şair. == Həyatı == Mirzə Məhəmmədhəsən xan 1877-ci ildə Həmədan şəhərində anadan olmuşdu. Atası Mirzə İsmayıl Müstəşardır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Fəridəddövlə ləqəbini daşıyırdı. Mirzə Məhəmmədhəsən xan Həmədani 1907-ci ildən Məşrutə hərəkatın qatılmışdı. Mirzə Məhəmmədhəsən xan Həmədani şair idi. Gülgün təxəllüsü ilə ruhsar şeirlər yazırdı. Mirzə Məhəmmədhəsən xan Həmədani jurnalist idi.
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) — İbrahimxəlil xanın vəliəhdi, general-mayor. == Həyatı == Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Anası Cəbrayıllı Nəbi ağanın qızı Xanımnənə xanımdır. O, mükəmməl saray təhsili almışdı. Atası onu özünə vəliəhd təyin etmişdi. Məhəmmədhəsən ağa zəki və zabitəli bir xanzadə idi. Bəylər də, rəiyyətlər də onun xətrini çox istəyirdilər. Molla Pənah Vaqif yazır: 1797-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd şahın qorxusundan Cara çəkilmişdi. Şahın ölüm xəbərini eşidəndə sevincək Şuşaya qayıtmaq istəyəndə xəbər gəlir ki, qardaşı oğlu Məhəmməd bəy xanlığı əlinə alıb. İşi düzüb-qoşmaq üçün öncə oğlu Mehdiqulu ağanı göndərir.
Məhəmmədhəsən bəy Vəlili-Baharlı
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı (tam adı: Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev; 1896, Şuşa – 24 iyun 1937, Bakı) — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı. == Həyatı == Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyev universitetinin iqtisadi-coğrafiya fakültəsində davam etdirmiş və 1915-ci ildə oranı bitirmişdir. Baharlı Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis edilmiş Bakı Dövlət Universitetində dərs demiş, həmin dövrdə, 1919-cu ilin sentyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovet dövründə isə əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Plan Komitəsində davam etdirmişdir. O, 1923–1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin üzvü olmuş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M. Baharlı 1926-cı ildə Solovko əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs edilmişdi. M. Vəliyev (Baharlı) 27 iyul 1937-ci ildə güllələnmişdir. === Ölümündən sonra === Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (Baharlı) dövri mətbuatda onun yaradıcılığının müxtəlif aspektlərini işıqlandıran 17 məqalə dərc etdirmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə 25 may 1998-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda yubiley tədbiri keçirilmişdir.Məhəmmədhəsən bəy Baharlının anadan olmasının 110 illiyi münasibətilə Orxan Zakiroğlu (Baharlı) "İlk Azərbaycanşünas alim" ("Azərbaycan müəllimi" qəzeti, 10 fevral 2006-cı iı), "Unudulmaz Azərbaycanşünas alim — Məhəmmədhəsən Baharlı" ("525-ci qəzet", 17 fevral 2006-cı il) və "Görkəmli Azərbaycanşünas alim" Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine ("Xalq qəzeti", 20 iyul 2006-cı il) məqalələrini çap etdirmişdir.
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı

Məhəmmədhəsən mirzə Qovanlı-Qacar
Məhəmmədhəsən Mirzə Məhəmmədəli şah oğlu Qovanlı-Qacar (20 noyabr 1899, Təbriz – 7 yanvar 1943, Meydenhed[d], Berkşir[d]) — Əhməd şah Qacarın qardaşı, Cənubi Azərbaycan vilayətinin valisi və Qacar sülaləsinin vəliəhd şahzadəsi. Rza xanın 1925-ci ildə özünü şah elan etməsindən sonra bütün ailəsi ilə birlikdə ömürlük İngiltərəyə sürgünə göndərilmişdir. 1930-cu ildə özünü İran taxtının varisi elan etmişdir. 1943-cü ilin 7 yanvarında İngiltərənin Meydenhed şəhərində vəfat etmişdir. İraqın Kərbəla şəhərində dəfn edilmişdir. == Həyatı == Məhəmməd Əli şahın üçüncü оğlu Məhəmməd Həsən Mirzə 20 noyabr 1899-cu ildə Təbriz şəhərində dünyaya göz açmışdı. Mükəmməl saray təlim-tərbiyəsi və təhsili görmüşdü. Məhəmməd Həsən Mirzə 1943-cü ildə vəfat еdib. İraqın Kərbəla şəhərində dəfn edilmişdir. == Fəaliyyəti == Qardaşı Əhməd şah Qacarın Rza şah tərəfindən devrilməsindən əvvəl belə İran siyasətində önəmsiz fiqur idi.
Məhəmmədhəsən xan (Şəki xanı)
Məhəmmədhəsən xan və ya Məhəmməd Həsən xan, Məhəmmədhəsən ağa (Şəki xanı olana qədər). Şəki xanı. Məhəmmədhüseyn xanın oğlu.(≈1760—5.9.1831) == Haqqında == Atası Məhəmmədhüseyn xan Şəki xanı olduğu zamanlarda, atasının əmisi Hacı Əbdülqadir 1770-ci ildən başına bir dəstə yığıb, Qanıxçayın Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da Hacı Əbdülqadirin Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər. Məhəmmədhüseyn xan oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadir xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir. 1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər, "səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər.
Məhəmmədhəsən xan Qovanlı-Qacar
Məhəmmədhəsən xan Fətəli xan oğlu Qovanlı-Qacar (1722, Qorqan – 1759) — Astrabad hakimi. == Həyatı == Məhəmmədhəsən xan Fətəli xan oğlu (bəzən onu ölmüş qardaşının şərəfinə Məhəmməd Hüseyn də adlandırırdılar) 1714-cü ildə Astrabad yörəsində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ölümündən sonra Qovanlı oymağına başçılıq etmişdi. 1746-cı ildə Türkmanlarla birləşib, iki min Qacarın başında Nadir şaha qarşı qiyam qaldırmışdı. Ona ən çox kömək edən dayısı Bəgəncəli bəy Yomut idi. Məhəmməd Həsən xan Astrabadın valisi Məhəmmədzaman bəyi qovub çıxarmışdı. Nadir şah onun qiyamını yatırmış, Məhəmməd Həsən xan yenidən yomutların yanına qaçmışdı. Məhəmməd Həsən xan Nadir şahın ölümündən sonra Astrabadı, Gilanı, Mazandaranı almışdı. Azad xan Əfqanı məğlub etmişdi.
Məhəmmədhəsən ağa Cavanşir
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) — İbrahimxəlil xanın vəliəhdi, general-mayor. == Həyatı == Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Anası Cəbrayıllı Nəbi ağanın qızı Xanımnənə xanımdır. O, mükəmməl saray təhsili almışdı. Atası onu özünə vəliəhd təyin etmişdi. Məhəmmədhəsən ağa zəki və zabitəli bir xanzadə idi. Bəylər də, rəiyyətlər də onun xətrini çox istəyirdilər. Molla Pənah Vaqif yazır: 1797-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd şahın qorxusundan Cara çəkilmişdi. Şahın ölüm xəbərini eşidəndə sevincək Şuşaya qayıtmaq istəyəndə xəbər gəlir ki, qardaşı oğlu Məhəmməd bəy xanlığı əlinə alıb. İşi düzüb-qoşmaq üçün öncə oğlu Mehdiqulu ağanı göndərir.
Məhəmmədhəsən xan Sərdar İrəvani
Məhəmmədhəsən xan Sərdar İrəvani - Məhəmməd xan Qacar Ziyadlının oğlu və Nasirəddin şah Qacar dövründə Yəzd və Kirmanın hakimi. Abbas mirzənin qızı Mahruxsar xanım Fəxrəddövlə ilə evli idi. == Əsərləri == Tehranın Baharistan bağı == Mənbə == Səadət Nuri,Hüseyn. Məhəmmədhəsən xan İrəvani və ya Xan Bababaxan Sərdar. Vəhid, yanvar 1967, 37-ci sayı.
Eyvaz Məhəmmədhəsənov
Eyvaz Məhəmmədhəsənov (Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov) — Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin regionlar üzrə müavini, Qazaxıstan Xalqları Assambleyasının üzvü. == Həyatı == Eyvaz Məhəmmədhəsənov 1958-ci ildə martın 2-də Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana Jol (Yeni-Yol) kəndində çoxuşaqlı (11 uşaq olublar) ailədə dünyaya göz açıb. Həmin kənddə Panfilov adına orta məktəbdə təhsil alıb. Atası Məhəmmədhəsənov İmamverdi Kəlbi oğlu 1925-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadı olub. Ailəsi 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Qızılağac kəndindən Qazaxıstana sürgün olunub. Atası Böyük Vətən Müharibəsi iştirakçısı olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məhəmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1999-cu ildə Qazaxıstanda dünyasını dəyişib. Tolebi rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib. Eyvaz Məhəmmədhəsənov 1976-cı ildə hərbi xidmətini Ukraynanın Kiyev şəhərində başa vurduqdan sonra Almatı şəhərinə qayıdıb.
Məhəmmədhəsən xan Qacar Sərdar İrəvani
Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacar (1785, Qəzvin – 1856, Tehran) — Rusiya-İran savaşlarının qəhrəmanlarından biri, sərkərdə. == Həyatı == Həsən xan Əmir Məhəmməd xan oğlu 1785-cı ildə Qəzvin şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Fətəli şah Qovanlı-Qacarın Qulami-Xas qvardiyasında xidmətə başlamışdı. Rusiya-İran savaşlarında iştirak etmişdi. Sarı Aslan ləqəbi qazanmışdı. Həsən xan İran ordusunda şərəflə xidmət edib, igidlik göstərdiyinə görə Əmir Teymurun şəxsi qılıncı ilə təltif edilmişdi. Qardaşı Sərdar Hüseynqulu xan Qacar – Qəzvini İranın fəxri sayılırdı. Hər iki qardaş 1828-ci il fevralın 10-da Türkmənçayda bağlanmış mənhus sülh müqaviləsinin on ikinci maddəsinə əsasən rus çarı I Nikolayın əmrilə bütün əmlak və var dövlətdən məhrum edilib. Bu maddəyə əsasən İrəvanın sabiq sərdarı Hüseyn xan, onun qardaşı Həsən xanın və Naxçıvanın sabiq hakimi Kərim xanın Arazın hər iki kənarındakı yerləri, var – dövləti Rusiya imperiyasının ixtiyarına keçdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2005 •••••••••••••••••• 0.67
2007 •••••• 0.21
2008 ••••••• 0.24
2009 ••••• 0.16
2010 ••• 0.09
2011 ••••• 0.17
2013 •••• 0.15
2014 •••••••••••••••••• 0.69
2015 ••••• 0.17
2017 ••••••••• 0.33
2018 •••• 0.15
2019 •••••••• 0.28

Oxşar sözlər

#məhəmmədhəsən nədir? #məhəmmədhəsən sözünün mənası #məhəmmədhəsən nə deməkdir? #məhəmmədhəsən sözünün izahı #məhəmmədhəsən sözünün yazılışı #məhəmmədhəsən necə yazılır? #məhəmmədhəsən sözünün düzgün yazılışı #məhəmmədhəsən leksik mənası #məhəmmədhəsən sözünün sinonimi #məhəmmədhəsən sözünün yaxın mənalı sözlər #məhəmmədhəsən sözünün əks mənası #məhəmmədhəsən sözünün etimologiyası #məhəmmədhəsən sözünün orfoqrafiyası #məhəmmədhəsən rusca #məhəmmədhəsən inglisça #məhəmmədhəsən fransızca #məhəmmədhəsən sözünün istifadəsi #sözlük