Məhəmmədqulu sözü azərbaycan dilində

Məhəmmədqulu

Yazılış

  • Məhəmmədqulu • 75.0000%
  • MƏHƏMMƏDQULU • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmmədqulu
Məhəmmədqulu — ad. Məhəmmədqulu mirzə Qovanlı-Qacar Məhəmmədqulu Şuşinski Məhəmmədqulu şah — İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. Mirzə Məhəmmədqulu Hakim — Xan qızı Xurşidbanu Natəvanın ailə həkimi, şair.
Məhəmmədqulu (dəqiqləşdirmə)
Məhəmmədqulu Qışlaq (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Məhəmmədqulu (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Məhəmmədqulu (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Məhəmmədqulu xan
Məhəmmədqulu xan Qaradağlı — Qaradağ xanı Məhəmmədqulu xan (Bakı xanı) — Bakı xanı Məhəmmədqulu xan Ağbulaği — İran Məşrutə hərakatının fəal üzvü.
Məhəmmədqulu Şuşinski
Məmmədqulu (Məhəmmədqulu) Şuşinski və ya Dabbax Məmmədqulu (Məhəmmədqulu) (1874, Şuşa – mart 1929, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Məmmədqulu 1874-cü ildə Şuşa şəhərində yerləşən "Ayaqyalın qurdlar" (Kiçik qurdlar) məhəlləsində dabbaq ailəsində doğulmuşdur. O, ailəsi kimi dabbaqlıqla məşğul olduğu üçün "Dabbax Məmmədqulu" ləqəbi ilə çağırılmışdır. İlk təhsilini Şuşada Kor Xəlifənin hücrəsində alan Məmmədqulu tarzən Şüşülü Qrikorun dəstəsinə qoşulmuşdur. Atası tərəfindən Mir Möhsün Nəvvabın məktəbinə göndərilən Məmmədqulu burada üç il muğam dərsləri keçmiş, 19 yaşında olarkən Qarabağın musiqi məclislərində xanəndəlik etməyə başlamışdır. 20 yaşında olarkən o, tarzən Qrikor, qarmonçu İsi bəylə məclislərdə iştirak etmiş, "Qarabağ şikəstəsi"ni özünəməxsus şəkildə oxumuşdur. Məmmədqulunun xanəndəliyik sənətinin formalaşmasında XIX əsr müğənnisi Şahsənəm oğlu Dəli İsmayılın və tarzən Şüşülü Qrikorun köməyi olmuşdur. Dəli İsmayıl onun zil səsini, zəngulələrini nəzərə almış, ona ilk öncə major ruhlu muğamları, ələlxüsus "Hasar", "Müxalif", "Kürdü-Şahnaz", "Heyratı" kimi uzun nəfəs, davamlı zəngulə tələb edən muğamları öyrətmişdi. Malıbəyli Həmid də Məmmədqulunun ifaçılıq istiqamətinin müəyyənləşməsində rol oynamışdır. Onların dostluq əlaqələri nəticəsində Məmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınmağa başlamışdır.
Məhəmmədqulu şah
Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. 1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir. Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı.
Mirzə Məhəmmədqulu Hakim
Mirzə Məhəmmədqulu Hakim — Xan qızı Xurşidbanu Natəvanın ailə həkimi, şair, Şuşanın mədəni həyatında mühüm rol oynamış ali təhsilli şəxs. Pənahəli xan Şuşa qalasının tikintisi başa çatdıqdan sonra və hətta ondan da əvvəl bütün Azərbaycan və İrandan tacirləri, sənətkarları, tanınmış ilahiyyatçıları, həkimləri, musiqiçiləri, həmçinin özünün yaxın və tanış adamlarını buraya dəvət etməyə başladı. O, əsasən, ölkədə öz adından söz etdirmiş, tanınan insanları dəvət edirdi. Onlar və onların nəsillərinin Şuşada əmək və yaradıcılıq fəaliyyəti üçün gözəl şərait yaratmışdılar. Bu ailələrin üzvlərinin həyat və fəaliyyəti Şuşa tarixinin tədqiqatçıları üçün çox böyük əhəmiyyət kəsb edib. İbrahimxəlil xan Cavanşir dövründə də, böyük bir elm, sənət, poeziya ocağına çevrilmiş Qarabağ xan sarayı öz divarları arasında neçə-neçə ədəbi-mədəni məclislər qurmuş, ədəbiyyatımızın, mədəniyyətimizin iftixarı olan neçə-neçə sənətkar öz qiymətli sənət incilərini burda yaratmışdır. Pənahəli xanın Qədim Şuşaya dəvət etdiyi ilk köçənlər arasında Mirzə Məhəmmədqulunun ulu babası Mirzə Məhəmmədəli də var idi. Pənahəli xan onu Nadir şaha xidmət etdiyi müddətdə tanımış və onunla dostlaşmışdı. O zaman Mirzə Məhəmmədəli Nadir şahın yanında münşi adlı katib vəzifəsində çalışırdı. Nadir şahın ölümündən sonra əslində bu səbəbdən işini itirmiş Mirzə Məhəmmədəli Pənah xan tərəfindən Qarabağ xanlığına eyni vəzifəni – münşi vəzifəsini tutaraq çalışması üçün dəvət olunur.
Məhəmmədqulu Qışlaq (Qoşaçay)
Məhəmmədqulu Qışlaq (fars. محمدقلي قشلاق‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (77 ailə).
Məhəmmədqulu Salik Ordubadi
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Xanağa, Naxçıvan xanlığı – 1861, Xanağa, Naxçıvan qəzası) — Əncüməni-şüəra məclisinin fəal üzvlərindən və ilk rəhbərlərindən biri Əncüməni-şüəra məclisinin fəal üzvlərindən Salik Ordubadi haqqında ilk məlumata Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" adlı təzkirəsində rast gəlirik. Məhəmmədəli Tərbiyət bu əsərində "Salik" təxəllüslü şairlər sırasında Salik Ordubadinin də adını çəkmiş və haqqında çox bəsit məlumat verərək yazmışdır: "Salik Ordubadi – hicri-qəməri XIII əsr (miladi XIX) söz ustalarındandır. Onun şeirləri Türk dilindədir M. Tərbiyət çox güman ki, Salikin əlyazma divanından xəbərsiz olduğundan onun əsərlərinin yalnız Türk dilində olduğunu söyləmişdir. Halbuki şairin əlimizdə olan divanı həcmcə çox geniş olub, həm Türk, həm cığatay, həm də fars və ərəb dillərindədir. Bu divanı ilk dəfə Ordubadın tanınmış maarif xadimlərindən olan mərhum Əli Qənbərli tapmışdır. 25–30 il bundan öncə Ordubadın Xanəgah (indiki Xanağa) kəndindəki qədim müqəddəs pir uçmuş və oradan xeyli kitablar çıxmışdır. Əli Qənbərli ərəb əlifbasını bildiyi üçün həmin kəndə dəvət olunmuş və pirdəki kitabların içərisindən Salikin də divanını tapıb öz arxivində saxlamışdır. Bu divanın fotosurətini mən sonralar doktorluq mövzumla ("XIX əsr Ordubad ədəbi mühiti") əlaqədar olaraq çox çətinliklə əldə etmiş və çapa hazırlayıb Təbrizdə əski əlifba ilə nəşr etdirmişəm.1 Divanın fotosurətini mənə hörmətli alimlərimizdən olan mərhum Yolçu Piriyev vermişdir. Bu lütfkarlığına və xeyirxahlığına görə allahdan ona rəhmət diləyirəm. Məzarı nurla dolsun.
Məhəmmədqulu xan Qaradağlı
Məhəmmədqulu xan (?-1840) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağın sonuncu xanı (1813-1828). Mustafaqulu xanın oğlu, Məhəmmədhüseyn ağa, Həsənəli ağa (ata), Sara xanımın atası. Əhər şəhərində anadan olub. İran ordusunun sərkərdələrindən biri olub. Qardaşı Abbasqulu xanın xanlığı dövründə şahzadə Abbas Mirzə Abbasqulu xandan üz döndərmişdi. Məhəmmədqulu xandan da soyumuşdu. 1826-1828-ci illər rus-İran müharibəsi əsnasında Qaradağ xanlığı savaş meydanına dönmüşdü. 1828-ci ildə Məhəmmədqulu xan qardaşı, ailəsi və rəiyyəti ilə birgə Qarabağa köçür. Çar I Nikolayın xüsusi fərmanı ilə mayor rütbəsi və Qaradağ xanlığına işarə edən Xanqaradağski familiyasını almışdı.
Məhəmmədqulu xan Şamlı
Məhəmmədqulu xan Şamlı (XVII əsr) — Şamlı tayfasından olan bir türkmən zadəgan, bir müddət Səfəvi şahı Sultan Hüseyninin (1694-1722) 1721-ci ildən 1722-ci ilədək baş vəziri vəzifəsini icra etdi. Onu Fətəli xan Qacar əvəz etdi. Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 0857731815.
İrəvanlı Məhəmmədqulu xan
Məhəmmədqulu xan və ya Məhəmmədqulu xan ibn Lələ bəy (XVII əsr) — Keyxosrov xan Çərkəzin ardından 1654–1656-cı illərdə İrəvan əyalətinin qubernatoru (bəylərbəyi) vəzifəsini icra edən Səfəvi məmuru. Prof. Rudi Matteinin dediyinə görə o dövrdə olan baş vəziri Məhəmməd bəy (1654-1666) tərəfindən "hiylə qurma" zamanı, ikincisi düşmənlərindən yaxa qurtara bildiyi üçün, Məhəmmədqulu xan da ehtimal ki, vəzifəsini itirən məmurlardan biri idi. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN 978-1933823232. Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris.
Məhəmmədqulu mirzə Qovanlı-Qacar
Məhəmmədqulu mirzə Qovanlı-Qacar (1789-?)— İran şahzadəsi, vali, şair Məhəmmədqulu mirzə Fətəli şаh оğlu (аnаsı Аsiyа хаnım Məhəmməd хаn qızı Qоvаnlı) 1789-ci ildə Tеhrаn şəhərində аnаdаn оlmuşdu. Sаrаy təhsili аlmışdı. Mülкаrа ləqəbi dаşıyırdı. 36 il Mazandaran əyalətinin valisi olmuşdu. Məhəmmədqulu mirzə Qovanlı-Qacar Tehran şəhərində vəfat edib. Məhəmmədqulu mirzə şаir idi. Хоsrоvi təхəllüsü ilə кönülохşаyаn şеirlər yаzırdı. Məhəmmədqulu mirzənin törəmələri öncə Mülкаrа, sоnrа Аrəstə sоyаdını dаşıdılır. Bəziləri isə Bədi fаmiliyаsı ilə tаnınırlаr. Məhəmmədqulu mirzə Fаtimə Sultаn bəyim Şаhruх mirzə qızı Qırхlı-Аvşаrlа və Gülpəri Sаrа Mələк хаnım Murtuzаqulu хаn qızı Qоvаnlı-Qаcаrlа аilə qurmuşdu.
Məhəmmədqulu xan (Bakı xanı)
Məhəmmədqulu xan (Bakı – 1792, Bakı) — Bakının altıncı xanı. Məlik Məhəmməd xanın kiçik qardaşı və I Mirzə Məhəmməd xanın oğlu idi, doğum tarixi məlum deyil. Fətəli xanın ölümündən bəri həm yeni Quba xanı Əhməd xanın, həm də qardaşı oğlu II Mirzə Məhəmmədın təcrübəsizliyindən istifadə edərək Bakı xanlığını qəsb etməyə çalışırdı. Xanlığa layiq görüldüyü təqdirdə iddialı Əhməd xanı sədaqəti ilə əmin etdi. Əhməd xan 1791-ci ildə Məhəmmədqulu ağanın taxtda oturması üçün Bakıya qoşun göndərdi. Bakı ordusu cəmi 500 nəfərdən ibarət olduğundan Mirzə Məhəmməd həmin il əmisinin xeyrinə imtina etdi. Ancaq Əhməd xana tabe olmayaraq, xərac vermədi. Quba xanı keçmiş xana olan bağlılığını dəyişdirdi və Bakını mühasirəyə aldı, Məhəmmədqulu şəhər xalqının köməyi ilə onun qüvvələrini məğlub etdi. Əhməd xan 1791-ci il mart ayında vəfat etdi və onun yerinə 13 yaşlı qardaşı Şeyxəli xan gəldi. Mirzə Məhəmmədə yenidən Bakıya yürüş etmək üçün ordu verildi.
Məhəmmədqulu xan Qasımlı-Avşar
Məhəmmədqulu xan Qasımlı-Avşar (1760, Urmiya – 1798, Urmiya) — Urmiya xanı . Məhəmmədqulu xan Rzaqulu xan oğlu 1760-cı ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əmiraslan xan Araşlı-Avşardan sonra, 1784-cü ildə Avşar ağsaqqallarının iradəsi ilə taxta əyləşmişdi. O, ilk gündən xanlıqda dəyişiklərə başladı. Vəzifə islahatı keçirdi. Məhəmmədqulu xan hakimliyinin ilk vaxtlarından qonşu xanlarla mübarizəyə başladı. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkir. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı.
Məhəmmədqulu xan Ziyadoğlu-Qacar
Məhəmmədqulu xan Qacar (v. XVII əsr) — Səfəvilərin hərbi komandanı və məmuru. 1616–1627 və 1633-cü illərdə Qarabağ bəylərbəyi vəzifəsində çalışıb. O, türkman Qacar tayfası Ziyadoğlu qolunun üzvü, özündən əvvəlki bəylərbəyi olan Məhəmməd xan Qacarın oğlu idi. Təxminən 1620-ci ildə Peykər xan İyirmi Dörd Kaxetinin yeni bəylərbəyi təyin edilməsi münasibətilə o vaxtkı padşah I Abbas (1588–1629) tərəfindən III Luarsabın (Kartli II Luarsab) bacısı verildikdə, Məhəmmədqulu xan Qacara isə Tahmuras xan (Kaxetili I Teymuraz) bacısı verildi. 1624-cü ildə şah I Abbas nəvəsini Səmayun xanla (Kartlili II Simon) evləndirəndə, Əbdülqaffarın (Səfəvilərin xidmətində olan Kartlinin gürcü Amilaxori ailəsindən olan zadəgan) xanımı gəlinə yoldaşlıq etdi, Məhəmmədqulu xan Qacar ​​isə ikinci müddət ərzində Peykər xan İyirmi Dörtə toy ziyafətini aparmağı əmr etdi. Dumin, S.V., redaktor Дворянские роды Российской империи. Том 3. Князья [Noble families of the Russian Empire. Volume 3: Princes] (Russian).
Qışlaq-i Məhəmmədqulu (Meşkinşəhr)
Qışlaq-i Məhəmmədqulu (fars. قشلاق محمدقلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (19 ailə).
Qışlaq-i Məhəmmədqulu (Urmiya)
Qışlaq-i Məhəmmədqulu (fars. قشلاق محمدقلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 104 nəfər yaşayır (29 ailə).
Cəlil Məhəmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Məhəmmədqulubəyli (Germi)
Məhəmmədqulubəyli (fars. محمدقلي بيگ لو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 54 nəfər yaşayır (7 ailə).

Oxşar sözlər

#məhəmmədqulu nədir? #məhəmmədqulu sözünün mənası #məhəmmədqulu nə deməkdir? #məhəmmədqulu sözünün izahı #məhəmmədqulu sözünün yazılışı #məhəmmədqulu necə yazılır? #məhəmmədqulu sözünün düzgün yazılışı #məhəmmədqulu leksik mənası #məhəmmədqulu sözünün sinonimi #məhəmmədqulu sözünün yaxın mənalı sözlər #məhəmmədqulu sözünün əks mənası #məhəmmədqulu sözünün etimologiyası #məhəmmədqulu sözünün orfoqrafiyası #məhəmmədqulu rusca #məhəmmədqulu inglisça #məhəmmədqulu fransızca #məhəmmədqulu sözünün istifadəsi #sözlük