Məhəmmədxan sözü azərbaycan dilində

Məhəmmədxan

Yazılış

  • Məhəmmədxan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmmədxan Məhəmmədov
Məhəmmədxan Məhəmmədov (27 yanvar 1998) — 2017–2021-ci illərdə Rusiyanı, 2022-ci ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. Məhəmmədxan Məhəmmədov 2017-ci ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə gümüş, Rusiyada və Qazaxıstanda baş tutan beynəlxalq turnirlərin isə bürünc medallarına sahib oldu. 2018-ci ildə Rusiyada Ə. Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirin qızıl medalına sahib olan Məhəmmədxan Məhəmmədov, sentyabrda gənclər arasında Dünya Çempionatının da qalibi oldu. 2019–2021-ci illərdə beş beynəlxalq turnirin cəmi birində qızıl medala sahib olan Məhəmmədxan Məhəmmədov, 2021-ci ildə sərbəst güləş üzrə Azərbaycan Çempionatına dəvət edildi və həmin turnirin qalibi oldu. Bundan sonra Azərbaycan Güləş Federasiyası (AGF) Məhəmmədxan Məhəmmədovu Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin dəvəti qəbul edən Məhəmmədxan Məhəmmədov 2022-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Məhəmmədxan Məhəmmədov 2022-ci ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turnirin qalibi oldu. Martda isə Məhəmmədxan Məhəmmədov Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının final görüşündə Macarıstan nümayəndəsi Vladislav Baytsayev üzərində qələbə qazanaraq Avropa Çempionatının qalibi oldu. İyunda Roma şəhərində (İtaliya) Matteo Pellicone Turnirini yeddinci pillədə başa vuran Məhəmmədxan Məhəmmədov, sentyabrda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu. 2023-cü ildə Məhəmmədxan Məhəmmədov əvvəlcə Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirində mübarizə apardı və turniri bürünc medalla başa vurdu.
Güllücə-i Məhəmmədxan (Həştrud)
Güllücə-i Məhəmmədxan (fars. گلوجه محمدخان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 235 nəfər yaşayır (52 ailə).
Məhəmmədxan bəy Hacılı-Cavanşir
Məhəmmədxan bəy Səlif bəy oğlu Hacılı-Cavanşir (?-16 iyul 1797) — Cavanşir-Dizaq mahalının naibi, Şuşa qalasının qalabəyi, Mirzə Camal Cavanşirin atası. Məhəmmədxan bəy Hacılı-Cavanşir Səlif bəy Cavanşirin oğludur. Tayfa mənsubiyyəti baxımından Cavanşir tayfasının Hacılı oymağına mənsub olmuşdur. Məhəmmədxan bəy Səlif bəy oğlu İbrahimxəlil xanın hakimiyyəti dönəmində 1777-ci ildən 1794-cü ilə qədər Cavanşir-Dizaq mahalının naibi olmuş, 1794-1797-ci illərdə Şuşa qalasının komеndantı (qalabəyi, kutvalı) kimi xidmət etmişdir.. Onun vəzifəsinə şəhərin sutka ərzində bütün əmin-amanlığı daxil idi. Vicdanlı adam olduğundan, rüşvət almadığından oğru-əyri adamların əl-qolunu döşünə yığmışdı. Hətta xanın bеlə toxunmadığı dağıstanlılar Məhəmmədxan bəyi görəndə özlərini yığışdırırdılar. Kirvəsi, XVIII yüzilin adlı şairlərindən olan Ağqız oğlu Piri qoşqularında Məhəmmədxan bəyi öymüşdü. Öygünün səbəblərindən biri günlərin birində, Dağıstan qoşunundan bir ləzgi Pirinin qatırının noxtasını, sərçulunu soyur. Ağqız oğlu Piri ləzgini nə qədər dara qısnayırsa, boynuna almır.
Lütfulla xan Məhəmmədxanlı
Lütfulla xan Bağır xan oğlu Məhəmmədxanlı (?-1923) — Qaradağ vilayətinin Məhəmmədxanlı elinin elbəyi, sərkərdə. Şücaülməmalik ləqəbi ilə tanınırdı. == Həyatı == Lütfulla xan Bağır xan oğlu Qaradağ vilayətinin Kəleybər mahalında anadan olmuşdu. Atasından sonra Məhəmmədxanlı elinin elbəyi olmuşdu. Şahdan Şücaülməmalik ləqəbini almışdı. Kəleybər şəhərində yaşayırdı. Qaradağda baş verən qarışıqlıq zamanı Əmir Ərşada qarşı çıxdı. Məğlub olub Rusiyaya qaçdı. Orda da vəfat etdi. == Ailəsi == Lütfulla xanın Ağa xanım, Səkinə xanım adlı qızları vardı.
Məhəmmədxanlı eli
Məhəmmədxanlı eli— Qaradağ vilayətində yaşayan türk tayfası və ya Qaradağ tayfalarından biri. Onlar Şərqi Azərbaycan bölgəsinin Qaradağ vilayətinin bir çox hissəsində yaşamaqdadırlar. Onların yaylaqları Marzrud ətrafında, qışlaqları isə Xudafərinin Heydərxanlı kəndində yerləşməkdədir. A. Lamptona görə, Qaradağ bölgəsindəki otlaqlar, həmçinin qışlaqlardakı əkinə yararlı torpaqlar xanlara məxsus olmuşdur. Hal-hazırda tayfanın bir çox üzvü oturaq həyat akemiş və Tehran şəhərinin ətraflarında yaşamaqdadır. Tayfanın hakim tirəsinin bəzi törəmələri yayları Çaparlı otlaqlarında keçirirlər, həmçinin tayfan olan bəzi şəxslər yaxın keçmişdə Germanabda villalar tikdirmişdirlər. Məhəmmədxanlıların iddialarına görə onlar Qacar dövründə Məhəmməd xan tərəfindən formalaşdırılmışdırlar. Təbrizdə saxlanılan İran ordusu sənədlərinə əsasən Cavad xan, Səməd xan, Əsədullah xan, Abdullah xan və II Əsədullah xan adlı xanlar Məhəmməd xanın ölümündən sonra bu tayfaya rəhbərlik etmişdirlər. Tayfanın sonuncu xanı olan II Əsədullah xan İslam inqilabı ərəfəsində millət vəkili idi. O, qısamüddətli həbs edilmiş və mülkləri müsadirə edilmişdir.

Oxşar sözlər

#məhəmmədxan nədir? #məhəmmədxan sözünün mənası #məhəmmədxan nə deməkdir? #məhəmmədxan sözünün izahı #məhəmmədxan sözünün yazılışı #məhəmmədxan necə yazılır? #məhəmmədxan sözünün düzgün yazılışı #məhəmmədxan leksik mənası #məhəmmədxan sözünün sinonimi #məhəmmədxan sözünün yaxın mənalı sözlər #məhəmmədxan sözünün əks mənası #məhəmmədxan sözünün etimologiyası #məhəmmədxan sözünün orfoqrafiyası #məhəmmədxan rusca #məhəmmədxan inglisça #məhəmmədxan fransızca #məhəmmədxan sözünün istifadəsi #sözlük